Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-64/2025 17.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Saatlı rayonu Qara Nuru kəndində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirimiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixdə saat 14 radələrində anası Şahid2 ilə birlikdə Saatlı rayonu Qara Nuru kəndində qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətyan sahəsinə gedərək sonunçudan arvadı Minurə Məmmdovanın atası X4 barəsində Saatlı RPŞ-yə etdiyi möraciəti geri götürməsi və barışmasını tələb etmiş, Zərərçəkmiş şəxs isə barışmayacağını bildirməsinə görə öz aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan təsərrüfat-məişət təyinatlı mətbəx bıcağı ilə sonuncunun sol qoluna bir necə dəfə zərbələr vuraraq ona, sol bazu oynağının arxa səthində, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sol bazu oynağının üst səthində, sol bazunun aşağı 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə yaraların əmələ gəlməsi ilə nətiçələnən, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 iyun 2025-ci il tarixdə gecə saat 04-də o, anası Şölə ilə birlikdə pambıq alağına getmişlər. Atası isə axşamdan spritli içki qəbul edib yatdığı üçün onlarla pambıq alağına getməmişdir. Təxminən səhər saat 07 radələrində atası Fərhad onun mobil telefonuna zəng edərək, barəsində şikayət olduğundan polis əməkdaşları onu rayon polis şöbəsinə apardıqlarını bildirmişdir. Lakin dəqiq olaraq kimin şikayət etməsini deməmişdir. Təxminən saat 14 radələrində evə gəldikdən sonra anasına, qonşu Niyaməddinin evinə getməsini, çox güman ki, şikayətin həmin şəxslərdən olduğunu demişdir. O, evdə olarkən, anası Şölə qonşunun həyətinə gedib qayıtdıqdan sonra ona, Minurənin onun atası barəsində şikayət etdiyini demişdir. Minurənin deməsinə görə atası ona qarşı əxlaqsız hərəkətlər etmək istəmişdir. Həmin vaxt isə o, telefonda böyük qardaşı İlhamla danışmışdır. Eyni zamanda əlindəki bıçaqla pomidor və xiyar doğramışdır. İlham isə təsadüfən anası ilə olan söhbətini telefonda eşitmişdir. Buna görə də, İlham telefonda anasına, telefonu Niyaməddinə verəməsin və onunla danışıb şikayətçi olmamasını xahiş edəcəyini bildrimişdir. Sonra anası və o, birlikdə Niyaməddinin həyətinə getmişlər. Həmin vaxtı bıçaq onun əlində olmuşdur. Anası telefonu Niyaməddinə vermişdir ki, İlhamla danışsın. İlhamla Niyaməddin danışdığı vaxt Niyaməddin onun atası barəsində şikayətini geri götürməyəcəyini dedikdə, o, bir anlıq əsəbləşmiş və əlindəki bıçaqla İlhamın sol qol nahiyəsindən vurmağa başlmışdır. Hətda bıçaqla vurduğu vaxt bıçağın uc hissəsi əlində sınmış və yerə düşmüşdür. Dəstək hissəsini isə həyətdən kənara tullamışdır. Sonra İlhamla əlbəyaxa olmuşlar. Bu zaman o, yerə yıxılmışdır. Niyaməddin isə qapıya söykədikləri taxtanı götürüb onu vurmuşdur. Bu zaman sol qolundan xəsarət almışdır. Bu zaman anası kənarda halsız vəziyyətdə olmuşdur. Həmin anda Niyaməddin və Minurə oradan uzaqlaşıb asfalta tərəf getmişlər. O, da anası Şöləni götürüb evə gəlmişdir. Sonradan eşitmişdir ki, Niyaməddin onun barəsində şikayət etmişdir. Sonda məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Zərərçəkmiş şəxs onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X5 01 iyun 2025-ci il tarixdə gecə saat 04 radələrində arvadı Minurə tualetə getdiyi zaman həyətə daxil olmuş və orada arvadına qarşı əxlaqsız hərəkətlərə cəhd etməsinə görə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Saatlı RPŞ-yə müraciət etmişlər. Bununla bağlı olaraq polis şöbəsində araşdırma aparılır. Polis şöbəsindən gəldikdən sonra təxminən saat 14 radələrində o, və arvadı Minurə evdə olarkən adını Şölə kimi bildiyi Fərhadın arvadı onların həyətinə gəlib Minurəni səsləyib həyətə çağırmışdır. İlk olaraq o, həyətə düşmüşdür. Şölə ondan hadisə barədə soruşmuşdur. O, izah vermişdir ki, Fərhad arvadı Minurəyə qarşı əxlaqsız hərəkət etmişdir. Lakin Şölə onun sözünə inanmamışdır. O, da Minurəni çağırmışdır ki, özü başına gələni danışsın. Minurə gəldikdən sonra baş verənləri Şöləyə danışmışdır. Şölə ilk əvvəl Minurənin etdiklərinə haqq qazandırmışdır. Lakin sonda ona və arvadı Minurəyə, əri Fərhad barəsində olan şikayət ərizəsini geri götürmələrini demişdir. O, Şöləyə, ərizəni geri götürülməyəcəyini, tam əksinə 2024-cü ilin dekabr ayında onun pulunu itməsinə görə də, barəsində şikayətçi olacağını bildirmişdir. Şölə isə tam əksinə Minurə barəsində əxlaqsız sözlər işlədərək küçəyə çıxıb öz evlərinə getmişdir. Onlar isə evə daxil olmuşlar. Təxminən 2-3 dəqiqə sonra Şölə onların həyətinə gəlib, onu və arvadını çağırmışdır. Onlar təkrarən həyətə düşmüşlər. Bu zaman həyətdə Şölədən başqa oğlu Ceyhunu görmüşdür. Şölə ona telefonu verib oğlu İlhamla danışmasını bildirmişdir. İlhamla telefonda danışarkən ona baş verənləri danışmışdır. Bu zaman Şölənin digər oğlu Ceyhun əli ilə onu vurmaq istəmişdir. O, geri çəkildikdən sonra sol qol nahiyəsindən bir neçə dəfə vurmağa başlamışdır. Qan gəldiyi üçün başa düşmüşdür ki, Ceyhun qolundan bıçaqla xəsarət yetirib. Sonra bir anlıq əlbəyaxa olmuşlar. Bu zaman Ceyhun yerə yıxılmışdır. O, da özünü qorumaq üçün metal şiferdən düzəldilmiş qapıya söykədiyi taxtanı götürüb Ceyhunu vurmuşdur. Şölə isə onu və arvadını nalayiq söyüşlərlə söyməyə başlamış və onları Fərhadın öldürəcəyi ilə bağlı hədə-qorxu gəlməyə başlamışdır. Bu zaman o, və arvadı Minurə asfalt yola tərəf qaçmağa başlamışlar. Sonra asfalt yolun kənarında o, hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonda, məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 01 iyun 2025-ci il tarixdə gecə saat 04 radələrində həyətdəki tualetə getmişdir. Tualetdən çıxarkən qapının qarşısında qonşusu Fərhadı görmüşdür. Fərhad onun üzərinə gəlməyə başlamış və yaxayaxaya tutub yerə yıxılmışlar. O, belə başa düşmüşdür ki, Fərhad ona qarşı əxlaqsız hərəkətlər etmək istəyir. Qışqırıb ərini çağırdığı üçün Fərhad əlini çəkib ondan uzaqlaşmışdır. O, qaçıb hadisə barədə ərinə demişdir. Niyaməddin isə hadisə barədə polisə məlumat vermişdir. Bununla bağlı hal-hazırda Saatlı RPŞ-də araşdırma aparılır. Polis şöbəsindən gəldikdən sonra təxminən saat 14 radələrində o, və əri Niyaməddin evdə olarkən adını Şölə kimi bildiyi Fərhadın arvadı onların həyətinə gəlib onu səsləyib həyətə çağırmışdır. İlk olaraq əri Niyaməddin həyətə düşmüşdür. Şölə hadisə barədə Niyaməddindən soruşmuşdur. Niyaməddin baş verənləri Şöləyə desə də, Şölə ərinin sözünə inanmamışdır. Ona görə də, əri Niyaməddin onu həyətə çağırmışdır. O, həyətə düşdükdən sonra baş verənləri Şöləyə danışmışdır. Şölə ilk əvvəl onun etdiklərinə haqq qazandırmışdır. Lakin sonda ona və ərinə, əri Fərhad barəsində olan şikayət ərizəsini geri götürmələrini bildirmişdir. Niyaməddin Şöləyə, “ərizə geri götürülməyəcək, tam əksinə 2024-cü ilin dekabr ayında pul itməsinə görə də, barəsində şikayətçi olacaqdır” demişdir. Şölə isə tam əksinə onun barəsində əxlaqsız sözlər işlədərək küçəyə çıxıb öz evlərinə getmişdir. Onlar isə evə daxil olmuşlar. Təxminən 2-3 dəqiqə sonra Şölə onların həyətinə gəlib, onu və ərini çağırmışdır. Onlar təkrarən həyətə düşmüşlər. Bu zaman həyətdə Şölədən başqa oğlu Ceyhunu görmüşdür. Şölə əri Niyaməddinə telefonu verib, oğlu İlhamla danışmasını bildirmişdir. Niyaməddin İlhamla telefonda danışarkən, Şölənin digər oğlu Ceyhun əli ilə Niyaməddini vurmaq istəmişdir. Niyaməddin geri çəkildikdən sonra sol qol nahiyəsindən bir neçə dəfə vurmağa başlamışdır. Niyaməddinin qolundan qan gəldiyi üçün başa düşmüşlər ki, Ceyhun qolundan bıçaqla xəsarət yetirmişdir. Çünki həmin yerdə bıçağın uc, yəni kəsici hissəsini görmüşdür. O, yerdən bıçağın kəsici hissəsini iki yerə bölünmüş hissələrini götürmüşdür. Sonra Niyaməddin və Ceyhun bir anlıq əlbəyaxa olmuşlar, Ceyhun isə yerə yıxılmışdır. Niyaməddin isə özünü qorumaq üçün metal şiferdən düzəldilmiş qapıya söykədiyi taxtanı götürüb Ceyhunu vurmuşdur. Şölə isə onu və ərini nalayiq söyüşlərlə söyməyə başlamış və onları Fərhadın öldürəcəyi ilə bağlı hədə-qorxu gəlməyə başlamışdır. Bu zaman o, və Niyaməddin asfalt yola tərəf qaçmağa başlamışlar. Sonra asfalt yolun kənarında Niyaməddin hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 01 iyun 2025-ci il tarixdə gecə saat 04-də o, oğlu Ceyhunla birlikdə pambıq alağına getmişlər. Əri Fərhad isə axşamdan spritli içki qəbul edib yatdığı üçün onlarla pambıq alağına getməmişdir. Təxminən səhər saat 07 radələrində əri Fərhad onun mobil telefonuna zəng edib, barəsində şikayət olduğundan polis əməkdaşları onu rayon polis şöbəsinə apardıqlarını bildirmiş, lakin dəqiq olaraq kimin şikayət etməsini deməmişdir. Təxminən saat 14 radələrində evə gəldikdən sonra Ceyhun ona, qonşu Niyaməddinin evinə getəməsini, çox güman ki, şikayəti qonşular edə biləcəyini demişdir. Ceyhun evdə qaldıqdan sonra qonşu Niyaməddinin həyətinə getmişdir. Minurəni səsləyib həyətə çağırmışdır. İlk olaraq Niyaməddin həyətə düşmüşdür. Niyaməddindən Fərhadın polis əməkdaşları tərəfindən aparılmasını, lakin hansı səbəbdən aparılmasını soruşmuşdur. Niyaməddinin deməsinə görə əri Fərhad gecə saatlarında Minurə tualetdən çıxarkən ona hücum edib və mübahisə etdiklərini bildirmişdir. O, Niyaməddinin sözünə inana bilməmişdir. Sonra Minurə onların yanına gəlmiş və baş verənləri danışmışdır. O, Minurənin dediklərini eşitdikdən sonra ona haqq qazandırmışdır. Lakin Minurəyə və Niyaməddinə, Fərhad barəsində şikayətini geri götürməsini xahiş etmişdir. Niyaməddin isə ərizəni geri götürməyəcəyini, tam əksinə 2024cü ilin dekabr ayında pul itməsinə görə də, barəsində şikayətçi olacağını demişdir. O, də, əsəbləşib Minurəyə irad tutmuş, ona qarşı əxlaqsız sözlər işlətmiş və evə gəlmişdir. Ceyhuna isə Minurənin şikayət etməsini demişdir. Həmin vaxt isə Ceyhun telefonda böyük oğlu İlhamla danışmışdır. İlham təsadüfən Ceyhunla olan söhbətini telefonda eşitdiyi üçün onunla danışıb, telefonu aparıb Niyaməddinə verməsini, onunla danışacağını və şikayətçi olmayacağını xahiş edəcəyini demişdir. Sonra oğlu Ceyhunla birlikdə Niyaməddinin həyətinə getmişlər.Telefonu Niyaməddinə vermişdir ki, İlhamla danışsın. İlhamla Niyaməddinlə danışdığı vaxt, oğlu Ceyhun İlhamın üzərinə gedib əli ilə vurmağa başlamışdır. O, isə onları aralaşdırmaq istəmişdir. Həmin anda əli İlhamın sol qol nahiyəsinə dəydiyi üçün əlində qan olmasını bilmiş və başa düşmüşdür ki, Ceyhun İlhamı bıçaqla vurub. X3 yerə itələyib yıxdıqdan sonra taxta ilə vurduğunu görmüşdür. Həmin anda özünü pis hiss etməyə başlamış və yerə yıxılmışdır. Sonra Ceyhun onu yerdən qaldırıb evə gətirmişdir. Sonradan eşitmişdir ki, Niyaməddin oğlu barəsində şikayət etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 07 iyun 2025-çi il tarixli 89 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol bazu oynağının arxa səthində, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sol bazu oynağının üst səthində, sol bazunun aşağı 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə yaralar kəsiçi-deşiçi alətin bıcağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-çi il tarixə uyğun gəlir, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu gündən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-64/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-64/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver