Məhkəmə qərarları › İş №1(055)-86/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-86/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-86/2025 23.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1959-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs, mal əti satışı ilə bağlı qanun pozuntularına yol verməsi barədə yoxlama və nəzarət qurumlarına müraciət edərək rüsvayedici məlumatlar yayma hədəsi ilə hədələyib, qorxu altına alıb 250 (iki yüz əlli) manat pulu hədə-qorxu ilə tələb etmiş, sonuncu ilə 150 (bir yüz əlli) manat pula razılaşdıqdan sonra xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən bazar ərazisindəki Zərərçəkmiş şəxs işlədiyi mal əti satışı mağazasında həmin məbləğdə pulu aldıqdan dərhal sonra Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı cinayət başında yaxalanmış, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs qəssab işlədiyi yerə gedib 2 kq ət istəmiş, Zərərçəkmiş şəxs da ət verməkdən imtina etmişdir. O da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət edərək Zərərçəkmiş şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, guya o X2 də şikayət etmişdir, amma bu belə deyil. O, sadəcə Vergi Xidmətinə şikayət etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs əmisi onunla əlaqə saxlayaraq şikayət etməməsi qarşılığında ona 150 manat pul təklif etmiş, o da razı olmuşdur. Bundan sonra 31 mart 2025-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək 150 manatın hazır olduğunu, gəlib pulu onun işlədiyi ət mağazasından götürə biləcəyini demişdir. O, pulu götürüb yolun o biri tərəfinə keçəndə polis əməkdaşları onu saxlamışdır. O, 150 manat pulu Zərərçəkmiş şəxs bir daha şikayət etməmək məqsədi ilə almışdır. Əməlindən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını və ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 ildən artıqdır ki, ət kəsib satmaqla, yəni qəssab fəaliyyəti ilə məşğul olur. Saatlı rayon mərkəzi bazarından bir qədər irəlidə qəssab dükanı vardır. 15 mart 2025-ci il tarixdə təxminən saat 09 radələrində dükanda mal əti satarkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 5 kq ət verməli olduğunu bildirmiş, o da imtina etmişdir. Həmin gündən bir müddət sonra Təqsirləndirilən şəxs onun barəsində vergi orqanlarına və Qida Təhlüksizlik orqanlarına şikayətlər etmişdir. Bu şikayətlərə görə onu Vergi Xidməti 400 manat, X4 isə 1000 manat civarında cərimə etmişlər. Bundan sonra o, Nəsirə zəng edib “Fəvvarələr Bağı” adlanan restorana dəvət etmişdir. Həmin restoranda görüşəndə telefonunun səs yazma proqramını işə salmış və görüşün sonuna qədər səsləri qeyd etmişdir. Görüş əsnasında Təqsirləndirilən şəxs nə üçün onun barəsində şikayətlər etdiyini soruşmuş, Təqsirləndirilən şəxs da cavabında pul vermədiyi təqdirdə şikayətlərini davam etdirəcəyini bildirmişdir. Bu danışıqların hamısı səs yazısında da qeyd olunmuşdur. Təqsirləndirilən şəxs 250 manat müqabilində şikayətlərini dayandıracağını bildirmişdir. O da, pulunun az olduğunu, hazırki vəziyyətdə 150 manat verə biləcəyini, 100 manatı isə sonra verə biləcəyini demişdir. Bundan sonra, Saatlı RPŞ-yə getmiş və bu barədə polis əməkdaşlarına bildirərək ərizə yazmışdır. Daha sonra, polis əməkdaşları kserosurətlərini çıxarmaq üçün ondan 150 manat pul almış, həmin əskinasların kserosurətlərini çıxardıqdan sonra Təqsirləndirilən şəxs verilməsi üçün ona qaytarmışlar. 31 mart 2025-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs həmin pula görə ən azı 40 dəfə ona zəng etmişdir. O, həmin vaxt başqa yerdə olmuş, pulu bir azdan verəcəyini demişdir. Sonra mağazaya gəlmiş, Təqsirləndirilən şəxs da mağazaya gələrək pulu götürmüş və ona bildirmişdir ki, puldan əlavə bundan sonra ona pulsuz ət də verməlidir. Təqsirləndirilən şəxs pulu götürüb yolun o biri tərəfinə keçəndə polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPXB-nin polis manqa komandiri, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tərəfindən ona qarşı hədə-qorxu yolu ilə pul tələb edilməsinə dair ərizə daxil olmuşdur. Bununla bağlı, əməliyyat qrupu yaradılmışdır. Polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs əvvəlcədən kserosurətləri çıxarılmış 150 manat pul əskinasları verilmişdir. 31 mart 2025-ci il tarixdə saat 10 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən bazar ərazisindəki Zərərçəkmiş şəxs işlədiyi mal əti satışı mağazasında Təqsirləndirilən şəxs həmin məbləğdə pulu aldıqdan dərhal sonra tərəflərindən cinayət başında yaxalanmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 31 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündən qabaqcadan kserosurətləri çıxarılmış pul əskinasları olmaqla, ümumilikdə 150 manat pul vəsaiti aşkar edilərək götürülmüş, sonuncu həmin pul vəsaitini Zərərçəkmiş şəxs aldığını etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 31 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündən qabaqcadan kserosurəti çıxarılmış 1 ədəd A12976510 nömrəli 20 AZN pul əskinası, 4 ədəd, A37382744, A46835185, A49053250, A51311381 nömrəli 10 AZN pul əskinasları, 7 ədəd A90385618, B27302927, A55031762, A67739389, A93026629, B26206740, B03884130 nömrəli 5 AZN pul əskinasları və 55 ədəd A86186970, B03096578, A46011580, B73060199, 898784183, A32362575, A02352465, A20222207, B09733600, B03203248, B47801199, A39431400, A32967021, A11579210, A31909547, A57030935, A88503372, B47251194, C15562827, A47180322, A05338141, B63023582, A80565351, A63123125, C16104480, A41685662, B17077790, A97692570, B07879972, A55462659, A001225128, B04381680, A04645960, A71308062, A19692113, A39729421, B53400463, B04536699, A64045124, C00535742, A69223149, A13598587, A92553022, A59985249, A96139819, B75223524, A80459888, B16467721, A40760488, B68283193, B57992156, A81286631, B53386067, A75077099, A57132413 nömrəli 1 AZN pul əskinasları, ümumilikdə 150 manat pul, üç ədəd əl yazma ərizə, bir ədəd müxtəlif adlar yazılmış siyahı və beş ədəd qəbz aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin pul vəsaitini Zərərçəkmiş şəxs hədə qorxu gələrək aldığını etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayon İHB-nin Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və İmişli Rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Saatlı Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsilə 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon məhkəməsinin 14 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 29 gün azadlıqdan məhrum etmə cəzası, yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılmış və polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Prokurorluğuna, 5 saylı Ərazi Vergilər İdarəsinə Zərərçəkmiş şəxs barəsində sonuncunun iş fəaliyyətində qüsurların olduğuna dair şikayət xarakterli ərizələr yazmışdır. Təqsirləndirilən şəxs həmin ərizələrdə Zərərçəkmiş şəxs mənşəyi məlum olmayan ət satışı ilə məşğul olduğunu, “QTA”dan rəsmi icazə almadan ət kəsib satdığını, satdığı ətlərin həkim nəzarətindən keçməsinə dair sənədinin olmadığını, həftələrlə qalmış əti təzə ət adı altında vətəndaşlara satdığını və xəstəliklərin yaranmasına səbəb olduğunu, vergidən yayındığını qeyd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs, mal əti satışı ilə bağlı qanun pozuntularına yol verməsi barədə yoxlama və nəzarət qurumlarına müraciət edərək rüsvayedici məlumatlar yayma hədəsi ilə hədələyib, qorxu altına alıb 250 (iki yüz əlli) manat pulu hədə-qorxu ilə tələb etməsi, sonuncu ilə 150 (bir yüz əlli) manat pula razılaşdıqdan sonra xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən bazar ərazisindəki Zərərçəkmiş şəxs işlədiyi mal əti satışı mağazasında həmin məbləğdə pulu aldıqdan dərhal sonra Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı cinayət başında yaxalanması, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi-Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi çıxışında göstərmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayması halı məhkəmə iclasında sübut olunmur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şikayət etsə də, onun şikayəti əsaslı olmuş və Zərərçəkmiş şəxs barəsində müvafiq tədbir görülmüşdür. Bu halı da, Zərərçəkmiş şəxs özü təsdiq edir. Odur ki, bu əməl hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma kimi qiymətləndirilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin çıxışında qeyd olunanlara qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsə ittiham onun zərər çəkmiş şəxs barəsində əvvəllər etmiş olduğu şikayətlərə görə deyil, zərər çəkmiş şəxsdən pul (əmlak) ala bilməyəcəyi təqdirdə onun barəsində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlməsinə görə verilmişdir. Bu hal, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməsi cinayət işinin materialları (31 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol, 31 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokol, tutularkən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş ərizələr və s.) və təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə tam sübuta sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də başqa cinayət əməllərinə görə məhkumluqları olmuş və həmin cinayətlərə görə məhkumluqları ödənilmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyinində təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə saat 13:45-də tutulmuş və 01 aprel 2025-ci il tarixdə saat 12:00-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdən saat 13:45-dən 01 aprel 2025-ci il saat 12:00-a dək tutularaq bir gün saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və hadisənin videogörüntüsü əks olunan 2 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 150 manat pul vəsaiti zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunması təklif edilən əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdən saat 13:45-dən 01 aprel 2025-ci il saat 12:00-a dək tutularaq bir gün saxlanılması ona təyin olunmuş üç il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq üç il beş ay iyirmi doqquz gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 23 sentyabr 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və hadisənin videogörüntüsü əks olunan 2 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 150 (bir yüz əlli) manat pul vəsaiti zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə münasibətdə hökmün surətinin ona verildiyi andan) 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar