Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-8/2025 12.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Babayev Samir Hakim oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1985-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,551 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitəni 07 iyun 2024-cü il tarixdə saat 00:30 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-yə gətirib, orada 07 iyun 2024-cü il tarixdə saat 01:45 radələrində həmin xeyli miqdarda 0,551 qram narkotik vasitəni əynindəki qara rəngli idman şalvarın qabaq sol cibində olan “LD” markalı siqaret qutusunun içərisindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında anası X4 ilə birlikdə yaşayır, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə saat təxminən 00:40 radələrində Saatlı şəhəri mərkəzi bazarın qarşısına marketdən siqaret almaq üçün gedərkən Saatlı RPŞ-nin əməkdaşları Xanəli və Vüsal onu saxlayıb Saatlı rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Saatlı RPŞ-yə gətirildikdən sonra Xanəli və Vüsal ona üzərinə narkotik maddə qoyulacağını, tərtib olunan sənədləri imzalamalı olduğunu demişlər. O, anasının xəstə olduğunu dedikdə “bizə fərqi yoxdur anan xəstədir, sən kimsən, maddələri qoyacağıq sən də imzalayacaqsan” demişlər. O, Xanəli və Vüsalın dedikləri ilə razı olmadığı üçün Xanəli və Vüsal onu döyməyə başlamış, bədəninin müxtəlif nahiyələrinə elektrik vermişlər. O da işgəncəyə dözməyib etirafeedici ifadələr vermiş, həmçinin narkotik vasitə üzərinə qoyulmuşdur. Video çəkiliş zamanı qorxduğu üçün aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. İbtidai istintaq dövründə müstəntiq tərəfindən aparılmış dindirmələr zamanı da qorxduğu üçün etirafedici ifadələr vermişdir. Bir daha bildirir ki, ara-sıra narkotik vasitələrdən istifadə etsə də, polis əməkdaşları tərəfindən saxlanılan gün üzərində hər hansı narkotik vasitə olmamış, narkotik vasitə üzərinə qoyulmuşdur. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra onun və digər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın qarşısında piyada və tək halda dayanmış vəziyyətdə olarkən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-yə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən bir ədəd mobil telefon, 1 ədəd siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Siqaret qutusunun içərisindən isə siqaret dənələrinin yanına yerləşdirilmiş qızılı rəngli siqaret kağızı bükümü müəyyən olunmuş, bükümü açdıqda isə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş həmin bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə əvvəlcə çəkilmiş, daha sonra isə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin heroinə olduğunu, həmin narkotik vasitəni tapdığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Saatlı RPŞ-də olarkən Xanəli və Vüsal adlı polis əməkdaşları tərəfindən döyülməsi, bədəninin müxtəlif nahiyələrinə elektrik verilməsi, narkotik vasitənin üzərinə yerləşdirilməsi barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs Saatlı RPŞ-də olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir.O, cinayət məsuliyyətindən boyun qaçırmaq üçün belə məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3i ilə eyniməzmunlu ifadələr verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hazırda Saatlı RPŞ-nin CAB-da rabitəçi işləyir. Təqsirləndirilən şəxs Saatlı rayon sakini kimi tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında, rayon polis şöbəsinə gətirilməsində və onunla bağlı keçirilən istintaq və prosessual hərəkətlərdə iştirak etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırmaq üçün belə məzmunda ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş ekspert X2 ifadəsində göstərmişdir ki, Saatlı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İlqar Həsənovun 27 iyun 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarı əsasında 27 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirmişdir. Ekspertiza müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sağ dirsək oynağının arxa səthində, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıqlar aşkar edilmişdir. Odur ki, tərəfindən xx.xx.2024-cü il tarixli, 140 nömrəli ekspert rəyi verilmişdir. Ekspertiza müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində başqa hər hansı xəsarət müəyyən edilməmişdir. Həmçinin bildirir ki, təqsirləndirilən şəxsin bədəninin üzərindəki xəsarətlər elektrik cərəyanının təsiri ilə yarana bilməz. Çünki, elektrik cərəyanının təsiri ilə termiki yanıq izləri əmələ gəlir. Təqsirləndirilən şəxsin bədəninin üzərindəki xəsarətlər küt əşyanın təsiri ilə yarana bilər. İşdə olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/567 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üstündə...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi – 0,551qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 5618 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Naromaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-tibbi ekspertizanın 27 iyun 2024-cü il tarixli 140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ dirsək oynağının arxa səthində, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıqlar küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinədən 3-4 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilmiş xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bilərdi. İşdə olan təkrar məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli, 17/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər iki saidin və sağ baldırın hipopiqmentasiya sahələri aşkar edilmişdir. Qeyd olunan hal müxtəlif mənşə və mexanizmə malik olduğundan yetirilmə mexanizmi, müddəti, şəraiti və sağlamlığa zərər vurma dərəcəsi barədə fikir söyləmək mümkün olmadı. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Birliyin Sabirabad rayon şöbəsində məhkəmətibbi müayinədən keçərkən onun bədən səthində sağ dirsək oynağı nahiyəsinin və sağ baldırın sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən müayinədən(xx.xx.2024-cü il) təxminən 3-4 gün əvvəl əmələ gəlmişdir.Həm ümumilikdə, həm də ayrı-ayrılıqda, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”də və “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”nda fotoşəkil və videogörüntü əsasında sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizasının keçirilməsi nəzərdə tutulmamışdır. İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 22 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azalıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs oğlu məhkəmə baxışı zamanı Xanəli və Vüsal adlı polis əməkdaşları tərəfindən döyüldüyünü, bədəninin müxtəlif nahiyələrinə elektrik verildiyini, narkotik vasitənin üzərinə yerləşdirildiyini, nəticədə məcbur qalıb etiradici ifadələr verməsini göstərsə də, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol, ona əlavə edilən videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə şəxsi axtarış və götürmə aparılarkən üzərindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu göstərmiş, müdafiəçinin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb-qalmaması barədə verdiyi suala cavabında ona qarşı qeyri-qanuni hərəkətlərə yol verilmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özü də ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində ondan aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Bundan başqa, məhkəmə-tibbi ekspertizanın 27 iyun 2024-cü il tarixli 140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ dirsək oynağının arxa səthində, sağ baldırın orta 1/3-də ön səthdə sıyrıqlar küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinədən 3-4 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilmiş xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bilərdi. Bundan başqa, təkrar məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli, 17/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər iki saidin və sağ baldırın hipopiqmentasiya sahələri aşkar edilmişdir. Qeyd olunan hal müxtəlif mənşə və mexanizmə malik olduğundan yetirilmə mexanizmi, müddəti, şəraiti və sağlamlığa zərər vurma dərəcəsi barədə fikir söyləmək mümkün olmadı. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Birliyin Sabirabad rayon şöbəsində məhkəmətibbi müayinədən keçərkən onun bədən səthində sağ dirsək oynağı nahiyəsinin və sağ baldırın sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən müayinədən(xx.xx.2024-cü il) təxminən 3-4 gün əvvəl əmələ gəlmişdir.Həm ümumilikdə, həm də ayrı-ayrılıqda, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 22 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özü də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin növü və miqdarını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər də eyni xarakterli cinayət əməlləri törətməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kompleks şəkildə qiymətləndirərək hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil.Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən tam təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.501 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq yeddi ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı bu gündən yəni, 12 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.501 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün.
Məhkəmə qərarları › İş №1(055)-8/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-8/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver