Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-61/2024 24.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə saat 15:50 xx xxxxxxxx 1979-cu il tarixdə Saatlı rayonu Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının axırlarında yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evinin sol yan tərəfindəki xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 01 iyun 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən ümumilikdə 07 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 01 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞnin əməkdaşları tərəfindən 07 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, yerdən tapdığı kağız bükülünü götürdükdə onun içərisində çətənə bitkisinin toxumları olduğunu görmüş, həmin toxumları ilk öncə yolun yaxınlığında olan kanalın kənarında dibçəklərdə əkmiş, daha sonra həmin toxumlardan yeddi ədədinin bitərək inkişaf etdiyini görmüş, bundan sonra ştilləri oradan çıxararaq evinin sol tərəfindəki torpaq sahəsinə əkmişdir. 01 iyun 2024-cü il tarixdə polis əməkdaşları onun həyətinə gələrək həyətində narkotik tərkibli bitkilər əkməyinə dair məlumat aldıqlarını bildirmiş, bundan sonra həyətə daxil olmuşlar. O əkdiyi çətənə bitkisinin ağaclarını könüllü olaraq polis əməkdaşlarına göstərmişdir. Törətdiyi əmələ görə peşmandır. Mədə şişi xəstəliyindən əziyyət çəkir, arvadı isə epilepsiya xəstəsidir. Cəza təyin edilərkən bunların nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Saatlı rayon İHB-nin Mustafabəyli kənd icra nümayəndəliyində mühasib vəzifəsində işləyir. Saatlı rayon Polis Şöbəsinin əməkdaşları onlara Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməli olduğunu demişlər. O polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs həyətinə getmiş, orada təqsirləndirilən şəxs 7 ədəd çətənə bitkisini göstərərək özünün əkdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 göstərdi ki, Saatlı Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs öz həyətində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə Saatlı Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. O digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs həyətinə gedərək Polis Şöbəsinə cinayət əməli törətməsi barədə məlumat daxil olduğundan həyətinə baxış keçirilməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs da könüllü olaraq həyətində əkdiyi 7 ədəd çətənə bitkisini göstərmişdir. Həmin zaman onların yanında aqronom da olmuşdur. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 7 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək təqdim olunmuşdur. Həmin 7 ədəd bitki tərəflərindən əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü bir ədəd sintetik torbada qablaşdırılmış, həmin torba möhürlənib götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 01 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfində yerləşən torpaq sahəsində əkib-yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 iyun 2024-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin sol tərəfindəki torpaq sahəsində aşkar edilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 02 iyun 2024-cü il tarixli 3-16-16/2-18/548 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs həyətindən...” sözləri və imzalar olan sintettik torbadakı cəmi 07 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-2000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi-2000 qram, cəmi tədqiqata sərf edildi-0,7 qram (hər obyektdən-0,1 qram götürüldü), qalıq-1999,3 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 06 avqust 2024-cü il tarixli 5378 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Saatlı Rayon məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək bir il on bir ay iyirmi dörd gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumluğu yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 iyun 2024-cü il tarixli 243 saylı arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, onun himayəsində 24 may 2010-cu il tarixdə anadan olmuş X2 və 23 dekabr 2011-ci il tarixdə anadan olmuş azyaşlı X3 adlı iki nəfər uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının axırlarında yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evinin sol yan tərəfindəki xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkməsi, 01 iyun 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən ümumilikdə 07 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər yetişdirməklə xeyli miqdarda kultivasiya etməsi, həmin ünvanda 01 iyun 2024-cü il tarixdə saat 15:00 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən 07 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisinin aşkar edilib götürülməsi, yəni Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununa əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin miqdarı 3-15 ədəd olduqda xeyli miqdar başa düşülür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu əkib onlara aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə xeyli miqdarda kultivasiya etdiyindən onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 01 iyun 2024-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 03 iyun 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 06 avqust 2024-cü il tarixli 5378 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 7 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilmiş 02 iyun 2024-cü il tarixli 3-16-16/2-18/548 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 7 (yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-61/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-61/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver