Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-77/2025 18.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Cəbrayıl rayonu, Cəfərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvəllər məhkum olunmamış, evli, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda, olmaqla Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki qaçqın və köçkün şəhərciyi 203 nömrəli evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 14,75 qram çəkidə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxlamış, 02 may 2025-ci il tarixdə saat 16 radələrində həmin narkotik vasitədən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,55 qram hissəsini yaşadığı Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki qaçqın və köçkün şəhərciyi 203 nömrəli evin yaxınlığına satış məqsədilə qanunsuz olaraq daşıyıb, orada tanışı Şahid1 40 manat pulun müqabilində qanunsuz olaraq satmış, 11 may 2025-ci il tarixdə saat 19:35 radələrində yaşadığı qaçqın və köçkün şəhərciyi ərazisində qalan 8,20 qram narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunaraq Saatlı RPŞ-nin inzibati binasına gətirilmiş, orada Növbətçi Hissəsinin qarşısında saat 19:53-dən 20:03-dək üstü yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda həmin 8,20 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Şahid1 narkotik vasitə satmamışdır. Onun üzərində də, narkotik vasitə olmamışdır. Narkotik vasitəni onun üzərinə polis əməkdaşları qoymuşlar. Ona qarşı fiziki təzyiqlər olduğundan məcbur olub etirafedici ifadələr vermişdir. Tutulduğu günlə bağlı isə bildirir ki, həmin gün uşaqları ilə tut yığmağa getmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq polis rəisinin onu görmək istədiyini bildirmişdir. O, da nə üçün görmək istədiyini soruşmuş, polis əməkdaşları isə bilmədiklərini, onlarla polis şöbəsinə getməsini bildirmişlər. O, da etiraz edərək getməyəcəyini bildirmişdir. Bundan sonra, həmin yerə post patrul əməkdaşları çağırılmış və onu zorla maşına mindirərək polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu döyərək narkotiki boynuna götürməyi bildirmişlər. O, da məcbur olub narkotikin onun olduğunu bildirmişdir. Bir daha qeyd edir ki, o, Şahid1 narkotik vasitə satmamış, həmçinin öz üzərində də, narkotik vasitə olmamışdır. Ona görə də, ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, el arasında “nəşə” kimi adlanan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 10 may 2025-ci il tarixdə saat 08 radələrində yaşadığı Əlisoltanlı kəndində yerləşən köçkün qəsəbəsi sayılan Fin qəsəbəsində balıq tutmaq məqsədilə gedən zaman yol kənarında piyada hərəkət edərkən, yerdə 01 ədəd kibrit qutusunun olduğunu görmüşdür. O, həmin kibrit qutusuna təpik vuran zaman kibrit qutusunun ağır olduğunu və içərisində nəsə olduğunu hiss etmiş və bu məqsədlə həmin kibrit qutusuna yaxınlaşmışdır. Həmin kibrit qutusunu əlimə götürmüş və açıb içərisinə baxdıqda, içərisindəki kütlənin iyindən və rəngindən el arasında “nəşə” kimi adlanan narkotik vasitə qurudulmuş marixuana olmasını bilmişdir. Sonra həmin kibrit qutusunu götürüb gələcəkdə istifadə etmək mqəsədilə əynindəki şalvarın sağ yan cibində saxlamışdır. O, arabir həmin nəşədən siqaretə qoldurub istifadə etmişdir. 11 may 2025-ci il tarixdə saat 19 radələrində yaşadığı Fin qəsəbəsi ərazisində piyada hərəkətdə olarkən mülki geyimli şəxslər kənardan yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim etmiş,onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərmiş, üstünün yoxlanılacağını demişlər. O, əvvəlcə üstündə narkotik vasitə olduğu üçün polis əməkdaşlarından qaçmağa cəhd etmiş, lakin ayağı ilişdiyi üçün yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra üstünün yoxlanmasına etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onu Saatlı RPŞ-yə dəvət etmişlər və o polislərlə birlikdə RPŞ-yə gəlmişdir. O, Saatlı RPŞ-nin inzibati binasında Növbətçi Hissənin qarşısında olan zaman polis əməkdaşları tərəfindən üstündə qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim edlməsi təklif olunmuşdur. O, səmimi olaraq üstündə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Sonra üstündə saxladığı 01 ədəd “Honor” markalı mobil telefon və əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütləyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, sonra kütlə elektron tərəzidə çəkilmiş, daha sonra təqdim etdiyim kütlə kağız zərfə qablaşdırılmış, Saatlı RPŞnin 89 saylı möhürü ilə möhürlənmiş, həmin kütlə və ona məxsus 01 ədəd “Honor” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra RPŞ-də təqdim etdiyi kütləyə təhqiqatçı tərəfindən baxış keçirilmiş və Saatlı RPŞ-nin 89 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Baxış videoçəkiliş vasitəsi ilə lentə alınmışdır. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, o, narkotik vasitə qurudulmuş marixuanadan başqa, heç bir narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində saxladığı 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamış, kiməsə satmaq fikri olmamışdır. Üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı, təxminən 10 may 2025-ci il tarixdə saat 08 radələrində yaşadığı Əlisoltanlı kəndində yerləşən köçkün qəsəbəsi sayılan Fin qəsəbəsində balıq tutmaq məqsədilə gedən zaman yol kənarında 01 ədəd kibrit qutusunda tapmış və istifadə etmək məqsədilə üstündə saxlamışdır.Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, polis əməkdaşlarının onu saxlayacaqlarını bilməmiş və polislər tərəfindən anidən yaxalandığı üçün həmin narkotiki üstündən kənara atmağa imkanı olmamışdır. Saatlı rayonu Bəylər kənd sakini Şahid1 Əlisoltanlı kənd sakini kimi tanımış, aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. O, İbrəhimə 40 manata narkotik satmamış və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 fadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, el arasında “nəşə” kimi adlanan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən Fin qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Aralarında heç bir düşmənçilik və ədavət yoxdur. O, Rövşənin narkotik vasitələrin satışı ilə məşğul olması barədə kənd camaatından eşitmişdir. Buna görə də o, Rövşənlə görüşmüş, ondan bir neçə dəfə narkotik vasitə almışdır. O, təxminən 15-20 gün əvvəl Rövşəndən 10 manata 1 bükümdə narkotik vasitə qurudulmuş marixuana almışdır və həmin nəşəni çəkib qurtarmışdır. Sonuncu dəfə 02 may 2025-ci il tarixdə saat 16 radələrində Rövşənlə rayonun Əlisoltanlı kəndində yerləşən “Bəhruzun çayxanası” adlı çay evinin qarşısında Rövşəni görmüş və yenidən narkotik vasitə satın almaq istədiyini bildirmişdir. Rövşən də ona hazırda üstündə narkotik olmadığını, lakin evə gedib narkotik götürəcəyini və ona satacağını bildirmişdir. Rövşən ondan nə qədər narkotik almaq istədiyini soruşduqda, o cavabında 40 manatlıq narkotik almaq istədiyini bildirmişdir. Beləliklə, Rövşən rayonun Əlisoltanı kəndindəki Fin qəsəbəsində yerləşən yaşadığı evə doğru hərəkət etməyə başlamış və ona 10-15 dəqiqə sonra evin yaxınlığına gəlməyini bildirmişdir. Bundan sonra Rövşən həmin yerdən uzaqlaşmışdır. Təxminən 10-15 dəqiqə sonra o, olduğu yerdən Rövşənin yaşadığı evin yerləşdiyi Fin qəsəbəsinə doğru irəliləməyə başlamışdır. Evin yaxınlığına çatdıqda, uzaqdan Rövşənin piyada ona doğru gəldiyini görmüş və yerində dayanmışdır. Rövşən ona yaxınlaşmış və ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra üstündə saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı əynindəki şalvarın cibindən çıxarıb ona vermiş və o da, həmin narkotikin müqabilində Rövşənə 40 manat pul vermişdir. Beləliklə, Rövşən ona 40 manata 1 sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana satmışdır. O, həmin nəşəni əynində olan şalvarın sol yan cibinə qoymuş və gələcəkdə istifadə etmək məqsədilə narkotiki üstündə saxlamışdır. O ürəyi istəmədiyi üçün həmin narkotiki istifadə etməmişdir. Lakin heç kəsin görməməsi və bilməməsi üçün üstündə saxlamışdır. 10 may 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı Bəylər kəndi ərazisində piyada hərəkətdə olarkən mülki geyimli şəxslər kənardan yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərmiş, üstünün yoxlanılacağını demişlər. O, etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onu Saatlı RPŞ-yə dəvət etmişlər və o polislərlə birlikdə RPŞ-yə gəlmişdir. Ona Saatlı RPŞ-nin inzibati binasında Növbətçi Hissənin qarşısında olan zaman polis əməkdaşları tərəfindən üstündə qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Səmimi olaraq üstündə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Sonra üstündə saxladığı 01 ədəd “Samsung” markalı mobil telefon, 01 qutu siqaret və əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütləyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, sonra kütlə elektron tərəzidə çəkilmiş, daha sonra təqdim etdiyi kütlə kağız zərfə qablaşdırılıb götürülmüşdür. Üstündən aşkar olunmuş digər əmlaklar isə zərurət olmadığı üçün ona geri qaytarılmışdır. Sonra RPŞ-də təqdim etdiyi kütləyə təhqiqatçı tərəfindən baxış keçirilib götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Firudun oğlu ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Saatlı rayonu Əlisoltanlı “Fin” şəhərciyində yaşayan Təqsirləndirilən şəxs barəsində Saatlı RPŞ-nin TB-nin xx.xx.2025-ci il tarixli 102/1-9097 nömrəli əməliyyat tapşırığı və onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Saatlı RPŞ-nin CAB-nin rəisi, polis baş leytenantı X6, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Saatlı RPŞ-nin ƏRQ-nin kiçik inspektoru, polis baş serjantı X4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdə saat 19:35 radələrində Saatlı rayonu Əlisoltanlı "Fin" şəhərciyi ərazisində müəyyən olunaraq daxil olmuş əməliyyat tapşırığı və əməliyyat məlumatı barədə bildirib üzərinə baxış keçiriləcəyini bildirdikdə Təqsirləndirilən şəxs tabeçilik göstərməyib qaçarkən yerə yıxılmışdır. Həmin zaman ətrafda kənd camaatının olmasını, ümumi əməliyyat şəraitini və təhlükəsizlik tədbirlərini nəzərə alaraq Təqsirləndirilən şəxs orada üstünə baxış keçirilməsi məqsədəmüvafiq hesab olunmamış və bu səbəbdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Saatlı RPŞ-yə gətirilmişdir. RPŞ-nin Növbətçi Hissəsinin qarşısında daxil olmuş əməliyyat tapşırığı barədə və əməliyyat tapşırığında qeyd olunan “Rövşən” adlı şəxsin Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, üstündə hər hansısa bir qanunsuz əşyanın, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özünün təqdim etməsini bildirilib hazırkı vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığnın məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində “nəşə” olduğunu və həmin “nəşə”ni tapdığını bildirmişdir. Həmin kibrit qutusu açılıb içərisinə baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. İçərisində marixuanaya oxşar kütlə olduğu kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 11.45 qram olduğu müəyyən olunmuşdur. Həmin içərisində marixuanaya oxşar kütlə olan 01 ədəd kibrit qutusu bir ədəd zərfdə qablaşdırılmış və "HONOR" markalı mobil telefon təhqiqat bölməsinə təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs alın və baş nahiyyəsində, ayaq hissəsində gözlə görünən xəsarətlərin olduğunu, həmin xəsarətləri hansı şəraitdə aldığını və polis əməkdaşları tərəfindən təziq olunub-olunmamasını soruşulmuş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində "nəşə" olduğu üçün qaçdığını, qaçarkən yerə yıxılıb xəsarət aldığını və polis əməkdaşları tərəfində ona heç bir təzyiq olunmadığını bildirmişdir. Bundan sonra təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞnin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını, qurudulmuş marixuana olduğunu bildirmişdir. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o da, digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan 13 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında 13 may 2025-ci il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə kənd camaatından eşitmişdir, buna görə də, o, Təqsirləndirilən şəxslə görüşüb, sonuncudan bir neçə dəfə narkotik vasitə almışdır. O, təxminən 15-20 gün əvvəl Təqsirləndirilən şəxs 10 manata 1 bükümdə narkotik vasitə qurudulmuş marixuana almış və həmin nəşəni çəkib qurtarmışdır. Sonuncu dəfə isə 02 may 2025-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxslə rayonun Əlisoltanlı kəndində yerləşən “Bəhruzun çayxanası” adlı çay evinin qarşısında sonuncunu görmüş və yenidən narkotik vasitə satın almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs də ona hazırda üstündə narkotik olmadığını, lakin evə gedib narkotik götürəcəyini və ona satacağını bildirmişdir. Təqsirləndirilən şəxs Əlisoltanı kəndindəki Fin qəsəbəsində yerləşən yaşadığı evə doğru hərəkət etmiş, o da 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi Fin qəsəbəsinə doğru irəliləməyə başlamış, evin yaxınlığına çatdıqda, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra üstündə saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı əynindəki şalvarın cibindən çıxarıb ona vermiş və o da həmin narkotikin müqabilində Təqsirləndirilən şəxs 40 manat pul vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona 40 manat pul müqabilində 1 sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana satmışdır. O da həmin nəşəni əynində olan şalvarın cibinə qoymuş və gələcəkdə istifadə etmək məqsədilə narkotiki üstündə saxlamış, sonra isə həmin narkotik vasitə 10 may 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən onun üstündə aşkar olunaraq götürülmüş və o da olanları etiraf etmişdir. İşdə olan 10 may 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Bəylər kəndində qeydiyyatda olan və yaşayan Şahid1 üstünə baxış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd olduğu sellofan bükümlə birlikdə 7,07 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Şahid1 həmin kütləni tanışı Təqsirləndirilən şəxs 40 manat pul müqabilində aldığını etiraf etmişdir. İşdə olan 10 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Bəylər kənd sakini Şahid1 üstündən aşkar olunaraq götürülmüş 1 ədəd olduğu sellofan bükümlə birlikdə 7,07 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, Şahid1 həmin kütləni tanışı Təqsirləndirilən şəxs 40 manat pul müqabilində aldığını bir daha etiraf etmişdir. İşdə olan 11 may 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda, olmaqla Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki qaçqın və köçkün şəhərciyi 203 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunda olduğu qutu ilə birlikdə 11,45 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan 11 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda, olmaqla Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki qaçqın və köçkün şəhərciyi 203 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda olduğu qutu ilə birlikdə 11,45 qram narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kütləni Saatlı rayonu ərazisində balıq tutmağa gedərkən tapdığını bildirmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/387 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 8,20qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/389 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şahid1 aşkar edilmiş narkotik vasitə marixuana ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkibinə görə eyni tərkiblidir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3551 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefona Saatlı Rayin Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə aparılmış danışıqların dinlənilməsi zamanı əldə edilmiş danışıqların iş üçün əhəmiyyət kəsb edən hissələrindən çıxarışdan görünür ki, Zəng tarixi: xx.xx.2025 15:05 İstiqamət: Rövşənə Babək adlı şəxs zəng edir. B/S ünvanı: Saatlı rayonu Bəylər kəndi Qarşı abunəçi: X2 Qarşı tərəfin telefon nömrəsi: 994 50-602-74-97 Doğum tarixi: xx.xx.1993 Babək: Danışa bilirsən? Nəsə bir şey yoxdur, dənədən zaddan? Rövşən: Tapmaq olar. Babək: Hə, heç nə. Görüm sənə xəbər edəcəm. Rövşən: Yaxşı. Zang tarixi: xx.xx.2025. 19:14 İstiqamət: Rövşənə Novruz adlı şəxs zəng edir B/S ünvanı: ünvan 3unəçi: X3 Doğum tarixi: xx.xx.1978 Novruz: Hardasan? Rövşən: Mən evdə. Novruz: Bir dənə ondan istəyirdim e, 10-luq lazımdır. Həmin şeydən, bir dənə 10luq lazımdır. Rövşən: Novruz məndə başqa heç nə yoxdur. Dünən səninlə çəkdiyim var idi a gündüz, ondandır. O da onlara dəyməyəcək. Mən Qarayada vermişdim. Novruz: Sǝn ver dǝ. Rövşən: Yox, sonra mənə zəng edib deyəcək ki, mənə dəymədi. Novruz: Sǝn ver də ondan. Sən mənə çəkdiymizdən deyirsən? Rövşən: Hǝ. Novruz: Hǝ, ver ondan. Rövşən: Yaxşı, onda denənki bir dənə litirlik arağın pulunu versinlər ora, bir paçkada siqaret alsınlar. Zəng tarixi: xx.xx.2025. 18:58 İstiqamət: Rövşənə bir kişi zəng edir B/S ünvanı: ünvan 4unəçi: X2 Doğum tarixi: xx.xx.1993 Kişi: Sən Allah niyə zəng etmirsən? Rövşən: Niyə zəng edim qaqa? Boş, bekarçılıqdır. Kişi: Hǝ. Belədə yoxdur? Rövşən: Yox ayə, vəziyyət pisdir. Pulsuzluq, bekarçılqdır. Kişi: Yəni pul olsa olar? Rövşən: Hə, niyə olmur? Kişi: Nə qədər? Rövşən: Nə bilim vallah. Nə qədər ürəyin istəyir. Kişi: 5-dən, 10-dan, 3-dən, 2-dən Rövşən: 5 yığışdı, 5 yoxdur e, qardaş. 10-luq olanda olur ya da yeşik. 5 söhbəti yoxdur çoxdan. Kişi: Bildim.Gözlə səni yığacam. Oldu. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək, üzərindən narotik vasitə olmadığını və Şahid1 narkotik vasitə satmadığını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 arasında ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 40 manat pul müqabilində Təqsirləndirilən şəxs 1 büküm narkotik vasitə olan qurudulmuş marixuana aldığını sonuncunun üzünə qarşı demişdir. Bundan başqa işdə olan məhkəmə-bioloji ekspertizasının .05.2025-ci il tarixli, 18/389 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şahid1 aşkar edilmiş narkotik vasitə marixuana ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkibinə görə eyni tərkiblidir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 40 manat müqabilində Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefona aparılmış danışıqların dinlənilməsi zamanı əldə edilmiş danışıqların iş üçün əhəmiyyət kəsb edən hissələrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs digər şəxslərlə narkotik vasitənin alışı və satışı ilə bağlı danışıqlar aparmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının ona fiziki zor tətbiq etmələri ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki zor nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmənin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Məhkəmə iclasında Təqsirləndirilən şəxs şəxsi işində olan tutulmuş şəxsin tibbi kitabçasına baxış keçirilmiş, şəxsi işində olan aktdan görünür ki, PX-in 3 saylı İT-da təqsirləndirilən şəxsin bədəninə baxış keçirilərkən, onun yan hissələrində bənövşəyi rəngli qançırlar, başında qərtməkli yaralar, sol göz ətrafı nahiyəsində bənövşəyi rəngli qançır, sağ ciyin nahiyəsində bənövşəyi rangli qançır, sağ dirsək nahiyəsində qərtməkli yaralar, sağ ve sol collarında bənövşǝvi rangli qançır, sağ və sol bilǝvində gǝrtmǝkli yaralar aşkar olunmuşdur. Lakin, iş materiallarında olan ərizəsindən görünür ki Təqsirləndirilən şəxs ərizədə qeyd etmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman tutulmaqdan qorxduğundan polis əməkdaşlarından qaçmağa cəhd göstərən zaman müvazinətini itirərək yerə yıxılmış və xəsarət almışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və təsir, fiziki zor tətbiq olunmamışdır. O, özü yıxılıb xəsarət aldığına görə barəsində təyin edilmiş tibbi ekspertizadan keçirilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirilməsi öz təsdiqini tapmamış, müdafiə tərəfindən isə bunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, 13 may 2025-ci il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 8,16 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 63,90 (altımış üç manat qoxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 11 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 8,16 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 63,90 (altımış üç manat qoxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-77/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-77/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver