Məhkəmə qərarları › İş №1(055)-9/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-9/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-9/2024 18.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Saat: 10:15 xx xxxx 1981-ci ildə Saatlı rayonunun Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olmaqla, Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən keçmiş neft yatağı kəşfiyyatçılarının yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 114,94 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmayan marixuananı əldə etmiş və yaşadığı Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən keçmiş neft yatağı kəşfiyyatçılarının yataqxanasındakı otağın qarşısındakı həyətdə yabanı kolların arasında qanunsuz olaraq saxlamış, 11 oktyabr 2023-cü il tarixdə saat 18:10 radələrində qazanc əldə etmək məqsədilə Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən keçmiş neft yatağı kəşfiyyatçılarının yataqxanasının həyətində narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət edərək həmin narkotik vasitə olan qurudulmayan marixuanadan 6,98 qram çəkidə bir ədəd siqaret qutusuna qablaşdırıb əməliyyat tədbirinin iştirakçısı Şahid1 20 manata qanunsuz olaraq satmış, qalan 107,96 qram çəkidə narkotik vasitə olan qurudulmayan marixuana 11 oktyabr 2023-cü il tarixdə saat 20:30 radələrində onun yaşadığı Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən keçmiş neft yatağı kəşfiyyatçılarının yataqxanasındakı otağın həyətində kolların arasında 1 ədəd polietilen torbada aşkar edilərək götürülmüş, yəni yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Çünki o, uzun müddətdir ki, ara-sıra narkotik vasitələrdən istifadə edir və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid1 ilə tutulmamışdan təxminən 2 ay əvvəl tanış olmuş, sonuncu həbsdə olduğunu dediyi üçün onların münasibəti yaranmış, bir neçə dəfə görüşmüşlər. O, Ağsu rayonunda işləyən zaman Əliheydar dəfələrlə onunla əlaqə saxlayıb narkotik istəmiş, o da Saatlı rayonuna qayıdandan sonra görüşə biləcəyini demişdir.11 oktyabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində Şahid1lə Saatlı rayonunda yerləşən “Ulubka” adlandırılan yeməkxanada görüşmüş, Ağsudan Saatlıya gəlib-qayıtmağa görə pul lazım olduğundan Əliheydardan borc olaraq 20 manat almış, bundan sonra Şahid1 ondan marixuana istəmiş, o da pul müqabilində və ya Əliheydardan 20 manat borc aldığı üçün deyil, münasibəti olduğu üçün sonuncuya marixuana verəcəyini demişdir. Birlikdə saat təxminən 18 radələrində yaşadığı yataqxananın yanına getmişlər.Həmin vaxt Əliheydar yataqxananın həyətində onu gözləmiş, daha sonra yataqxananın həyətində kolların arasında sellofan torbada gizlətdiyi narkotik vasitəni çıxarıb, içərisindən bir qədər götürüb “Prima” siqaretinin içərisinə qoymuş və Şahid1 vermişdir. Həmin vaxt Şahid1 ona borc olaraq vermiş olduğu 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları onun cibində olmuşdur. O, Əliheydar ilə sağollaşıb oradan aralanmaq istəyən vaxt mülki geyimli polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Saatlı RPŞ-yə aparmışlar. Şəxsi axtarış zamanı ilk öncə Əliheydar siqaret qutusundakı marixuananı əynindəki şalvarın cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin narkotiki polis tərəfindən əvvəlcədən ona verilmiş 20 manat pulun müqabilində aldığını demişdir. Daha sonra o, Əliheydardan borc olaraq aldığı 20 manat pulu iştirakçılara təqdim etmiş, polis əməkdaşları da özlərində olan kserosurətlər ilə onun təqdim etdiyi pul əskinasları eyniləşdirərkən eyni nömrəli olduğu bilinmiş, həmin pul əskinasları və narkotik vasitə polis tərəfindən qablaşdırılıb götürülmüşdür. Daha sonra könüllü qaydada verdiyi razılıq ərizəsinə əsasən yaşadığı yataqxananın həyətinə baxış keçirilmiş, həyətdə olan zaman gizlətdiyi marixuananın yerini polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları oradan aşkar etdikləri sellofan torbanı açıb içərisində narkotik vasitəyə oxşar kütlə olduğunu bilmişlər. O, həmin sellofandakı kütlənin marixuana olduğunu demişdir. Daha sonra həmin kütlə sellofan torba ilə birlikdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və evə baxış keçirilməsi ilə bağlı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarından tanımış və münasibətləri yaranmışdır. Bəhlulla bir neçə dəfə görüşüb söhbət etdikləri vaxt ona, “nəşə”sinin olduğunu, alıcı olsa satacağını demiş, Bəhlulun ona bu kimi təkliflər etməsi ona pis təsir etmiş və 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasında polisə köməklik etmək üçün Saatlı RPŞyə gedib Bəhlulun Saatlı rayonu ərazisində narkotik vasitə saxlaması və satışı ilə məşğul olmasını, sonuncunun ifşa olunmasında könüllü olaraq köməklik etmək istədiyini bildirərək bu barədə Saatlı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs narkotik vasitə olan “nəşə” almaq üçün polis əməkdaşları tərəfindən ona kserosurətləri çıxarılmış 3 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinasları verilmiş və bu barədə protokol tərtib edilərək imza edilmiş, həmin vaxt foto və video çəkiliş aparılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən keçirilən tədbirin davamı olaraq Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsi ilə əlaqə saxlayıb onunla görüşmək istədiyini demiş və polis əməkdaşları ilə birlikdə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Ulubka” kimi tanınan yeməkxananın yanına getmiş, polislər kənarda gözləmişlər. Obyektin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və həmin ərazidə gəzişib söhbət etməyə başlamışdır. Daha sonra Bəhlula “nəşə” lazım olduğunu bildirib özündəki “nəşə”-dən ona verməsini istəmiş və polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılıb ona verilmiş ümumilikdə 20 manat məbləğində pul əskinaslarını Bəhlula vermişdir. Bəhlul pulu ondan alıb, “nəşə”-nin yaşadığı evin həyətində olduğunu demiş və bir qədər havanın qaralmasını gözləməyi məsləhət görmüşdür. Təxminən saat18 radələrində o, Bəhlul ilə birlikdə piyada olaraq sonuncunun yaşadığı “Buruq” adlandırılan yataqxananın həyətinə gəlmiş, sonuncu ona həyətdə gözləməsini demiş və evə getmişdir. Təxminən 10 dəqiqə sonra Bəhlul siqaret qutusunu gətirib ona verərək içərisində “nəşə” olduğunu demiş, o, siqaret qutusunu cibinə qoyduqdan sonra tədbirdə iştirak edən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək ikisini də Saatlı RPŞ-yə aparmışlar. Saatlı RPŞ-də şəxsi axtarış aparılarkən o, könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb, həmin qutunun içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Bəhluldan polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılaraq ona verilmiş 3 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq, ümumilikdə 20 manata aldığını demişdir. Həmin qutu şəxsi axtarış zamanı açılarkən içərisində narkotik vasitə olan “nəşə” olduğu aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun göstərdiklərini təsdiq edərək onun könüllü olaraq təqdim etdiyi həmin 1 ədəd qutunun içərisindəkinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin narkotiki ona 20 manata satdığını və həmin narkotikə görə ondan aldığı 20 manat pulun cibində olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üstünə axtarış aparılarkən əynindəki şalvarının yan cibindən 3 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinasları aşkar edilmiş, həmin pul əskinasları kserosurətləri çıxarılaraq Bəhluldan narkotik vasitə almaq üçün ona əvvəlcədən verilmiş kserosurətlər ilə eyniləşdirilərkən eyni olduğu müəyyən edilmişdir. Həm narkotik vasitə, həm də pul əskinasları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarışın aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmçinin Şahid1 ərizə ilə Saatlı RPŞ-yə müraciət edərək Saatlı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxladığını, satışı ilə məşğul olduğunu və onun ifşa olunmasında könüllü olaraq polis əməkdaşlarına köməklik etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 3 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq pul əskinasları ümumilikdə 20 manat məbləğində pul Şahid1 verilmiş, bununla bağlı tərəfindən protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Tədbirin davamı olaraq Şahid1 həmin gün saat 16 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Ulubka” kimi tanınan yeməkxananın qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş, bir qədər söhbət etdikdən sonra tədbirlə bağlı ona verilən 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinaslarını Bəhlula vermişdir. Təxminən saat 17 radələrində Bəhlul və Əliheydar birlikdə Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən “Buruq” kimi tanınan yataqxana istiqamətində getmişlər. Daha sonra Şahid1 yataqxananın həyətyanı sahəsində gözləmiş, Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, təxminən 10 dəqiqə sonra Bəhlul Şahid1 yanına gəlmiş və aldığı pulun müqabilində siqaret qutusundakı narkotik vasitəni Əliheydara vermiş, sonuncu həmin qutunu cibinə qoyan vaxt dərhal tədbirdə iştirak edən polis əməkdaşları ilə birlikdə onlara yaxınlaşıb özlərini təqdim edərək hər ikisini Saatlı RPŞ-yə gətirmişlər. Bundan sonra Saatlı RPŞ-də şəxsi axtarış aparılmışdır. İlk öncə Şahid1 könüllü olaraq əynindəki şalvarın yan cibindən bir ədəd “Prima” siqaretinə aid olan qutunu çıxarıb polis əməkdaşları tərəfindən kserosurətləri çıxarılıb ona verilmiş 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasına Bəhluldan aldığı narkotik vasitə “nəşə” olduğunu bildirmiş, həmin bir ədəd siqaret qutusu şəxsi axtarışda iştirak edən şəxslərin yanında açılarkən içərisində yaş vəziyyətdə narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid1 göstərdiklərini təsdiq edərək onun könüllü olaraq təqdim etdiyi 1 ədəd kütlənin narkotik vasitə olan “nəşə” olduğunu və ona 20 manata satdığını etiraf etmiş və narkotikə görə Şahid1 aldığı 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinaslarının üstündə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın cibindən 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları aşkar edilmiş, pullar kserosurətlərlə eyniləşdirilərkən eyni olduğu müəyyən olunmuşdur. Daha sonra Şahid1 təqdim etdiyi bir ədəd siqaret qutusundakı narkotik vasitə olan marixuanaya oxşar kütlə və Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pullar qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazması ilə əlaqədar yaşadığı yataqxananın həyətinə baxış keçirilməsi üçün gedilmiş, Təqsirləndirilən şəxs Şahid1 satdığı narkotik vasitə olan “nəşə”dən yaşadığı yataqxananın həyətində də saxladığını, Əliheydara həmin narkotikdən götürüb satdığını deyib narkotiki təqdim etmişdir. Həmin narkotik vasitə də qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və evə baxış keçirilməsi ilə bağlı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Şahid3 ilə eyniməzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 11 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğu ehtimal olunan Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitə almaq məqsədi ilə əməliyyat tədbirinin həyata keçirilməsindən ötrü şərti alıcı Şahid1 əvvəlcədən nömrələri qeyd edilməklə 3 ədəd 5 manatlıq B04148042, A32215255 və A47528538 nömrəli və 5 ədəd 1 manatlıq A30620897, B30136800, B18276781, A38406121 və B00495471 nömrəli pul əskinasları verilmişdir. İşdə olan 11 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı Şahid1 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 əynindəki şalvarının sağ yan cibindən içərisində yaş vəziyyətdə narkotik vasitə marixuanaya oxşar kütlə olan 1 ədəd “Prima” markalı siqaretin qutusunu çıxarıb təqdim edərək, həmin kütləni ona verilmiş 20 manat miqdarda pulun müqabilində Təqsirləndirilən şəxs aldığını, Təqsirləndirilən şəxs da şalvarının sağ yan cibindən 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinaslarını çıxararaq həmin pulun Şahid1 satdığı narkotik vasitəyə görə onun verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş pul əskinasları kserosurətlər ilə eyniləşdirilərkən əskinasların əməliyyat keçirilməzdən əvvəl şərti alıcı Şahid1 verilən 3 ədəd 5 manatlıq B04148042, A32215255 və A47528538 nömrəli və 5 ədəd 1 manatlıq A30620897, B30136800, B18276781, A38406121 və B00495471 nömrəli pul əskinasları olduğu, şərti alıcı Şahid1 könüllü təqdim etdiyi 1 ədəd siqaret qutusunda marixuanaya oxşar kütlənin çəkisinin 14,13 qram olduğu məlum olmuşdur. Həmin kütlə bir ədəd zərfdə, 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları isə başqa bir zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan 11 oktyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən keçmiş neft yatağı kəşfiyyatçılarının yataqxanasındakı otağın qarşısındakı həyətdə, özbaşına bitmiş kolların arasında 1 ədəd qara rəngli sellofan torba aşkar edilmiş, həmin torba açılarkən içərisində başqa bir ağ rəngli sellofan torba və həmin ağ rəngli torbanın içərisində yaş vəziyyətdə narkotik vasitə olan marixuanaya oxşar kütlə olduğu və aşkarlanmış sellofan torba qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 130 qram olduğu məlum olmuşdir. Həmin kütlə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2023-cü il tarixli 18/985 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs... Şahid1 satdığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd siqaret qutusunda yaş vəziyyətdə təmiz çəkisi 6,98 qram yaşılımtıl rəngli, xırdalanmış qurudulmuş bitki mənşəli kütlə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs... kolların arasında gizlətdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbada yaş vəziyyətdə təmiz çəkisi 107,96 qram bitki mənşəli kütlə olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuanadır. Tədqiqata təqdim olunmuş Şahid1 təqdim etdiyi marixuana ilə Təqsirləndirilən şəxs gizlətdiyi marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi 114,94 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, (hər ob-0,05 qr) qalıq 114,84 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 7072 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, narkotik istifadəçisi olması və aşkar olunmuş narkotik vasitənin ona məxsus olması ilə əlaqədar CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir.Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, işdə olan 11 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokol”, ona əlavə olan fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, polis əməkdaşları əməliyyat tədbiri həyata keçirdikdən sonra şərti alıcı Şahid1 və Təqsirləndirilən şəxs Saatlı RPŞ-yə gətirilmiş, orada şərti alıcı Şahid1 əynindəki şalvarının sağ yan cibindən içərisində yaş vəziyyətdə narkotik vasitə marixuanaya oxşar kütlə olan 1 ədəd “Prima” markalı siqaretin qutusunu çıxarıb təqdim edərək, həmin kütləni ona verilmiş 20 manat miqdarda pulun müqabilində Təqsirləndirilən şəxs aldığını, Təqsirləndirilən şəxs da şalvarının sağ yan cibindən 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinaslarını çıxararaq həmin pulun Şahid1 satdığı narkotik vasitəyə görə onun verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş pul əskinasları kserosurətlər ilə eyniləşdirilərkən əskinasların əməliyyat keçirilməzdən əvvəl şərti alıcı Şahid1 verilən 3 ədəd 5 manatlıq B04148042, A32215255 və A47528538 nömrəli və 5 ədəd 1 manatlıq A30620897, B30136800, B18276781, A38406121 və B00495471 nömrəli pul əskinasları olduğu, şərti alıcı Şahid1 könüllü təqdim etdiyi 1 ədəd siqaret qutusunda marixuanaya oxşar kütlənin çəkisinin 14,13 qram olduğu məlum olmuşdur. Həmin kütlə bir ədəd zərfdə, 3 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları isə başqa bir zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs özü də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və 20 manat pul müqabilində Şahid1 satdığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə 13 oktyabr 2023-cü il tarixdə baxılarkən sonuncu elan olunmuş ittiham üzrə təqsirli bilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin növünü, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2023-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 114,84 qram narkotik vasitə olan qurudulmayan marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan və əməliyyat tədbirində istifadə edilən 3 ədəd 5 manatlıq B04148042, A32215255 və A47528538 nömrəli və 5 ədəd 1 manatlıq A30620897, B30136800, B18276781, A38406121 və B00495471 nömrəli pul əskinasları cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 114,84 qram narkotik vasitə olan qurudulmayan marixuana məhv edilsin. İş üzrə maddi sübut olan və əməliyyat tədbirində istifadə edilən 3 ədəd 5 manatlıq B04148042, A32215255 və A47528538 nömrəli və 5 ədəd 1 manatlıq A30620897, B30136800, B18276781, A38406121 və B00495471 nömrəli pul əskinasları cinayət işi materiallarında saxlanılsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar