Məhkəmə qərarları › İş №1(055)-81/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-81/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-81/2025 20.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 2002-ci il tarixdə Saatlı rayonu Musalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Saatlı rayonunun Musalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında saat 15:35-də baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdə saat 23 radələrində yaşadığı Saatlı rayonu Musalı kəndində Araz çayının üzərindən keçən körpünün yanında yerləşən şəhid plakatının qarşısından keçən Saatlı-Musalı-Məzrəli avtomobil yolunun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki sellofanda dolu vəziyyətdə, plastik materialdan olan 2 litrlik Coca-Cola butulkası ilə sonuncunun sol qaş nahiyəsinə, yumruğu ilə sol gözünə, təpiklə sağ göz nahiyəsinə vuraraq ona sol qaşın tış hissəsində yara, sağ gözaltı nahiyədə qançır, alın nahiyəsində, boynun sol yan səthində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya dair xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 14 iyul 2025-ci il tarixdə saat 23 radələrində Saatlı rayonu Musalı kəndində Araz çayının üzərindən keçən körpünün yanında yerləşən şəhid plakatının qarşısından keçən Saatlı- Musalı-Məzrəli avtomobil yolunun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib əlindəki sellofanda dolu vəziyyətdə, plastik materialdan olan 2 litrlik Coca-Cola butulkası ilə sonuncunun sol qaş nahiyəsinə, yumruğu ilə sol gözünə, təpiklə sağ göz nahiyəsinə vuraraq onun sağlamlığına zərər vurmuşdur. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdə saat 23 radələrində Saatlı rayonu Musalı kəndində Araz çayının üzərindən keçən körpünün yanında yerləşən şəhid plakatının qarşısından keçən Saatlı-Musalı-Məzrəli avtomobil yolunun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmişlər, Təqsirləndirilən şəxs əlindəki sellofanda dolu vəziyyətdə, plastik materialdan olan 2 litrlik Coca-Cola butulkası ilə onun sol qaş nahiyəsinə, yumruğu ilə sol gözünə, təpiklə sağ göz nahiyəsinə vuraraq onun sağlamlığına zərər vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X3 16 iyul 2025-ci il tarixli 970 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sol gözün aşağı bucağının çapılmış yarası “ diaqnozu ilə Saatlı RMX PHŞ-in TTTY şöbəsinə müraciət edib, tibbi yardım almışdır. Müayinə zamanı aşkar edilmiş xəsarətlər sol qaşın tış hissəsində yara, sağ gözaltı nahiyədə qançır, alın nahiyəsində, boynun sol yan səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 14 iyun 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan 20 avqust 2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci məddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizələrini nəzərə alıb, Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışdığından və zərər çəkmiş şəxsin şikayəti olmadığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar