Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-87/2025 23.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1983-cü il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Saatlı şəhəri, Musabəyov küçəsi ev 12-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında saat 10:35-də baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 10 avqust 2025-ci il tarixdə saat 22 radələrində birlikdə yaşadıqları müddətdə əldə etdikləri və hazırda keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı Saatlı şəhəri, X.B.Natəvan küçəsində yerləşən fərdi yaşayış evinin mətbəx otağında sonuncuya onunla barışmasını tələb edən zaman aralarında qısqanclıq zəminində yaranmış mübahisə nəticəsində dalaşaraq, əlləri ilə saçından tutub yerə yıxaraq oradakı dəmir metaldan olan çömçə qaşıq ilə bədənin müxtəlif nahiyələrinə vurmuş, daha sonra onu fərdi yaşayış evinin həyətyanı sahəsinə çıxararaq orada da, həyətdən götürdüyü taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol təpə-alın nahiyəsində, sol kürək sümüyü proyeksiyasında, sol qoltuqaltı xətt üzrə 8-10-cu qabırğa səviyyəsində, sol mil bilək oynağının üst səthində, sol budun yuxarı 1/3-də bayır səthdə, sol bayır topuq nahiyəsində hematomalar, boyunun ön səthində sıyrıq əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya dair xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 10 avqust 2025-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Saatlı şəhəri, X.B.Natəvan küçəsində yerləşən fərdi yaşayış evində və həmin evin həyətində sonuncuya onunla barışmasını tələb edən zaman aralarında qısqanclıq zəminində yaranmış mübahisə nəticəsində dalaşaraq çömçə qaşıq və taxta parçası ilə sonuncunu vurub ona xəsarətlər yetirmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də, onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Təqsirləndirilən şəxs 10 avqust 2025-ci il tarixdə saat 22 radələrində onun yaşadığı Saatlı şəhəri, X.B.Natəvan küçəsində yerləşən fərdi yaşayış evində və həmin evin həyətində ona barışmasını tələb edən zaman aralarında qısqanclıq zəminində yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs onunla dalaşaraq çömçə qaşıq və taxta parçası ilə onu vurub xəsarətlər yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X3 15 avqust 2025-ci il tarixli 144 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sol təpə-alın nahiyəsində, sol kürək sümüyü proyeksiyasında, sol qoltuqaltı xətt üzrə 8-10-cu qabırğa səviyyəsində, sol mil bilək oynağının üst səthində, sol budun yuxarı 1/3-də bayır səthdə, sol bayır topuq nahiyəsində hematomalar, boyunun ön səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 10 avqust 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan 23 sentyabr 2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Saatlı RPŞ-yə daxil olmuş “Tələbnamə”yə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər təqsirləndirici material olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizələrini nəzərə alıb, Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. İşdə mülki iddia, maddi ziyan, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs barışdığından və zərər çəkmiş şəxsin şikayəti olmadığından Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-87/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-87/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver