Məhkəmə qərarları › İş №1(055)-77/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-77/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-77/2024 26.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1976-cı ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu İİ Alatava yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 0,396 qram narkotik vasitə olan heroini və xeyli miqdarda ümumi təmiz çəkisi 0,507qram psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşıyaraq xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanına gətirib, orada Şahid1 30 (otuz) manat pulun müqabilində qanunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Bakı şəhəri Yasamal rayonu İİ Alatavada kirayə yayaşır, taski fəaliyyəti ilə məşğul olur. Əvvəllər “nəşə”dən istifadə etsə də, təxminən 1 ildir “kokos”, yəni heroindən istifadə edir. Şahid1 Qoçəlı qızın Saatlı şəhərində qonşuluqda yaşadığından uşaqlıqdan tanıyır, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid2 ilə də qonşuluqda yaşadığından uşaqlıqdan tanıyır, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Fitatın narkotik vasitə istifadə etdiyini çoxdan bilir, Hüseynin isə narkotik istifadə etdiyini dəqiq bilməmişdi. 28 avqust 2024-cü il tarixdə Saatlı şəhərində yaşayan qardaşı Samirin qızı Jalənin ad günü ilə bağlı Saatlı şəhərinə gələrkən Fitat ondan narkotik istədiyinə görə Fitata narkotik vasitə gətirmişdir. Həmin gün gecə saat 00:30 radələrində qardaşı Samirin evindən çıxıb heroini Fitata vermək üçün Fitatın yaşadığı evin həyətinə getmiş, həmin vaxt Fitatın həyətində bacısı Ülviyyə olmuşdur. O, Fitatın evində bacısı Ülviyənin yanında gətirdiyi heroin və metamfetamini Fitata vermiş, həmin vaxt o Fitata demiş ki, narkotikə görə 30 manat versin, Fitat isə ona demiş ki, indi yoxudur, sonra verəcəkdir. O razılaşmış, həmin vaxt Fitat onun yanında kiminləsə danışırmış və həmin şəxsə narkotik verəcəyini deyirmiş, lakin Fitat ona kiminlə danışdığını deməmiş, o da Fitatdan kiminlə danışdığını soruşmamışdır. Fitat narkotiki Bakı şəhərindən gələn şəxsə verəcəyini demişdir. Bundan sonra Fitat çıxıb getmişdir. Biraz sonra Fitat gəlməmiş, Fitatın polis tərfindən tutulduğundan şübhələndiyi üçün dərhal Fitatın evindən çıxıb Bakı şəhərinə gedən yola çıxmış, təsadüfi bir avtomobil ilə Bakı şəhərinə getmişdir. Sonrdan Bakı şəhərində olarkən Saatlı şəhərindəki qohumlardan maraqlandıqda ona Fitatın Hüseyn ilə birlikdə polis tutulduğunu öyrənmişdir. 03 sentyabr 2024-cü il tarixdə isə Saatlı polisinin əməkdaşları onu Bakı şəhərində kirayə yaşadığı evdə tutub Saatlı RPŞ-yə gətirmişlər. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Əvvəllər Zaurdan 2-3 dəfə öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almışdır. Şahid2 da çoxdan tanıyır, təxminən 200 metr aralı məsafədə qonşuluqda yaşayır. Şahid2 da əvvəllər onun vasitəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitə almışdır. Tutulmamışdan 5-6 gün bundan əvvəl ağrıları artdığı üçün Zaura zəng vuraraq, narkotik istəmiş, Zaur da ona “gətirəcəm” deyə cavab vermişdir. xx.xx.2024-cü il tarixdə Zaur günorta saatlarında onun yaşadığı evə gəlmiş, həmin vaxt Hüseyn ona “Zaur gələndə mənə də narkotik vasitə gətirsin, 80 manatlıq götür, bir yerdə istifadə eliyərik” demişdir. Bu səbəbdən də o Zaurdan Hüseyn üçün 80 manatlıq, öz istifadəsi üçün də 50 manatlıq narkotik vasitə və psixotrop maddə gətirməsini istəmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində Zaur yaşadığı evlərin yaxın olması səbəbindən taxta hasardan yaşadığı evin həyətinə düşmüş və “gətirmişəm” demişdir. Zaur ona narkotiki 30 manat müqabilində verəcəyini demiş, o da razılaşmış, həmin vaxt özünün olan 50 manat, Hüseynin ona verdiyi 80 manat, cəmi 130 manat pulu olmuşdur. Zaura 30 manat pul vermişdir. Sonra isə narkotik vasitədən istifadə etmək üçün yaşadığı evdən çıxaraq Hüseynin yanına qayıtmışdır. Orada siqaret qutusunun içərisindən 5 büküm “kokos”, bir büküm də “şüşə”ni Hüseynə vermişdir. Bundan sonra əvvəlcə Hüseynə təklif etmiş ki, birlikdə narkotikdən istifadə etsinlər. Təxminən saat 01-02 radələri Hüseynlə küçədə olarkən tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun və Hüseynin qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduqlarını bildirərək, üstlərinin yoxlanacağını bildirmişlər. O və Hüseyn polis əməkdaşlarının tələblərinə etiraz etməmişlər. Bu zaman polis əməkdaşları videoçəkilişə başlamışlar. Həm Hüseyn, həm də onun üzərindən Zaurdan aldıqları narkotik vasitələr aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə məhkum olunmuşdur. O təxminən üç il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. Şahid1 Qoçəli qızını da tanıyır. Qonşudurlar, aralarında ədavət və düşmənçilik olmamışdır. Bir neçə dəfə birlikdə narkotik istifadə etmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 00-01 radələrində Fitat onu küçəyə çağırmış, o da küçəyə çıxmış və piyada Fitatın yaşadığı ev istiqamətində getməyə başlamış, Fitatın yaşadığı evə bir qədər qalmış Fitat da küçəyə çıxmış və ona tərəfə gəlməyə başlamışdır. Fita ona yaxınlaşaraq “pulu ver gedim götürüm” demiş, o da nə qədər pul lazım olduğunu soruşduqda sonuncu 80 manat vermək lazım olduğunu demişdir. O da 80 manat pulu cibindən çıxararq Fitata vermişdir. Bir neçə dəqiqədən sonra Fitat yanına gəlmiş, ona 5 büküm “kokos”, bir büküm də “şüşə” vermişdir. Bundan sonra Fitat ona təklif etmiş ki, birlikdə narkotik istifadə edək. Daha sonra bir yerdə küçə ilə hərəkət etmişlər. Təxminən saat 01-02 radələri küçədə olarkən tanımadığı bir neçə nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun və Fitatın qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduqlarını bildirərək, üstlərinin yoxlanacağını bildirmişlər. O və Fitat polis əməkdaşlarının tələblərinə etiraz etməmişlər. Bu zaman polis əməkdaşları videoçəkilişə başlamışlar. Həm onun, həm də Fitatın üzərindən Zaurdan aldıqları narkotik vasitələr aşkar olunmuşdur. Şahid5 ifadəsində göstərmişdir ki, Şahid2 və Şahid1nmı əvvəllər tanımamış, heç biri ilə qohumluq əlaqəsi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə Şahid2 qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Şahid2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. 29 avqust 2024-cü il tarixdə saat 02 radələrində başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə bağlı Saatlı şəhəri H.Əliyev prospekti ilə Sabirabad şəhəri istiqamətində getdikdə “Aynur” klinikasına çatmamış sola ayrılan Saatlı şəhəri E.Hüseynov küçəsinə daxil olduqda Şahid2 yanında sonradan adı məlum olan Şahid1 ilə birlikdə olduğu müəyyən olunduğu üçün hər ikisinə daxil olmuş məlumat barədə bildirib baxış keçirmişlər. Bundan sonra Şahid1 əynindəki şalvarın sağ cibindən bir ədəd “West” markalı siqaret qutusu çıxarıb təqdim edərək həmin qutunun içərsində narkotik vasitə olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisinə baxılarkən 3 ədəd kağız bükümün olduğu müəyyən edilmiş, həmin kağız bükümlər ayrıayrılıqda açılarkən ikisinin içərisində metamfetaminə oxşar kütlə, bir ədədinin içərsində isə heroinə oxşar kütlə oldduğu müəyyən olunmuşdur. Bundan sonra Şahid2 bir ədəd sellofan bükümü təqdim etmiş, içərisində “kokos” adlı narkotik vasitə olduğunu bildirmiş, həmin büküm açılarkən isə içərisində 6 ədəd ayrı-ayrılıqla büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlərin 5 ədədi açılarkən içərisində heroinə oxşar kütlələr aşkar edilmiş, digər bir büküm açılarkən isə içərisində metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Açkar olunmuş narkotik vasitə və psixotrop maddələr qablaşdırılıb götürülmüş, videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə baxışı zamanı Şahid6 Şahid5 ilə eyniməzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid4 və X1 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Şahid1 əynində olan şalvarının sağ yan cibində saxladığı “West” markalı siqaret qutusunun içərisindən bir bükümdə narkotik vasitə heroinə bənzər və 2 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr, Şahid2 əynində olan şalvarın cibindən isə 5 bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzə maddələr aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki. Şahid1 və Şahid2 üstlərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər maddələrə baxış keçirilmiş, sonuncular həmin kütlələrin üzərlərindən aşkar edildiklərini təsdiq etmişlər. İşdə olan məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/774 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şahid2 Teyub oğlunun üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 5 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,103 qram, 0,088 qram, 0,045 qram, 0,040 qram, 0,042 qram, ümumi çəkisi-0,318qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid2 Teyub oğlunun üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki kağız kəsiyinə bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,214qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,078qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,130qram, 0,163qram, ümumi çəkisi-0,293qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid2 üzərindən götürülmüş 5 ədəd bükümdə və Şahid1 üzərindən götürülmüş 1 ədəd bükümdə, cəmi 6 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş Şahid2 üzərindən götürülmüş 1 bükümdə və Şahid1 üzərindən götürülmüş 2 ədəd bükümdə, cəmi 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İsiyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir (İ siyahı). İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 6398 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102-ci maddəsinin 1 hissəsi, 207-ci maddəsinin 3-cü hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Nizami rayon xalq məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən 01 il 01 ay 01 gün əməyə mütləq cəlb olunmaqla şərti azad edilmiş, məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Şahid1 30 manat pul almadığını göstərsə də, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,216 qram olan heroin kütləsi və ümumi təmiz çəkisi 0,357 qram olan metamfetamin məhv edilməlidir. İş üzrə 49.74 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,216 qram olan heroin kütləsi və ümumi təmiz çəkisi 0,357 qram olan metamfetamin məhv edilsin. İş üzrə 49(qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar