Məhkəmə qərarları › İş №1(055)-61/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-61/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-61/2023 15.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Saat: 10:45 xx xxxxxx 1985-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,246 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş və saxlamış, 24 iyul 2023-cü il tarixdə saat 18:20 radələrində qazanc əldə etmək məqsədilə həmin narkotik vasitəni Saatlı şəhəri H.Əliyev prospektində 115 nömrəli evin yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb, orada 10 manat pulun müqabilində əməliyyat tədbirinin iştirakçısı şərti alıcı Şahid1 Əliqüşad oğluna qanunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Çünki o, təxminən 10 ildir narkotik vasitələrin istifadəçisidir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 24 iyul 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin darvazasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Saatlı RPŞ-yə aparılmışdır. Polis şöbəsinə aparılarkən Şahid1 narkotik satdığı deyilmişdir. Polis şöbəsinə gətirildikdən sonra onu Qəhrəman adlı şəxsin otağına aparmışlar. Daha sonra Şahid1 otağa daxil olmuşdur.Tanımadığı polis əməkdaşı guya Bəhruzun narkotik almaq üçün ona verdiyi pulların surətini çıxarmışdır.Halbuki o, Şahid1 narkotik satmamış və sonuncudan narkotik satmağa görə hər hansı məbləğdə pul almamışdır.Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil. Həmin narkotik vasitənin onun üzərinə necə qoyulmasını bilmir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunduğu üçün həmin vaxt narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir.Şəxsi axtarış aparılarkən də narkotik vasitələrin təsiri altında olduğu üçün hansı məzmunda izahat verdiyini, nə dediyini xatırlamır. Fikirləşmədən şəxsi axtarış aparılması barədə protokola imza etmişdir. Şəxsi axtarış zamanı həmçinin foto və video çəkiliş aparılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə məhkəmədə baxılarkən özündə olmadığı, eləcə də İbtidai istintaqın sonrakı vaxtlarında müstəntiq tərəfindən aparılmış dindirmələr zamanı qorxduğu üçün etirafedici ifadələr vermişdir. Bir daha bildirir ki, Şahid1 narkotik satmamış və sonuncudan hər hansı məbləğdə pul almamışdır.Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır, ədavət və düşmənçiliyi olmamışdır. Tələt Saatlı rayonunda narkotik vasitələr sataraq əhalinin cavan təbəqəsini zəhərlədiyindən Tələtin ifşa olunmasında polis əməkdaşlarına könüllü kömək etməyi qərara almışdır. Buna görə də, 23 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə görüşmüş və onunla bir qədər söhbət etdikdən sonra qonağı olduğunu deyib narkotik vasitə istəmiş, həmin vaxt Tələt konkret cavab verməsə də, sabah üçün təşkil edə biləcəyini demişdir.O da bu səbəbdən 24 iyul 2023-cü il tarixdə saat təxminən 17 radələrində Saatlı RPŞ-yə gedib özünü təqdim edərək, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasında könüllü olaraq köməklik etmək istədiyini bildirərək bu barədə Saatlı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Tələt ona narkotikin 1 bükümünü 10 manata sata biləcəyini dediyi üçün polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədilə ona kserosurətləri çıxarılmış 2 ədəd 5 manatlıq pul əskinasları verilmiş və bu barədə protokol tərtib imza edilmiş, həmin vaxt foto və video çəkiliş aparılmışdır. Polis əməkdaşları tərəfindən keçirilən tədbirin davamı olaraq o, polis şöbəsindən çıxaraq saat 18 radələrində polis əməkdaşları ilə birlikdə Saatlı şəhəri, H.Əliyev prospekti ilə Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığına getmiş, təxminən 15 dəqiqə sonra Tələti yaşadığı evin yaxınlığındakı küçədə görüb yaxınlaşıb ondan heroin istəmiş, həmin vaxt Tələt üstündə saxladığı içərisində heroin olan bir ədəd qara rəngli kağız bükümü çıxarıb ona vermişdir. O, bükümü cibinə qoymuş və polis əməkdaşları tərəfindən qabaqcadan kserosurətləri çıxarılaraq ona verilmiş 2 ədəd 5 manatlıq pul əskinaslarını Tələtə vermiş, daha sonra həmin yerdən aralanmaq istədikdə tədbirdə iştirak edən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək hər ikisini də Saatlı RPŞ-yə aparmışlar. Saatlı RPŞ-də o və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən o, könüllü olaraq əynindəki şalvarın cibindən bir ədəd bükümü çıxarıb, həmin bükümün içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş 2 ədəd 5 manatlıq, ümumilikdə 10 manata aldığını demişdir. Həmin bir ədəd büküm şəxsi axtarış zamanı açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun qeyd etdiklərini təsdiq edərək onun könüllü olaraq təqdim etdiyi həmin 1 ədəd bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini 10 manat satdığını, etiraf etmiş və həmin pulları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Tələtin təqdim etdiyi həmin pul əskinasları kserosurətləri çıxarılaraq Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün ona əvvəlcədən verilmiş kserosurətlər ilə eyniləşdirilərkən eyni olduğu müəyyən edilmiş, bundan sonra narkotik vasitə və pul əskinasları polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, şəxsi axtarış zamanı foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Firudun oğlu ifadəsində göstərdi ki, 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmçinin Şahid1 həmin tarixdə ərizə ilə Saatlı RPŞ-yə müraciət edərək Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasında könüllü olaraq polis əməkdaşlarına köməklik etmək istədiyini bildirmişdir.Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək sonuncudan narkotik vasitə almaq üçün 2 ədəd 5 manatlıq pul əskinasları Şahid1 verilmiş, bununla bağlı protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Tədbirin davamı olaraq həmin gün saat 18 radələrində Şahid1 Saatlı şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında onunla görüşdükdən sonra tədbir ilə bağlı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə verdikdən sonra, Bəhruz ona verilən 2 ədəd 5 manatlıq pul əskinaslarını Tələtə vermiş, Tələt 10 manat məbləğində pulu Bəhruzdan alaraq cibinə qoyduqdan dərhal sonra saat 18 radələrində tədbirdə iştirak edən polis əməkdaşları ilə birlikdə onlara yaxınlaşıb özlərini təqdim edərək hər ikisini Saatlı RPŞ-yə gətirmişlər. Bundan sonra Saatlı RPŞ-də təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid1 üstünə şəxsi axtarış aparılarkən Şahid1 könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb, həmin bükümün içərisindəkinin heroin olduğunu, polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılıb ona verilmiş pul əskinasına Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin bir ədəd kağız büküm, şəxsi axtarışda iştirak edən şəxslərin yanında açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid1 göstərdiklərini təsdiq edərək onun könüllü olaraq təqdim etdiyi 1 ədəd bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu və ona 10 manata satdığını səmimi etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs də üstünə şəxsi axtarış aparılarkən əynindəki şalvarın arxa cibindən 2 ədəd 5 manatlıq pul əskinasları aşkar edilmiş, həmin 2 ədəd 5 manatlıq pul əskinasları kserosurətləri çıxarılaraq Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Şahid1 əvvəlcədən verilmiş kserosurətlər ilə eyniləşdirilərkən eyni olduğu müəyyən edilmişdir. Şahid1 könüllü təqdim etdiyi içərisində narkotik vasitə olan heroinə oxşar kütlə və 2 ədəd 5 manatlıq pul əskinasları qablaşdırılıb götürülmüşdür. Sonda şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, şəxsi axtarış zamanı foto və videoçəkiliş aparılmışdır. Şahid2 Firudun oğlu həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmiş, ona fiziki zor tətbiq edilməsi, pul əksinaslarının onun cibinə qoyulması və sair qanunsuzluğa məruz qalması barədə göstərdiklərinin də hamısı yalandır və cinayət məsuliyyətindən yayınmaq niyyəti daşıyır. Məhkəmə istintaqı zamanı şahid Bəhrəmli X1 Məhəmməd Firudun oğlu ilə eyniməzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 24 iyul 2023-cü il tarixli “Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə 2 ədəd 5 manatlıq B25693276 və A04053472 nömrəli pul əskinasları verilmişdir. İşdə olan 24 iyul 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı Şahid1 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd içərisində heroinə oxşar kütlə olan qara rəngli kağız bükümü çıxarıb təqdim edərək, həmin bükümü ona verilmiş 10 manat miqdarda pulun müqabilində Təqsirləndirilən şəxs aldığını, Təqsirləndirilən şəxs da şalvarının arxa sağ cibindən 2 ədəd 5 manatlıq pul əskinaslarını çıxararaq həmin pulun Şahid1 satdığı narkotik vasitəyə görə onun verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş pul əskinasları kserosurətlər ilə eyniləşdirilərkən əskinasların əməliyyat keçirilməzdən əvvəl şərti alıcı Şahid1 verilən 2 ədəd 5 manatlıq B25693276 və A04053472 nömrəli pul əskinasları olduğu, şərti alıcı Şahid1un könüllü təqdim etdiyi 1 ədəd kağız bükümdəki heroinə oxşar kütlənin çəkisinin 0,41 qram olduğu məlum olmuşdur. Həmin kütlə bir ədəd zərfdə, 2 ədəd 5 manatlıq pul əskinasları isə başqa bir zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2023-cü il tarixli 18/751 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi -0,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi -0,246 qram olub, tədqiqata istifadə olundu -0,05 qram, qalıq -0,196 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2023-cü il tarixli 6205 nömrıli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə deyil, narkotik istifadəçisi olduğu üçün CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qoyulduğunu, pul əskinaslarının onun cibinə qoyulduğunu, şəxsi axtarış zamanı özündə olmadığı və polis əməkdaşları tərəfindən qorxudulduğu üçün əməlini etiraf etdiyini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, cinayət işi materiallarında olan Saatlı rayon prokurorunun köməkçisi X4 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 09 sentyabr 2023cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Bundan başqa, işdə olan 24 iyul 2023-cü il tarixli “Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə 2 ədəd 5 manatlıq B25693276 və A04053472 nömrəli pul əskinasları verilmişdir. Bundan başqa, işdə olan “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol”a əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılarkən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu göstərərək, cibindən 2 ədəd 5 manatlıq pul əskinaslarını çıxarıb həmin pulun Şahid1 satdığı narkotik vasitəyə görə sonuncunun onun verdiyini bildirmiş, müdafiəçinin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalıbqalmaması barədə verdiyi suala cavabında ona qarşı qeyri-qanuni hərəkətlərə yol verilmədiyini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özü də ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və 10 manat pul müqabilində Şahid1 satdığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə 26 iyul 2023-cü il tarixdə baxılarkən Şahid1 narkotik vasitə, sonuncunun isə ona narkotik vasitə müqabilində10 manat pul verdiyini etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü ildə saat 18:20də şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2023-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,196 qram qalan narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan və əməliyyat tədbirində istifadə edilən 2 ədəd 5 manatlıq B25693276 və A04053472 nömrəli pul əskinasları iş materiallarına əlavə edilmişdir.Odur ki, bu hal nəzərə alınmalıdır. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 24 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.196 qram qalan narkotik vasitə heroin məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar