Məhkəmə qərarları › İş №1(055)-57/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-57/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-57/2025 25.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1994-cü ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı şəhəri M.Müşfiq küçəsi ev 70-də qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 6,85 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, 17 fevral 2025-ci il tarixdə saat 11:30 radələrində Saatlı şəhəri M.Kərimov küçəsində həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən olunmuş və orada həmin tarixdə saat 11:30-dan saat 10:40-dək olan müddət ərzində üstünün yoxlanması və baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əynində olan gödəkcənin sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisindən həmin təmiz çəkisi 6,85 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 il olar ki, arabir el arasında “nəşə” adlanan narkotik vasitə olan qurudulmuş maruxuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı küçədə gəzinən zaman yolun kənarında bir ədəd şəffaf rəngli sellofan bağlaması olduğunu görmüş, əyilib yerdən həmin bükümü götürdükdə içərisində “nəşə” olduğunu görmüş və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra isə həmin içərisində “nəşə” olan bükümü özü istifadə etmək məqsədi ilə əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Həmin gün təxminən 1 saat sonra piyada və tək halda yaşadığı küçəyə paralel yerləşən Saatlı şəhəri M.Kərimov küçəsi ilə dərsdən çıxan azyaşlı uşaqlarını məktəbdən götürmək məqsədi üçün məkətəbə tərəfə gedən zaman mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, özünü təqdim etməyini istəmişlər. O da özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməyi təklif edilmişdir. O da, əynində olan tünd göy rəngli gödəkcəmin sol yan cibində saxladığı içərisində “nəşə” olan bükümü təqdim etmişdir. Həmin bükümü tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi sellofan bükümdə aşkar edilmiş narkotik vasitə olan “nəşə” kütləsi elektron tərəzidə çəkilmiş bükümlə birlikdə ümumi çəkisi 7,16 qram olmuşdur. Bundan sonra üstündən aşkar edilmiş “nəşə” bükümlə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Bundan başqa üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefonun ekran hissəsi sınıq vəziyyətdə olması səbəbi ondan soruşulmuş, o da yıxıldığını və həmin vaxt mobil telefonunun sındığını bildirmişdir. Üstündən aşkar edilərək götürülmüş “nəşə”dən başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. “Samsung” markalı mobil telefon isə özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmiş və oolis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə üstündən aşkar edilmiş “nəşə” olan sellofan büküm açılmış, içərisinə baxış keçirilmiş, həmin vaxt da “nəşə”ni tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üstündən aşkar edilmiş “nəşə” yenidən qabalaşdırılaraq götürülmüşdür. Həmin üstündə olan “Samsung” markalı mobil telefonu bir daha təqdim etmiş, həmin mobil telefon qablaşdırılaraq götürülmüşdür. Üstündən aşkar edilmiş “nəşə”dən başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşka edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, 17 fevral 2025-ci il tarixdə Saatlı şəhəri Mikayıl Müşfiq küçəsi ev 70-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı raportla Saatlı rayon polis şöbəsinin rəisinə məruzə etmiş və raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Bundan sonra tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilli Şahid3, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilli Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Tərəfindən 17 fevral 2025-ci il tarixdə saat 11:30-da başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə əlaqədar Təqsirləndirilən şəxs Saatlı şəhəri M.Kərimov küçəsində müəyyən olunduğu üçün ona daxil olmuş məlumat barədə bildirib üstündə hər hansısa bir qanunsuz əşya, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özünün təqdim etməsini bildirib, hazırki vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığnın məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefonu və 1 ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin sellofan bükümün içərsində "nəşə olduğunu bildirmişdir. Həmin büküm açılıb içərisinə baxılarkən içərisində qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. İçərisində marixuanaya oxşar kütlə olduğu büküm ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 7,16 qram olduğu müəyyən olunmuşdur. Həmin bükümdəki qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Mobil telefon isə İsgəndər Şıxaliyevin özünə qaytarılmışdır. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuana, həmçinin X9 rayon polis şöbəsinə gətirilərək müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı tərəflərindən protokol tərtib olunmuş və oxunmuş, doğru yazıldığı üçün tədbirdə iştirak edən polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə tərəfindən Təhqiqat bölməsinə təqdim edilmiş və əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarının iştirakı İsgəndər Şıxaliyevin üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. İsgəndər Şıxaliyevin üstündən aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. İsgəndər Şıxaliyevə təklif edilmiş ki, üzərində başqa əşya varsa təqdim etsin. İsgəndər Şıxaliyev üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmiş və aşkar edilmiş narkotik başqa mobil telefonunu təqdim etmişdir. Təqdim edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə 1 ədəd kağız zərfdə qablaşdırıldıb, möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu əsasında İsgəndər Şıxaliyev kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. X6 mobil telefonuda təhqiqatçı tərəfindən götürülmüşdür. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, doğru yazıldığı üçün o digər iştirakçilar kimi protokola imza etmişdir. İsgəndər Şıxaliyevin müəyyən olunduğu küçəni ilkin sənədləşmə zamanı M.Müşfiq küçəsi kimi qeyd etmələri həmin küçə ilə onun müəyyən olunduğu M.Kərimov küçəsinin paralel olmasıdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 17 fevral 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, X3 əynindəki gödəkçənin sol yan cibində saxladığı 1 ədəd bükümdə 7,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 17 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, X3 üstündən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının 18 fevral 2025-ci il tarixli 18/198 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...İsgəndər Şıxaliyevin üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi– 6,85qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin 18 mart 2025-ci il tarixli 1670 nömrəli rəyində göstərilmişdir ki, X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 17 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 19 fevral 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,83 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il, 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdən 19 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il, altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,83 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar