Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-9/2025 31.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi barədə) Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Saatlı rayonu Tverskoy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və hazırda cəza çəkən, işsiz, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Zərərçəkmiş şəxs5 sonuncunun arvadı X9 dövlət tərəfindən verilmiş və hazırda kəsilmiş sosial təqaüdünü bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2022-ci ilin oktyabr ayının axırında Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 20 yanvar dairəsi yaxınlığında “Ailə sağlamlıq Mərkəzi”nin inzibati binasının qarşısında sənəd işlərinin həll edilməsi bəhanəsi ilə 6400 manat (altı min dörd yüz) manat məbləğində pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Ağsu rayonu Nəvahi kənd sakini Zərərçəkmiş şəxs6 dövlət tərəfindən verilmiş və hazırda kəsilmiş sosial təqaüdünü bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2023-cü ilin yanvar ayının əvvəlində Bakı şəhəri,Yasamal rayonu,Şərifzadə küçəsində yerləşən Mirqasımov adına “Respublika” xəstəxanasının inzibati binasının qarşısında sənəd işlərinin həll edilməsi bəhanəsi ilə əvvəlcə 5000 manat (beş min) manat, növbəti dəfə bir neçə gün sonra, 2023-cü ilin yanvar ayının ortalarında isə ünvan 1 ünvanda yerləşən "Bazar Store" marketinin içərisində yerləşən "Milli ön" ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat məbləğində pulu öz adına qeydə alınmış bank kart hesabına göndərilməsinə nail olaraq pulu nağdlaşdırıb hesabdan çıxarmaqla, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs1 dövlət tərəfindən sonuncuya verilmiş və hazırda kəsilmiş əlillik pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 19 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Elmi X8 İnstitutu”nun inzibati binasında sənəd işlərinin həll edilməsi bəhanəsi ilə əvvəlcə 650 (altı yüz əlli) manat, 25 aprel 2023-cü il tarixdə isə həmin yerdə eyni bəhanə ilə 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 900 (doqquz yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun qardaşı İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs3 yetkinlik yaşına çatmayan qızı Gülnar Xudiyevanın dövlət tərəfindən sonuncuya verilmiş və hazırda kəsilmiş sosial müavinətini bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 13 may 2023-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında sənəd işlərinin həll edilməsi bəhanəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun tanışı İmişli rayonu Xoşçobanlı kənd sakini Zərərçəkmiş şəxs2 dövlət tərəfindən sonuncuya verilmiş və hazırda kəsilmiş əlillik pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 24 iyun 2023-cü il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında sənəd işlərinin həll edilməsi bəhanəsi ilə əvvəlcə 1500 (bir min beş yüz) manat, 04 iyul 2023-cü il tarixdə isə həmin yerdə eyni bəhanə ilə 1000 (bir min) manat olmaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun həmkəndlisi İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs4 arvadı X4 üçün dövlət tərəfindən sosial təqaüdün verilməsini təmin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2023-cü ilin avqust ayının ortalarında Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında sənəd işlərinin həll edilməsi bəhanəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun həmkəndlisi İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs4 azyaşlı oğlu Nuru Abdullazadə üçün dövlət tərəfindən sosial təqaüdün verilməsini təmin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2023-cü ilin noyabr ayının axırında Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında sənəd işlərinin həll edilməsi bəhanəsi ilə 4000 (dörd min) manat məbləğində pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Bundan başqa o, təkrarən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun qardaşı İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs3 bacısı Aynurə Xudiyeva üçün dövlət tərəfindən sosial təqaüdün verilməsini təmin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2023-cü ilin dekabr ayının ortalarında Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında sənəd işlərinin həll edilməsi bəhanəsi ilə 1500 (bir minbeş yüz) manat məbləğində pulunu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında Cəbrayıl rayon sakinləri üçün salınmış 3 saylı məcbur köçkünlər qəsəbəsində yerləşən xəstəxanada olan vaxt Zərərçəkmiş şəxs5 ilə rastlaşmış və Elçin ona həyat yoldaşı Ülviyyənin kəsilmiş pensiyasının bərpa olunması üçün köməklik etməsini xahiş etmişdir. O, Elçinə necə lazımdırsa kömək edəcəyini demişdir. Elçin ondan pensiyanın bərpa olunmasının neçəyə başa gələcəyini soruşduqda, o, pensiya məsələsinin 6.400 manata başa gələ biləcəyini demişdir. Elçinlə görüşdükdən təxminən 3 gün sonra, o, Elçinə zəng edib pensiya məsələsini danışıdığını bildirmişdir. Bir neçə vaxt sonra isə o, Elçinə zəng edib pensiya məsələsinin alındığını demiş və 6.400 manat pulu Bakı şəhərinə göndərməyini bildirmişdir. Bundan sonra Elçin ona 6.400 manat pul göndərmişdir. O da həmin 6400 manat pulu alıb öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Respublika xəstəxanasının yaxınlığında yerləşən çayxanada Zərərçəkmiş şəxs6 ilə tanış olmuşdur. Söhbət əsnasında Vəli ona Birinci Qarabağ müharibəsi əlili olduğunu, bununla bağlı aldığı təqaüdün dayandırıldığını və vəziyyətinin çətin olduğunu demişdir. Bu zaman o, Vəliyə əlillik müavinətini bərpa etdirə biləcəyini bildirmişdir. Bu iş üçün Vəlidən 5500 manat pul istəmiş, həmin vaxt Vəlinin üzərində 5000 manat pul olmuşdur. Vəli onu bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əllillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı həkim komissiyasının yerləşdiyi binanın qarşısında görmüş və Vəliyə ƏƏSMN-də işlədiyini bildirmişdir. Vəli də ona inanmış və Bakı şəhəri Yasamal rayonu Respublika mərkəzi xəstəxanasın qarşısında yerləşən çayxanada ona 5000 manat pul vermiş, pulun qalanını isə onun kart hesabına göndərə biləcəyini demişdir. O, bank kart hesabını Vəliyə vermiş, Vəli də onun kartına 500 manat pul göndərmişdir. Beləliklə, o, Vəlidən ümumilikdə 5500 manat pul almış və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 tanıyır və aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Əzizlə uzaqdan qohumluq əlaqələri də vardır. 2023-cü ilin mart ayında o, şəxsi işlərilə bağlı Bakı şəhərində olarkən Saatlı rayonuna geri qayıtmaq üçün Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi adlanan yerə gedib taksi gözləmişdir. Taksi gözləyən zaman Zərərçəkmiş şəxs1 də yaşadığı rayona getməsi üçün taksi gözlədiyini görmüşdür. Həmin vaxt Əziz ona yaxınlaşmış və salamlaşıb söhbət etmək üçün dayandıqları yerin yaxınlığında olan kafeyə gedib orada olan masaların ətrafında əyləşmişlər. Söhbət zamanı Əziz ona əlaqələrinin geniş olduğunu və aldığı pensiyanın kəsildiyini deyib bu sahədə ona köməklik etməyini bildirmişdir. O da həmin pensiya məsələsi ilə bağlı tanıdığı şəxslərlə danışdıqdan sonra xəbər edəcəyini deyib Əzizin mobil nömrəsini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə o, Əzizin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb Əzizə pensiya işini danışdığını və İmişli rayon xəstəxanasından göndəriş alıb Bakı şəhərinə gəlməyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Əziz İmişli RMX-dan göndəriş alıb Bakı şəhərinə gəlmiş və o, Əzizlə birlikdə Bakı şəhərində yerləşən X3 İnstitutuna getmişlər. Xəstəxanada Əzizi müayinə etmişlər. Əziz uzun müddətdir ki, qeyd etdiyi xəstəxanada qeydiyyatda olduğu üçün müayinədən sonra o, Əzizin xəstəliyi ilə bağlı ambulator kitabçadan çıxarış alıb Əzizə vermişdir. Bundan sonra sənəd işlərinin həll edilməsi üçün 650 manat pul lazım olduğunu Əzizə demişdir. Əziz də 19 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Elmi X8 İnstitutunun inzibati binasında ona 650 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, Əzizə sənəd işlərinə görə əlavə olaraq 250 manat pul lazım olduğunu da bildirmişdir. Əziz onunla razılaşmış və 25 aprel 2023-cü il tarixdə 250 manat pulu Elmi X8 İnstitutunun inzibati binasında ona vermişdir. Bundan sonra Əziz qardaşı Zərərçəkmiş şəxs3 pensiyası kəsilmiş qızı Gülnar Xudiyevanın da pensiyasının bərpa olunmasına köməklik etməyini xahiş etmişdir. Təxminən bir həftə sonra o, Əzizə zəng edib Gülnarın pensiya işinin alınacağını deyib bu işin 3500 manata başa gələcəyini bildirmişdir. Lakin Əziz ona Gülnarın atasının 1500 manat pulu olduğunu, qalan pulu isə pensiya işinin düzəlməsindən sonra verəcəyini bildirmişdir. Əziz 13 may 2023-cü il tarixdə İmişli rayonu Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs3 qızı Gülnarın pensiya işinə görə aldığı 1500 manat pulu Saatlı şəhərində yerləşən mərkəzi bazarın qarşısında ona vermişdir. Bundan sonra 2023-cü ilin iyun ayında Əziz ona zəng edərək həmkəndlisi Şahid Zöhrab oğlunun əmisi oğlu Zərərçəkmiş şəxs2 pensiyasının kəsildiyini deyib kömək etməyini xahiş etmişdir. Təxminən 1 həftə sonra o, Əzizə zəng edib Ravinin işinin alınacağını deyib pensiya işinin 3500 manata düzələciyini bildirmişdir. Əziz də Ravinin 2500 manat pul verəcəyini, qalan pulu isə pensiya işi düzəldikdən sonra verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Saatlı şəhərində yerləşən mərkəzi bazarın qarşısında Əzizlə görüşmüş və həmin vaxt orada Ravi ilə Məhəbbət də olmuşdur. Həmin vaxt Əziz ona 1500 manat pul vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Əziz qalan 1000 manat pulu da ona vermişdir. Bundan başqa Əziz həmkəndlisi Zərərçəkmiş şəxs4 arvadı X1 pensiyasının bərpa etdirmək istədiyini bildirmişdir. O, buna görə Əzizə 3500 manat pul lazım olduğunu demişdir. 2023-cü ilin avqust ayının ortalarında Saatlı rayonu mərkəzi bazarının qarşısında Əzizlə görüşmüş və Əziz 3500 manat pulu ona vermişdir. Bundan bir müddət sonra Əziz ona İsmətin azyaşlı oğlu Nuru Abdullazadənin astma-bronxit xəstəsi olduğuna görə onun üçün də pensiya düzəldilməsinə görə köməklik etməyini xahiş etmişdir. Bir müddət sonra o, Əzizə zəng edərək İsmətin azyaşlı oğlu Nuru Abdullazadə üçün pensiya düzəltmək üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. 2023-cü ilin noyabr ayının axırında Saatlı rayonu mərkəzi bazarının qarşısında Əzizlə görüşmüş və Əziz 4000 manat pulu ona vermişdir. Bundan başqa, 2023-cü ilin dekabr ayında Əziz qardaşı Sədulla ilə söhbət etdiyini və bacısı X6 qaraciyər xəstəliyinin olduğunu və penisya düzəltmək üçün köməklik etməyini xahiş etmişdir. O da bir müddət sonra Əzizlə danışıb bu iş üçün 1500 manat pul lazım olduğunu bildirmiş və 2023-cü ilin dekabr ayının ortalarında Saatlı rayonu mərkəzi bazarının qarşısında Əzizlə görüşmüşdür. Əziz 1500 manat pulu ona vermişdir. Beləliklə o, Əzizdən ümumilikdə 13900 manat pul almış və həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, heç kəsin işini düzəltməmiş və heç kəsə pul verməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Bundan başqa, dəymiş ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu Şirinbəyli kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, aralarında heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2023-cü ilin mart ayında Bakı şəhərində usta kimi işləyən zaman İmişli rayonuna getməyi üçün Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi adlanan yerə gedib taksi gözləmiş, həmin vaxt əvvəldən tanıdığı Təqsirləndirilən şəxs da, yaşadığı rayona getməsi üçün taksi gözlədiyini görüb ona yaxınlaşmışdır. Birlikdə çay içmək üçün dayandıqları yerin yaxınlığında olan kafeyə gedib orada olan masaların ətrafında əyləşmişlər. Təqsirləndirilən şəxsla söhbət zamanı ondan harada işlədiyini soruşmuş, Süleyman da, cavabında Bakı şəhəri X12 işlədiyini bildirmişdir. Süleymanın X12 işlədiyini bildikdən sonra aldığı pensiyanın kəsildiyini deyib köməklik etməsini bildirmişdir. Süleyman da onun pensiya məsələsini danışdıqdan sonra xəbər edəcəyini deyib mobil nömrəsini almışdır. Bundan sonra Süleymanla sağollaşıb taksiyə minib yaşadığı İmişli rayonuna getmişdir. 2023-cü ilin aprel ayının 18-də Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng edib pensiya işini danışdığını demiş və İmişli rayon xəstəxanasında göndəriş alıb Bakı şəhərinə gəlməyini bildirmişdir. O da İmişli RMX-dan göndəriş alıb 2023cü ilin aprel ayının 19-da Bakı şəhərinə getmişdir. Orada Süleymanla görüşüb birlikdə Bakı şəhərində yerləşən X3 İnstitutuna getmişlər. Xəstəxanada onu müayinə etmişlər. Uzun müddətdir ki, qeyd etdiyi xəstəxanada qeydiyyatda olduğu üçün müayinədən sonra Süleyman onun xəstəliyi ilə bağlı ambulator kitabçadan çıxarış alıb ona vermişdir. Bundan sonra Süleyman sənəd işlərinin həll edilməsi üçün 650 manat pul lazım olduğunu demişdir. O da 19 aprel 2023-cü il tarixdə Elmi X8 İnstitutunun inzibati binasında özündə olan puldan 650 manat pulu sayıb Süleymana vermişdir. Bundan bir neçə gün sonra Süleyman ona sənəd işlərinə görə əlavə olaraq 250 manat pul lazım olduğunu da bildirmiş, o da razılaşmış və 25 aprel 2023-cü il tarixdə 250 manat pulu Elmi X8 İnstitutunun inzibati binasında Süleymana vermişdir. Bundan sonra Süleymanla sağollaşıb yaşadığı rayona qayıtmışdır. Onun pensiya işinin bərpa olunacağını bilən qardaşı Sədulla Xuduyev pensiyası kəsilmiş qızı Gülnar Xuduyevanın da pensiyasının bərpa olunmasına köməklik etməsini xahiş etmişdir. Buna görə Təqsirləndirilən şəxs zəng edib qardaşı qızı Gülnarın kəsilmiş pensiyasının bərpa olunmasına kömək etməsini xahiş etmişdir. Süleyman ondan Gülnara aid xəstəxanadan verilmiş anket sənədlərini istəmiş və sənədləri Bakı şəhəri 20 Yanvar dairəsinə gətirməsini bildirmişdir. O da Süleymanla telefon danışığının səhərisi günü Bakı şəhərinə getmişdir. 20 Yanvar dairəsi adlanan yerdə Süleymanla görüşüb qardaşı qızı Gülnara aid sənədləri vermişdir. Süleyman ona sənədləri yoxlatdırıb Gülnarın pensiya işinin bərpa olunub-olmayacağı barədə söz deyəcəyini bildirmişdir. O da Süleymanla sağollaşıb İmişli rayonuna geri qayıtmışdır. Təxminən bir həftə sonra Süleyman ona zəng edib Gülnarın pensiya işinin alınacağını deyib bu işin 3500 manata başa gələcəyini bildirmişdir. X18 atasının 1500 manat pulu olduğunu, qalan pulu isə pensiya işinin düzəlməsindən sonra verəcəyini bildirmişdir. Beləliklə, onlar razılaşmış və 12 may 2023-cü il tarixdə İmişli rayonu Qulubəyli kəndində qardaşı X5 pensiya işinə görə 1500 manat pul almış və həmin pulu Süleymana vermək üçün 13 may 2023-cü il tarixdə Saatlı şəhərində yerləşən mərkəzi bazarın qarşısında Süleymanla görüşüb 1500 manat pulu vermişdir. 2023-cü ilin iyun ayında həmkəndlisi Şahid Zöhrab oğlu ilə yaşadığı kənd ərazisində yerləşən çayxanada oturub çay içib söhbət edən zaman Məhəbbətlə pensiya işi barəsində danışmışdır. Məhəbbət ona əmisi oğlu Zərərçəkmiş şəxs2 pensiyasının kəsildiyini deyib tanışı olarsa kömək etməsini bildirmişdir. O da Raviyə Saatlı rayonunda yaşayan Süleyman adlı tanışı ilə danışıb bu barədə məlumat verəcəyini bildirmişdir. Məhəbbətlə görüşməsindən bir müddət sonra Bakı şəhərinə gedən zaman orada Süleymanla zəngləşib, 20 Yanvar dairəsi adlanan yerdə görüşmüşdür. Süleymanla görüş zaman Zərərçəkmiş şəxs2 adlı tanışının pensiya işinin bərpa olunması üçün kömək etməsini bildirmişdir. Süleyman da Ravinin sənədlərini istəmişdir. Bakı şəhərindən yaşadığı kəndə qayıtdıqdan sonra Məhəbbətə zəng edib əmisi oğlunun xəstəliyi ilə bağlı anket məlumatlarını gətirməsini bildirmişdir. Məhəbbət də dediyi sənədləri görüşən zamanı ona vermişdir. Sonradan həmin sənədləri Bakı şəhərinə aparıb Süleymana vermişdir. Süleyman da bir həftədən sonra ona zəng edib Ravinin işinin alınacağını və pensiya işinin 3500 manata həll olunacağını demişdir. Ravinin 2500 manat pul verəcəyini, qalan pulu isə pensiya işi düzəldikdən sonra verəcəyini bildirmişdir. Süleyman da onunla razılaşmışdır. 2023-cü ilin iyun ayının ortalarında Süleyman onun mobil nömrəsinə zəng edib Saatlı şəhəri mərkəzi bazarının qarşısına gəldiyini deyib pulu ora gətirməyini xahiş etmişdir. O da bu barədə Məhəbbətə bildirmiş, Məhəbbət və Ravi ilə birlikdə Süleymanla danışdıqları kimi əvvəlcə 1500 manat pulu aparıb Saatlı şəhəri mərkəzi bazarın qarşısında Məhəbbət və Ravinin yanında Süleymana vermişdir. Bu zaman Süleyman bildirmişdir ki, 1500 manat pulu X12 işləyən Aqşinə verəcək və iş başlayacaq, qalan 1000 manat pulu da 10 günə verəcəkləri barədə razılaşmışlar. Beləliklə, 2023-cü ilin iyun ayının axırında Məhəbbət qalan 1000 manat pulu ona vermiş, o da həmin pulu götürüb Saatlı şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında Süleymanla görüşüb vermişdir. Bundan başqa, 2023-cü ilin avqust ayında həmkəndlisi Zərərçəkmiş şəxs4 onunla kənd ərazisində görüşüb söhbət edən zaman arvadı X1 pensiyasının bərpa etdirmək istədiyini və bununla bağlı tanışının olub-olmadığını soruşmuşdur. O d, bu cür işləri görən şəxsi tanıdığını və həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman İsmət ona Süleymanla danışmağını və arvadı Məryəmin pensiya işini düzəltməyi, xərcinin nə olduğunu soruşmağını bildirmişdir. O da Süleymanla əlaqə saxlamış və məsələni demişdir. Süleyman da bir müddət sonra ona zəng edərək Məryəmin kəsilmiş pensiyasını bərpa etdirmək üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. Beləliklə, 2023-cü ilin avqust ayının ortalarında İmişli rayonu Qulubəyli kəndində İsmətin yaşadığı evin qarşısında 3500 manat pulu almış və pulu aldığı günün səhəri günü Süleymanla danışıb Saatlı rayonu mərkəzi bazarının qarşısında 3500 manat pulu Süleymana vermişdir. Bundan sonra İsmət ona azyaşlı oğlu Nuru Abdullazadənin astma-bronxit xəstəsi olduğuna görə pensiya düzəldilməsi üçün Süleymanla danışmağını xahiş etmişdir. O da bu barədə Süleymana demişdir. Bir müddət sonra Süleyman ona zəng edərək İsmətin azyaşlı oğlu Nuru Abdullazadə üçün pensiya düzəltməyə görə 4000 manat pul lazım olduğunu bildirmişdir. Beləliklə, onlar razılaşmış və 2023-cü ilin noyabr ayının axırında İmişli rayonu Qulubəyli kəndində İsmətin yaşadığı evin qarşısında 4000 manat pulu almış və pulu aldığı günün səhəri günü Süleymanla danışıb Saatlı rayonu mərkəzi bazarının qarşısında 4000 manat pulu Süleymana vermişdir. Bundan başqa 2023-cü ilin dekabr ayında Qulubəyli kəndində qardaşı Sədulla ilə söhbət edən zaman Sədulla ona bacısı X6 qaraciyər xəstəliyinin olduğunu və penisya düzəltmək üçün Süleymanla danışmağını xahiş etmişdir. O da həmin zaman Süleymanla əlaqə saxlamış və məsələni demişdir. Süleyman bir müddət sonra ona zəng edərək Aynurə üçün pensiya düzəltməyin mümkün olduğunu, bu iş üçün isə 1500 manat pul lazım olduğunu bildirmişdir. Beləliklə, o 2023-cü ilin dekabr ayının ortalarında İmişli rayonu Qulubəyli kəndində qardaşı Sədullanın yaşadığı evin qarşısında 1500 manat pulu almış və pulu aldığı günün səhərisi Süleymanla danışıb Saatlı rayonu mərkəzi bazarının qarşısında 1500 manat pulu Süleymana vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs özünün və adını qeyd etdiyi şəxslərə görə ümumilikdə 13900 manat pul vermişdir. Lakin pensiyalar düzəldilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu 10 nömrəli tam orta məktəbində informatika müəllimi işləyir. Saatlı rayonu Şirinbəyli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi yoxdur. Həyat yoldaşı X14 böyrək xəstəsi olduğu üçün 2010-cu ildən xəstəlikə bağlı pensiya çıxmışdır. O, 200 manat pensiya almışdır. Lakin 2020-ci ildə aparılan tibbi komissiyada təkrar müayinədən keçərkən tibbi müalicəyə ehtiyacı olması barədə rəy verilmişdir. Həyat yoldaşı Ülviyyəyə müalicə yazıldığı üçün pensiyası kəsilmişdir. Həmin vaxtdan Ülviyyənin pensiyasının bərpa olunması üçün tanışlarına köməklik göstərilməsini xahiş etmişdir. 2022-ci ilin oktyabr ayında Cəbrayıl rayon sakinləri üçün salınmış 3 saylı məcbur köçkünlər qəsəbəsində yerləşən xəstəxananın baş həkimi X15 yanında olan zaman həyat yoldaşı Ülviyyənin kəsilmiş pensiyasının bərpa olunması üçün köməklik etməsini xahiş etmişdir. Anar da, bu sahədə həmin vaxt xəstəxanaya xəstə gətirmiş və adını sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi yanına çağırmışdır. Süleyman da Anarın yanına gələn zaman Anar onu Süleymanla tanış edib, Süleymanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışının olmasını deyib bu sahədə köməklik edə biləcəyini demişdir. Süleyman da, ona necə lazımdırsa kömək edə biləcəyini demişdir. Sonra Süleymanla birlikdə Anardan ayrılıb xəstəxanın kənarında Süleymana həyat yoldaşının kəsilmiş pensiyasının bərpa olunması üçün köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Süleyman da ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mətanət adlı tanışının olduğunu deyib köməklik edə biləcəyini bildirmişdir. Söhbət əsnasında Süleyman ona pensiyanın bərpa məsələsinin Mətanət adlı tanışı ilə danışdıqdan sonra xəbər edəcəyini demişdir. Nahar vaxtı olduğu üçün Süleymanla birlikdə nahar etmişlər. Söhbət zamanı Süleymandan pensiyanın bərpa olunmasının neçəyə başa gələcəyini soruşmuşdur. Süleyman da pensiya məsələsinin 6400 manata başa gələ biləcəyini demişdir. O da pensiya məsələsinin alınması üçün Süleymanın dediyi məbləğlə razılaşmışdır. Süleyman təxminən üç gün sonra ona zəng edib pensiya məsələsini danışdığını demişdir. Süleyman ona demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ona Mətanət adlı qadın zəng edəcək suallarını cavablandırmalıdır. Süleymanın telefon zəngindən sonra nömrəsi qeydə alınmamış zəngə cavab verən zaman bir nəfər qadının onun adını və soyadını soruşmuşdur. O da zəng edən şəxsə soruşduğu ad və soyadlı şəxsin özü olduğunu dedikdən sonra, həmin şəxs ona nömrəsini Süleymanın verdiyini deyib ondan pensiya məsələsinin nə səbəbə kəsilməsinin və yoldaşının hansı xəstəliyinin olmasını soruşmuşdur. O da səbəbləri zəng edən şəxsə izah etdikdən sonra kömək edəcəyini deyib telefonu söndürmüşdür. Tanımadığı qadının zənginin səhərisi gün Təqsirləndirilən şəxs ona zəng edib pensiya məsələsinin alındığını deyib və onunla danışdıqları 6400 manat pulu Bakı şəhərinə göndərməsini bildirmişdir. O da, Süleymana istədiyi pulu əmisi X7 göndərəcəyini və pulu Xəyyamdan götürməsini bildirmişdir. Səhərisi gün 6400 manat pulu Bakı şəhərinə gedən taksi sürücüsü vasitəsi ilə əmisi Xəyyama göndərmişdir. Pul əmisi Xəyyama çatdıqdan sonra zəng edib Süleymanın mobil nömrəsini vermiş, 6400 manat pulu Süleymana verən zaman səsini yazmasını tapşırmışdır. Səhəri gün əmisi Xəyyam Süleymanla görüşüb 6400 manat ona verən zaman pulu Süleymana saydırıb və səsini yazmışdır. Həmin 6400 manat pulu 2022-ci ilin oktyabr ayının axırlarında əmisi X21 rayonu, 20 yanvar dairəsi yaxınlığında Ailə Sağlamlıq Mərkəzinin qarşısında görüşərək Süleymana vermişdir. Lakin pensiya düzəldilməmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman arvadı X1 pensiyasının bərpa etdirmək istədiyini və bununla bağlı tanışının olub-olmadığını soruşmuşdur. Əziz də, bu cür işləri görən şəxsi tanıdığını və həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman Əzizə Süleymanla danışmağını və arvadı Məryəmin pensiya işini düzəltməyinin xərcinin nə olduğunu soruşmağını bildirmişdir. Əziz də Süleymanla əlaqə saxlamış və məsələni demişdir. Əziz bir müddət sonra ona zəng edərək Məryəmin kəsilmiş pensiyasını bərpa etdirmək üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. Beləliklə, Məryəmin pensiya işinə görə 2023-cü ilin avqust ayının ortalarında İmişli rayonu Qulubəyli kəndində yaşadığı evin qarşısında Əzizə 3500 manat pul vermişdir. Əziz də Süleymanla danışıb pulu Süleymana vermişdir. Bundan sonra azyaşlı oğlu Nuru Abdullazadənin astmabronxit xəstəsi olduğuna görə pensiya düzəltdirmək istəmiş və bu fikrini də Əzizə demişdir. Düşünmüşdür ki, arvadı Məryəmin pensiya işi düzələrkən, elə oğlu Nurunun da pensiya işini düzəltsin. Bu məqsədlə Əzizdən oğlu Nuruya pensiya düzəltdirmək barədə Süleymanla danışmağını xahiş etmişdir. Əziz də bu barədə Süleymanla danışmış və bir müddət sonra ona zəng edərək azyaşlı oğlu Nuru Abdullazadənin pensiya işini düzəltmək üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Beləliklə, onlar razılaşmış və 2023-cü ilin noyabr ayının axırında İmişli rayonu Qulubəyli kəndində yaşadığı evin qarşısında Əzizə 4000 manat pul vermişdir. O da pulu Süleymanla danışıb Saatlı rayonunda Süleymana vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq nə arvadının, nə də oğlunun pensiya işi düzəlmiş və artıq aldadıldığını başa düşmüşdür. Əzizdən pulunu tələb etmiş, Əziz də ona pulun Süleymanda olduğunu və ən qısa zamanda geri qaytaracağını bildirmişdir. Süleyman ona ümumilikdə 7500 manat maddi ziyan vurmuşdur. Lakin pensiya düzəldilməmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən dövlətdən xəstəliyinə görə təxminən 10 ildən yuxarıdır ki, pensiya almışdır. Təxminən 2-3 ildir ki, pensiyası kəsilib və dövlətdən pensiya almır. 2023-cü ilin aprel ayında əmisioğlu Şahid ilə birlikdə kənd ərazisində olarkən Məhəbbətə pensiyasının kəsildiyini və maddi vəziyyətinin çətin olduğunu bildirmişdir. Buna görə də kəsilmiş pensiyasını bərpa etdirmək üçün hər hansısa bir tanışının olub-olmadığını soruşmuşdur. Məhəbbət də ona bu barədə maraqlanacağını bildirmişdir. Təxminən 2023-cü ilin may ayında Məhəbbət həmkəndlisi Əzizlə kənd ərazisində görüşüb çay içərkən söhbət zamanı onun pensiyasının kəsildiyini və pensiyanı bərpa etdirmək istədiyini, lakin tanışının olmadığını, əgər Əzizin tanışı varsa bu barədə danışmasını xahiş etmişdir. Əziz də, cavabında Məhəbbətə pensiya işinin düzəldilməsinə görə tanışının olduğunu və danışıb söz deyəcəyini bildirmişdir. Beləliklə, onlar razılaşmış və Əziz istifadəsində olan mobil nömrə ilə adını sonradan öyrəndiyi Süleymanla danışmış və bir müddət sonra Məhəbbətə pensiya işinin düzələ biləcəyini bildirmişdir. Daha sonra Məhəbbət bunu ona bildirmişdir. Əziz Süleyman adlı şəxslə danışdığını və Süleymanın pensiya işinə görə 2500 manat pul istədiyini demişdir. Məhəbbət bu barədə ona demiş və o da razılaşmışdır. Beləliklə əvvəlcə 1500 manat pul düzəltmiş və saxlaması üçün Məhəbbətə vermişdir. Birlikdə xx.xx.2023-cü il tarixdə Əzizlə görüşmüş və birlikdə Saatlı şəhərində yerləşən mərkəzi bazara getmişlər. Orada o, Əziz və Məhəbbət Süleymanla görüşmüşlər. Həmin vaxt Əziz ondan pulu istəmiş və Məhəbbətə pulu verməsini bildirmişdir. Məhəbbət cibindən verdiyi 1500 manat pulu çıxarmış və Əzizə vermişdir. Əziz də həmin pulu sayıb Süleymana vermişdir. Süleyman da pulu götürdükdən sonra pulun qalan 1000 manatını da düzəltməyini və pensiya işinin düzələcəyini bildirmişdir. Onlar razılaşmış və oradan uzaqlaşmışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə qalan 1000 manat pulu Əzizə vermiş, Əziz də həmin pulu həmin gün Süleymana vermişdir. Əziz bildirmişdir ki, pensiya işi 2 ay ərzində düzələcəkdir və buna görə də ondan xəstəliyi ilə bağlı anket məlumatlarını gətirməsini bildirmişdir. O da anket sənədlərini Əzizə vermişdir. Lakin pensiya düzəldilməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qızı Gülnar Xudiyeva bel və boyun nahiyəsinin əyriliyinə görə əməliyyat olunub və buna görə də 2016cı ildən etibarən hər ay 200 manat pensiya almışdır. Dövlət tərəfindən qızı Gülnara 2019-cu ilədək pensiya verilmiş, lakin 2019-cu il tarixdə qızına verilən pensiya kəsilmişdir. Bunu öyrəndikdən sonra qızının kəsilmiş penisyasını bərpa etdirmək üçün adam axtarmışdır. O bu barədə kənd ərazisində olan zaman qardaşı Əziz Xudiyevə bildirmiş və Əziz də ona bir nəfər tanış şəxsin olduğunu demişdir. Daha sonra Əziz mobil telefonla Süleymanla danışmış və Süleyman Əzizə demişdir ki, Gülnara aid xəstəxanadan verilmiş anket sənədlərini versin. O da həmin sənədləri evdən götürüb Əzizə vermişdir. Bir müddət keçdikdən sonra Əziz ona Süleymanla danışdığını və Süleymanın 3500 manat pul istədiyini bildirmişdir. O qeyd edilən pula gücü çatmadığını və 1500 manat pulunun olduğunu demişdir. Əziz ona Süleymanla danışıb ona xəbər edəcəyini demişdir. Beləliklə, Əziz Süleymanla danışdığını və pulu 1500 manata saldığını demişdir. Onlar razılaşmış və 12 may 2023-cü il tarixdə İmişli rayonu Qulubəyli kəndində yaşadığı evdə 1500 manat pulu qardaşı Əzizə vermişdir. Əziz də deməsinə görə həmin pulu 13 may 2023-cü il tarixdə Saatlı şəhərində yerləşən mərkəzi bazarın qarşısında Süleymana vermişdir. Hər dəfəsində qızının pensiya işinin gecikdiyini dedikdə, qardaşı Əziz pensiya işində olan adamların sayının çox olduğunu və növbə olduğu üçün hələ Gülnarın sənədlərinə növbə çatmadığını, lakin növbə çatan kimi işin düzəlcəyini bildirmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayında Qulubəyli kəndində qardaşı Əziz ilə söhbət edən zaman bacısı Aynurə Xuduyevanın qaraciyər xəstəliyinin olduğunu və ona da pensiya düzəltmək üçün Süleymanla danışmağını xahiş etmişdir. Əziz də həmin zaman Süleymanla əlaqə saxlamış və məsələni demişdir. Süleyman da, bir müddət sonra Əzizə zəng edərək Aynurə üçün pensiya düzəltməyin mümkün olduğunu, bu iş üçün isə 1500 manat pul lazım olduğunu bildirmişdir. Beləliklə, 2023-cü ilin dekabr ayının ortalarında İmişli rayonu Qulubəyli kəndində yaşadığı evin qarşısında Əzizə 1500 manat pul vermişdir. Əziz də deməsinə görə səhəri gün Süleymanla danışıb Saatlı rayonu mərkəzi bazarının qarşısında 1500 manat pulu Süleymana vermişdir. Beləliklə Əzizə ümumilikdə 3000 manat pul vermişdir. Lakin pensiya düzəldilməmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Birinci Qarabağ döyüşlərində iştirak etmiş və həmin dövrdə yaxınlığında tankın top mərmisinin partlaması nəticəsində xəsarət almışdır. 2016-cı ildən 2021-ci ilin may ayının 14-nə qədər İİ qrup Qarabağ əlili kimi təqaüd almışdır. 2021-ci ilin may ayının 14-dən etibarən əlilliyə görə aldığı müavinat dayandırılmışdır. 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhəri Yasamal rayonunda yerləşən “Məhsul” adlanan kafenin qarşısında Təqsirləndirilən şəxs Əbülfət oğlu ilə tanış olmuşdur. Söhbət əsnasında X17 müharibəsi əlili olduğunu, bununla bağlı aldığı təqaüdün dayandırıldığını və vəziyyətinin çətin olduğunu demişdir. Bu zaman Süleyman ona əlillik müavinətini bərpa etdirə biləcəyini bildirmişdir. Bu iş üçün Süleyman ondan 5500 manat pul istəmişdir. Həmin vaxt üzərində 5000 manat pul olmuşdur. Əvvəllər Süleymanı bir neçə dəfə ƏƏSMN-nin əllillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı həkim komissiyasının yerləşdiyi binanın qarşısında görmüşdür. Həmin vaxt qazi dostları ona bildirmişdirlər ki, guya Süleyman həmin komissiyada işləyir və əlillik dərəcəsinin bərpa edilməsində kömək edə bilir. Sonradan bilmişdir ki, Süleyman həmin qazi yoldaşlarını aldadaraq özünün guya ki, həmin idarədə işlədiyini demişdir. 2023-cü ilin iyun ayının ortalarında Süleymanla görüşüb çay içən zaman Süleyman ona ƏƏSMN-də işlədiyini bildirdikdə inanmış və həmin tarixdə «Məhsul» adlanan kafenin qarşısında Süleymana 5000 manat pul vermişdir. Həmin zaman yanlarında başqa şəxslər olmamışdır. Bundan sonra Süleyman pulun qalananı istədikdə üzərində 5000 manat pul olduğunu qalan 500 manatı da, kart hesabına göndərə biləcəyini demişdir. Süleyman ona bank kartı hesabının nömrəsini vermişdir. O da, həmin vaxt Bakı şəhərində yaşayan qızı X16 evinə getmiş və Süleymanın kart nömrəsini qızına verərək bildirmişdir ki, həmin hesaba 500 manat pul göndərsin. Həmin vaxt cibindən 500 manat pul çıxarmış və qızına vermişdir. Sonra isə qızından xahiş etmişdir ki, həmin pulu onlayn qaydada Süleymanın verdiyi kart hesabına göndərsin. Qızı da 500 manat pulu ondan almış və Milliön aparatı vasitəsilə həmin pulu Süleymanın dediyi kart hesabına göndərdikdən sonra bu barədə ona bildirmişdir.O da həmin vaxt Süleymana zəng vuraraq 500 manat pulun çatıb-çatmadığını soruşmuşdur. Süleyman 500 manat pulu da aldığını demişdir. Beləliklə, Süleymana ümumilikdə 5500 manat pul vermişdir. Lakin həmin vaxtdan bir ay keçdikdən sonra Süleyman müxtəlif bəhanələr gətirərək işi düzəltməkdən və pulu ona qaytarmaqdan yayınmış və bir aydan sonra isə ümumiyyətlə telefonları söndürərək zənglərinə cavab verməmişdir. Lakin pensiya düzəldilməmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, əmisioğlu Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən Ravi dövlətdən xəstəliyinə görə pensiya almışdır Təxminən 2-3 ildir ki, Ravinin pensiyası kəsilib və pesniya almır. 2023-cü ilin aprel ayında Ravi ilə birlikdə kənd ərazisində olarkən pensiyasının kəsildiyini və maddi vəziyyətinin də çətin olduğunu bildirmişdir. Buna görə də kəsilmiş pensiyasını bərpa etdirmək üçün hər hansısa bir tanışının olub-olmadığını soruşmuşdur. O d, Raviyə bu barədə maraqlanacağını bildirmişdir. Təxminən 2023-cü ilin may ayında həmkəndlisi Əzizlə kənd ərazisində görüşüb çay içərkən söhbət zamanı əmisioğlu Ravinin pensiyasının kəsildiyini və pensiyanı bərpa etdirmək istədiyini, lakin tanışlarının olmadığını, əgər tanışı varsa bu barədə danışmasını Əzizdən xahiş etmişdir. Əziz də cavabında ona pensiya işinin düzəldilməsinə görə tanışının olduğunu və danışılıb ona söz deyəcəyini bildirmişdir. Beləliklə, onlar razılaşmış və Əziz istifadəsində olan mobil nömrə ilə Süleymanla danışmış və bir müddət sonra ona pensiya işinin düzələ biləcəyini bildirmişdir. Daha sonra Əziz bu işə görə 2500 manat pul lazım olduğunu bildirmişdir. O bu barədə Raviyə demiş və Ravi də razılaşmışdır. Beləliklə əvvəlcə Ravi 1500 manat pul düzəltmiş və xx.xx.2023-cü il tarixdə Əzizlə görüşmüş və birlikdə Saatlı şəhərində yerləşən mərkəzi bazara getmişlər. Orada Ravi, Əziz və o Süleymanla görüşmüşlər. Həmin vaxt Əziz ondan pulu istəmiş və cibindən Ravinin ona verdiyi 1500 manat pulu çıxarmış və Əzizə vermişdir. Əziz də həmin pulu sayıb Süleymana vermişdir. Süleyman da pulu götürdükdən sonra pulun qalan 1000 manatını da düzəltməsini və pensiya işinin düzələcəyini bildirmişdir. Onlar razılaşmış və oradan uzaqlaşmışlar. Bundan sonra xx.xx.2023-cü il tarixdə Ravi qalan 1000 manat pulu Əzizə vermiş, Əziz də həmin pulu həmin gün Süleymana vermişdir. Əziz bildirmişdir ki, pensiya işi iki ay ərzində düzələcəkdir və buna görə də Ravidən xəstəliyi ilə bağlı anket məlumatlarını gətirməsini bildirmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(055)-36/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfə Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəza çəkməklə məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq olunan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi vardır. Onun əməli düzgün tövsif olunmuşdur. Lakin təqsirləndirilən şəxsin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İşdə olan zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmiş, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 6450 manat pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Odur ki, yuxarıda qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İşdə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 344-347, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-9/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-9/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver