Məhkəmə qərarları › İş №1(055)-8/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-8/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-8/2024 16.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə saat 10:55-də xx xxxxxx 1982-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş və saxlamış, 15 may 2023-cü il tarixdə saat 11 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Kapital Bank” ın binasının qarşısında həmin narkotik vasitəni əynindəki gödəkçəsinin sağ yan cibində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Saatlı RPŞ-nə gətirilib 15 may 2023-cü il tarixdə saat 12:15 radələrində üstünə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd kağız bükümdə həmin 0,205 qram təmiz çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,716 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş və saxlamış, 27 avqust 2023-cü il tarixdə saat 03 radələrində Saatlı şəhəri, Nizami küçəsində həmin narkotik vasitəni əynindəki şalvarın sağ cibində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Saatlı RPŞ-nə gətirilib 27 avqust 2023-cü il tarixdə saat 04:20 radələrində üstünə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ cibindən 1 ədəd polietilen kəsiyi bükümündə həmin 0,716 qram təmiz çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona 2 epizod üzrə ittiham elan olunmuşdur. O, həmin epizodlardan ikincisini qəbul edir, lakin birinci epizodu qəbul etmir. Çünki birinci epizod üzrə 15 may 2023-cü il tarixdə o, Saatlı şəhərində “Kapital Bank”ın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb onu polis şöbəsinə gətirmişlər. Şöbədə polis əməkdaşı Qəhrəmanın otağına getmişdir. Orada onu döymüşlər və onu məcbur etmişlər ki, həmin narkotiki qəbul edərək həbsə getməlidir. Otaqda onu Həmid adlı polis əməkdaşı döymüşdür. Narkotiki isə üstünə Elnur adlı polis əməkdaşı yerləşdirmişdir. İstintaq zamanı və çəkilişdən əvvəl təhdid edildiyi üçün çəkiliş aparılarkən birinci epizod üzrə özü etiraf etmişir. İkinci epizod üzrə isə hər şeyi qəbul edir. Həmin zaman, yəni 27 avqust 2023-cü il tarixdə, həqiqətən də, onun üzərində narkotik vasitə olmuş və polis əməkdaşları ona yaxınlaşaraq onu şöbəyə aparmışlar və həmin narkotik vasitə onun üzərindən çıxmışdır. Birinci epizod zamanı polis şöbəsində olarkən əlini cibinə salıb orada narkotik vasitə olduğunu görmüş və yanında çoxlu polis əməkdaşı olduğundan həmin narkotik vasitəni onun cibinə digərlərindən daha böyük olduğu üçün Şahid2 qoyduğunu düşünmüşdür. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməsi ilə bağlı əməliyyatçı Həmidə məlumat daxil olmuşdur. Bununla bağlı rəisə məruzə edildikdən sonra müvafiq tədbir keçirilmişdir. Həmin tədbirdə o da iştirak etmişdir. Belə ki, 15 may 2023-cü il tarixdə Saatlı şəhərində “Kapital Bank”ın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən təhqiqatçının iştirakı ilə çəkiliş aparılan zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmiş və o, hadisəni etiraf etmişdir. Digər epizodla bağlı tədbirdə o, iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində göstərdi ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməsi ilə bağlı əməliyyatçı Həmidə məlumat daxil olmuşdur. Bununla bağlı rəisə məruzə edildikdən sonra müvafiq tədbir keçirilmişdir. Həmin tədbirdə o da iştirak etmişdir. Belə ki, 15 may 2023-cü il tarixdə Saatlı şəhərində “Kapital Bank”ın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən təhqiqatçının iştirakı ilə çəkiliş aparılan zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin zaman o özü də hadisəni etiraf etmişdir. İkinci epizod üzrə Təqsirləndirilən şəxs 27 avqust 2023cü il tarixdə gecə 3 radələrində Saatlı şəhəri, Nizami küçəsi yaxınlığında keçirilmiş əməliyyat tədbiri nəticəsində polis şöbəsinə gətirilmişdir. Həmin zaman üzərindən narkotik vasitə aşkarlanmış və özü də həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs şöbədə heç bir zaman döyülməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Bununla bağlı müvafiq tədbir keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə gecə saatlarında Saatlı şəhəri, Nizami küçəsi yaxınlığında müəyyən edilərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən üzərindən narkotik vasitə aşkarlanmışdır. Birinci epizod zamanı o, tədbirdə iştirak etməmişdir və təqsirləndirilən şəxsin onun barəsində göstərdikləri, yəni onun guya təqsirləndirilən şəxsin cibinə narkotik vasitə qoyması halı doğru deyildir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərdi ki, 15 may 2023-cü il tarixdə Saatlı şəhər sakini Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat tədbiri keçirilmiş, həmin əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üzərinə baxış keçirilmiş və üzərindən bir bükümdə heroinə oxşar narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Bundan başqa, 27 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, bununla bağlı əməliyyat tədbiri keçirilmiş, həmin əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə gecə 03 radələrində Saatlı şəhəri, Nizami küçəsi yaxınlığında müəyyən edilərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən üzərindən bir bükümdə heroinə oxşar kütlə, bir bükümdə marixuanaya oxşar kütlə və limon duzuna oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin özünə aid olduğunu etiraf etmişdir və heroinə oxşar kütlə, marixuanaya oxşar kütlə və limon duzuna oxşar kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. O, hər iki epizod zamanı tədbirlərdə iştirak etmiş və həmin tədbirlərdə Təqsirləndirilən şəxs təzyiq göstərilməsi halı olmamışdır. Təqsirləndirilən şəxs hər iki epizod zamanı törətdiyi əməlləri etiraf emtişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə 27 avqust 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı şəhəri, Babək küçəsi ev 49 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə Saatlı RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 27 avqust 2023-cü il tarixdə Saatlı RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən üç ədəd büküm aşkar edilmiş, həmin bükümlər ayrı-ayrılıqda açılarkən bir ədəd bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə, digər bir ədəd bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə və digər bükümün içərisində limon duzuna oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütləni, bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni və bir ədəd bükümdə limon duzuna oxşar kütləni tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə, bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə və bir ədəd bükümdə limon duzuna oxşar kütlə ekspertizaya göndərilməsindən ötrü 3 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 28 avqust 2023-cü il tarixli 18/850-18/851 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış və imza olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,716 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi...” sözləri yazılmış və imza olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,628 qram olan maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış və imza olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 bükümdə olan qeyri-narkotik maddə və 1 bükümdə olan narkotik vasitə heroin ayrı-ayrı növdə maddələr olduğu üçün eynilik tədqiqatı aparılmır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” daxildir. (İ siyahı) Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” daxildir. (İ siyahı) İşdə olan və məhkəmə istintaqında elan edilmiş cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə 15 may 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı şəhəri, Babək küçəsi ev 49 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə Saatlı RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 15 may 2023-cü il tarixdə Saatlı RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız büküm aşkar edilmiş, həmin büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütləni tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə ekspertizaya göndərilməsindən ötrü 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 15 may 2023-cü il tarixli 18/516 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,205 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” daxildir. (İ siyahı) İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5in Mil-Muğan regional filialının 12 iyun 2023-cü il tarixli 3-17-1/2-133164/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə əlaqədar İİİ dərəcəli əlildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 16 iyul 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 may 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Saatlı Rayon Məhkəməsinin 26 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 mart 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Saatlı Rayon Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli “Amnistiya” Qərarının 3cü bəndinə əsasən cəzadan azad edilmiş, Saatlı Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 sentyabr 2018-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 1 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, Saatlı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 may 2022-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Saatlı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 avqust 2023-cü il tarixli 15325 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs Əliyev X2 şəhəri, Babək küçəsi ev 49 ünvanında yaşayır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini qismən etiraf edərək 15 may 2023-cü il tarixdə törətdilmiş cinayət əməlinin onun tərəfindən törədilmədiyini, üzərində narkotik olmadığını və polis əməkdaşlarından birinin onu döyərək digərinin onun cibinə narkotik vasitə qoyduğunu bildirsə də, ona istinad edilən cinayət əməlini törətməsi şahidlər Şahid3, Şahid4, Şahid2 və Şahid5 ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapmışdır. Həmçinin Şahid2 dindirildikdən sonra məhkəmə tərəfindən təqsirləndirilən şəxsdən onun cibinə narkotik vasitəni qoyan şəxsin Şahid2 olub-olmaması soruşularkən narkotik vasitəni kimin qoymasından əmin olmadığını bildirmiş, məhkəmə tərəfindən ona verilən sualların cavablandırılmasından boyun qaçırmışdır. Ona görə də Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamda göstərilən birinci epizodla bağlı hissəni qəbul etməməsi barədə ifadəsi özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,205 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etməsi və saxlaması, 15 may 2023-cü il tarixdə saat 11 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Kapital Bank” ın binasının qarşısında həmin narkotik vasitəni əynindəki gödəkçəsinin sağ yan cibində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Saatlı RPŞ-nə gətirilib 15 may 2023-cü il tarixdə saat 12:15 radələrində üstünə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd kağız bükümdə həmin 0,205 qram təmiz çəkidə narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi, bundan başqa onun istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,716 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etməsi və saxlaması, 27 avqust 2023-cü il tarixdə saat 03 radələrində Saatlı şəhəri, Nizami küçəsində həmin narkotik vasitəni əynindəki şalvarın sağ cibində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq daşıyarkən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Saatlı RPŞ-nə gətirilib 27 avqust 2023-cü il tarixdə saat 04:20 radələrində üstünə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ cibindən 1 ədəd polietilen kəsiyi bükümündə həmin 0,716 qram təmiz çəkidə narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1-ci siyahıya əsasən heroinin xeyli miqdarının aşağı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs ayrı-ayrılıqda aşkar edilmiş narkotik vasitə olan heroinin hər birinin təmiz çəkisi 0,15 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkumluğu olmuş və ödənilmiş, sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 may 2022-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Saatlı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 ay 16 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər başqa cinayət əməllərinə görə məhkumluqları olmuş və həmin cinayətlərə görə məhkumluqları ödənilmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyinində təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 30 avqust 2023-cü il tarixli, 5579 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcli əlil olması ilə əlaqədar olaraq ona nakomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X5 26 may 2023-cü il tarixli PHŞ- 6-65/2-342/2023 saylı məktubundan görünür ki, Saatlı şəhəri, Babək küçəsi ev 49 ünvanında yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Əliyev X2 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində narkoloji kabinetdə narkoman kimi qeydiyyatdadır. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 15 may 2023-cü və 27 avqust 2023-cü il tarixli protokollardan, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 16 may 2023-cü və 28 avqust 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 16 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 27 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 28 avqust 2023-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı dörd gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,666 qram və 0,155 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 28 avqust 2023-cü il tarixli 18/850-18/851 saylı və 15 may 2023-cü il tarixli 18/516 saylı ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 149 manat 22 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub iki gün saxlanılması və 27 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub iki gün saxlanılması ona təyin olunmuş iki il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 16 yanvar 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,666 qram və 0,155 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 149 (bir yüz qırx doqquz) manat 22 (iyirmi iki) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar