Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-80/2024 18.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Cəbrayıl rayonu Qovşudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəbrayıl rayonu Qovşudlu kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Musalı kəndi ərazisində yerləşən qaçqın və məcburi köçkünlər qəsəbəsi 69 saylı evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Saatlı rayonu Musalı kəndi ərazisində yerləşən qaçqın və məcburi köçkünlər qəsəbəsi 69 saylı fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq yumruqla sonuncunun sol göz nahiyəsinə vurub ona, sol gözaltı nahiyədə hematoma küt əşyanın təsirindən əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində işdən evə gəlib qonaq otağına keçmişdir. Həmin vaxt otaqda olan yemək bişirmək üçün olan ikigözlü qaz sobasının yanında arvadı Naibənin mobil telefonunu görüb onu götürərək masanın ətrafında oturmuşdur. Həmin vaxt telefonun ekranı açıq olmuş və arvadının mobil nörməsindən ***-***-**-** mobil nömrəsinə mesaj getdiyini görmüşdür. O, yemək yeyib işdən evə gələrkən mağazadan aldığı 0.5 litrlik arağdan stəkana süzüb içirərək telefonda olan mesajlara baxıb Naibədən ***-***-**-** mobil nömrəsinin kimə məxsus olmasını soruşmuşdur. Naibə ona, həmin nömrənin istifadəçisini tanımadığını, həmin nömrədən onun istifadəsində olan mobil nömrəyə 2 manat kontur gəldiyini və buna görə də göndərilən konturu həmin nömrəyə hissə-hissə geri qaytardığını deyib ona yalan danışmışdır. O, da Naibəyə həmin nömrənin istifadəçisini tanımaya-tanımaya necə olar bilər ki, kontur göndərdiyini deyib ona əsəbləşmişdir. O, Naibə ilə mübahisə edən zaman həmin vaxt qonaq otağında divanda uzanıb televizora baxan oğlu Nuran ona “az danışın mübahisə etməyin, səsinizdən televizora baxa bilmirəm” demişdir. O, da Nurana, “bu məsələnin sənə dəxli yoxdur, sən uşaqsan” deyib oturduğu yerdən qalxıb onun yanına getmişdir. O, Nuranın qolundan tutub dartaraq ondan çölə çıxmasını tələb etmişdir. Lakin Nuran onunla mübahisə edib çölə çıxmayacağını deyib üstünə hücum çəkmişdir. Həmin vaxt Nuran əlləri ilə onun sinə nahiyəsindən itələyib onu yerə yıxmışdır. Həmin vaxt arvadı Naibə araya girib onları ayırmışdır. O, ayağa qalxdıqdan sonra Nuranın qolundan yapışıb onu evdən çölə çıxarıb həyətə düşürüb küçə darvazasından küçəyə çıxarıb qapının arxasını bağlamışdır. Geri qayıdarkən Naibə onun ünvanına nalayiq söyüş söydüyünə görə yumruğu ilə Naibənin sifət nahiyəsindən vurmuşdur. Lakin Naibə özünü itirməyib əli ilə onu itələyərək yerə yıxmışdır. Ayağa qalxarkən oğlu Nuranın darvazanın üzərindən həyətdə hoppandığını görüb onu yenidən küçəyə çıxarmaq üçün ona tərəf getmişdir. Nuranın qolundan yapışıb onu küçəyə çıxaran zaman həmin vaxt ayağı həyətdə olan avtomobil təkərinə ilişib yerə yıxılmışdır. Bu vaxt Nuran da onun üstünə yıxılmışdır. Nuran isə həmin vaxt bir əli ilə onun boğazından yapışıb yumruğu ilə onun alın nahiyəsinə vurmuşdur. Həmin vaxt Naibə araya girib onları ayırmışdır. Lakin o, yenə də Nuranın qolundan tutub onu küçəyə çıxaran zaman Naibə ona “əgər Nuranı küçəyə atacaqsansa mən də evdən çıxıb gedəcəyəm” dedi. Dava-dalaş bitdikdən sonra həyətdə sözlə mübahisə edən zaman onların səs-küylərini eşidən qonşusu Asəf onların yanına gəlib dava-dalaş etməmələri üçün onları sakitləşdirmişdir. Bundan sonra Naibə və Nuran küçəyə çıxıb harasa getmişlər. O, da evə gedib yatmışdır. Sonradan Saatlı RPŞ-nin əməkdaşları ona zəng edəndə bilmişdir ki, arvadı Naibə və oğlu Nuran ondan şikayət emişlər. Münaqişə zamanı oğlu Nuran yumruğu ilə onun alın nahiyəsinə vurması nəticəsində xəsarət alsa da, xəsarəti ciddi olmadığına görə tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünü etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları evin qonaq otağında olarkən onun istifadəsində olan mobil telefonun mesajlarına baxan zaman orada olan ***-***-**-** mobil nömrəsinə onun mobil nömrəsindən kontur göndərildiyini görüb həmin mobil nömrənin kimə məxsus olmasını soruşmuşdur. O, həmin nömrəni öz adına aldığını və özünə məxsus olduğunu desə də, Seymur ona başqa kişilərlə danışdığını deyib onu təhqir etməsinə görə onunla arasında mübahisə yaranmışdır. Mübahisə zamanı əri Seymur onların yanında qonaq otağında divanda uzanmış oğlu Nurana, “sənin anan başqa kişilərlə danışır niyə bunun qarşısını almırsan” deyib ona söz atmışdır. Nuran da atasına “ayıbdır ağzının danışığını bil” deyib ona irad tutmuşdur. Bundan sonra Seymur oturduğu yerdən ayağa qalxıb Nurana tərəf gedib Nuranın uzandığı yerdə yumruğu ilə onun ağız nahiyəsinə vurmuşdur. Seymur növbəti dəfə Nurana yumruq vurmaq istəyərkən Nuran sağ qolunu önə verdiyi üçün yumruq onun qoluna dəymişdir. Bundan sonra o, Seymurun Nuranı vurmaması üçün araya girmişdir. Seymuru kənara çəkən zaman Nuran uzandığı yerdən ayağa qalxmışdır. Seymur da Nuranın ayağa qalxdığını görüb yenidən onun üzərinə hücum çəkib əli ilə boğaz nahiyəsindən yapışıb onu boğmağa başlamışdır. Həmin vaxt Nuran ayağı ilə Seymuru kənara itələyib yerə yıxmışdır. Lakin Seymur yıxıldıqdığı yerdən ayağa qalxıb Nuranın boğaz nahiyəsindən yapışıb onu yerə yıxmışdır. Sonra isə Seymur Nuranın paltarının yaxasından tutub Nuranı həyətə çıxarıb oradan küçə qapısından küçəyə çıxarıb qapının arxasını bağlamışdır. O, isə Seymurun bu hərəkətlərinə əsəbləşib həyətdə yerdə olan daşı götürüb Seymura tərəf tullamışdır. Seymur da onun ona daş atmasına əsəbiləşib üstünə hücum çəkib yumruğu ilə onun sifət nahiyəsinə iki dəfə zərbə vurub ona xəsarət yetirmişdir. Həmin vaxt onların səs-küylərinə gələn qonşu Asəf Seymuru kənara çəkib onları aralaşdıraraq ona niyə dava-dalaş saldığını deyib iradını bildirmişdir. Dava-dalaş bitdikdən sonra xəsarət aldıqlarına görə oğlu Nuran 103 xidmətinə zəng edib həkim göndərilməsini xahiş etmişdir. Daha sonra Nuran DİN-nin 102 xidmətinə zəng edib baş verənlər barədə məlumat vermişdir. Sonda təqsirləndirilən şəxs əri olsa da, onunla barışmadığını bildirdi. Seymura həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 13 noyabr 2024-çü il tarixdə qonşusu Təqsirləndirilən şəxs həyətində səs-küy gəldiyini eşidib onun həyətinə keçmişdir. Həmin vaxtı Seymurla arvadı Naibənin sözlə mübahisə etdiklərini görmüşdür. O, Seymurdan nə baş verdiyin soruşduqda, Seymur ona heç bir şey baş vermədiyini, sadəcə ailə münaqişəsi olduğunu bildirmişdir. O, qonşusu Seymurun öz arvadı Naibə və oğlu Nuranla dalaşdıqlarını görməmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2024-çü il tarixli 268 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol gözaltı nahiyədə hematoma küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-çü il tarixə uyğun gəlir, dərəçəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və qərarın surətindən görünür ki, Saatlı RPŞ-nin təhqiqat bölməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-80/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-80/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver