Məhkəmə qərarları › İş №1(055)-7/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-7/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-7/2023 17.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1989-cu il tarixdə Saatlı rayonunun Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Saatlı rayonu Qazanbatan kəndində 2022-ci ilin avqust ayının sonunda balıq tutarkən kollektorun kənarında yabanı halda bitmiş 2 ədəd çətənə (kannabis) bitkisinin hissələrini toplayaraq 1 ədəd polietilen torbaya yığıb, yaşadığı evin həyətinə gətirib bağçada qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etmiş və Saatlı rayonu Sarıcalar kəndində evinin yataq otağında gizlədərək qanunsuz olaraq saxlamış, həmin marixuanadan istifadə etdikdən sonra qalan şəxsi istehlak miqdarından artıq miqdarda 466,41 qram qurudulmuş marixuanadan şəxsi istehlak üçün 6,41 qram götürüb bir ədəd siqaret qutusuna yığıb əynindəki şalvarın sağ yan cibinə qoyub 07 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Saatlı rayonu Sarıcalar kəndində kənd idarəsi adlanan yerdə qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri həyata keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib 07 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində üstünə şəxsi axtarış keçirərkən həmin 6,41 qram narkotik vasitəni aşkar edib götürmüşlər, tədbirin davamı olaraq 07 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində onun yaşadığı Saatlı rayonu Sarıcalar kəndindəki fərdi yaşayış evinin yataq otağında şkafda bir ədəd polietilen torbada satış məqsədi olmadan qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 460 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda hazırlamış, əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin sonlarından narkotik vasitədən istifadə edir. Tez-tez balıq tutmağa getmiş, bir-iki dəfə Qazanbatan-Sarıcalar kəndləri arasındakı yolda balıq tutduğu kollektorun kənarında otların arasında yabanı halda bitmiş çətənə bitkisi görmüş, həmin bitkinin hissələrini toplayıb evə gətirmiş və onları bağçada qurutmuşdur. Daha sonra, sellofan torbaya yığaraq evində saxlamışdır. Qurudulmuş marixuanadan bir-iki dəfə istifadə etmiş, həmin narkotik vasitədən bir qədər götürüb üzərində saxlamışdır. 07 sentyabr 2022-ci il tarixdə mağazaya gedərkən yolda polis əməkdaşları ona yaxınlaşaraq onu Saatlı RPŞ-nə dəvət etmiş, orada üstünə axtarış keçirilərkən narkotik vasitəni aşkar etmişlər. Bundan sonra, o, evində narkotik vasitə saxladığını etiraf etmişdir. İdman müəllimidir və Vətən müharibəsi iştirakçısı olmuşdur. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 ifadəsində göstərdi ki, 07 sentyabr 2022-ci il tarixdə Saatlı rayonu Sarıcalar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı digər polis əməkdaşı Şahid3 tərəfindən qərar hazırlanmış, rəisə məruzə edilmiş və həmin qərar təsdiq edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra, keçirilən tədbir nəticəsində Təqsirləndirilən şəxs Saatlı rayonu Sarıcalar kəndində saxlanılaraq Saatlı RPŞ-nə gətirilmiş, onun üstündə axtarış aparılarkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu söyləmiş, bundan sonra, onun, digər polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilərək evində saxladığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, 07 sentyabr 2022-ci il tarixdə Saatlı rayonu Sarıcalar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı onun tərəfindən qərar hazırlanmış, rəisə məruzə edilmiş və həmin qərar təsdiq edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra, keçirilən tədbir nəticəsində Təqsirləndirilən şəxs Saatlı rayonu Sarıcalar kəndində saxlanılaraq Saatlı RPŞ-nə gətirilmiş, onun üstündə axtarış aparılarkən üzərindən siqaret qutusunda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu söyləmiş, bundan sonra, onun, digər polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilərək evində saxladığı 400 qramdan artıq olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində göstərdi ki, 07 sentyabr 2022-ci il tarixdə Saatlı rayonu Sarıcalar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı digər polis əməkdaşı Şahid3 tərəfindən qərar hazırlanmış, rəisə məruzə edilmiş və həmin qərar təsdiq edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra, keçirilən tədbir nəticəsində Təqsirləndirilən şəxs Saatlı rayonu Sarıcalar kəndində saxlanılaraq Saatlı RPŞ-nə gətirilmiş, onun üstündə axtarış aparılarkən üzərindən siqaret qutusunda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu söyləmiş, bundan sonra, onun, digər polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilərək evində saxladığı 480 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Sarıcalar kənd inzibai ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 07 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları ona keçirəcəkləri əməliyyat tədbirində hal şahidi qismində iştirak etmək üçün müraciət etmişlər. Bundan sonra Saatlı rayonu Sarıcalar kəndində Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Evə baxış keçirilərkən otaqdakı siyirmədə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 07 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı rayon Sarıcalar kənd sakini Təqsirləndirilən şəxs üstündən bir ədəd siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı rayon Sarıcalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından bir ədəd polietilen torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 08 sentyabr 2022-ci il tarixli 18/979 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində..” sözləri və imzalar olan kağız paketdə 01 dədə siqaret qutusunun içərisində təmiz çəkisi- 6,41 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdə..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd qara rəngli polietilen torbanın içərisində təmiz çəkisi- 460,0 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar olunan marixuanalar eyni tərkiblidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İ-17995 nömrəli, İ-19941 nömrəli və İ- 7727 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 oktyabr 2020-ci il tarixli 5738 saylı xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs insulindən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon İcra Hakimiyyəti başçısının Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 317 saylı arayışından və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il tarixdə anadan olmuş X4 və 2014-cü il tarixdə anadan olmuş X3 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək Saatlı rayonu Qazanbatan kəndində 2022-ci ilin avqust ayının sonunda balıq tutarkən kollektorun kənarında yabanı halda bitmiş 2 ədəd çətənə (kannabis) bitkisinin hissələrini toplayaraq 1 ədəd polietilen torbaya yığıb, yaşadığı evin həyətinə gətirib bağçada qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etməsi və Saatlı rayonu Sarıcalar kəndində evinin yataq otağında gizlədərək qanunsuz olaraq saxlaması, həmin marixuanadan istifadə etdikdən sonra qalan şəxsi istehlak miqdarından artıq miqdarda 466,41 qram qurudulmuş marixuanadan şəxsi istehlak üçün 6,41 qram götürüb bir ədəd siqaret qutusuna yığıb əynindəki şalvarın sağ yan cibinə qoyub 07 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Saatlı rayonu Sarıcalar kəndində kənd idarəsi adlanan yerdə qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri həyata keçirən polis əməkdaşlarının onu Saatlı RPŞ-nə gətirib 07 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində üstünə şəxsi axtarış keçirərkən həmin 6,41 qram narkotik vasitəni aşkar edərək götürmələri, tədbirin davamı olaraq 07 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində onun yaşadığı saatlı rayonu Sarıcalar kəndindəki fərdi yaşayış evinin yataq otağında şkafda bir ədəd polietilen torbada satış məqsədi olmadan qanunsuz olaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 460 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda hazırlaması, əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qramdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, xəstəlikdən əziyyət çəkməsini və Vətən müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikasının medalları ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 22 noyabr 2022-ci il tarixli 7058 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 07 sentyabr 2022-ci il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 466,21 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 sentyabr 2022-ci il tarixli 18/979 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 466,21 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar