Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-60/2023 24.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 12:32-də xx xxxxxx 1996-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Saatlı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4,19 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və saxlamış, 26 iyul 2023-cü il tarixdə saat 20 radələrində qazanc əldə etmək məqsədi ilə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Xəyal” şadlıq sarayının yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada əvvəlcədən aldığı 70 manat pulun müqabilində həmin narkotik vasitədən bir ədəd sellofan bükümdə 3,03 qram çəkidə əməliyyat tədbirinin iştirakçısı, şərti alıcı Şahid1 70 manata qanunsuz olaraq satmış, qalan 1 ədəd kibrit qutusunda 1,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 26 iyul 2023-cü il tarixdə saat 21:05-də Saatlı RPŞ-də onun üstünə şəxsi axtarış aparılarkən aşkar edilib götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, hadisə baş verən gün balıq ovundan gəldikdən sonra yorğun olduğu üçün yatmışdır. Şahid1 qonşunun uşağını göndərərək onu oyatmış, onunla görüşərək narkotik vasitə istəmiş və ona 70 manat pul vermişdir. O da daha sonra özündə olan qurudulmuş marixuananı Şahid1 verərkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onları tutmuşlar. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, Saatlı rayon sakini Şahid1 Saatlı şəhər sakini Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində narkotik vasitə satması barədə polis şöbəsinə müraciət etmiş, həmin gün Saatlı RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, şərti alıcı qismində iştirak edən Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs alması üçün Saatlı RPŞ-də kserosurətləri çıxarılmış 3 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinasları verilmiş, bununla bağlı protokol tərtib edilmişdir. Şahid1 “Xəyal” şadlıq sarayının yanında Təqsirləndirilən şəxs ilə görüşərək 70 manat pulu ona vermiş və daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid1 verərkən o və digər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və hər ikisini polis şöbəsinə gətirmişlər. Saatlı RPŞ-nin Təhqiqat Bölməsində onların üzərinə baxış keçirilərkən Şahid1 Saatlı RPŞ-də ona verilmiş 70 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmiş, Təqsirləndirilən şəxs isə 2 ədəd 5 manatlıq pul əskinaslarını təqdim etmiş, həmin pul əskinasları Saatlı RPŞ-də kserosurətləri çıxarılaraq Şahid1 verilən pul əskinasları ilə qarşılaşdırılarkən eyni olduqları müəyyən edilmiş, Təqsirləndirilən şəxs üstündən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı 70 manat müqabilində Şahid1 satdığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, şərti alıcı qismində iştirak edən Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs alması üçün Saatlı RPŞ-də pul əskinasları verilmişdir. Şahid1 “Xəyal” şadlıq sarayının yanında Təqsirləndirilən şəxs ilə görüşərək pulu ona vermiş, Təqsirləndirilən şəxs oradan uzaqlaşmış və bir qədər sonra gələrək narkotik vasitəni Şahid1 verərkən o və digər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və hər ikisini polis şöbəsinə gətirmişlər. Saatlı RPŞ-də onların üzərinə baxış keçirilmiş, Şahid1 Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş, Təqsirləndirilən şəxs üstündən də 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı Şahid1 satdığını etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şahid1 Saatlı Rayon Polis Şöbəsinə təqdim etdiyi 26 iyul 2023-cü il tarixli ərizədən görünür ki, o, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun cinayət əməlinin ifşa olunması üçün polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 iyul 2023-cü il tarixli "Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə protokol" və ona əlavə edilən fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimal olunan Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən şəxsi vəsaiti hesabına şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə üç ədəd 20 manatlıq A44701514, A54248390, A07649922 nömrəli, iki ədəd 5 manatlıq A97687588 və B07884133 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 20 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Xəyal” şadlıq sarayının yaxınlığında narkotik vasitəni əməliyyat tədbirinin iştirakçısına satarkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxtdan azadlığı məhdudlaşdırılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 iyul 2023-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şərti alıcı Şahid1 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş pul müqabilində Təqsirləndirilən şəxs aldığını qeyd etmişdir. Şahid1 könüllü təqdim etdiyi 1 ədəd sellofan büküm onun özünün, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Vüsal Abbasovun və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının yanında açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sol cibindən 2 ədəd 5 manatlıq pul əskinaslarını çıxararaq, Şahid1 satdığı narkotikə görə Şahid1 verdiyini 70 manat puldan 60 manatını xərclədiyini, təqdim etdiyi pulların qalan 2 ədəd 5 manatlıq pul əskinasları olduğunu bildirmişdir. Həmin 2 ədəd 5 manatlıq pul əskinasları əvvəlcədən kserosurətləri çıxarılaraq Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Şahid1 verilmiş pul əskinasları ilə eyniləşdirilərkən 2 ədəd 5 manatlıq A97687588 və B07884133 nömrəli pul əskinasları ilə eyni olduqları müəyyən olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs üsütünə şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Daha sonra Şahid1 könüllü təqdim etdiyi 1 ədəd sellofan bükümdəki narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə 1 ədəd zərfdə, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə 1 ədəd zərfdə qaplaşdırılaraq məhkəmə-bioloji ekspertizaya göndərilməsindən ötrü götürülmüş və həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd 5 manatlıq A97687588 və B07884133 nömrəli pul əskinasları 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin 27 iyul 2023-cü il tarixli 18/757 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi - 3,03 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 1,16 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 ədəd sellofan bükümdə və 1 ədəd kibrit qutusunda, ümumi çəkisi – 4,19 qram olan marixuana eyni tərkiblidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 4(055)-37/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 iyul 2023-cü il tarixdən saat 20:00 dəqiqədən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 avqust 2023-cü il tarixli 15326 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası, anası və bacısı ilə birlikdə Saatlı şəhəri, Babək küçəsi ev 34 ünvanında yaşayır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 1202 saylı göndəriş, tibbi şəhadətləndirmə vərəqi, sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı, ehtiyatda olan vətəndaşın tibbi şəhadətləndirmə kartı, rentgen müayinəsi, ambulator müayinə, laboratoriya müayinəsinin cavabından görünür ki, Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Saatlı Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 1(055)-50/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq bir il beş ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4,19 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi və saxlaması, 26 iyul 2023-cü il tarixdə saat 20 radələrində qazanc əldə etmək məqsədi ilə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Xəyal” şadlıq sarayının yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada əvvəlcədən aldığı 70 manat pulun müqabilində həmin narkotik vasitədən bir ədəd sellofan bükümdə 3,03 qram çəkidə əməliyyat tədbirinin iştirakçısı, şərti alıcı Şahid1 70 manata qanunsuz olaraq satması, qalan 1 ədəd kibrit qutusunda 1,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın 26 iyul 2023-cü il tarixdə saat 21:05-də Saatlı RPŞ-də onun üstünə şəxsi axtarış aparılarkən aşkar edilib götürülməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq narkotik vasitəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 08 sentyabr 2023-cü il tarixli 5776 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 4,15 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd 5 manatlıq A97687588 və B07884133 nömrəli pul əskinaslarının cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 iyul 2023-cü il tarixli 18/757 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 26 iyul 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 4,15 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-60/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-60/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver