Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-89/2025 22.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlıunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsində gözətçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Saatlı rayonu Seyidlər kəndində yaşayan Zərərçəkmiş şəxs1 övladı X4 RMX-nin TTTY şöbəsinə sürücü kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ondan 2024-cü ilin iyul ayında saat 12 radələrində Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsində yaşadığı evin yaxınlığında 2500 manat və 2024-cü ilin oktyabr ayında saat 10 radələrində Saatlı şəhəri, H.Əliyev prospekti 300 ünvanında yerləşən Saatlı RMXnin inzibati binasının həyətində 2500 manat olmaqla, ümumilikdə 5000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ötrü Saatlı şəhəri M.ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 arvadı Ədilə Həsənovanın kəsilmiş pensiya hüququnu bərpa etdirəcǝyi barədə yalan vəd verib aldadaraq, 2024-cü ilin noyabr ayının ortalarında saat 23 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi bazarın qarşısında 1500 manat pulunu sonuncunun övladı Surət Həsənlidən alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ilə təxminən 10 il əvvəl tanış olmuşdur. Şahbazın baldızı, əsl adı Həyat olan, lakin Bənövşə kimi tanıdığı şəxs onun işlədiyi Saatlı RMX-da tibb bacısıdır. 2024-cü ilin iyul ayında Bənövşə ona Şahbazın X8a iş axtardığını demişdir. Bu barədə eşidəndə, o, iş düzəldə bildiyini deyib, Rusifi Saatlı RMX-da TTYŞ-nin növbətçi sürücüsü vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Bənövşə deyilənləri Şahbaza demişdir və Şahbaz onunla görüşüb həmin iş məsələsini onunla danışmışdır. O, da Şahbaza Rusifin işini düzəldə biləcəyini və bunun müəyyən xərcinin olduğunu demişdir. Şahbaz xərci soruşduqda, cavabında ilkin olaraq 2500 manat, işin düzəlməsinə 1 həftə qalmış isə əlavə 2500 manat olmaqla ümumilikdə 5000 manat istəmişdir. Şahbaz təxminən 3 gün sonra ona zəng edib razı olduğunu demişdir və 2024-cü ilin iyul ayının axırında saat 12 radələrində Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsində onunla görüşmüşdür. Həmin vaxt onların yanında heç kim olmamışdır. Şahbazdan 2500 manat pulu əlbəəl orada götürmüşdür və Rusifin işinin 2 aya düzələcəyini demişdir. Bundan başqa, Rusifə aid şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətini də Şahbazdan götürmüşdür. Daha sonra 2024-cü ilin oktyabr ayının ortalarında saat 10 radələrində Şahbazla yenidən görüşüb işin yekunu üçün qalan 2500 manat pulu istəmişdir və Saatlı RMX-nin həyətində Şahbazla görüşüb ondan əlbəəl 2500 manatı da götürmüşdür. Həmin vaxt onun yanında tanımadığı bir nəfər şəxs də olmuşdur. Rusifin işini düzəltməmişdir və Şahbazdan aldığı ümumilikdə 5000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Pulu olmadığı üçün Şahbaza pulu tam şəkildə qaytara bilməmişdir. Sadəcə 1500 manat pulu qaytarmışdır və qalan 3500 manat pulu da qaytaracağına dair söz vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 tanıyır. 2024-cü ilin noyabr ayının ortalarında Fəzail ona zəng edib kəsilmiş pensiyanı bərpa edə bilibbilmədiyini ondan soruşmuşdur. O da cavabında kəsilmiş pensiyanı bərpa edə biləcəyini demişdir. Fəzail arvadı Ədilə Həsənovanın İİ qrup əlil olduğunu və uzun müddət pensiya aldığını, lakin son aylarda pensiyasının kəsildiyini demişdir və Ədilənin pensiyasını bərpa etdirməsini istəmişdir. O da həmin iş üçün Fəzaildən 1500 manat pul istəmişdir. Fəzail razılaşmışdır və danışdıqları gündən 1 gün sonra Fəzailin oğlu Surət ilə gecə saat 23 radələrində Saatlı şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında onunla görüşmüşdür və o, həmin vaxt 1500 manat pulu, Ədilə Həsənovanın şəxsiyyət vəsiqəsinin surətini və xəstəlik haqqında tibb kağızlarını Surətdən əlbəəl götürmüşdür. Həmin vaxt Surətin yanında 1 nəfər başqa şəxs də olmuşdur, lakin o, həmin şəxsi tanımamışdır. Onun yanında isə heç kim olmamışdır. Pulları götürdükdən sonra işi 1 aya düzəldəcəyini demişdir. Daha sonra Ədilənin işini düzəltməmişdir. Həmin pulları da şəxsi ehtiyacları üçün xərcləmişdir və qaytara bilməmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəmiş, həmin zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs1 isə 3600 manat ödəmiş, qalan 1400 manat pulu da qısa zamanda ödəyəcəyinə söz verir. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 il əvvəl tanımışdır. Baldızı Bənövşə (Həyat) Saatlı RMX-da tibb bacısı işlədiyi üçün, Ülvi ilə də tanış olmuşdur. Ülvi həmin xəstəxanada gözətçi vəzifəsində çalışmışdır. X8 işsiz olduğu üçün o, oğluna iş axtarmışdır. Bu məqsədlə baldızı Bənövşədən xahiş etmişdir ki, RMX-da maraqlansın və oğlunu işə düzəltdirmək mümkün olub-olmadığını öyrənsin. 2024-cü ilin iyul ayında X5 Abasova Şahbazın iş axtardığını demişdir. Ülvi də xəstəxananın TTYŞ-nin növbətçi sürücüsü vəzifəsinə Rusifi düzəldə biləcəyini demişdir. Bəbövşə həmin söhbəti ona demişdir və o da Ülvi ilə görüşüb həmin iş məsələsini danışmışdır. Ülvi işin düzəlməsi üçün ondan ilkin olaraq 2500 manat, işin düzəlməsinə bir həftə qalmış isə əlavə 2500 manat olmaqla ümumilikdə 5000 manat istəmişdir. Təxminən 3 gün sonra o, Ülviyə zəng edib razı olduğunu demişdir və Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsində onunla görüşmüşdür. Həmin vaxt onların yanında heç kim olmamışdır. Ülvi orada ondan 2500 manat pulu əlbəəl götürmüşdür və Rusifin işinin 2 aya düzələcəyini demişdir. Bundan başqa Rusifə aid şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətini də ondan götürmüşdür. Daha sonra 2024-cü ilin oktyabr ayında Ülvi onunla yenidən görüşüb işin yekunu üçün yerdə qalan 2500 manat pulu da Saatlı RMX-nin həyətində əlbəəl götürmüşdür. Həmin vaxt onun yanında qaynı X2 da olmuşdur. Ülvi Rusifin işini düzəltməmişdir. Aldığı 5000 manat pulu xərclədiyi üçün geri qaytarmamışdır. Müxtəlif bəhanələrlə onu aldatmışdır. Ülvi ona ümumilikdə 5000 manat maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyandsn 3600 manat ödənilmişdir. Qalan 1400 manat pulu da tələb edir. Cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək ifadəsində göstərdi ki, özü rəsmi olaraq Saatlı MKİB-də iş icraçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavət və düşmənçilik yoxdur. Təxminən 7-8 ay əvvəl, yəni 2024-cü ilin noyabr ayının ortalarında Saatlı Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləyən Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış və arvadı Ədilə Həsənovanın İİ qrup əlil olmasını, lakin 2-3 ay əvvəl pensiyasının kəsildiyini və həmin pensiyanın bərpa olunmasına köməklik edib-etməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs telefonda ona təxminən bir həftə ərzində məsələni həll edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs həmin işin müqabilində ondan 1500 manat pul istəmişdir. O, həmin gün 1500 manat pulu oğlu Surət Həsənliyə vermişdir və oğlu da Ülvi ilə Saatlı şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında saat 23 radələrində görüşmüş və Ülviyə əlbəəl 1500 manat pul və pensiyanın kəsilməsi ilə bağlı məktubu vermişdir. Bundan sonra Ülvi ilə mobil telefonla danışmışdır və Təqsirləndirilən şəxs onu inandırmışdır ki, təxminən bir həftə ərzində işini həll edəcəkdir. O, Ülvinin sözlərinə inanmışdır. Bir həftə sonra Ülvi ilə yenidən telefon əlaqəsi saxlamışdır. Ülvi yenə onu aldadaraq işin həll olunacağını demişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, Ülvi hər dəfəsində onu aldadaraq işin həll olunacağına dair yalan vədlər vermiş, lakin heç bir iş görməmiş və pulu geri qaytarmamışdır. O da məcbur qalıb Ülvinin barəsində şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Təqsirləndirilən şəxsə köməklik olunmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il və 2015-ci il təvəlldülü iki azyaşlı uşaqları vardır. İşdə olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddəylə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərdən birinə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 11 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 13 iyun 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-89/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-89/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver