Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-64/2023 31.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ (xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə göndərilməsi barədə) Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Xüsusi ittihamçı X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə X3 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 296.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X6 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X10 xüsusi ittiham qaydasında şikayətlə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Saatlı rayonunun Dəllər kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan X3 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 296.2-ci maddələri ilə cinayət işi başlanması, onların həmin maddələrin sanksiyası həddində cəzalandırılmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı qismində məhkəmədə ifadə verən X10 şikayətini müdafiə edərək göstərdi ki, Saatlı rayonunun Dəllər kəndində yaşayan X8 və X7 04 oktyabr 2023-cü il tarixdə “SPACE” televiziya kanalının aparıcısı Amil Xəlilin “Gəl,danış” verilişində canlı yayımda onun adını səsləndirərək onu ağır və xüsusilə ağır cinayətləri gizlətməkdə və örtbasdır etməkdə ittiham etməklə böhtan atmışlar. “SPACE” televiziya kanalında canlı yayımlanan “Gəl,danış” verilişində X8 öz əmisioğlu X9 narkotik satışı və 2022-ci ilin sentyabr ayında Saatlı rayonunun Musalı kəndi ərazisində xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cinayətlərini törətməkdə ittiham etmiş və onu həmin cinayətlərin barəsində xəbər verməməkdə və ya həmin cinayətləri gizlətməkdə ittiham etməklə ona böhtan atmışdır. Elsevər Dövlətovun dediklərini atası Tehran Dövlətov təsdiq etmişdir. X8 və X7 canlı yayıma çıxmamışdan əvvəl Cavid Dövlətov barəsində Saatlı rayon hüquq-mühafizə orqanlarına rəsmi şikayətlər etmiş, X9 cinayət törətməkdə ittiham etmiş, bu barədə araşdırma aparılmış, lakin məlumatın yalan olduğu müəyyən edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Elsevər Dövlətov canlı yayımda eyni məzmunda çıxış etmiş və həmin cinayətləri gizlətməkdə onu da ittiham edərək böhtan atmış, törədilmiş cinayət zamanı X13 adlı şəxsi öldürməsi ilə bağlı ona telefonda məlumat verdiyini və öldürülən şəxsin şəkillərini çəkərək ona göndərdiyini söyləmişdir. Bütün bu hərəkətləri ilə X8 və X7 ona böhtan atmışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq X3 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 296.2-ci maddələri ilə cinayət işi başlanması, onların həmin maddələrin sanksiyası həddində cəzalandırılmalarına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 məhkəmədə ifadə verərək göstərdi ki, X6 qeyd etdiyi çıxış Bakı şəhəri, Yasamal rayonunda yerləşən “SPACE” televiziya kanalında olmuşdur. Hazırda hərbi xidmətdə olan oğlu X8 “SPACE” televiziya kanalında çıxış edərək danışmış, o da gözü ilə görmədiyi şeyi təsdiqləmədiyini bildirmişdir. Efirə çıxmazdan əvvəl oğlu X8 Azərbaycan Respublikası Baş Prokurorluğuna və Saatlı Rayon Rrokurorluğuna ərizə vermiş, lakin hadisənin ictimailəşməsindən ötrü efirdə çıxıb danışması üçün özü Bakı şəhərini tanımadığından, onu Bakı şəhərinə, “SPACE” televiziya kanalında yayımlanan verilişə aparmasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 hazırda hərbi xidmətdə olduğundan məhkəmə iclasında iştirak etmir və məhkəmə X3 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 296.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, xüsusi ittihamçını və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib hesab edir ki, X3 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 296.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X6 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. X6 xüsusi ittiham qaydasında məhkəməyə təqdim etdiyi şikayətdən görünür ki, o, X3 və X2 04 oktyabr 2023-cü il tarixdə “SPACE” televiziya kanalının aparıcısı Amil Xəlilin “Gəl,danış” verilişində canlı yayımda X6 adını səsləndirərək onu ağır və xüsusilə ağır cinayətləri gizlətməkdə və ört-basdır etməkdə ittiham etməklə ona böhtan atdıqlarını iddia edir. Buradan da göründüyü kimi, X8 və X1 Sübhan Qulam oğlunun barəsində səsləndirdikləri böhtan xarakterli hesab etdiyi məlumatları “SPACE” televiziya kanalında canlı yayımlanan “Gəl,danış” verilişində səsləndirmişlər. Barəsində şikayət verilmiş cinayət əməlinin törədilməsi yeri “SPACE” kanalının yerləşdiyi yer, yəni Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanıdır. Ona görə də xüsusi ittiham qaydasında şikayət “SPACE” kanalının yerləşdiyi yerin yurisdiksiyasına aid olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verilməli olduğundan həmin şikayətə Saatlı Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni şikayət həmin məhkəməyə aid olmadıqda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X3 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 296.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində hazırkı qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi nəzərdə tutulmamışdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X3 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 296.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(055)-64/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-64/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver