Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-58/2023 25.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Saat: 14:30 xx xxxxxx 1981-ci ildə Cəlilabad rayonu, Edişə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2023-cü ilin aprel ayının ortalarında yaşadığı Saatlı rayonu Şirinbəy kəndindəki evinin həyətyanı əkin sahəsində kartof bitikilərinin arasında qanunsuz olaraq torpağa əkmiş, orada bitmiş 09 ədəd çətənə (kannabis) bitkisinin şitilini mütəmadi olaraq suvarıb və diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərini yetişdirib xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 08 may 2023-cü il tarixdə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları həmin 9 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini aşkar edib götürmüşlər, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirməklə kultivasiya etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir.Təxminən 2023-cü ilin mart ayının əvvəlində yaşadığı Saatlı rayonu Şirinbəy kəndi ərazisindən çöl sahədə piyada gəzən zaman yerdə sellofan bükülünün olduğunu görüb içərisinə baxan zaman təxminən 10 ədəd “nəşə” toxumu olduğunu başa gormuşdür. Həmin toxumları gətirib evdə gizlətmiş və 2023-cü ilin aprel ayının ortalarında yaşadığı evin qarşısında, həyətyanı sahəsində kartof bitkilərinin arasında sıra ilə əkmişdir. Əkmiş olduğu toxumlardan 9 ədədi cücərib çıxmış, onlara qulluq edib, diblərini boşaldıb su vermişdir. 08 may 2023-cü il tarixdə təxminən saat 21 radələrində həyətdə olan zaman evin qarşısına gələn polis əməkdaşları ona həyətində narkotik tərkibli bitkiləri əkməsi barədə məlumatlarının olduğunu, bununla bağlı baxış keçirəcəklərini bildirdikdə etiraz etməyərək bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları iki hal şahidinin və aqronomun iştirakları ilə həyətinə baxış keçirərkən həyətyanı sahəsində kartof bitkilərinin arasına əkdiyi 09 ədəd narkotik tərtkibli bitkiləti aşkar etmişlər. O da səmimi olaraq baxışda iştirak edən bütün şəxslərin yanında 9 ədəd bitkinin narkotik tərkibli olduğunu və öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini etiraf etmişdir.Həmin 9 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq götürülmüşdür. O, hal şahidləri və polis əməkdaşları kimi həyətindən aşkar edilmiş çətənə bitkiləri olan qablaşdırmanın üzərində imza etmişdir. Həyətinə baxış keçirilərəkən foto və videoçəkiliş aparılmış, sonra baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Hazırda əməlinə görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı RİHB-nın Şirinbəy kənd İƏD-si üzrə nümayəndəliyində müavin vəzifəsində işləyir. 08 may 2023-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq kəndin ərazisində keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmiş, razılıq verdikdən sonra polis əməkdaşları ona həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi küçəyə gəlməsini xahiş etmişlər.Bundan sonra polis əməkdaşları tərəfindən onun və digər şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin kartof bitkisi əkilmiş əkin sahəsində boy atmış ümumilikdə 09 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirmişdir. Aşkar edilmiş 09 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq götürülmüşdür. Baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Sonda baxışın keçirilməsi ilə bağlı tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 08 may 2023-cü il tarixdə Saatlı rayonu Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar polis əməkdaşları, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxsun yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Əflaan Əliyevə həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkin sahəsində kartof bitkisi əkilmiş hissədə 9 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu, öz istifadəsi üçün özünün əkib yetişdirdiyini bildirmişdir. Həmin 9 ədəd bitki tərəflərindən əkildikləri yerdən çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Sonda baxışın keçirilməsi protokol tərtib edilərək imzalanmış, baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid4, Şahid5, Şahid7 və Şahid6 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan “baxış keçirilməsi haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Saatlı rayonu Şirinbəy kəndində Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evin həyətində kartof bitkiləri əkilmiş hissədə 9 ədəd qanunsuz olaraq əkib-yetişdirilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizasının 09 may 2023-cü il tarixli 18/482 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs həyətində...” sözləri yazılmış və imzalar olan kağız paketdə cəmi 9 ədəd nəm vəziyyətdə ümumi çəkisi–7,52qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli, eyni tərkibli çətənə (kannabis) bitkiləridir. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 27 iyul 2023-cü il tarixli 4769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intosikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqiqi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 08 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əkilib-yetişdirilmiş 9 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 10 may 2023-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intosikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 09 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə 49 manat 74 qəpik ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 09 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-58/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-58/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver