Məhkəmə qərarları › İş №1(055)-76/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-76/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-76/2024 28.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1960-cı ildə Tərtər rayon Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilməyən, işsiz, Tərtər rayon Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Saatlı rayonu Nabatkənd kəndində yaşayan Zərərçəkmiş şəxs oğlu Orxan Xanlarovu hərbi polisə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə sonuncunun xx.xx.2021ci il tarixdə Saatlı rayonu Orta-Muğan kəndində yerləşən "xxxx" MMC-nin poçt filialı vasitəsilə göndərdiyi 500 manat, 2022-ci ilin yanvar ayının istintaqa məlum olmayan günündə Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissənin qarşısında N manat və xx.xx.2022-ci il tarixdə Saatlı rayonu Nabatkənd kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdə N manat olmaqla, ümumilikdə 5500 manat, xeyli miqdarda pulunu dələduzluq edərək almış, yəni aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında Bakı şəhərində Respublika Klinik xəstəxanasında müalicə olarkən onunla bir palatada müalicə alan Saatlı rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olmuş və Allahverdi ilə münasibəti yaranmışdır. Allahverdinin oğlu Orxan həmin vaxt atasına baş çəkməyə gələndə o, Allahverdidən Orxanın işləyibişləmədiyini soruşmuş, Allahverdi ona oğlunun rəsmi olaraq heç bir yerdə işləmədiyini, kənddə təsərrüfatla məşğul olduğunu demişdir. O, Allahverdidən oğlu Orxanın təhsili və hərbi xidmətdə olub-olmamağını soruşduqda, Alahverdi oğlu Orxanın orta təhsilli olduğu və hərbi xidmətdə olduğunu dedikdən sonra o, Allahverdiyə oğlu Orxanı hərbi polisə işə düzəldə biləcəyini demişdir. O, əvvəlcə fikirləşmiş ki, Allahverdidən pul alsın, Orxanın işə düzəlməsi adı ilə və maraqlanıb görsün Orxanı harasa hərbiyə kimdənsə xahiş edib düzəltdirə bilirmi. Xəstəxanada olarkən Allahverdi ilə bir-birlərinə mobil telefon nömrələrini demişlər. Xəstəxanadan çıxdıqdan sonra o bir neçə dəfə istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən Allahverdinin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng edib kef-əhval tutmuş, sonra maddi vəziyyəti çox pis olduğundan, ehtiyacı olduğundan fikirləşmiş ki, Allahverdini aldadıb oğlu Orxanı hərbi polisə işə düzəltirəcəyi adı ilə pul alsın və Allahverdiyə zəng edib oğlu Orxanı və sənədləri götürüb Bakı şəhərinə gəlməsini istəmişdir. Dəqiq tarixi xatırlamır, 2021-ci il dekabr ayının 20-25 aralığında Alahverdi oğlu Orxanı götürüb Bakı şəhərinə gəlmiş, o hər ikisi ilə “20 yanvar” metrostansiyasının yaxınlığında "xxxx" ASC-nin binasının yaxınlığında çayxanaların birində görüşmüşdür. Orada o, Orxanın hərbi biletinin, orta məktəb atestatının və şəxsiyyət vəsiqəsinin sürətini götürmüş və yaxın zamanda Orxanı hərbi polisə işə düzəldəcəyini demişdir. Həmin günün səhəri o Allahverdiyə zəng edib sənədlərin hazırlanması üçün guya 500 manat pul lazım olduğunu demiş və Allahverdi poçt vasitəsilə onun adına Bakı şəhərinə 500 manat pul göndərmiş, o hazırda xatırlamadığı, Bakı şəhərində hansısa poçt filialından həmin pulu götürmüşdür. Bir müddət sonra 2022-cü ilin yanvar ayının ortlarında o Allahverdiyə zəng edib Orxan ilə birlikdə Bakı şəhərinə gəlməsini və işin düzəlməsi üçün əlavə N00 manat pul lazım olduğunu demişdir. Allahverdi də oğlu Orxan ilə birlikdə Bakı şəhərinə gəlmiş, birlikdə yenə “20 yanvar” metrostansiyasının yaxınlığında görüşmüş və taksi ilə onları Biləcəri qəsəbəsindəki hərbi polisinin hərbi hissəsinin yanına aparmış, onlara guya Orxanın işi ilə bağlı komandir ilə görüşəcəyini deyib orada tanışı olan Elgün adlı hərbiçi ilə onlardan kənarda yalandan söhbət etmiş və qayıdıb Allahverdiyə demiş ki, komandir deyir vaxtı yoxdu, sonra Orxanı qəbul edəcək. Orada hərbi hissənin qarşısında Allahverdi ona N manat pul vermişdir. Bundan bir müddət sonra, təxminən 2022-ci ilin fervral ayının əvvəlində o Allahverdi ilə əlaqə saxlamış, Orxanın işinin düzəlmə mərhələsində olduğunu, N00 manat pulun lazım olduğunu və onlara qonaq gələcəyini demişdir. Allahverdi razılaşmış və o arvadı Kəmaləni götürüb Saatlı rayonuna Allahverdinin evinə getmişdir. O, bir gün Allahverdinin evində qalıb guya Orxanın işinin düzəlməsi üçün N manat pul alıb Bakı şəhərinə qayıtmışdır. Bundan sonra isə o, Allahverdinin onu aldatdığını başa düşdüyünü bildiyi üçün mobil telefonlarına cavab verməmişdir. O, Allahverdini aldadıb 5500 manat pulunu oğlu Orxanı guya hərbi polisə işə düzəldəcəyi adı ilə aldığını tam səmimi olaraq etiraf edir. Arvadı Kəmalə və oğlu Bəhruzun törətdiyi cinayət ilə heç bir əlaqəsi yoxdur, o oğlu və arvadını da inandırmış ki, guya Orxanı işə düzəldə biləcəkdir. Oğlu və arvadı da elə fikirləşirmişlər ki, o tanışları vasitəsilə Orxanı işə düzəldə biləcəkdir, ola bilsin buna görə Allahverdi arvadına və oğluna zəng edərkən və arvadı ilə Allahverdinin evinə gedərkən Allahverdiyə onun işi düzəldəcəyini demişlər. Oğlu Bəhruz gəmidə işləyir, lakin bəlkə də o yalandan Allahverdiyə oğlununda hərbi polisdə işlədiyini demiş, ancaq dediyi kimi oğlu Bəhruzun onun törətdiyi cinayət ilə heç bir əlaqəsi yoxdur. O, Allahverdidən ümumilikdə 5500 manat pul almış, həmin pulu 3 dəfəyə almış, 2021-ci ilin dekabr ayının sonunda Allahverdi poçt vasitəsilə 500 manat göndərmiş, Bakı şəhərində poçtdan həmin pulu almış, bundan sonra 2022-ci ilin yanvar ayının ortalarında Bakı şəhərində Biləcəri qəsəbəsində hərbi hissənin qarşısında N manat və sonuncu dəfə 2022-ci ilin fevral ayının əvvəlində Saatlı rayonunda Allahverdinin yaşadığı evdə N manat almışdır. O, Allahverdidən aldığı puldan heç kimə verməmiş və Allahverdiyə həmin pulu kiməsə verəcəyini deməmişdir. Əməlindən səmimi peşmandır. Ona görə də məhkəmədən ona köməklik olunmasını xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından tanıyır. 2021-ci ilin dekabr ayının əvvəlində xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərində yerləşən Respublika Kilinik xəstəxanasında müalicə olunarkən Təqsirləndirilən şəxslə tanış olmuş, Respublika Kilinik xəstəxanasında terapiya şöbəsində müalicə alarkən o palatada tək yatdığı üçün Müslümü onun olduğu palataya köçürmüşlər. Müslüm palataya gəldikdən sonra münasibəti yaranmış, o müalicə aldığı vaxtda oğlu Şahid tez-tez ona baş çəkmək üçün onun yanına gəlmişdir. Həmin vaxt Müslüm oğlu Orxanı görmüş, Orxan gedəndən sonra Müslüm yanına gələn şəxsin kim olduğunu soruşmuş, o da yanına gələn şəxsin oğlu olduğunu bildirmişdir. Müslüm ondan oğlu Orxanın işləyib-işləməməsi barədə soruşmuş, o da Müslümə Orxanın işsiz olduğunu və yaşadığı kənddə ona təsərrüfat işlərində köməklik etdiyini bildirmişdir. Müslüm ondan oğlu Orxanın əsgərlikdə olub-olmamasını, ali təhsilinin olub-olmamasını, yaşını və sairə soruşmuş, o Müslümə oğlunun orta təhsilli olduğunu, əsgərliyə gedib-gəldiyini bildirmişdir. Söhbət zamanı Müslüm də oğlu Bəhruzun hərbidə komandir işlədiyini deyib oğlu Orxanın hərbiyə işə düzəlməsinə köməklik edə biləcəyini demişdir. Xəstəxanada qaldıqları müddətdə Müslüm onun mobil nömrəsini öz telefonun yaddaşına qeyd etmişdir. İki gün sonra Müslüm xəstəxandan getmişdir. Müslüm xəstəxanadan getdikdən sonra mütəmadi olaraq 055 ***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan 051 ***-**-** mobil nömrəsinə zəng edərək səhhətini soruşurmuşdur. Dəqiq tarixini xatırlamadığı vaxtda Müslüm ona baş çəkmək üçün xəstəxanaya gəlmiş, söhbət zamanı Müslüm oğlu Bəhruzla Orxanın işini danışdığını deyib Orxanı qısa müddətə işə düzəldəcəyini bildirmişdir. Müslüm ona Bəhruz adlı oğlunun nömrəsini verib oğlu Orxanın da Bəhruzun yanında işləcəyini demişdir. Bundan sonra bir qədər söhbət edib çıxıb getmişdir. O, da Müslüm verdiyi nömrəyə zəng edib nömrəni ona Müslümün verdiyini və onun oğlu olub-olmamasını soruşmuşdur. Həmin şəxs də ona Müslümün oğlu olduğunu deyib iclasa tələsdiyini deyərək sonra zəng vuracağını bildirmişdir. 2021-ci ilin dekabr ayının ortalarında o, müalicəsini başa vurub Saatlı rayonuna geri qayıtmışdır. 2021-ci ilin dekabr ayının 20-də Müslüm onun mobil nömrəsinə zəng edib oğlu Orxanın işi ilə əlaqədar Bakı şəhərinə gəlməyini xahiş etmişdir. Müslüm onu Bakı şəhərinə çağıran zaman oğlu Orxanı da özü ilə gətirməyi və Orxana aid hərbi bileti, şəxsiyyət vəsiqəsini və orta təhsil haqqında atestatını gətirməyini bildirmişdir. O, da Müslümün dediyi sənədləri götürüb oğlu Orxanla birlikdə Bakı şəhərinə gəlmiş və Müslümlə görüşmüşdür. Müslüm oğluna aid sənədlərin kserosurətini çıxarıb özünə götürmüş, əsllərini qaytarmışdır. Bundan sonra Müslüm ona oğlu Orxanın işini qısa müddətə həll edəcəyini demişdir. Daha sonra o və oğlu Orxan Müslümlə sağollaşıb Saatlı rayonuna geri qayıtmışlar. 2021-ci ilin dekabr ayının 21-də axşam saatlarında Müslüm ona zəng edib tibbi sənədləri hazırlamaq üçün ona 500 manat pul göndərməyini istəmişdir. O Müslümə 500 manat pul göndərə biləcəyini bildirmişdir. Bundan sonra Müslüm onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” tətbiqi vasitəsilə özünə aid şəxsiyyət vəsiqəsinin şəklini onun “Whatsapp” nömrəsinə göndərmişdir. Səhərisi gün də Saatlı rayonu Orta-Muğan kəndində yerləşən poçta gedib oradan Təqsirləndirilən şəxs adına 500 manat pul göndərmişdir. 500 manat pulu Müslümə göndərdikdən sonra qəbzi özündə saxlamışdır. O Müslümə 500 manat pulu göndərdikdən sonra Müslüm təxminən 1-2 saat sonra ona zəng edərək 500 manat pulu aldığını bildirmişdir. Bundan sonra Müslüm mütəmadi olaraq ona qeyd etdiyi nömrəsi vasitəsilə zəng edərək hal-əhval tuturmuş. Müslüm bir dəfə ona zəng edərək Orxanın işinin düzəlməsi üçün N00 manat pul lazım olduğunu demiş, o da pulunun olmadığını, lakin bankdan pul götürə biləcəyini demişdir. Müslümlə telefon danışığından sonra Sabirabad rayonunda yerləşən “Bank Respublika” bankına gedərək öz adına N00 manat pul götürmüş, 2022-ci ilin yanvar ayının ortalarında Müslüm onu yenidən Bakı şəhərinə çağırmışdır. O da oğlu Orxanla birlikdə Bakı şəhərinə getmiş, günorta saatlarında Bakı şəhərinə çatmışlar. Müslüm oğlu ilə onu “20 Yanvar” metrostansiyasının yaxınlığında qarşılamış, Müslüm ora sürücüsünü tanımadığı qara rəngli, “Mersedes E” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə gəlmişdir. O oğlu ilə həmin avtomobildə arxa oturacaqda əyləşmişdir. Belə ki, o sürücünün arxasında əyləşmişdir. Müslüm isə sürücünün yanında öndə əyləşmişdir. Müslüm Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən hərbi hissəyə aparmış, Müslüm avtomobildən endikdən sonra hərbi hissəyə getmişdir. Təxminən N dəqiqə sonra Müslüm bir qədər aralıda hərbi rütbəli tanımadığı şəxslə hərbi hissədən çıxıb olduğu avtomobilə doğru gəlmişlər. Onun, oğlunun və əyləşdikləri avtomobili sürən tanımadığı şəxsin avtomobilindən təxminən 15-20 metr aralıda 15 dəqiqə söhbət etmişlər. Sonra Müslüm olduğu avtomobilə gəlmiş, ön oturacaqda əyləşmiş və ona “komandirin” hal-hazırda vaxtı olmadığını, tələsdiyini, Orxanı 1 həftə sonra özünün çağıracağını bildirmişdir. Həmin vaxt Müslüm ona dediyi N00 manat pulu istəmiş, o Müslümə N manatının olduğunu bildirmiş və Biləcəri qəsəbəsində nömrəsini xatırlamadığı hərbi hissəsinin yaxınlığında avtombildə Müslümə N manat pul vermişdir. O pulu Müslümə verən zaman yanında oğlu Orxan və avtomobilin sürücüsü tanımadığı şəxs var imiş. O pulu Müslümə verdikdən sonra oğlu Orxanla birlikdə “20 Yanvar” metrostansiyasının yaxınlığına gedib oradan da Saatlı rayonuna gedən taksiyə minib Saatlı rayonuna yaşadığız evə geri qayıtmışdır. Sonuncu görüşdən bir qədər sonra Müslüm zəng edib oğlu Orxanın işinin yekunlaşması üçün əlavə N00 manat pul lazım olduğunu bildirmiş, o da bundan sonra həyətyanı sahəsində olan 1 baş erkək dananı satmış, eləcə də tanışlarından borca pul alıb ümumilikdə N manat pul düzəltmişdir. Müslümlə telefon danışığından təxminən 2 gün sonra yəni 2022-ci ilin fevral ayının əvvəlində Müslüm ona zəng edib Kəmalə adlı həyat yoldaşı ilə birlikdə yaşadığı kəndə qonaq gələcəyini bildirmişdir. O da Müslümün təklifini qəbul etmiş, telefon danışığından təxminən iki gün sonra Müslüm yaşadığı kəndə Kəmalə adlı qadınla gəlmişdir. Bir gün qonaq olmuşlar, Səhəri günü səhər saatlarında çay içərkən qonaq otağında Müslümün yoldaşı Kəmalə, oğlu Orxan və həyat yoldaşı Sona Xanlarova birlikdə oturub çay içib söhbət edən zamanı Müslüm təcili Bakı şəhərinə gedəcəyini demiş və dediyi N00 manat pulu istəmişdir. Lakin o Müslümə N manat pulunun olduğunu bildirib Müslümün yoldaşı Kəmalənin, oğlu Orxanın və həyat yoldaşı Sonanın yanında N manat pulu Müslümə vermişdir. Həmin müddətdən iki ilə yaxın müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs oğlu Orxanı nə işə düzəltmiş, nə də ki, ondan aldığı ümumilikdə 5500 manat pulu geri qaytarmamışdır. Buna görə də o hər dəfə Müslümə zəng etmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək sonda telefonunu açmamış, telefonunu söndürmüşdür. Bundan başqa o dəfələrlə Müslümün oğlu Bəhruzun istifadəsində olan 070 ***-**-** saylı və Müslümün həyat yoldaşı Kəmalənin istifadəsində 070 ***-**-** mobil nömrəsinə zəng etsəmdə telefonunu açmamış, ya da müxtəlif bəhanələr gətirmişlər. Belə ki, Bəhruzun 070 ***-**-** saylı mobil nömrəsinə zəng edərək atasının aldığı pulları qaytarmasını desə də, Bəhruz ona atası Müslümündən pul almadığını deyib onun pulu atasına verdiyini və atasından almağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 500, 2500 və N manat məbləğində pulları kiməsə verəcəyi barədə ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddiz ziyan qaytarılmamışdır. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan "xxxx" MMC-dən əldə edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına 500 manat məbləğində pul vəsaiti göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərrbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 1 il, 9 ay, 16 gün azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 7 ay, 06 gün azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il Aazadlıqdan məhrumetmə cəzasın məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli 816 VQD saylı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi xaric edilməklə CM-nin 178.2.2-ci maddəsi ilə 05 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələri ilə təqsirli bilinərək 06 ay, 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkumluğu xx.xx.2023-cü il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırda ittiaham olunan cinayət əməllini məhkumluğu ödənilmədiyi dövrdə, yəni xx.xx.2021-ci il, 2022-ci ilin yanvar ayı və xx.xx.2022-ci il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını son həddinin yarısından az olmamaqla təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixdən şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İşdə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixdən şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar