Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-75/2022 29.11.2022 SAATLI RAYON MƏHKƏMƏSİ saat 17:00 Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Saatlı şəhəri, M.Ə.Sabir küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ağayev X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən, Saatlı şəhəri M.Ə.Sabir küçəsi 9 nömrəli evin qarşısında 21 avqust 2022-ci il tarixdə saat 15:40 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin və psixotrop maddənin yayılmasına yönəlmiş hərəkət edərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bir ədəd bükümdə təmiz çəkisi 0,057 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 5 manata və 1 ədəd bükümdə təmiz çəkisi 0,101 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata qanunsuz olaraq əməliyyat tədbirinin iştirakçısı X1. Bundan başqa o, 2022-ci ilin iyun ayının ortalarında yaşadığı evin həyətindəki hamam kimi istifadə edilmiş tikilinin dam örtüyünün üst hissəsində 1 ədəd plastik qabdakı torpağa 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu qanunsuz olaraq əkmiş və yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif ağac və gül bitkilərinin arasında bitmiş 2 ədəd, ümumilikdə 3 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini mütəmadi suvarıb, diblərini yumşaltmaqla 21 avqust 2022-ci il tarixədək qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 2022-ci ilin avqust ayının əvvəlində həmin bitkilərin hissələrini toplayıb satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 23,98 qram ümumi təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb 1 ədəd polietilen torbada qablaşdırıb qanunsuz olaraq yaşadığı evin qonaq otağında stolun üstündə saxlamış, 21 avqust 2022-ci il tarixdə saat 19:25 radələrində onun yaşadığı M.Ə.Sabir küçəsi 9 nömrəli ünvanda axtarış aparılarkən həmin 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 23,98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin həmin stolun üstündə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 0,157 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda yetişdirməklə kultivasiya etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hazırlayaraq saxlamış, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmiş və qanunsuz olaraq satmışdır. Bu əməlinə görə ibtidai iatintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 237.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X11 tanıyır, ədavət və düşmənçiliyi olmamışdır. Elşən Dadaşov 19 və 20 avqust 2022-ci il tarixdə ona istifadə etməsi üçün heroin gətirib vermiş, daha sonra 21 avqust 2022-ci il tarixdə Elşən onun yaşadığı ünvana gələrək onu küçəyə çağırmış və ağrıları olduğunu bildirib 1 büküm narkotik vasitə olan heroin istədiyini demiş, o da Elşənə onun verdiyi narkotik vasitələrdən qaldığını və onlardan verə biləcəyini demişdir. Bundan sonra o, 1 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə olan heroini yaşadığı evin qarşısında küçədə Elşənə vermiş, daha sonra Elşən çıxıb gedərkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu və Elşəni Saatlı RPŞ-yə gətirmişlər. Saatlı RPŞ-də Elşən bir ədəd bükümdəki narkotik vasitə olan heroini və 1 ədəd bükümdəki psixotrop maddə olan metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim edərək heroini 10 manata, metamfetamini isə 5 manata ondan aldığını bildirmişdir. Sonra ona üstündə şəxsi axtarış aparılacağını bildirdikdə o, əynindəki göy rəngli şalvarın arxa sağ cibindən 3 ədəd 5 manatlıq pul əskinazlarını çıxararaq həmin pulların özünə məxsus olduğunu, Elşən Dadaşovun ona narkotikə görə pul vermədiyini demişdir. Bu barədə protokol tərtib olunaraq imza edilmişdir. Daha sonra yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 03 ədəd çətənə bitkisini, qonaq otağı kimi istifadə etdiyi otaqda stolun üzərində olan sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı və kiçik ölçülü sellofanda olan heroini polislərə təqdim etmişdir. Polis əməkdaşları tərəfindən narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilən zaman foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. CM-nin 234.1 və 237.1-ci maddələri ilə özünü təqsirli bilir. Lakin CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittihamı qəbul etmir. Belə ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Saatlı RPŞ-də üstünə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın arxa cibindən 15 manat, yəni 3 ədəd 5 manatlıq pul çıxarıb təqdim edərək həmin pulların özünə məxsus olduğunu qeyd etmişdir. Həmin vaxt üstündə 26 manat pul olmuş, 3 ədəd beşmanatlıq pul əskinasları polis əməkdaşları tərəfindən ona məlum olmayan şəraitdə cibinə qoyulmuşdur. O, metamfetamin istifadə etməmiş, metamfetamin Elşən Dadaşovun olmuş, Elşənə pay verdiyi 1 büküm heroini isə Elşən özü qabaqcadan istifadə etməsi üçün ona vermişdir. İlkin izahatında həyəcanlı olduğu üçün metamfetaminin özünə məxsus olmadığını desə də, sonradan metamfetaminin Elşənə məxsus olduğunu qeyd etmişdir. Evdən aşkar edilmiş heroini və Elşən Dadaşova verdiyi heroini isə ona 19-20 avqust tarixlərində Elşən Dadaşovun özü gətirmiş, o da gələcəkdə istifadə etmək üçün saxlamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavət və düşmənçilk olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün onun ifşa olunmasında polis əməkdaşlarına köməklik etməyi qərara almış və bu məqsədlə Təqsirləndirilən şəxslə görüşüb ona heroin və metamfetamin lazım olduğunu söyləmişdir. Abasət ona heroinin 1 bükümünü 10 manata, metamfetaminin 1 bükümünü isə 5 manata təşkil edə biləcəyini söyləmişdir. Daha sonra o, 21 avqust 2022-ci il tarixdə Saatlı RPŞ-yə gəlib Təqsirləndirilən şəxs əməlinin ifşa olunmasında köməklik etmək istədiyini demişdir. Bu barədə ərizə yazdıqdan sonra polis əməkdaşları ona kserosürətləri çıxarılmış 3 ədəd 5 manatlıq pul vermiş və bu barədə protokol tərtib olunaraq imza edilmişdir. Daha sonra o, polis əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı evin küçəsinə getmiş, polis əməkdaşları kənarda dayanıb onları izləmişdir. Həmin yerdə o Abasətlə görüşüb ona 15 manat pul vermiş, Abasət də ona əvəzində 1 büküm heroin və 1 büküm metamfetamin vermiş, həmin an polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onu və Abasəti Saatlı RPŞ-yə gətirmişlər. Saatlı RPŞ-də o, 1 ədəd bükümdəki heroinin və 1 ədəd bükümdəki metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim edərək Abasətdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 3 ədəd 5 manatlıq pul əskinazlarını çıxararaq həmin pulların özünə məxsus olduğunu, narkotiki Elşənin ona pay verdiyini, pul söhbəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pullar əvvəlcədən Abasətdən narkotik vasitə almaq üçün ona verilmiş kserosurətləri çıxarılan 3 ədəd 5 manatlıq pul əskinazları ilə eyniləşdirilərkən eyni pullar olduğu müəyyən olunmuşdur. Bu barədə protokol tərtib olunmuş, foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, 21 avqust 2022-ci il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq polislər tərəfindən keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmiş, o, razılıq verdikdən sonra polis əməkdaşları onu Saatlı şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına dəvət etmişlər. Həmin əraziyə çatdıqdan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fərdi yaşayış evində və evinin həyətyanı sahəsində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin qabaq hissəsində yerləşən həyətyanı bağ sahəsində torpağa əkdiyi narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri, daha sonra bağ sahəsinin yanındakı tikilinin üstündə də 1 ədəd torpağa əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkini göstərərək həmin bitkiləri özü gələcəkdə istifadə etmək məqsədi ilə əkib becərdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom tərəfindən həmin 3 ədəd bitkiyə baxış keçirilmiş və götürülmüşdür. Daha sonra evdə axtarış aparılarkən Abasət otaqdakı stolun üzərində 1 ədəd sellofan torbada qurudulmuş marixuanaya oxşar kütlə və həmin stolun üstündə heroinə oxşar kütləni göstərərək həmin narkotik vasitələri də öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq göstürülmüşdür.Sonda axtarış aparılması barədə protokol tərtib edilərək imza edilmiş, foto və videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 şahid X12 ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Həmid oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, satışı və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmçinin vətəndaş X13 ərizə ilə Saatlı RPŞ-yə müraciət edərək Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun ifşa olunmasında könüllü olaraq polis əməkdaşlarına köməklik etmək istədiyini bildirmişdir. Bununla bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, keçirilən tədbir ilə bağlı Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün 3 ədəd 5 manatlıq pul əskinasları Elşən Dadaşova verilmiş, bu barədə protokol tərtib edilmişdir. Elşən Dadaşova verilmiş 3 ədəd 5 manatlıq pul əskinaslarının kserosurəti çıxarılaraq həmin protokola əlavə edilmiş, foto və videoçəkiliş aparılmışdır. Tədbirin davamı olaraq X17 Ağayevin yaşadığı ünvan 1 nömrəli evin qarşısında həmin gün saat 15:40 radələrində onunla görüşdükdən sonra Elşən Dadaşov tədbirlə bağlı ona verilən 3 ədəd 5 manatlıq pul əskinaslarını Abasətə vermiş, Abasət də əlində olan bükülüləri Elşən Dadaşova verərkən dərhal tədbirdə iştirak edən polis əməkdaşları ilə birlikdə onlara yaxınlaşıb özlərini təqdim edərək hər ikisini Saatlı RPŞ-yə gətirmişlər. Saatlı RPŞ-də Elşən Dadaşovun və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən Elşən Dadaşov könüllü olaraq iki ədəd bükümləri çıxarıb, həmin bükümləri də polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılıb ona verilmiş 3 ədəd 5 manatlıq pul əskinasları müqabilində Təqsirləndirilən şəxs aldığı heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin iki ədəd büküm, şəxsi axtarışda iştirak edən şəxslərin yanında açılarkən birinin içərisində heroin və digər bükümdə isə metamfetamin olduğu aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın arxa sağ cibindən 3 ədəd 5 manatlıq pul əskinazlarını çıxarıb təqdim edərək həmin pulların özünə məxsus olduğunu, Elşən Dadaşova heroini pay verdiyini, metamfetamin vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin pul əskinası kserosurətləri çıxarılaraq narkotik vasitə almaq üçün Elşən Dadaşova əvvəlcədən verilmiş pul əskinaslarının kserosurətləri ilə eyniləşdirilərkən 3 ədəd 5 manatlıq pul əskinaslarının kserosürətləri çıxarılmış əskinaslar ilə eyni olduğu müəyyən edilmişdir. Narkotik vasitə və psixotrop maddə, həmçinin pul əskinası qablaşdırılıb götürülmüş, bununla bağlı protokol tərtib olunmuş, foto və videoçəkiliş aparılmışdır. Daha sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Saatlı şəhəri M.Ə.Sabir küçəsi 9 nömrəli evdə və həyətyanı sahədə axtarış aparılması Təqsirləndirilən şəxs izah edildikdən sonra sonuncu axtarışın keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, müdafiəçinin, aqranom və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. İştirakçılar ilə birlikdə axtarış aparan zaman Təqsirləndirilən şəxs ilk öncə yaşadığı evin qabaq hissəsində yerləşən həyətyanı bağ sahəsində torpağa əkdiyi narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri, daha sonra bağ sahəsinin yanındakı tikilinin üstündədə 1 ədəd plastik qabdakı torpağa əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkini göstərmiş və həmin bitkiləri özü gələcəkdə istifadə etmək məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında əkdiyini və həmin bitkiləri becərdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom tərəfindən həmin 3 ədəd bitkiyə baxış keçirilmiş və həmin 3 ədəd bitkinin çətənə bitkiləri olduğu müəyyən edilmişdir. Həmin 3 ədəd bitkilər qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evində axtarış aparılan zaman otağa daxil olarkən Təqsirləndirilən şəxs otaqdakı stolun üzərində qurudulmuş marixuanaya oxşar kütlə və həmin stolun üstündə heroinə oxşar kütləni göstərərək həmin narkotik vasitələri öz istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş marixuanaya oxşar kütlə və heroinə oxşar kütlə qablaşdırılıb götürülmüşdür.Sonda bu barədə protokol tərtib edilərək imza edilmiş, axtarış zamanı foto və videoçəkiliş aparılmışdır. Üç ədəd 5 manatlıq pul əskinaslarının Təqsirləndirilən şəxs cibinə qoyulması barədə dedikləri yalandır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 Şahid1 Həmid oğlunun ifadəsi ilə eyni məzmunda ifadələr verdilər. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər X8 və X4 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 21 avqust 2022-ci il tarixli "Şəxsi axtarış və götürmə aparılması barədə protokol", ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı X10 əvvəlcədən kserosürətləri çıxarılmış 3 ədəd A13918724, B16546056 və B02489704 nömrəli 3-manatlıq pul əskinasları verilmişdir. İşdə olan 21 avqust 2022-ci il tarixli "Şəxsi axtarış və götürmə aparılması barədə protokol", ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı X13 və Ağayev X5 RPŞ-yə gətirilmiş, orada şərti alıcı X13 iki ədəd içərisində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükümləri çıxarıb təqdim edərək, həmin bükümlərdəki kütlələri ona verilmiş 15 manat pulun müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs da əynindəki göy rəngli şalvarın arxa sağ cibindən 3 ədəd 5 manatlıq pul əskinazlarını çıxarıb təqdim edərək həmin pulların özünə məxsus olduğunu, Elşən Dadaşova heroini pay verdiyini, metamfetamin vermədiyini, Elşən Dadaşovun ona narkotikə görə pul vermədiyini bildirmişdir. Şəxsi axtarış aparılarkən həmin 3 ədəd 5 manatlıq əskinasların əməliyyat tədbiri ilə bağlı şərti alıcı X10 verilən əskinaslar olduğu, şərti alıcı X2 təqdim etdiyi iki ədəd bükümdəki metamfetaminə oxşar kütlənin çəkisinin 0,21 qram və heroinə oxşar kütlənin çəkisinin 0,40 qram olduğu məlum olmuşdur. İşdə olan 21 avqust 2022-ci il tarixli "Axtarış və götürmə aparılması barədə protokol", ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı M.Ə.Sabir küçəsi 9 nömrəli evin həyətyanı sahəsində onun tərəfindən qanunsuz olaraq yetişdirilmiş 2 ədəd və əkilib-yetişdirilmiş 1 ədəd, ümumilikdə 3 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evdən isə 1 ədəd polietilen torbada təmiz çəkisi 23.98 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 0,157 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizanın 22 avqust 2022-ci il tarixli 18/904-905 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs satdığı…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz cəkisi-0,101 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz cəkisi-0.057 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «… Təqsirləndirilən şəxs evindən..bir büküm heroinin…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz cəkisi-0.157 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunan 02 ədəd bükümdə heroin xarici əlamətlərinə və tərkibindəki koponentlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından.. marixunaya oxşar...» sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz cəkisi -23.98 qram olan kütlə cətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs yaşadığı evin həyətində…üc ədəd cətənə…» sözəri və imzalar olan kağız paketdə olan 01 ədəd polietilen torbada ümumi sayı 03 ədəd, yaş vəziyyətdə, ümumi cəkisi 200.0 qram olan bitki nümunələri əkilib-beçərilməsi qadağan olunmuş narkotik tərkibli cətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 3 ədəd bitkilərə aqortexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş 03 ədəd cətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasınının qanunu ilə təsdiq edilmiş «Azərbayçan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin-2005-ci il iyun tarixli Azərbaycan Respublikasınının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İİ) daxildir. Heroinin ümumi təmiz çəkisi -0,258 qram, tədqiqata istifadə olundu -0,1 qram, qalıq -0,158 qram. Metamfetaminin təmiz çəkisi -0,057 qram, tədqiqata istifadə olundu -0,02 qram, qalıq -0,037 qram. Marixuananın təmiz çəkisi -23,98 qram, tədqiqata sərf edildi -0,02 qram, qalıq -23,96 qram. Çətənə bitkilərinin ümumi çəkisi -200,0 qram, cəmi tədqiqata sərf edildi -0,3 qram, qalıq -199,70 qram. İşdə olan 21 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif ağac və gül kolların arasında torpağa əkilmiş vəziyyətdə 2 ədəd və həmin sahənin yanındakı köhnə tikilinin dam örtüyündə bir ədəd plastik qabdakı torpağa əkilmiş vəziyyətdə 1 ədəd, ümumilikdə aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 06 oktyabr 2022-ci il tarixli 5824 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizanın 15 oktyabr 2022-ci il tarixli 2745 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə “üzvi şəxsiyyət pozuntusu” müəyyən edilib. Təqsirləndirilən şəxs qeyd olunan üzvi şəxsiyyət pozuntusu cinayət törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda “üzvi şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Ağayev X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir.Məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.1 və 237.1-ci maddələri ilə özünü təqsirli bilsə də, əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olmadığını, Elşən Dadaşova metamfetamin deyil, heroin verdiyini və buna görə sonuncundan pul almadığını, şəxsi axtarış zamanı onun üstündən aşkar edilmiş 3 ədəd 5 manatlıq əskinasının polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu göstərsə də, onun istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokolla, həmin protokola əlavə edilmiş foto şəkillərlə və həmçinin də şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. İbtidai araşdırma orqanı haqlı olaraq təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə də ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsi təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddərlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs 1 azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.1-66.2-ci maddələrinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzalarını təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 avqust 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 237.1-ci maddələri ilə 234.2-ci maddəsi ilə ittiham elan olunmuş, həmin tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 21 avqust 2022-ci il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.158 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0.037 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 23.96 qram olan narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut olan 3 ədəd 5 manatlıq manatlıq pul əskinazlarının cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 63 manat 90 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il altı ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə üç il altı ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin əvvəli 21 avqust 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.158 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0.037 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 23.96 qram olan narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd çətənə bitkiləri məhv edilsin. İş üzrə 63 (altmış üç) manat 90 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №1(055)-75/2022
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-75/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver