Məhkəmə qərarları › İş №1(055)-84/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-84/2025

08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-84/2025 08.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində şikayət verilmiş şəxs X7 iştirakı ilə X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibinin başlanması barədə X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X8 xüsusi ittiham qaydasında şikayətlə Saatlı Rayon Məhkəməsinə müraciət edərək X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başlanılaraq onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətində göstərmişdir ki, X9 2025-ci ilin may vǝ iyun aylarında həmkəndliləri Məmmədbağır Əliyev və Emin Abdullayev adlı şəxslərin TİK-TOK sosial internet şəbəkəsində olan şəxsi profillərinə daxil olaraq “Rəşad2021” şəxsi profili ilə onun şəxsi fotosunun altından valideynlərinin ünvanına küçə söyüşlər yazaraq onu təhqir etmişdir. Onun bu qanunazidd hərəkətləri və söyüşü ictimaiyyətin gülüş mənbəyinə çevrilmiş, minlərlə sosial şəbəkə istifadəçiləri tərəfindən baxılmışdır. Bununla bağlı onun valideynləri tərəfindən Saatlı rayon hüquq-mühafizə orqanlarına şikayətlər olunmuşdur. Məsələnin CPM-nin 37.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəmə predmeti olduğu onlara bildirilmişdir. Hesab edir ki, sosial şəbəkələrdə onun foto şəkilinin altından təhqirli sözlər yazmaqla, valideynlərini söyməklə təhqir edən X7 əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə hüquqi qiymət verilməlidir. Ona görə də göstərdiklərini nəzərə alaraq X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibi başlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xüsusi ittihamçı X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq 15 avqust 2025-ci il tarixdə və 22 avqust 2025-ci il tarixdə olan məhkəmə hazırlıq iclaslarına gəlməmişdir. 29 avqust 2025-ci il tarixdə 16:15-ə təyin olunmuş məhkəmə hazırlıq iclasına xüsusi ittihamçı X8 və onun nümayəndəsi (anası) X1 gəlmişlər, lakin onlar barəsində şikayət verilən şəxs X5 onların şərəf və ləyaqətini alçaltdığı üçün kompensasiya alınması ilə bağlı məhkəmə qətnaməsi qəbul olunmasını tələb edərək məhkəmə iclası yekunlaşmamış məhkəmə iclas zalını tərk edərək getmişlər və bir daha məhkəməyə gəlməyəcəklərini bildirmişlər. Xüsusi ittihamçı 01 sentyabr 2025-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasına gəlməmiş və 08 sentyabr 2025-ci il tarixdə saat 16:15-ə təyin olunmuş məhkəmə hazırlıq iclasında təkrarən gəlməmiş, lakin xüsusi ittihamçının nümayəndəsi (anası) X1 məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının başqa vaxta təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Böyükxanım Hümbətovanın xəstə olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyi üçün onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında şikayət verilmiş şəxs X9 xüsusi icraat qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Xüsusi ittihamçının üzürlü səbəblər olmadan məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtina kimi qiymətləndirilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə və Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibinin başlanması barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibinin başlanması barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar