Məhkəmə qərarları › İş №1(055)-84/2024

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-84/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-84/2024 17.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Saatlı rayonu, Telmankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Saatlı rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən neft kəşfiyyatı yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında saat 12:55-də baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə saat 17 radələrində Saatlı şəhəri, M.P.Vaqif küçəsindən keçən Sarıcalar-Aqrobaz avtomobil yolunun sol kənarında yerləşən ağaclıq sahədə qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edib onu itələyərək yerə yıxılmasından istifadə edib sillə ilə sonuncunun sifət nahiyəsinə, təpiklə sağ ayağına vuraraq ona sağ yanaq nahiyəsində hematoma, sağ yanağın selikli qişasında qansızma, sağ almacıq sümüyü proyeksiyasında, sağ diz oynağının ön səthində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya dair xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 21 noyabr 2024-cü il tarixdə saat 17 radələrində Saatlı şəhəri, M.P.Vaqif küçəsindən keçən Sarıcalar-Aqrobaz avtomobil yolunun sol kənarında yerləşən ağaclıq sahədə qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edib Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə ilə, ayaq nahiyəsinə təpiklə qəsdən vuraraq onun sağlamlığına zərər vurmuşdur. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə saat 17 radələrində Saatlı şəhəri, M.P.Vaqif küçəsindən keçən Sarıcalar-Aqrobaz avtomobil yolunun sol kənarında yerləşən ağaclıq sahədə onunla şəxsi münasibətlər zəmnində mübahisə edib onun sifət nahiyəsinə sillə ilə, ayaq nahiyəsinə təpiklə qəsdən vuraraq onun sağlamlığına zərər vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X3 25 noyabr 2024-cü il tarixli 273 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsində hematoma, sağ yanağın selikli qişasında qansızma, sağ almacıq sümüyü proyeksiyasında, sağ diz oynağının ön səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 21 noyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan 17 dekabr 2024-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışdır. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci məddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizələrini nəzərə alıb, Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışdığından və zərər çəkmiş şəxsin şikayəti olmadığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar