Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-72/2025 10.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Saatlı rayonu, Mustafabəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təqsirli bilinərək 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, fərdi əməklə məşğul olan, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2025-ci ilin mart ayının ortalarında yaşadığı Saatlı rayonu, Mustafabəyli kəndindəki evin həyətyanı sahəsində tövlənin arxa tərəfi ilə su kanalının arasında yerləşən bağ sahəsində xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 19 aprel 2025-ci il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən ümumilikdə 12 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 19 aprel 2025-ci il tarixdə saat 11:20 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsindəki bağ sahəsinə baxış keçirilən zaman 12 ədəd xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi – 2,50 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkibyetişdirərək kultivasiya etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə olan “nəşə”dən istifadə edir. 2024-cü ilin əvvəllərində yaşadığı kənddən keçən avtomobil yolunun kənarı ilə piyada və tək halda gedən zaman yerdə kağız bükülmüş vəziyyətdə kibrit qutusu görmüşdür. Həmin kibrit qutusu bükülmüş büküm diqqətini cəlb etmiş və onu yerdən götürüb içərisinə baxanda içərisində “nəşə” toxumu olduğunu görmüşdür. Özü “nəşə” istifadə etdiyi üçün toxumları görən kimi tanımışdır. Bundan sonra həmin toxumları yaşadığı evə gətirərək evdə gizlədərək saxlamışdır. 2025-ci ilin mart ayının ortalarında həmin toxumları əkmək qərarına gəlmiş, toxumlar köhnəldiyi üçün bitməsinə tam da inanmamışdır. Bu məqsədlə yaşadığı evin həyətində olan tövlənin arxasından keçən su arxı ilə tövlənin arasındakı bağ sahəsində təxminən 1 metr uzunluğunda, 70 sm enində yer düzəltmiş və 12 ədəd “nəşə” bitkisinin toxumlarını həmin yerə əkmişdir. Əkdikdən sonra həmin toxumlara su tökmüş və kultivasiya etməyə başlamışdır. Bir müddət sonra əkmiş olduğu 12 ədəd toxumların hamısı cücərmişdir. Bitkilər cücərdikdən sonra isə həmin bitkilərin dibinə peyin verib, mütəmadi sulamışdır. Bitkilər isə boy atmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində radələrində yaşadığı evdə olanda həmin vaxt darvazanın döyülmə səsini eşidib küçəyə çıxmışdır. Bu zaman küçədə bir neçə nəfər mülki və polis geyimində olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirərək yaşadığı evin həyətinə baxış keçirilməli olduqlarını bildirmişlər. O, da baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra baxış keçirilməyə başlanmış, o, yaşadığı evin həyətindəki tövlənin arxa tərəfində, bağ sahəsində torpaqda çətənə bitkilərini əkib becərdiyi yeri təqdim etmiş, sonra polis əməkdaşları baxış zamanı həmin yerdə torpaqda əkmiş olduğu 12 ədəd çətənə bitkilərini aşkar etmişlər. Bu zaman ona bitkinin toxumlarını haradan əldə etməyi, nə məqsədlə əkib becərməyi və nə zaman əkməyi barədə sual verilmiş, o da toxumları tapdığını və mart ayının ortalarında özü “nəşə” istifadə edən olduğu üçün, gələcəkdə istifadə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Həmin çətənə bitkiləri bir-bir polis əməkdaşları tərəfindən çıxarılmış, yan-yana düzülərək sayılmış, ümumi sayı 12 ədəd olmuşdur. Bundan sonra 12 ədəd çətənə bitkisi bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt aqronom da bitkilərin narkotik tərkibli çətənə bitkiləri olması və aqrotexniki qaydada qulluq edilməsi barədə rəy yazmışdır. Yekunda baxışın keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu bütün iştirakçılar kimi o da imzalamışdır. Baxış zamanı yaşadığı evin həyətyanı sahəsində tövlənin arxa tərəfi ilə su kanalının arasında yerləşən bağ sahəsindən aşkar edilmiş 12 ədəd narkotik tərkibli çətənə bitkilərindən başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gətirilmişdir. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 19 aprel 2025-ci il tarixdə Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun, Saatlı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssisaqronom Tural İbrəhimlinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmışdır və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tövlənin arxa tərəfi ilə su kanalının arasında yerləşən bağ sahəsində ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri aşkar etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək təqdim olunmuşdur. Həmin 12 ədəd bitkilər əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılmış, həmin zərf Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, aqronom və Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tövlə ilə su kanalının arasında yerləşən bağ sahəsindən aşkar edilmiş həmin 12 ədəd çətənə bitkilərinə oxşar bitkilərdən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Sonda baxışın keçirilməsi barədə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o baxışda iştirak edən digər şəxslər kimi imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan “Baxış keçirilməsi haqqında” 19 aprel 2025-ci il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tövlənin arxa tərəfi ilə su kanalının arasında yerləşən bağ sahəsində ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 19 aprel 2025-ci il tarixli 18/319 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri və imzalar olan kağız paketdə 12 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 2,50 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 2811 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən RNM-da (F12x2) Kannabinoidlərin qəbulu nəticəsində asılılıq diaqnozu ilə dispanser qeydiyyatdadır. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Abasov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təqsirli bilinərək 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Abasov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkumluğu xx.xx.2025-ci il tarixdə ödənilməli olduğu halda, hazırda ittiaham olunan cinayət əməlini məhkumluğu ödənilmədiyi dövrdə, yəni xx.xx.2025-ci il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını son həddinin yarısından az olmamaqla təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 19 aprel 2025-ci il tarixdən 21 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdən 21 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-72/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-72/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver