Məhkəmə qərarları › İş №1(055)-59/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-59/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-59/2025 25.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1963-cü ildə Saatlı rayonu Tverskoy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan ümumi təmiz çəkisi 6,42 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, 08 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Saatlı rayonu Şirinbəy kəndi ərazisində çöl sahədə həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və Saatlı RPŞ-nin inzibati binasına gətirilmiş, orada Növbətçi Hissəsinin qarşısında saat 17:25-dən 17:33-dək üstü yoxlanılarkən əynindəki gödəkçənin sol cibindən 1 ədəd kibrit qutusunda həmin 6,42 qram, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, arada tapdıqda, el arasında “nəşə” adlanan narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 06 yanvar 2025-ci il tarixdə yaşadığı kəndin ərazisində işlətdiyi çayxana istiqamətində hərəkətdə olarkən yerdə 1 ədəd kağız büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyindən yerdən götürüb açarkən içərisində 1 ədəd kibrit qutusu olduğunu, kibrit qutusunu açarkən isə içərisində marixuana olduğunu görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün həmin kütlənin marixuana olduğunu bilmişdir. Marixuananı istifadəsi üçün əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. O, arabir həmin qurudulmuş marixuanadan istifadə etmişdir. 08 yanvar 2025ci il tarixdə saat 16 radələrində yaşadığı kəndin ərazisində yerləşən çayxanada olarkən tanışları X7 və X8 da ora gəlmişlər. Yusif və Nadirlə söhbət edərkən, onda narkotik vasitə olub-olmadığını soruşmuş, əgər varsa birlikdə istifadə etmək istədiklərini demişlər. Həmin vaxt əynindəki gödəkçənin cibində narkotik vasitə olduğunu xatırlamış, Nadirlə Yusifə çöl sahəyə gedərək orada narkotiki istifadə edə biləcəklərini bildirmişdir. Özünə məxsus “VAZ 2106” markalı avtomobilin sükanı arxasına əyləşmiş, Nadir və Yusif sərnişin qismində avtomobilə əyləşdikdən sonra yaşadığı kəndin çöl sahəsinə doğru hərəkət etmişlər. Çöl sahəyə çatdıqdan sonra avtomobildən düşmüş, hava soyuq olduğundan ocaq yandırmışlar. Yandırdıqları ocağın ətrafında əyləşərək narkotiki istifadə etməyə hazırlaşarkən, saat 17 radələrində Saatlı RPŞ-nin PPX-nin əməkdaşları yaxınlaşmış və onlara narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər. O, Yusif və Nadir polis əməkdaşlarına etiraz etməyib onlarla birgə Saatlı polis şöbəsinə getmişlər. Saatlı polis şöbəsinin növbətçi hissəsinin qarşısında olarkən polis əməkdaşları ona, üstündə qanunla qadağan edilmiş hər hansı əşya və ya vasitə varsa könüllü təqdim etməsini istəmişlər. Bu zaman gödəkçəsinin cibində saxladığı marixuananı gizlətməyin mənasız olduğunu başa düşmüş və etiraz etmədən sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü, sağ cibindən isə 1 ədəd "Samsung" markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarına təqdim etdiyi kağız bükümün içərisində narkotik olduğunu, onu tapdığını və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona şübhəli şəxs qismində saxlanıldığı, faktiki olaraq azadlığının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu və təhqiqat zamanı müdafiəçinin təmin ediləcəyi izah edilmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi büküm onun yanında açılmış və içərisində 1 ədəd kibrit qutusu olduğu müəyyən olunmuşdur. Kibrit qutusu açıldıqda içərisində marixuana olduğu görülmüşdür. Bükümdə olan kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 9,44 qram olduğu müəyyən edilmiş, 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Həmçinin üstündən götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş və doğru yazıldığı üçün protokola, baxışda iştirak edən polis əməkdaşları kimi, o da protokola imza etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə təhqiqatçı İsa Əlizadənin xidməti otağına getmişdir. Orada təhqiqatçı İsa Əlizadə ona şübhəli şəxs qismində saxlanıldığını, hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı tərəfindən üstündən aşkar edilmiş kibrit qutusundakı marixuanaya baxış keçirilmişdir. Baxış zamanı o, bir daha həmin kütlənin marixuana olduğunu, onu 2 gün əvvəl yaşadığı kəndin ərazisindən tapdığını və istifadəsi üçün saxladığını bildirmişdir. Təhqiqatçı ona üstündə başqa əşyaların olub-olmaması barədə soruşmuş, o isə üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aparılmış baxış zamanı, aşkar edilmiş marixuanadan başqa, qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet müəyyən edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, ucadan oxunmuş və doğru yazıldığı üçün protokola imza etmişdir. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 yanvar 2025-ci il tarixdə Saatlı RPŞ-nin PPXB-nin raportu əsasında Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X7 və Saatlı rayonu Fətəlikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X2 rayonu Şirinbəy kəndi ərazisində yolun kənarında özlərini narkotik vasitədən istifadə etməkdə şübhəli apardıqları üçün Saatlı RPŞ-yə dəvət edilmişlər. Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və polis siravisi Şahid3 iştirakı ilə Saatlı RPŞ-də Növbətçi hissənin qarşısında X4, X5 və Təqsirləndirilən şəxs üstlərinin yoxlanılmasına başlanılmışdır. Həmin şəxslərə üstlərində hansısa qanunsuz əşya və ya narkotik vasitə olub-olmaması, olduğu təqdirdə onu təqdim etmələri bildirildikdən sonra, saxlanıldıqları vaxtdan şübhəli şəxs qismində faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu və təhqiqat zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli kağız büküm, sağ cibindən isə 1 ədəd "Samsung" markalı mobil telefonu çıxarıb təqdim etmiş və həmin kağız bükümün içərisində "nəşə" olduğunu, onu tapdığını bildirmişdir. Büküm açıldıqda içərisində bir ədəd kibrit qutusu və qutunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 9,44 qram olduğu müəyyən edilmişdir. Üstləri yoxlanılan digər şəxslərdə isə qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Kibrit qutusunda olan qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar edilmiş marixuana, mobil telefon, həmçinin Təqsirləndirilən şəxs təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi məqsədilə videoçəkiliş dayandırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Protokol oxunduqdan sonra şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olduğu, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş həmin kütləyə Saatlı RPŞnin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa əşya varsa təqdim etməsi təklif olunmuş, o isə üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs həmin kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını və onun qurudulmuş marixuana olduğunu bildirmişdir. Bütün bunlarla bağlı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 və Şahid3 istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 08 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki gödəkçəsinin sol cibində saxladığı 1 ədəd kibrit qutusunda olduğu qutu ilə birlikdə 9,44 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan 08 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda olduğu qutu ilə birlikdə 9,44 qram narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 09 yanvar 2025-ci il tarixli 18/15 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 325 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 08 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 10 yanvar 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, lakin, yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,40 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,40 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar