Məhkəmə qərarları › İş №1(055)-72/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-72/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-72/2024 14.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 460 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitəni polietilen torbada 18 iyul 2024-cü il tarixdə saat 16:40 radələrində Saatlı rayonu Musalı kəndinin mərkəzindən keçən asfalt örtüklü yolun kənarında piyada və tək halda satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin polis əməkdaşları onu Saatlı şəhəri H.Əliyev prospekti 94 ünvanda yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş və həmin tarixdə qeyd olunan ünvanda saat 18:00-dan saat 18:40-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman sağ əlində tutduğu ağ-qırmızı rəngli polietilen torbanın içərisində olan şəffaf rəngli polietilen torbanın içərisindən təmiz çəkisi 460,0 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təxminən 3 il olar ki əziyyət çəkdiyi “panik atak” adlanan nevroloji xəstəliklə əlaqədar, lap arabir el arasında “nəşə” adlanan narkotik vasitə olan qurudulmuş maruxuanadan istifadə edir. O, təxminən xx.xx.2024-cü il tarixdə Araz çayının Saatlı rayonu Musalı kəndi ərazisindən keçən hissəsində balıq tutmağa getmiş, həmin gün balıq tuta bilmədiyi üçün Araz çayının sahilində gəzməyə başlamış, gəzən zaman gözünə yerdə bir ədəd şəffaf rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan torba sataşmış və torbanı yerdən götürərək üst hissəsindən içərisinə baxdıqda, içərisində “nəşə” olduğunu görmüşdür. Bu zaman həmin narkotik vasitədən istifadə etməyi düşünmüş və ətrafa nəzər yetirərək heç kimin olmadığından tam əmin olduqdan sonra həmin narkotik vasitəni sellofan torbası ilə birlikdə çayın kənarında olan yulğun ağaclardan birinin altında gizlətmişdir. xx.xx.2024-cü il tarixdə günorta saat təxminən 16:10 radələrində Saatlı şəhərindən çıxaraq gizlətdiyi narkotik vasitə olan “nəşə”ni götürmək məqsədi ilə piyada Saatlı şəhərinə yaxın məsafədə yerləşən Musalı kəndi istiqamətində getməyə başlamışdır. Birbaşa Araz çayının sahilinə gedərək gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuananı götürmüş və içərisində narkotik vasitə olan şəffaf rəngli sellofan torbanı özü ilə apardığı, ağ-qırmızı rəngli içərisi görsənməyən sellofan torbanın içərisinə qoyaraq əlinə götürüb gəldiyi yolla geri, yəni Saatlı şəhəri istiqamətində qayıtmağa başlamışdır. Həmin vaxt saat təxminən 16:40 radələri olmuşdur. Musalı kəndinin mərkəzindən keçən asfalt örtüklü avtomobil yolunun kənarı ilə piyada və tək halda hərəkətdə olan zaman mülki geyimli tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Saatlı RPŞ-nin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd alışqanı və üzərinə “Mentos” sözləri yazılmış saqqızı çıxarıb stolun üzərinə qoymuşdur. Daha sonra üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılan zaman əlindəki sellofon torbanı təqdim edərək torbanın içərisində “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Sonra həmin torba açıldıqda yapışqan lentlə bağlanmış içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Aşkar edilmiş bir ədəd sellofonda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 474 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni tutulmamışdan 3 gün əvvəl Musalı kəndindən keçən Araz çayının kənarından tapdığını və orada gizlətdiyini, bu gündə öz istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi sellofon torbada aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə sellofon torbada qablaşdırılmışdır. Bundan sonra üstünə şəxsi axtarış aparılmış, təqdim etdiklərindən başqa üstündə saxlanması qanunla qadağan edilmiş əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi 1 ədəd alışqan və “Mentos” sözləri yazılmış saqqız material üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş və o, protokola imza etmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu bildirib, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 iyul 2024-cü il tarixdə Saatlı şəhəri, M. Ağayev küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin gün raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra onun, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Saatlı RPŞ-nin CAB-nin Axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40 radələrində Saatlı rayonu Musalı kəndinin mərkəzindən keçən asfalt örtüklü avtomobil yolunun kənarı ilə piyada və tək halda üzü Saatlı şəhəri istiqamətində hərəkətdə olarkən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatın olduğunu bildirib Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-nə gətirildikdən sonra Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Mirzahid Abasov tərəfindən vəkil dəvət edildikdən sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən sağ əlindəki qırmızı-ağ rəngli sellofan torbanın içərisində olan şəffaf rəngli sellofan torba açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə İslamın və vəkilinin yanında sellofan torba ilə birlikdə çəkilərkən çəkisinin 474 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin narkotik vasitə olub-olmamasının və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilməsindən ötrü olduğu 1 ədəd sellofan torbada qablaşdırılmış, həmin sellofan torba Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Həmin sellofan torbanın üzərində Təqsirləndirilən şəxs, vəkili və şəxsi axtarışda iştirak edən polis əməkdaşları kimi mən də imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni “Araz” çayının kənarından tapdığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd alışqan və 1 ədəd “Mentos” adlı saqqız aşkar olunmuş, hər iki predmet sübut əhəmiyyətli olmadığından İslama qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş digər əşya aşkar olunmamışdır. Sonda axtarış və götürmə aparılması ilə bağlı təhqiqatçı Mirzahid Abasov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün o, İslam Fıtullayev, müdafiəçi Vüsal Abbasov və digər polis əməkdaşları kimi həmin protokolda imza etmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunun əlində tutduğu sellofan torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 18 iyul 2024-cü il tarixli 3-16-16/2-18/679 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərinə...” sözləri və imzalar olan polietilen torbada olan 01 ədəd polietilen torbada təmiz çəkisi – 460,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 5713 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmuş, Narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir. Bundan başqa Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.3-cü bəndinə əsasən azalıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 Qarabağ müharibəsinin iştirakçısı olmaqla, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, digər qardaşı X1 Qarabağ müharibəsinin iştirakçısı olmaqla, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Eyni zamanda anası X3 xx.xx.2017-ci il tarixdən Şirvan regionlararası onkoloji xəstəxanasında süd vəzisi xərcəngi qiaqnozu ilə ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, qardaşlarının İkinci Qarabağ müharibəsi iştirakçıları olmaqla müxtəlif medallarla təltif olunmalarını, anasının ağır dərəcəli onkoloji xəstə olmasını, ailənin yeganə qazanc gətirən olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 18 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 20 iyul 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, həmin hökmlə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzasını hələ də çəkirdi. Cinayət qanunvericiliyini tələbinə əsasən hazırda Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum olunduğu Azərbaycan Respublikası CM-in 263- 1.2-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayət olduğundan, həmin hökmlə hazırda mövcud olan məhkumluq hazırki baxılan cinayətə münasibətdə residiv yaratmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 459,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 459,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar