Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-71/2025 07.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Saatlı rayon Qarayevkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayon Orta Muğan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 7,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, 27 aprel 2025-ci il tarixdə saat 13:30 radələrində Saatlı rayonu Orta Muğan kəndində yaşadığı evin yaxınlığında həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunaraq Saatlı RPŞ-yə gətirilmiş, RPŞ-nin Növbətçi Hissəsinin qarşısında həmin tarixdə saat 14:05-dən 14:16-dək olan müddət ərzində üstü yoxlanılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda həmin 7,02 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, narkotik vasitə olan, el rasında “nəşə” kimi tanınan narkotikdən istifadə edir. xx.xx.2025-ci il tarixdə yaşadığı kəndin mərkəzində yerləşən “Güvən market”-in qarşısında dayanan zaman mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ona xidməti vəsiqələrini göstərmiş və onu Saatlı RPŞ-yə dəvət etmişlər. O da, razılaşaraq polis əməkdaşları ilə birlikdə Saatlı RPŞyə gəlmişdir. Polis əməkdaşları Saatlı RPŞ-də ondan üzərində qanunla qadağan olunmuş əşya, predmet, yaxud narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da, şalvarının sağ yan cibində 1 ədəd kibrit qutusunda qurudulmuş marixuna olduğunu bildirmişdir. Daha sonra isə həmin marixunananı təqdim etmişdir. Eyni zamanda üstündə saxladığı 1 ədəd "İphone" markalı mobil telefonu da polis əməkdaşlarına təqdim etmiş və həmin mobil telefon polis əməkdaşları tərəfindən əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra kütlə elektron tərəzidə çəkilərək kağız zərfə qablaşdırılıb götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-də təhqiqatçının xidməti otağına getmişdir. Orada onun üstündən aşkar olunmuş kütləyə təhqiqatçı tərəfindən də baxış keçirilmişdir. Baxış zamanı o, üstündən aşkarlanaraq götürülmüş kütlənin narkotik vasitə olduğunu, özünün istifadə etmək məqsədilə üstündə saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolun doğruluğunu imza etmişlər. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 aprel 2025-ci il tarixdə Saatlı RPŞ-nın CAB-ın əməliyyat müvəkkili polis mayoru Şahid2 icraatına, Təqsirləndirilən şəxs həmkəndlisi X3 döydüyü üçün izahatının alınması məqsədi ilə RPŞ-nin təhqiqat bölməsinə təqdim edilməsi üçün əməliyyat tapşırığı daxil olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlanması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün Saatlı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Şahid1 tərəfindən qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Saatlı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs 27 aprel 2025-ci il tarixdə saat 13:30 radələrində Saatlı rayonu Orta Muğan kəndi ərazisində müəyyən olunaraq Saatlı RPŞ-yə gətirilmişdir. RPŞ-də Növbətçi Hissənin qarşısında saat 14:05-də başlanılmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə əlaqədar Təqsirləndirilən şəxs daxil olmuş material və əməliyyat tapşırığı barədə bildirilmiş və üstündə hər hansı bir qanunsuz əşya, narkotik vasitə olub-olmaması, olduğu təqdirdə təqdim etməsi bildirilmiş, hazırkı vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağını izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” olduğunu bildirərək, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusunun içərisində “nəşə” olduğunu və həmin “nəşəni” tapdığını bildirmişdir. Daha sonra ona üzərində olan digər əşyaları təqdim etməsini bildirmiş və Təqsirləndirilən şəxs sol yan cibindən 01 qutu “Winston” markalı siqaret və həmin qutunun arxa hissəsinə yerləşdirilmiş 1 ədəd 50 manatlıq və 03 ədəd 1 manatlıq pul əskinazlarını, 01 ədəd alışqanı, arxa sol cibindən 01 ədəd iPhone” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində olan “nəşəni” balıq tutmağa gedən zaman yoldan tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin kibrit qutusu açılıb içərisinə baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə olduğu kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 10.30 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “İphone” markalı mobil telefon və 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüş, həmin şəxsdən aşkar edilmiş digər əşyalar isə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Baxış zamanı videoçəkiliş “Samsung” markalı mobil telefonla onun tərəfindən aparılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə müvafiq təhqiqat orqanına təhvil verilmiş və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 1 ədəd “iPhone” markalı mobil telefon və həmin zərfdə qablaşdırılmış kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Afiq Abduləliyev tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə olmasını, həmin kütləni balıq tutmağa gedən zaman yoldan tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi 1 ədəd zərfdə qablaşdırılmış kibrit qutusuna baxış keçirilmişdir. Daha sonra təqdim edilmiş kütlə yenidən həmin 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “iPhone” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı elan edilmiş şahidlər Şahid2 və Şahid1 istintaq zamanı verdikləri ifadələrində Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 27 aprel 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhəri Orta Muğan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan 27 aprel 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhəri Orta Muğan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusu ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 28 aprel 2025-ci il tarixli 18/349 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...“...Təqsirləndirilən şəxs üstündən...” sözləri və imzalar olan kağız kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 7,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin 15 may 2025-ci il tarixli 2844 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il, 2017ci il təvəllüdlü azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 27 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 29 aprel 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 27 aprel 2025-ci il tarixdən 29 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 7 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2025-ci il tarixdən 29 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il, altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 7 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-71/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-71/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver