Məhkəmə qərarları › İş №1(055)-60/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-60/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-60/2025 10.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1963-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, 2020-2024-cü illərdə Saatlı rayonu Sarıcalar bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda işləməyən, ailəli, məhkumluğu olmayan, Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, Saatlı rayonu, Sarıcalar bələdiyyəsinin 18 fevral 2020-ci il tarixli, 03 nömrəli iclas protokoluna əsasən, bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Saatlı rayonu, Sarıcalar kəndi ərazisində əsas yolun sol tərəfində “kənd dairəsi” kimi adlanan yerdə yerləşən faktiki olaraq dövlət mülkiyyətində olan 100 m2 torpaq sahəsinin sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti ilə adına rəsmiləşdirilməsi üçün 2020-ci ilin aprel ayında özünə müraciət etmiş Saatlı rayonu Sarıcalar kənd sakini X1 almaq istədiyi torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildiyi halda, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu, bələdiyyə sədri kimi həmin torpaq sahəsini ona satmaq, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu, həmin şəxslər vasitəsilə qeyd edilən torpaq sahəsini onun adına sənədləşdirmək imkanına malik olduğunu bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin torpaq sahəsini satması üçün ilkin olaraq özünə 1.800 (bir min səkkiz yüz) manat pul vəsaiti verməli olmasını Oruc Muradova yalandan bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin niyyətlə 2020-ci ilin aprel ayının ortalarında Saatlı rayonu Sarıcalar kəndində Oruc Muradovun evinin həyətində sonuncu vasitəsilə arvadı Zərərçəkmiş şəxs1 məxsus 1.800 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, cinayətkar niyyətini davam etdirərək vahid niyyətlə 2020-ci ilin may ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin vəzifəli şəxslərinin Oruc Muradovun xeyrinə edəcəyi hərəkətə yəni, torpaq sahəsinin adına sənədləşdirilməsi üçün həmin şəxslərə özü vasitəsilə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində verməli olmasını Oruc Muradova yalandan bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may ayının ortalarında Saatlı rayonu Sarıcalar kənd ərazisində Oruc Muradov vasitəsilə arvadı Zərərçəkmiş şəxs1 məxsus 700 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Saatlı rayonu, Sarıcalar kəndi ərazisində əsas yolun sol tərəfində “kənd dairəsi” kimi adlanan yerdə guya X16a satdığı torpaq sahəsinin yaxınlığında yerləşən faktiki olaraq dövlət mülkiyyətində olan 100 m2 torpaq sahəsinin sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti ilə adına rəsmiləşdirilməsi üçün 2021-ci ilin may ayında özünə müraciət etmiş Saatlı rayonu Sarıcalar kənd sakini Zərərçəkmiş şəxs2 sonuncunun almaq istədiyi torpaq sahəsinin də dövlət mülkiyyətində olduğunu bildiyi halda, həmin torpaq sahəsinin yalandan bələdiyyənin mülkiyyətində olduğunu, bələdiyyə sədri kimi həmin torpaq sahəsini ona formal olaraq keçiriləcək hərrac yolu ilə satmaq, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu, həmin şəxslər vasitəsilə qeyd edilən torpaq sahələrini onun adına sənədləşdirmək imkanına malik olduğunu bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, həmin torpaq sahəsini satması üçün ilkin olaraq özünə 2.000 (iki min) manat pul vəsaiti verməli olmasını Saatlı rayon İcra hakimiyyəti başçısının Sarıcalar kəndi üzrə inzibati ərazi nümayəndəsi cinayətdən xəbərsiz Şahid2 iştirakı ilə sonuncunun xidməti otağında Zərərçəkmiş şəxs2 yalandan bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşərək, həmin niyyətlə 2021-ci ilin may ayının ortalarında Saatlı rayon İcra hakimiyyəti başçısının Sarıcalar kəndi üzrə inzibati ərazi nümayəndəsi cinayətdən xəbərsiz Şahid2 iştirakı ilə sonuncunun xidməti otağında Zərərçəkmiş şəxs2 2.000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, cinayətkar niyyətini davam etdirərək vahid niyyətlə 2021-ci ilin iyun ayının axırlarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin vəzifəli şəxslərinin Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə yəni, torpaq sahəsinin adına hərrac yolu ilə sənədləşdirilməsi üçün həmin şəxslərə özü vasitəsilə 500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməli olmasını Zərərçəkmiş şəxs2 yalandan bildirərək, 400 manatın verilməsinə dair sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin iyun ayının axırlarında Saatlı rayon İcra hakimiyyəti başçısının Sarıcalar kəndi üzrə inzibati ərazi nümayəndəliyinin qarşısında Zərərçəkmiş şəxs2 400 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 2.400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildə bələdiyyə seçkilərində iştirak edərək Saatlı rayonu Sarıcalar bələdiyyəsinin üzvü, bələdiyyə üzvlərinin ümumi yığıncağının razılığı ilə həmin bələdiyyənin sədri vəzifəsinə seçilmişdir. Bundan sonra 2019-cu ildə bələdiyyə seçkilərində iştirak edərək yenidən Sarıcalar bələdiyyəsinin üzvü və sədri vəzifəsinə təyin olunmuş və 2024-cü ilin dekabr ayınadək həmin vəzifəni icra etmişdir. 2024-cü ildə keçirilən seçkilərdə isə bələdiyyə üzvü seçilməmişdir. İşlədiyi son 2019-2024-cü illər ərzində Sarıcalar bələdiyyəsinin onunla birlikdə 9 üzvü olmuşdur. Bələdiyyə sədri olaraq vəzifəsi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin istifadəsinə, qorunub saxlanılmasına nəzarət etməkdən ibarət olmuşdur. İşlədiyi müddətdə bələdiyyənin balansında olan sahələrin ayrılması üzrə ona müraciət etmiş heç bir kəsə torpaq sahəsinin verilməsini təmin etməmişdir. Saatlı rayonu Sarıcalar kənd sakini Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X11 və Şahid2 kənd sakinləri kimi tanıyır, düşmənçiliyi və ya ədavəti olmamışdır. Oruc Muradov təxminən 2019-2020-ci illər ərzində Sarıcalar kəndində dairə deyilən ərazinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv.metr ölçüdə torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün ona müraciət etmiş, lakin aralarında torpaq sahəsinin ayrılmasına dair söhbətlər olsa da, həmin dövrdə pandemiya ilə əlaqədar həmin proses icra olunmamış qalmışdır. 2020-ci ildə Oruc Muradov vəfat etdikdən sonra oğlu Zərərçəkmiş şəxs2 ona müraciət edərək X16un demiş olduğu sahənin adına rəsmiləşdirilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 həmin məsələnin səlahiyyətində olduğunu demiş, sonuncu X16un demiş olduğu 100 kv.metrdən sahədən əlavə yanında olan 100 kv.metr sahənin də adına rəsmiləşdirilməsini istəmiş, bununla bağlı Zərərçəkmiş şəxs2 2.000 manat pul vəsaiti tələb etmişdir. Bundan sonra 2021-ci ilin may ayında dəqiq günü xatırlamır, Sarıcalar bələdiyyəsinin inzibati binasında Sarıcalar icra nümayəndəsi Şahid2 xidməti otağında olduğu zaman Zərərçəkmiş şəxs2 həmin otağa gəlmiş və yenə də torpaqla bağlı aralarında söhbət olarkən, sonuncuya həmin torpaq sahələrini adına rəsmiləşdirə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ona orada 2.000 manat pul vəsaitini tam şəkildə vermiş və o, pulu alaraq narahat olmamasını sənədləşmə işlərinə başlayacağını demişdir. Lakin şəxsi problemləri olduğundan həmin pulu şəxsi işlərinə xərcləmişdir. Həmçinin həmin ərəfədə yenidən pul lazım olduğundan guya sənədləşmə işlərini icra etməsi ilə bağlı da əlavə Zərərçəkmiş şəxs2 400 manat pul istəməklə kənddə həmin torpaq sahəsinin yanında almışdır. Həmin pulu da şəxsi işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs2 istədiyi yer dövlət mülkiyyətində olmuş, bələdiyyəyə aidiyyəti olmamışdır. Həmin sahəni onsuzda onun satmaq səlahiyyəti olmamışdır. Bunu etməkdə məqsədi həmin ərəfədə pula ehtiyacı olduğundan həmin problemlərini həll etmək olmuşdur. Zərərçəkmiş şəxs2 kənd sakini olduğundan problemlərini həll etdikdən sonra hissə-hissə sonuncuya pulu qaytaracağını düşünsə də, maddi vəziyyəti yaxşı olmadığından bunu edə bilməmiş və hazırkı vaxtadək ödəməmişdir. Söhbət zamanı isə Zərərçəkmiş şəxs2 prosesin getdiyini müəyyən qurumlara müraciət etməsi barədə yalan məlumatlar deməyə başlamışdır. Bununla bağlı Zərərçəkmiş şəxs2 ərizəsi alınmamış, hər hansı bələdiyyə üzvlərinin iştirakı ilə iclas və sair proseslər aparılmamışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs2 həmin sahəyə daş tökdürsə də, buna etiraz etməmişdir. Oruc Muradovdan pul almamış, Zərərçəkmiş şəxs2 və Kifayət Mehtiyavanın guya onun Oruc Muradovdan pul alması barədə dediklərini təsdiq etmir. Törətdiyi hazırki əməldən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1980-ci ildə X11 ilə ailə həyatı qurmuş və birgə nigahdan 3 övladı var. 1979-cu ildən hazırkı vaxtadək isə təhsil sahəsində əsasən Saatlı rayonu, Sarıcalar kənd ümumi orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. X13 2021-ci ilin aprel ayının 7-də vəfat etmiş, sonuncu da təhsil sahəsində işləmişdir. 2020-ci ilin təxminən aprel-may aylarında məhrum X13 ilə söhbət zamanı sonuncu ona təqaüd yaşına çatdığını, odur ki, yaşadığı Sarıcalar kəndində dairə adlanan yerdə bələdiyyədən torpaq sahəsi almaq istədiyini, təqaüddə olduğu zaman orada çayxana tikərək işlədəcəyini demişdir. O, buna etiraz etsə də, Oruc Muradov artıq bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə danışdıqlarını sonuncunun evə gələcəyini demişdir. Təqsirləndirilən şəxs kənd ərazisində İlham kimi müraciət edirlər. Oğlu Zərərçəkmiş şəxs2 da evdə olduğu zaman Təqsirləndirilən şəxs həyətlərinə gəlmiş, Təqsirləndirilən şəxs ilə X9 Muradovun yanında söhbət etməyə başlamış və Təqsirləndirilən şəxs həmin ərazidə 100 kv.metr ölçüdə torpaq sahəsinin ayrılmasını təmin edəcəyini, artıq bununla bağlı müəyyən qurumlarla danışdığını, sədr olduğundan bunu həll edə biləcəyini, bunun üçün isə 1.800 manat pul verilməli olduğunu demişdir. Oruc Muradov Zərərçəkmiş şəxs2 yanında ona 1.800 manat pul gətirməsini dediyindən evdən həmin pulu gətirərək Oruc Muradova vermişdir Oruc Muradov onunla Zərərçəkmiş şəxs2 yanında 1.800 manat pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alıb saymaqla narahat olmamaqlarını, artıq orada işlərə başlaya biləcəklərini demişdir. Təxminən bir ay sonra 2020-ci ilin may ayının sonlarında X17 Məhərrəmovun zəng edərək sənədləşmə işləri ilə əlaqədar əlavə 700 manat pul lazım olduğunu dediyini bildirmiş, ondan 700 manat pul vəsaiti ıalaraq kənd ərazisində Təqsirləndirilən şəxsla görüşərək pulu sonuncuya vermişdir. Həmin pul vəsaitləri onun özünə məxsus olmuş, çünki evdə yığılan pul onun əməkhaqqı olmuş, məhrum X13un əməkhaqqısı isə gündəlik xərclərə xərclənmişdir. Oruc Muradov davamlı olaraq Təqsirləndirilən şəxs ilə onun iştirakı ilə əlaqə saxlamış və sonuncu hər dəfə narahat olmamasını, pandemiya ilə bağlı işlərin uzandığını demişdir. 2021-ci ilin aprel ayında X13 vəfat etmiş və bir müddət başları qarışıq olmuşdur. 2021-ci ilin may ayında o, oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə görüşərək torpaqla bağlı sənədi almasını dediyində, sonuncu Təqsirləndirilən şəxsla kənd ərazisində görüşmüş və görüş zamanı sonuncu Oruc Muradovun vəfatı ilə bağlı təəssüfləndiyini bildirərək, verməli olduğu 100 kv.metr sahənin yanında olan əlavə 50 kv.metr sahənin də verilməsini təmin edəcəyini bununla bağlı artıq sənədləşmə işlərinə başladığını dediyində Zərərçəkmiş şəxs2 ona əlavə 50 kv.metr yox 100 kv.metr verməsini xahiş etdiyindən Təqsirləndirilən şəxs bununla bağlı pul lazım olacağını bildirmişdir. Təxminən 5-10 gün sonra 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs işlədiyi bələdiyyəyə getmiş və sonuncunun icra nümayəndəsi Şahid2 otağında olduğunu görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs2 həmin otağa daxil olaraq Şahid2 yanında Təqsirləndirilən şəxs ilə söhbət etməyə başlamış və sonuncu da həmin torpağın yanında yerləşən əlavə 100 kv.metr sahənin ayrılması üçün əlavə 2.000 manat pul vəsaiti verilməli olduğunu Zərərçəkmiş şəxs2 bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 evdən pul götürərək yenidən Şahid2 otağında Təqsirləndirilən şəxs şəxsən vermişdir. Təxminən 1-2 ay sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs2 ilə görüşmüş və sonuncuya sənədləşmə işlərinin icrası ilə əlaqədar əlavə 500 manat verilməli olduğunu dediyində, Zərərçəkmiş şəxs2 400 manat pulu Sarıcalar kənd icra nümayəndəliyinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər iki sahə üzrə sənədlərin 2021-ci ilin sentyabr ayına hazır olacağını desə də, nəticəsi olmamış, bundan sonra isə davamlı olaraq müxtəlif bəhanələrlə vaxt uzatmağa başlamışdır. Hər dəfəsində sənədləşmə işləri ilə məşğul olduğunu deməklə vaxtı uzatmağa başlamışdır. 2024-cü ilin oktyabr ayında isə Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə əlaqədar şikayət edərək torpaq satışı ilə bağlı ümumilikdə 5.000 manat pul almasını demişdir. Lakin Təqsirləndirilən şəxs qanunsuz əməlləri dediyi kimi olmuş və sonuncu Oruc Muradov vasitəsilə ondan 2.500 manat, oğlu Zərərçəkmiş şəxs2 isə 2.400 manat pul almışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X16 2021-ci ilin aprel ayının 7-də vəfat etmişdir. 2020-ci ilin təxminən aprel-may aylarında X16 evdə söhbət zamanı anası Zərərçəkmiş şəxs1 ilə ona təqaüd yaşına çatdığını, odur ki, yaşadıqları Sarıcalar kəndində dairə adlanan yerdə bələdiyyədən torpaq sahəsi almaq istədiyini, təqaüddə olduğu zaman orada çayxana tikərək işlədəcəyini demişdir. İlk olaraq anası Zərərçəkmiş şəxs1 buna etiraz etsə də, Oruc Muradov artıq bələdiyyə sərdi Təqsirləndirilən şəxs ilə danışdıqlarını sonuncunun evə gələcəyini demişdir. Təqsirləndirilən şəxs həyətlərinə gələrək onun iştirakı ilə X16la torpaq sahəsinin ayrılması barədə söhbət etməyə başlamışdır. Orada Təqsirləndirilən şəxs həmin ərazidə 100 kv.metr ölçüdə torpaq sahəsinin ayrılmasını təmin edəcəyini, artıq bununla bağlı müəyyən qurumlarla danışdığını, sədr olduğundan bunu həll edə biləcəyini bunun üçün isə 1.800 manat pul verilməli olduğunu demiş, X16 anası Zərərçəkmiş şəxs1 1.800 manat pul vəsaitini alıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alıb saymaqla narahat olmamaqlarını, artıq orada işlərə başlaya biləcəyini Oruc Muradova demişdir. Təxminən bir ay sonra 2020-ci ilin may ayının sonlarında X16 Təqsirləndirilən şəxs zəng edərək sənədləşmə işləri ilə əlaqədar əlavə 700 manat pul lazım olduğunu dediyini bildirmiş, anası Zərərçəkmiş şəxs1 700 manat pul vəsaiti alaraq kənd ərazisində Təqsirləndirilən şəxsla görüşərək həmin məbləğdə pul vəsaitini sonuncuya vermişdir. Oruc Muradov davamlı olaraq Təqsirləndirilən şəxs ilə onun iştirakı ilə əlaqə saxlamış və sonuncu hər dəfəsində narahat olmamaqlarını pandemiya ilə bağlı işlərin uzandığını demişdir. 2021-ci ilin aprel ayında X16 vəfat etmişdir. 2021-ci ilin may ayında o, Təqsirləndirilən şəxs ilə görüşmüş və görüş zamanı sonuncu ona X16un vəfatı ilə bağlı təəssüfləndiyini bildirərək, verməli olduğu 100 kv.metr sahənin yanında olan əlavə 50 kv.metr sahənin də verilməsini təmin edəcəyini bununla bağlı artıq sənədləşmə işlərinə başladığını dediyində o, Təqsirləndirilən şəxs əlavə 50 kv.metr yox 100 kv.metr verməsini xahiş etdiyində sonuncu bununla bağlı pul lazım olacağını bildirmişdir. Təxminən 5-10 gün sonra 2021-ci ilin may ayında o, Təqsirləndirilən şəxs işlədiyi bələdiyyə binasına getmiş və sonuncunun icra nümayəndəsi Şahid2 otağında olduğunu görərək həmin otağa daxil olmuşdur. Şahid2 yanında Təqsirləndirilən şəxs ilə söhbət etməyə başlamış və sonuncu həmin torpağın yanında yerləşən əlavə 100 kv.metr sahənin ayrılması üçün 2.000 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs hər iki sahə üzrə sənədləri hazırlayacağını, sahənin verilməsi prosesinin qanuni olması üçün hərrac komissiyasına müraciət edəcəyini və sair halları deməyə başlamışdır. Təqsirləndirilən şəxs bu danışığı onda inam yaratmış, evdən 2.000 manat pulu götürərək yenidən icra nümayəndəsinin otağına getmiş və Şahid2 iştirakı ilə həmin pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona sənədləşmə işləri ilə əlaqədar ərizə yazmağını dediyində sonuncunun dediyi formada torpaq sahəsinin ayrılmasına dair ərizə də yazaraq vermişdir. Təxminən 1-2 ay sonra Təqsirləndirilən şəxs yenidən onunla görüşərək sənədləşmə işlərinin icrası ilə əlaqədar əlavə 500 manat pul verilməli olduğunu dediyində, o da 400 manat pulu götürərək Sarıcalar kənd icra nümayəndəliyinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. X16 2.500 manat, o, isə 2.400 manat pul vəsaitini torpaq sahəsinin ayrılması üçün Təqsirləndirilən şəxs şəxsən vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər iki sahə üzrə sənədlərin 2021-ci ilin sentyabr ayına hazır olacağını desə də, nəticəsi olmamış, bundan sonra isə davamlı olaraq müxtəlif bəhanələrlə vaxt uzatmağa başlamışdır. 2024-cü ildə anası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayət etmiş və sonuncu bundan sonra ondan şikayət etməməklərini xahiş etməyə başlamışdır. Hətta bir neçə dəfə zənginə cavab vermədiyi zaman ***-***-**-** mobil nömrəsi olan “Whatsapp” tətbiq etməsinə şikayət etməməsi barədə səs göndərmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən hazırkı vaxtadək Saatlı rayon icra hakimiyyəti başçısının Saatlı rayonu Sarıcalar kənd inzibati ərazi dairəsinin nümayəndəsi vəzifəsində işləyir. Saatlı rayon icra hakimiyyəti başçısının Saatlı rayonu Sarıcalar kənd inzibati ərazi dairəsi ilə Saatlı rayonu Sarıcalar bələdiyyəsi eyni inzibati binada yerləşir. Təqsirləndirilən şəxsla da ünsiyyəti olduğundan sonuncu davamlı olaraq onun xidməti otağına gəlmişdir. 2021-ci ilin may ayında dəqiq tarixi xatırlamır Təqsirləndirilən şəxs yenə onun otağında olduğu zaman həmin vaxt kənd sakini Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun otağında oturduğunu görərək otağa daxil olmuşdur. Zərərçəkmiş şəxs2 otağa daxil olandan sonra Təqsirləndirilən şəxsla Sarıcalar kəndin ərazisində torpağın alınmasına dair söhbət etməyə başlamış, söhbət zamanı Zərərçəkmiş şəxs2 X16a verilmiş sahədən əlavə 100 kv.metr torpaq sahəsinin ayrılmasını Təqsirləndirilən şəxs dedikdə sonuncu problem olmadığını, torpağın verilməsi üçün sənədləşmə işlərini icra etməli olduğunu, bunun üçün də 2.000 manat pul verilməli olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 evə gedərək təxminən 15 dəqiqə sonra qayıdıb, Sarıcalar kəndin ərazisində X16a verilməli olduğu sahədən əlavə də 100 kv.m ibarət olan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi üçün Sarıcalar kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs nağd şəkildə onun yanında 2.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs hər iki sahə üzrə sənədləri hazırlayacağını narahat olmamasını bildirmişdir. Bundan sonraki proseslərdən məlumatsızdır. İşdə olan şahid qismində X2 ilə şahid qismində Təqsirləndirilən şəxs aralarında olan xx.xx.2025-ci il tarixli üzləşdirmə protokuldan görünür ki, Zərərçəkmiş şəxs1 əri Oruc Muradovun 2020-ci ildə torpaq sahəsinin ayrılması üçün ona məxsus 2.500 manat, həmçinin oğlu Zərərçəkmiş şəxs2 2021-ci ildə əlavə torpaq sahəsinin ayrılması üçün 2.400 manat pul vəsaiti verməsini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İşdə olan şahid qismində Zərərçəkmiş şəxs2 ilə şahid qismində Təqsirləndirilən şəxs aralarında olan xx.xx.2025-ci il tarixli üzləşdirmə protokuldan görünür ki, Zərərçəkmiş şəxs1 əri Oruc Muradovun 2020-ci ildə torpaq sahəsinin ayrılması üçün ona məxsus 2.500 manat, həmçinin oğlu Zərərçəkmiş şəxs2 2021-ci ildə əlavə torpaq sahəsinin ayrılması üçün 2.400 manat pul vəsaiti verməsini Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi sd diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin diskin daxilində 1 ədəd WhatsApp Audio 2025-03-06 at 13.05.03_e4e3c624” fayl vardır. Həmin fayla daxil olduqda 11 dəqiqə 13 saniyədə ibarət səs yazısı olduğu müəyyən olundu. Həmin səs yazısı bir nəfər kişi cinsli şəxsə aiddir və həmin şəxs Zərərçəkmiş şəxs2 müraciət edərək torpaq satışı ilə əlaqədar pul aldığını, həmin pulları xərclədiyini, hazırda pulunun olmadığını, vaxt verilməsini qısa müddətə pulun qaytarılmasını təmin edəcəyini deyir. İşdə olan Zərərçəkmiş şəxs2 iştirakı ilə keçirilmiş xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Saatlı rayonu Sarıcalar kəndi ərazisində satmaq məqsədilə təqdim etdiyi kənd dairəsi adlanan yeri göstərmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərinə əsasən Təqsirləndirilən şəxs Saatlı rayonu Sarıcalar bələdiyyəsinin üzvü, xx.xx.2020-ci il tarixli Saatlı rayonu Sarıcalar bələdiyyəsinin iclasının 03 nömrəli protokoluna əsasən isə Saatlı rayonu Sarıcalar bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmişdir. İşdə olan Saatlı rayonu X10 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Saatlı rayonu Sarıcalar bələdiyyəsi həmin bələdiyyəyə birləşdirilmiş və bələdiyyənin arxiv sənədlərinə əsasən kənd sakinləri Zərərçəkmiş şəxs1, X11 və Zərərçəkmiş şəxs2 icarəsinə və mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair hər hansı sənəd aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Həmçinin sözügedən torpaq sahəsi dəmir yolunun mühafizə zolağında yerləşir. Həmin torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və təyinatının dəyişdirilməsi ilə bağlı Saatlı rayonu Sarıcalar bələdiyyəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə heç bir müraciət daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixdə çıxarılmış məlumatlardan görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3, 29,178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPMin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2500 manat pul almadığını bildirsə də, həmin epizod üzrə təqsirləndirilən şəxsin əməli iş materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin həmin epizod üzrə verdiyi ifadəsini özünümüafiə xarakterli kimi qiymətləndirir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 46.1-ci maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək miiddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tııtma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafıq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün ictimai işlərə, islah işlərinə əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu cəza növü intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafıq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Həmin Qərarın 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüquqıından məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun vəzifə səlahiyyətləri ilə əlaqədar olduğundan ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da əlavə cəza olaraq təyin edilməlidir. Həmçinin, CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs2 təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs səs yazısı olan sd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il, 06 (altı) ay müddətə bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut, Zərərçəkmiş şəxs2 təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs səs yazısı olan sd disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar