Məhkəmə qərarları › İş №1(055)-7/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-7/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-7/2025 09.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Saatlı şəhəri, H.B.Zərdabi küçəsi ev 45-də qeydiyyatda olmaqla, Saatlı şəhəri, H.Əliyev prospekti bina 168, ev 51də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 6,89 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitəni 07 iyun 2024-cü il tarixdə saat 12:35 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən 168 nömrəli binanın qarşısında piyada satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-yə gətirib, orada 07 iyun 2024-cü il tarixdə saat 13:35 radələrində həmin 1 ədəd bükümdə 6,89 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı onun əynindəki şalvarının sol cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Saatlı şəhəri, H.B.Zərdabi küçəsi ev 45-də qeydiyyatda olmaqla, Saatlı şəhəri, H.Əliyev prospekti bina 168, ev 51-də anası Mahirə Fərəcova, arvadı Firəngiz Fərəcova və 6 yaşlı oğlu İsmayılla birlikdə yaşayır. 07 iyun 2024-cü il tarixdə saat 08 radələrində idarə etdiyi “Mercedes benz 230” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə anası Mahirənin yaşadığı evə işləmək üçün usta aparmışdır. Orada təmir işlərinə köməklik etdikdən sonra ustanı evdən götürüb yaşadığı evə aparıb düşürtmüşdür. Yenidən öz yaşadığı evə gedərək orada digər ailə üzvlərini götürmək məqsədilə özünə məxsus avtomobilin sükanı arxasına əyləşmişdir. Saat 11 radələrində yaşadığı evin qarşısında avtomobilini saxlayıb aşağı düşmək istəyərkən polis əməkdaşları Şahid2, Xanəli və üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslər ona yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşdıqdan sonra qolunu burub vuraraq idarə etdikləri ağ rəngli, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişlər. Həmin vaxt arvadı Firəngiz küçəyə çıxaraq ondan nə olduğunu soruşarkən, o, Firəngizə heç bir şey bilmədiyini demişdir. İdarə etdiyi “Mercedes Benz 230” markalı avtomobilin sükanı arxasına polis əməkdaşlarından biri əyləşərək Saatlı RPŞ-yə gətirmişlər. Əyləşdiyi polis avtomobilində polis əməkdaşlarından Vüsal, Xanəli, Qurban və Məhəmməd olmuşdur. Şöbəyə gətirildikdən sonra polis əməkdaşları birinci mərtəbədəki otağa aparıb orada üstünə baxış keçirtmişlər. Üstündə heç bir şey aşkar edilmədiyindən ikinci mərtəbədəki CAB rəisi yazılan otağa aparmışlar. Həmin otağa aparıldıqdan sonra CAB-nin rəisi Fuad adlı polis əməkdaşı stolun üstünə ayrı-ayrılıqda iki ədəd qara rəngli sellofan bükümləri qoyaraq bunları götürməyini və ona məxsus olduğunu deməyini istəmişdir. O da Fuad adlı polis əməkdaşına üstündən heç bir bükümün aşkar edilmədiyini və bu bükümlərin ona məxsus olmadığını demişdir. O, razılaşmadığından qollarına qandal vuraraq ayaqlarına taxta keçirib bədəninin müxtəlif nahiyyələrinə vuraraq elektroşok verməyə başlamışlar. Ayaqlarının altına dubinka ilə vuraraq xəsarətlər yetirmişlər. Yenidən bədəninin müxtəlif nahiyyələrinə elektroşokla vuraraq narkotikin ona məxsus olduğunu deməyini istəmişlər. Onun ürəyi getdikdən sonra naşatır spirti verərək ayıltmışlar. Bundan sonra Fuad adlı polis əməkdaşı ona burada hörmətləri o olar ki, onu istifadə edən şəxs kimi sənədləşdirəcəklərini, yoxsa buradan ölüb çıxacağını demişlər. O da polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Xanəli adlı polis əməkdaşı sarı rəngli sellofan bükümdə olan narkotiki əynindəki tünd göy rəngli cins şalvarının sol qabaq cibinə qoymuşdur. Narkotiki cibinə qoyduqdan sonra arxa binada olan otaqların birinə aparmışlar. Təhqiqatçının otağına gəldikdən sonra orada vəkil Vüsalın yanında üstündən heç bir şey çıxmadığını, polis şöbəsinə boş gəldiyini və narkotikin ona məxsus olmadığını bildirmişdir. Polis əməkdaşlarından biri Fuad adlı polis əməkdaşına zəng edərək onun razılaşmadığını, narkotiki götürmədiyini demişdir. Onu gətirən polis əməkdaşları otaqdan çıxarıb koridora gətirmişlər və söhbət etməyə başlamışlar. Fuad adlı polis əməkdaşı narkotik vasitəni götürməyini, ona hörmət etdiklərini, əgər həmin narkotiki götürmərsə külli miqdarda narkotiklə yükləyib göndərəcəyini demişdir. O da polis əməkdaşlarından qorxduğundan məcbur onların dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları həmin vaxt ona çəkiliş aparılarkən üstündən aşkar ediləcək narkotiki Saatlı şəhəri ərazisində yerləşən beşmərtəbə adlanan binaların qarşısındakı zibil qabının yanından tapmağını deməyini bildirmişlər. Sonra yenidən onu təhqiqatçının otağına gətirmişlər və ora Qərib İsmayılov gəlmişdir. Qərib İsmayılov tərəfindən şəxsi axtarış aparılarkən polis əməkdaşları sarı rəngli sellofan bükümdəki narkotiki əynindəki şalvarın sol cibindən çıxarıb stolun üstünə qoymuşlar. Şəxsi axtarış zamanı polis əməkdaşları aşkar edilmiş narkotiki haradan tapdığını soruşduqda, beşmərtəbə adlanan binaların həyətindəki zibil qablarının yanından tapdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən cibinə qoyulmuş sellofan bükümdəki narkotik açılarkən içərisində narkotik vasitə olan marixuana olduğu ona məlum olmuşdur. Sellofan bükümdəki marixuana elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. O, narkotikin qablaşdırıldığı zərfin üzərində və protokolda imza etmişdir. Videoçəkiliş başa çatdıqdan sonra Fuad adlı polis əməkdaşı lazım olan sənədlərə imza atmadığı halda yenidən döyəcəklərini bildirmişlər. O da qorxduğundan təhqiqatçı Qərib İsmayılov tərəfindən tərtib edilmiş sənədlərə imza etmişdir. İlkin izahatında narkotik vasitənin özünə məxsus olduğunu və tapdığını demişdir. Sənədlərə imza edib qurtardıqdan sonra onu Saatlı polis şöbəsində müvəqqəti saxlama yerinə yerləşdirmişlər. Saxlama yerində olarkən aldığı xəsarətlərə təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım avtomobili gələrək xəsarətləri müayinə etmişlər. Müayinə olunarkən xəsarətləri polis əməkdaşları tərəfindən döyülərək aldığını demişdir. Lakin həkimlər ona xəsarətlərin polislər tərəfindən yetirildiyi barədə kitabda qeydiyyat apara bilməyəcəklərini bildirmişlər. Təqsirsizliyini sübut etmək üçün məcbur qalıb xx.xx.2024-cü il tarixdə saat 23-də bədənindəki xəsarətlərin görüntülərini çəkmişdir.Daha sonra isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna gedərək polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə ərizə ilə müraciət etmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu döyərək xəsarətlər yetirdiklərindən qorxaraq narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Həmçinin narkotik vasitənin özünə məxsus olduğunu bildirmədiyi halda yenidən elektroşok cihazı və dubinka ilə vurub döyəcəklərini bildirmişlər. Onun da vəziyyəti pis olduğundan, qorxduğundan və polis əməkdaşlarının yenidən döyəcəklərindən çəkindiyindən dedikləri ilə razılaşmışdır. Şəxsi axtarış zamanı, izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadəsində bu səbəbdən yalandan narkotikin özünə məxsus olduğunu demişdir. Sonda məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Firudun oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra onun və digər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:35 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən 168 nömrəli binanın qarşısında hərəkətdə olarkən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-yə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı 1 ədəd sellofan büküm, sağ cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “West” markalı siqaret aşkar edilmişdir. Bükümü açdıqda isə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş həmin bükümdə narkotik vasitə olan marixuanaya oxşar kütlə əvvəlcə çəkilmiş, daha sonra isə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin marixuana olduğunu, həmin narkotik vasitəni tapdığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Saatlı RPŞ-də olarkən Xanəli və Vüsal adlı polis əməkdaşları tərəfindən döyülməsi, bədəninin müxtəlif nahiyələrinə elektrik verilməsi, narkotik vasitənin üzərinə yerləşdirilməsi barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs Saatlı RPŞ-də olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. O, cinayət məsuliyyətindən boyun qaçırmaq üçün belə məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 Firudun oğlu ilə eyniməzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hazırda Saatlı RPŞ-nin CAB-da rabitəçi işləyir. Təqsirləndirilən şəxs Saatlı rayon sakini kimi tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında, rayon polis şöbəsinə gətirilməsində və onunla bağlı keçirilən istintaq və prosessual hərəkətlərdə iştirak etməmiş, onun üzərinə narkotik vasitə yerləşdirməmiş, ümumiyyətlə, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırmaq üçün belə məzmunda ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş ekspert X4 ifadəsində göstərmişdir ki, Saatlı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İlqar Həsənovun 27 iyun 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarı əsasında 27 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirmişdir. Ekspertiza müayinəsi zamanı müəyyən edilmişdir ki, Saatlı RMX PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 571 saylı tibbi arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:20 radələrində Saatlı RMX PHŞ-nin TTTY bölməsinə müraciəti əsasında həkim briqadası vətəndaşın yaşadığı ünvana getmiş və ona “hər iki aşağı ətrafın sıyrığı” diaqnozu qoyulmuşdur. Odur ki, Saatlı RMX PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 571 saylı tibbi arayışa əsasən tərəfindən xx.xx.2024-cü il tarixli, 141 nömrəli ekspert rəyi verilmişdir. İşdə olan 07 iyun 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 08 iyun 2024-cü il tarixli 3-16-16/2-18/573 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi-6,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,89 qram olub, tədqiqata istifadə olundu 0,02 qram, qalıq-6,87 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 01 avqust 2024-cü il tarixli 5278 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-tibbi ekspertizanın 28 iyun 2024-cü il tarixli 141 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “hər iki aşağı ətrafın sıyrığı” diaqnozu ilə Saatlı RMX-nın TTYY briqadası tərəfindən tibbi yardım göstərilmişdir. Müayinə zamanı aşkar edilmiş xəsarətlər-sağ və sol baldırın orta 1/3-də ön səthdə dərin sıyrıqlar küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilmiş xəsarətlər müxtəlif şəraitdə, o cümlədən hərəkətdə olarkən yıxılma zamanı da əmələ gələ bilərdi. İşdə olan təkrar məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli, 16/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına təqdim olunmuş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Saatlı RMX PHŞ-nin TTYB-yə müraciət etmiş, ona “hər iki aşağı ətrafın sıyrığı” diaqnozu təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmətibbi müayinədən keçirilərkən Təqsirləndirilən şəxs sağ və sol baldırın orta 1/3-də ön səthdə dərin sıyrıqlar aşkar edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs təkrar məhkəmə-tibbi müayinəsi zamanı sağ saidin orta 1/3-nin arxa-bayır səthində və sol saidin orta 1/3-nin arxa eptelsizləşdirilmiş sahələr, hər iki baldırın orta 1/3-nin ön səthində sıyrıq izləri aşkar edilir. Bədən səthinə digər xəsarətlər, həmçinin “elektroşok” aparatı vasitəsilə yetirilməyə uyğun termiki zədə yerləri aşkar edilmədi. Qeyd olunan sıyrıqlar küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixdə Saatlı RMX PHŞ-nin TTYB-yə müraciət etməsindən 1-2 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Ekspertizaya təqdim edilmiş CD videogörüntülərində, hər iki said, hər iki baldır, hər iki ayaq pəncələrinin alt səthlərinin və sol bazu nahiyəsinin fotoşəkillərində vizualizə olunan və ətraf sağlam toxumadan fərqlənən dərinin epidermis qatının morfoloji dəyişikliyinin mexaniki təsirdən dərinin xarici təbəqəsinin tamlığının pozulub-pozulmamasının, hərəkət zamanı bədən səthinin müəyyən qüvvə ilə küt əşyaya toxunması, küt əşya üzərində sürüşməsi və ya hərəkətdə olan küt əşyanın bədənin dəri örtüyünə bucaq altında mexaniki təzyiq göstərməsi nəticəsində əmələ gəlib-gəlməməsi və ya hər haansı bir patoloji prosesin epidermal zədələnməyə səbəb olan hissələrinin infeksiyalaşması ilə bağlı olub-olmamasının məhkəmə-tibbi meyarlarla qiymətləndirilməsi üçün şəxsin qısa müddət ərzində məhkəmə-tibbi müayinədən keçirilməsi zəruri idi. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”də və “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”nda videogörüntü və fotoşəkillər əsasında sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizasının keçirilməsi nəzərdə tutulmamışdır. İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 22 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azalıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu yoxdur. İşdə olan CD videogörüntülər və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrində xəsarətlər vardır. İşdə olan CD videogörüntülərinə dair tarixçədən görünür ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə 23:02-də qeydə alınmışdır. İşdə olan Saatlı RMX PHŞ-nin 03 aprel 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da xəstəxanının TTTY şöbəsinə müraciət etmiş (pasiyentin ünvanı:Saatlı RPŞ) və müayinə olunaraq ona “sol ayağın burxulması” diaqnozu ilə tibbi yardım göstərilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, ehtimallar əsasında şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının,Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 125.7-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2 və 125.2.2-ci maddələrinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalaraq onların təsiri altında olmuş və təzyiq altında özünə qarşı ifadələr vermişdir. Məhkəmə mövqeyini aşağıdakılarla əsaslandırır: Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə 23:02-də qeydə alınmış videogörüntülər, həmçinin fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrində xəsarətlər vardır. Bundan əlavə Saatlı RMX PHŞ-nin 03 aprel 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da xəstəxanının TTTY şöbəsinə müraciət etmiş (pasiyentin ünvanı:Saatlı RPŞ) və müayinə olunaraq ona “sol ayağın burxulması” diaqnozu ilə tibbi yardım göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Ona görə də məhkəməyədək icraatda təqsirləndirilən şəxsin polis tərəfindən 07 iyun 2024-cü il tarixdə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı prokurorluq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 iyul 2024-cü il tarixli qərarın qəbul edilməsi cinayət işinə mahiyyəti üzrə baxan məhkəməni yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Çünki məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutu da, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi “etirafedici” ifadəsini mümkün və mötəbər sübut kimi qəbul edərkən həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Qeyd olunan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının vəzifəsdir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başılıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Odur ki, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hazırkı işdə də işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmə buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə topladığı zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Pis rəftarla bağlı iddiaların araşdırılmasının adekvatlığı və səmərələliyinin nə dərəcədə təmin edilməsi üçün hansı şərtlərin vacib olması baxımından məhkəmə Avropa Məhkəməsinin presedent hüququna istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir(qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən,”inter alia” hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 22 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasının öz təsdiqini tapmadığı göstərilmişdir. Məhkəmə sözügedən qərara Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi müəyyən edilir. Belə ki, qərardan görünür ki, müstəntiq tərəfindən yalnız polis əməkdaşlarının izahatlarına və məhkəmə-tibbi ekspertizasının rəyinə istinad olunaraq təqsirləndirilən şəxsin izahatında göstərdiyi xüsusatlar yoxlanılmadan sonunucunun pis rəftara və digər qanunsuzluqlara məruz qalmadığı qənaətinə gəlinmişdir. Məhkəmə, həmçinin məhkəmə-tibbi ekspertizanın 28 iyun 2024-cü il tarixli 141 nömrəli rəyinə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasının açıq şəkildə müşahidə edilməsinə baxmayaraq sonuncunun tutulduqdan təxminən 20 gün sonra ekspertiza müayinəsindən keçirilməsini və ekspert tərəfindən yalnız Saatlı RMX PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 571 saylı tibbi arayışa əsasən rəy verilməsini (məhkəmə baxışı zamanı ekspert Nazim Amanov da bu halı təsdiq etmişdir) nəzərə alaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmir. Halbuki müdafiə tərəfinin təqdim etdiyi vidoçəkiliş və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hər iki said, hər iki baldır, hər iki ayaq pəncələrinin alt səthlərinin və sol bazu nahiyəsində xəsarətlər vardır. Bundan əlavə, Saatlı RMX PHŞ-nin 03 aprel 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da xəstəxanının TTTY şöbəsinə müraciət etmiş (pasiyentin ünvanı:Saatlı RPŞ) və müayinə olunaraq ona “sol ayağın burxulması” diaqnozu ilə tibbi yardım göstərilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə tibbi yardım göstərilməsi üçün polis orqanına həkim briqadası çağırılması, əlbəttə ki, həmişə işgəncə ilə bağlı olmur. Lakin hazırkı işdə təqsirləndirilən şəxsin işgəncə barədə iddiaları, bu barədə çəkilmiş videogörüntülər müqayisəli şəkildə tədqiq edildikdə, məhkəmədə qəti inam yaranır ki, polis şöbəsinə həkim briqadası çağırılması, məhz təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması səbəbindən yaranmış zərurətlə bağlı olmuşdur. Təqsirləndirilən şəxs özü də məhkəmə istintaqı zamanı məhz məruz qoyulduğu pis rəftar səbəbindən yaranmış ağrılara görə həkimə müraciət etdiyini göstərmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində Saatlı RPŞ-də olarkən polis əməkdaşları tərəfindən hər iki ayaq pəncələrinin alt səthlərinə xəsarət yetirilməsi səbəbindən çətinliklə yeridiyini, ayaq üstə güclə qaldığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bildiriklərini inandırıcı qəbul edərək qeyd edir ki, təsadüfü deyildir ki, 07 iyun 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videoçəkilişin aparıldığı diskə baxış keçirilən zaman müəyyən olunur ki, polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə ayaqqabısını çıxarması və baxışdan sonra ayaqqabısını geyinməsi bildirilərkən Təqsirləndirilən şəxs hər iki halda ayağını çətinliklə yerə basması, ayaqqabını çətinliklə çıxarıb yenidən geyinməsi görünür. Məhkəmə ittiham tərəfinin sübut qismində istinad etdiyi təqsirləndirilən şəxsin üzərinə axtarış və götürmə aparılması barədə istintaq hərəkəti”nin nəticələrinə qiymət verərək qeyd edir ki, ittiham hökmü yalnız maddi sübuta-narkotik maddəyə, xüsusilə də “qoyulma” sübuta əsasən çıxarıla bilməz. Bundan əlavə cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli məqam odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə münasibətdə özünü təqsirli bilməmiş, döyüldüyü, işgəncəyə məruz qaldığı və qeyri-insani hərəkətlərin ediləcəyi ilə hədələndiyi üçün özünə qarşı etirafedici ifadələr verdiyini demişdir. Odur ki, qeyd olunan istintaq hərəkəti etibarlı sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində özünə qarşı verdiyi “etirafedici” ifadələrinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X7rşı, § 29). “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın əvvəllərində etirafedici ifadə və izahatları bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı, həmçinin ibtidai istintaqın sonrakı gedişatı zamanı isə özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək, ona qarşı irəli sürülmüş ittiham üzrə həm ibtidai istintaqın sonrakı mərhələlərində, həm də məhkəmə istintaqında özünü təqsirli bilməməsi bir daha göstərir ki, ilkin etirafedici ifadələrin iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Habelə, məhkəmə təqsirləndirilən şəxsin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarında müxtəlif vaxtlarda verdiyi ifadələrin sözbəsöz eyni olmasını diqqətdən qaçırmır, bu isə öz növbəsində məhkəmədə bir daha əsaslı şübhələr yaradır ki, bu ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Məhkəmə, həmçinin iş üzrə ittiham tərəfinin şahidlərinin də ibtidai istintaq zamanı verdikləri ifadələrinə də nəzər salaraq bu ifadələrin də tamamilə eyni olmasını və bir daha müstəntiq tərəfindən onların da köçürmə üsulu ilə yazılmasını müəyyən edir. Məhkəmə hesab edir ki, göstərilən şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələr, mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Bu hissədə də məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə-bioloji ekspertizasının 08 iyun 2024-cü il tarixli 3-16-16/2-18/573 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, bu rəy təqsirləndirilən şəxsdən aşkar edilməsi sübuta yetirilməyən marixuana ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə-narkoloji ekspertizanın 01 avqust 2024-cü il tarixli 5278 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanliq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə diqqətə çatdırır ki, mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməllərini törətməsini təsdiq etmir. Təbii ki, məhkəmə şəxsin əvvəllər də narkotik vasitələrdən istifadə etməklə məhkumluq həyatı yaşamasını və əvvəllər narkotik vasitələrdən suiistifadə etmə nəticəsində onda narkomaniya xəstəliyinin mövcud ola bilməsini istisna etmir. Lakin bu hal heç bir şəkildə onun hazırki ittiham üzrə təqsirliliyinə təsir göstərə və ya bilavasitə əlaqələndirilə bilməz. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Sadalanan qanunvericilik normalarından da məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları həmin Məcəllənin tələbinə uyğun qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə yuxarıda şərh olunanlar nəticəsində belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri, azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş narkotik maddənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələr verməsinə məcbur edilməsi səbəbindən, etirafedici sözləri şəxsi axtarış və götürmə istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində, eləcə də təqsirləndirilən şəxsə “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməsi təmin edilmədiyindən almışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrinin mötəbərliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutün mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib, toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 6,89 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir və ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirliliyi sübuta yetirilmədiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa,təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. Bundan başqa, ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Bundan başqa, iş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 6,87 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Saatlı rayon Polis Şöbəsində saxlanılmalıdır. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21, 42, 55, 318, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 6,87 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Saatlı rayon Polis Şöbəsində saxlanılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar