Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-93/2025 15.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Saatlı rayonu, Kirovkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Mircəlalkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, Saatlı rayonu Mircəlalkənd kəndində 2025-ci ilin aprel ayının əvvəlində yaşadığı evin həyətyanı sahəsindəki bağ sahəsində olan su kanalının yaxınlığında qanunsuz olaraq torpağa əkmiş, 19 iyun 2025-ci il tarixədək müddət ərzində əkdiyi 3 ədəd toxumdan cücərmiş çətənə (kannabis) bitkilərini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, xx.xx.2025ci il tarixdə həmin 3 ədəd bitkilərin hissələrindən toplayıb qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 14,62 qram ümumi təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb əldə edərək 1 ədəd polietilen torbada qablaşdırıb qanunsuz olaraq yaşadığı evin həyətindəki bağ sahəsində dəmir boruların altında saxlamış, 19 iyun 2025-ci il tarixdə saat 13:50 radələrində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb, əldə edərək saxladığı xeyli miqdarda 14,62 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, el arasında “nəşə” kimi adlanan narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin yanvarfevral aylarında yaşadığı kəndin küçəsində piyada gəzişərkən yol qırağından yerdən kibrit qutusu tapmışdır. Həmin kibrit qutusunu götürüb içinə baxdıqda içərisində 03 ədəd çətənə toxumu olduğunu görmüşdür. O, özü narkotik vasitə qurudulmuş marixuanadan istidadə etdiyi üçün həmin toxumların çətənə toxumları olduğunu bilmiş və həmin toxumları gələcəkdə əkərək istifadə etməyi üçün götürüb evinin zirzəmisində saxlamışdır. 2025-ci ilin aprel ayının əvvəllərində həmin qeyd etdiyi 3 ədəd çətənə toxumunu əkmək qərarına gəlib Saatlı rayonu, Mircəlalkənd kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsində olan su kanalının yuxarı hissəsində su tutmayan yerdə 2 metrlik yer düzəldib həmin toxumları oraya əkmişdir. Əkdiyi 3 ədəd toxumun hamısı cücərmiş və o, mütəmadi olaraq onları suvarıb diblərini yumşaldaraq onlara qulluq etmişdir. xx.xx.2025-ci il tarixdə həmin əkibbecərdiyi və qulluq etdiyi çətənə bitkilərinin yarpaqlarından yığıb həmin bağ sahəsindəki damın yaxınlığında olan dəmir boruların alt hissəsində 01 ədəd sellofan torbaya yığıb qurudaraq özü istifadə etməyi üçün saxlamışdır. Əkdiyi çətənə bitkiləri 19 iyun 2025-ci il tarixədək təxminən 0,5-1 metr boy atmışdır. 19 iyun 2025-ci il tarixdə təxminən saat 13:50 radələrində həyətdə olarkən evin qarşısına gələn polis əməkdaşları onu küçəyə səsləyərək çağırıb, narkotik vasitə saxlamağı, həyətində narkotik tərkibli bitkiləri əkməyi barədə məlumatlarının olduğunu, bununla bağlı baxış keçirəcəklərini bildirdikdə o, buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları aqronomun iştirakı və videoçəkilişlə həyətinə baxış keçirərkən girişdən sol tərəfdə yerləşən bağ sahəsinin içərisində olan su kanalının içərisində torpağa 3 ədəd əkib-yetişdirdiyi çətənə bitkilərini aşkar etmişlər. O, səmimi olaraq baxışda iştirak edən bütün şəxslərin yanında 3 ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu və öz istifadəsi üçün özünün əkibyetişdirdiyini etiraf etmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 3 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu və becərilmə işləri aparıldığını qeyd etmişdir. Həmin 3 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmışdır. Həmin vaxt polis əməkdaşları çətənə bitkisinin yarpaqlarını yığıb-yığmadığını soruşduqda o da polis əməkdaşlarının yaşadığı evin həyətinə baxış keçirdiklərindən onlardan həmin vaxt həmin bağ sahəsində olan dəmir boruların alt hissəsində saxladığı sellofan torbada olan qurudulmuş marixuananı saxlamağının mənasız olduğunu düşünüb həmin sellofan torbakı qurudulmuş marixuananı da həmin yerdən götürüb polis əməkdaşlarına təqdim etmiş və səmimi olaraq torbadakı kütlənin marixuana olduğunu, öz istifadəsi üçün saxladığını və həmin marixuananı yaşadığı evin bağ sahəsində əkib-becərdiyi çətənə bitkilərindən əldə etdiyini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evin bağ sahəsindəki dəmir boruların alt hissəsindən aşkar edilmiş marixuana sellofan torba ilə 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və üzərində o da daxil olmaqla bütün iştirakçılar imza etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 3 ədəd çətənə bitkisi də 1 ədəd sintetik torbada qablaşdırılıb götürülmüşdür. O, polis əməkdaşları kimi həyətindən aşkar edilmiş çətənə bitkilərinin qablaşdırıldığı sintetik torbanın üzərində imza etmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o, protokolda imza etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur, törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Saatlı RPŞ-nin PXB-nin manqa komandiri, polis baş serjantı vəzifəsində işləyir, 19 iyun 2025-ci il tarixdə Saatlı rayonu, Mircəlalkənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilib-yetişdirməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə Saatlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Saatlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom Tural İbrəhimlinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkilibyetişdirməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində olan su kanalının yaxınlığında ümumilikdə 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri aşkar etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 3 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Həmin 3 ədəd bitkilər əkildikləri yerdən çıxarılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs çətənə bitkisinin yarpaqlarını yığıb-yığmadığını soruşduqda Təqsirləndirilən şəxs həmin bağ sahəsində olan dəmir boruların alt hissəsində saxladığı sellofan torbada olan qurudulmuş marixuananı həmin yerdən götürüb təqdim etmiş və səmimi olaraq sellofan torbadakı kütlənin marixuana olduğunu, öz istifadəsi üçün saxladığını və həmin marixuananı yaşadığı evin bağ sahəsində əkib-becərdiyi çətənə bitkilərindən əldə etdiyini etiraf etmişdir. Həmin sellofan torba açılıb içərisinə baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə olduğu 01 ədəd sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 19,35 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş və üzərində Təqsirləndirilən şəxs da daxil olmaqla bütün iştirakçılar imza etmişlər. Bundan sonra həmin 3 ədəd çətənə bitkisi də 01 ədəd sintetik torbada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs da digər iştirakçılar kimi həyətindən aşkar edilmiş çətənə bitkilərinin qablaşdırıldığı sintetik torbanın üzərində imza etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində olan su kanalının yaxınlığından aşkar edilmiş həmin 3 ədəd çətənə bitkilərinə oxşar bitkilərdən və həmin bağ sahəsində olan dəmir boruların alt hissəsində saxladığı sellofan torbada olan qurudulmuş marixuanaya oxşar kütlədən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Sonda baxışın keçirilməsi barədə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, baxışda iştirak edən digər şəxslər kimi imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsə də, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan Baxış keçirilməsi haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu, Mircəlalkənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı bağ sahəsində olan su kanalının yaxınlığında qanunsuz əkib yetişdirdiyi 3 ədəd çətənə bitkisi və həmin bitkilərin hissələrindən toplayıb həmin bağ sahəsində olan dəmir boruların alt hissəsində qanunsuz saxladığı 01 ədəd polietilen bükümdə olmaqla ümumilikdə 14,62 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 20 iyun 2025-ci il tarixli 18/484 nömrəli rəyində göstərilmişdir ki: 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən... 3 ədəd çətənəyə bənzər...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 03 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-390,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom rəyinə əsasən təqdim olunmuş 03 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 14,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş çətənə bitkiləri və qurudulmuş marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. İşdə olan məhkəmə-narkoloji ekspertin 24 iyul 2025-ci il tarixli 4446 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-65/2-441/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin narkoloji, psixonevroloji kabinetlərində, eləcə də digər xəstəliklərlə bağlı dispanser qeydiyyatda yoxdur. İşdə olan “Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2” xx.xx.2025-ci il tarixli, 3-17-1/2-152584/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs filialdan əlilliyə görə heç bir növ sosial müavinət, Prezident təqaüdü və əmək pensiyası təyin edilməyib. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi və həmin bitkilərin hissələrindən satış məqsədi olmadan toplayıb qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək saxlaması məhkəmə iclasında tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultuvasiya etmə ( əkmə, yetişdirmə və ya (onların hissələrini) toplamağa görə cinayət məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununa əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin miqdarı 3-15 ədəd olduqda xeyli miqdar başa düşülür. Həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qramdır. Azərbaycan Respublikası Konstitusiyanın 130-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2021-ci il tarixli qərarında göstərilir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdən 21 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 14,52 qram qalan narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 237.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdən 21 iyun 2025-ci il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 14,52 qram qalan narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-93/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-93/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver