Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-59/2024 26.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Saatlı rayonu Bayramovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 6,23 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitəni 30 may 2024-cü il tarixdə saat 20:35 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Muğan” parkında piyada satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-yə gətirib, orada 30 may 2024-cü il tarixdə saat 21:45 radələrində həmin 1 ədəd bükümdə xeyli miqdarda 6,23 qram narkotik vasitə qurudulmuş marixuananı onun əynindəki gödəkçənin sol cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 30 may 2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Muğan” parkın qarşısında hərəkətdə olarkən saat 20:30 radələrində Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitə istifadə etmədiyini və üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Polis şöbəsində onu təxminən yarım saat, bir saat döymüşlər ki, narkotik vasitəni boynuna alsın, lakin o, üzərində narkotik vasitə olduğunu etiraf etməmişdir. Bundan sonra ona evinə külli miqdarda narkotik vasitə qoyacaqları ilə hədələmişlər. Bundan sonra o, məcbur qalıb narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Bir daha bildirir ki, onun üzərində narkotik vasitə olmamışdır. Üzərindən çıxan narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı şəhəri, M.Ağayev küçəsi ev 43, mənzil 18-də anası Maarifə Zeynalova və azyaşlı qızı Yağmur Zeynalova ilə bir evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, hərdən rayon ərazisində iş olarsa gedib işləyərək pul qazanır. Təxminən 2019-cu ildən arada tapanda el arasında “nəşə” adlanan narkotik vasitə olan marixuanadan istifadə edirəm. 28 may 2024-cü il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar yaşadığı evdən çıxaraq Saatlı şəhərinin ərazisindən keçən Araz çayının sahilinə getmişdir. Orada işlərini bitirdikdən sonra saat 12 radələrində yaşadığı ev istiqamətində qayıtmağa başlamışdır. Küçə ilə yaşadığı ev istiqamətində qayıdarkən yolun kənarında yerdə 01 ədəd sellofan büküm olduğunu görmüşdür. Maraq üçün həmin sellofan bükümü yerdən götürüb açıb içinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu bilmiş və dərhal öz istifadəsi üçün həmin marixuananı əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibinə qoyub yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Marixuana yadından çıxdığımdan gödəkçəsinin cibində qalmışdır. 30 may 2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Muğan” parkın qarşısında hərəkətdə olarkən saat 20:35 radələrində Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman o, polis əməkdaşlarının onun marixuana saxladığını bildiklərin başa düşmüş və buna görə də etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Saatlı rayon Polis Şöbəsinə getmişdir. Saatlı rayon Polis Şöbəsinə gətirildikdən sonra orada təhqiqatçı İsa Əlizadə ona şübhəli şəxs qismində saxlanıldığını, hüquq və vəzifələrini izah etmiş, sonra ona vəkillərin siyahısını təqdim etmiş, o da hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin olunmasını bildirmişdir. Buna görə də vəkil Vüsal Abbasov dəvət olunmuş, sonra onun tutulmağı barədə mobil telefonla zəng edib anası Maarifəyə məlumat vermişlər. Sonra polis əməkdaşları otaqların birində onun üstünə şəxsi axtarış keçirərkən əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibində saxladığı sellofan bükümü aşkar edib, onun yanında sellofan bükümü açarkən içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu görmüşlər. Sağ yan cibindən isə 1 ədəd “Prima” markalı siqaret və alışqan aşkar etmişlər. O da səmimi olaraq üstündən aşkar edilən sellofan bükümdəki kütlənin marixuana olduğunu və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən üstündən aşkar edilmiş marixuana sellofan büküm ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 7,81 qram olduğu müəyyən olunduqdan sonra 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o və müdafiəçisi Vüsal Abbasov, şəxsi axtarışda iştirak edən polis əməkdaşları kimi protokolda imza etmişlər. O, həmçinin narkotik vasitənin qablaşdırıldığı zərfin üzərində imza etmişdir. Üstündən aşkar edilmiş “Prima” markalı siqaret və alışqan ona qaytarılmışdır. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. Sonradan ekspertiza rəyi ilə tanış olarkən üstündən aşkar edilmiş marixuananın çəkisinin 7,81 qram deyil, 6,23 qram olduğunu bilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, qeyd etdiyi kimi özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyindən öz istifadəsi üçün həmin marixuananı üzərində saxlamışdır. O heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. O, arada tapanda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Onun üzərində narkotik vasitə olan marixuana saxlamağı barədə heç kimin xəbəri olmamış, bu barədə heç kimə deməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Firudun oğlu ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. İşin mahiyyəti üzrə bildirir ki, 30 may 2024-cü il tarixdə Saatlı şəhəri, M.Ağayev küçəsi ev 43, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun və Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs saat 20:35 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Muğan” parkın qarşısında hərəkətdə olarkən tərəflərindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-nə gətirildikdən sonra Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı İsa Əlizadə tərəfindən vəkil dəvət edildikdən sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli dəri gödəkçənin sol cibində saxladığı 01 ədəd sellofan büküm, sağ cibindən isə 1 ədəd “Prima” markalı siqaret və alışqan aşkar edilmişdir. Həmin 01 ədəd sellofan büküm açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin sellofan bükümdəki narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə onun özünün yanında elektron tərəzidə olduğu sellofan büküm ilə birlikdə çəkilərkən çəkisinin 7,81 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlən zərfə qoyuularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki kütlənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “Prima” markalı siqaret və alışqan əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sonda axtarış, baxış və götürmə aparılması ilə bağlı təhqiqatçı İsa Əlizadə tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün o, İsa Əlizadə, müdafiəçi Vüsal Abbasov və digər polis əməkdaşı kimi həmin protokolda imza etmişdir. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 Firudun oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verdi. İşdə olan 30 may 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 31 may 2024-cü il tarixli 3-16-16/2-18/542 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi- 6,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,23 qram olub, tədqiqata istifadə olundu 0,02 qram, qalıq-6,21 qram. İşdə olan məhkəmə-narkoloji ekspertin 01 avqust 2024-cü il tarixli 5276 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 70-ci maddəsi tətbiq edilərək 06 ay sınaq müddəti təyin edilmişdir. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə isah işləri cəzasına məhkum olunmuşdur. irvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il, 01 (bir) ay, müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məxlisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il, 07 ay müddətədək azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək, üzərindən aşkar olunmuş narkotik vasitənin onun olmadığı, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, döyüldüyü üçün narkotik vasitənin onun olduğunu etiraf etdiyini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə istintaq zamanı elan olunaraq tədqiq olunmuş 30 may 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokoldan və protokola əlavə edilmiş vidoegörüntüdən görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan gödəkcənin sol yan cibindən bir bükün naroktik vasitə çıxarıb təqdim edərək, qeyd edilən narkotik vasitəni öz şəsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş ifadələr sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 30 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 01 iyun 2024-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdən 01 iyun 2024-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 6,21 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdən 01 iyun 2024-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 6,21 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-59/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-59/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver