Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-77/2023 26.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 15:55-də xx xxxx 1982-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,230 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş və saxlamış, 26 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində qazanc əldə etmək məqsədi ilə həmin narkotik vasitəni Saatlı şəhəri, A.Səhhət küçəsi 13 nömrəli evin yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada 25 manat pulun müqabilində əməliyyat tədbirinin iştirakçısı, şərti alıcı Şahid1 qanunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, satdığı narkotik vasitə “kakos”, yəni heroin olmuşdur. Həmin narkotik vasitəni özü tapmışdır. Şahid1 ona zəng edərək narkotik vasitəyə ehtiyacı olduğunu demiş, o da 2 set halında olan narkotik vasitəni 25 manata Müşfiqə satmışdır. Törətdiyi əmələ görə peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımış və onunla araları yaxşı olmuşdur. O, Xəzərin narkotik satışı ilə məşğul olduğunu bildiyindən onu ifşa etmək məqsədi ilə ondan narkotik vasitə almışdır. 2023-cü ilin sentyabr ayının 26-da narkotik vasitənin alqı-satqısı ilə bağlı razılaşmışlar. Növbəti gün səhər isə narkotik vasitəni Xəzərdən almışdır. Lakin narkotiki aldığı günü dəqiq xatırlamadığından günləri qarışdırmış ola bilər. Xəzər narkotik vasitəni ona satdıqdan dərhal sonra polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 26 sentyabr 2023-cü il tarixdə Müşfiq adlı şəxs Saatlı şəhər sakini Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində narkotik vasitələrin saxlanılması, satışı ilə məşğul olması barədə ərizə ilə Saatlı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bununla bağlı Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, şərti alıcı qismində iştirak edən Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs alması üçün Saatlı RPŞ-də kserosurətləri çıxarılmış pul əskinasları verilmişdir. Şahid1 ilə Təqsirləndirilən şəxs arasında Şahid1 evinin yanında narkotik vasitənin alqı-satqısı olmuşdur. Daha sonra onlar hər ikisi polis şöbəsinə gətirilmişlər. Saatlı RPŞ-də təhqiqatçı tərəfindən onların üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin alınması üçün Şahid1 ona verdiyi pullar aşkar edilmiş, Şahid1 isə Təqsirləndirilən şəxs aldığı narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pullar kserosurətləri çıxarılmış pullarla qarşılaşdırılmış və eyni pullar olması məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 ifadəsində göstərdi ki, 26 sentyabr 2023-cü il tarixdə Müşfiq adlı şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ərizə ilə Saatlı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bununla bağlı Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmiş, şərti alıcı qismində iştirak edən Şahid1 narkotik vasitəni Təqsirləndirilən şəxs alması üçün Saatlı RPŞ-də kserosurətləri çıxarılmış bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq pul əskinasları verilmişdir. Şahid1 evinin yanında Təqsirləndirilən şəxs pulları vermiş və Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid1 satmışdır. Daha sonra onlar Şahid1 və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və onları polis şöbəsinə gətirmişlər. Saatlı RPŞ-də onların üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin alınması üçün Şahid1 ona verdiyi pullar aşkar edilmiş, Şahid1 isə Xəzər Mahmduovdan aldığı narkotik vasitəni təqdim etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şahid1 Saatlı Rayon Polis Şöbəsinə təqdim etdiyi 26 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, o, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun cinayət əməlinin ifşa olunması üçün polis əməkdaşlarına könüllü kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 sentyabr 2023-cü il tarixli "Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üzərində şəxsi axtarış aparılması və bu məqsədlə ona əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının verilməsi barədə" protokol və ona əlavə edilən fotoşəkillərdən görünür ki, narkotik vasitələrin satışı ilə məşğul olması ehtimal olunan Saatlı şəhəri, Babək küçəsi ev 23 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən şəxsi vəsaiti hesabına şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə 1 ədəd 20 manatlıq A36232244 nömrəli və 1 ədəd 5 manatlıq B17684593 nömrəli pul əskinasları verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 sentyabr 2023-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol və ona əlavə olan fotoşəkillərdən görünür ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şərti alıcı Şahid1 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş pul müqabilində Təqsirləndirilən şəxs aldığını qeyd etmişdir. Şahid1 könüllü təqdim etdiyi 1 ədəd büküm onun özünün, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Vüsal Abbasovun və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının yanında açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa sağ cibindən 1 ədəd 20 manatlıq və 5 manatlıq pul əskinaslarını çıxararaq, Şahid1 satdığı narkotikə görə Şahid1 verdiyini pul əskinasları olduğunu bildirmişdir. Həmin 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasları əvvəlcədən kserosurətləri çıxarılaraq Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün Şahid1 verilmiş pul əskinasları ilə eyniləşdirilərkən 1 ədəd 20 manatlıq A36232244 nömrəli və 1 ədəd 5 manatlıq B17684593 nömrəli pul əskinasları ilə eyni olduqları müəyyən olunmuşdur. Daha sonra Şahid1 könüllü təqdim etdiyi 1 ədəd bükümdəki narkotik vasitə olan heroinə oxşar kütlə 1 ədəd zərfdə qaplaşdırılaraq məhkəmə-bioloji ekspertizaya göndərilməsindən ötrü götürülmüş və həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd 20 manatlıq A36232244 nömrəli və 1 ədəd 5 manatlıq B17684593 nömrəli pul əskinasları 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 26 sentyabr 2023-cü il tarixli 18/945 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 təqdim etdiyi...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,230 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” daxildir. (İ siyahı) İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 noyabr 2023-cü il tarixli 2424 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü X4 adlı bir nəfər uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Saatlı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 1(055)-13/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,230 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etməsi və saxlaması, 26 sentyabr 2023-cü il tarixdə saat 08:30 radələrində qazanc əldə etmək məqsədi ilə həmin narkotik vasitəni Saatlı şəhəri, A.Səhhət küçəsi 13 nömrəli evin yaxınlığına satış məqsədi ilə qanunsuz olaraq daşıyıb orada 25 manat pulun müqabilində əməliyyat tədbirinin iştirakçısı, şərti alıcı Şahid1 qanunsuz olaraq satması, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq narkotik vasitəni satması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 1(055)-13/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 28 oktyabr 2023-cü il tarixli 7067 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Saatlı Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 4(055)-44/2023 saylı qərarı ilə onun barəsində əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 26 sentyabr 2023-cü il tarixdən hesab edilməlidir. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,180 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 sentyabr 2023-cü il tarixli 18/945 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 26 sentyabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,180 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-77/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-77/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver