Məhkəmə qərarları › İş №1(055)-96/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-96/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-96/2025 05.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 iyul 1998-ci ildə Saatlı rayonu Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işsiz, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirimiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdə saat 13 radələrində Saatlı rayon Qara Nuru kəndində yaşadığı evin yaxınlığından keçən avtomobil yolunun kənarında Saatlı rayonu Şirinbəyli kənd sakini Zərərçəkmiş şəxs onun atası Şahid1 ilə Bakı şəhərində onun və qardaşı Şahid2, Zərərçəkmiş şəxs oğlu Nurəli Nəçimov ilə birlikdə işlədikləri müddətdə Nurəli Nəçimova verilməli olan zəhmət haqqının verilməməsi ilə əlaqədar, şəxsi münasibətlər zəminində mübahisə etdiyini görüb, onlara yaxınlaşmış və eyni səbəbdən özünün də Zərərçəkmiş şəxsla etdiyi mübahisə zamanı qəsdən yumruqla sonuncunun ağız nahiyəsinə vuraraq alt dodaqda qansızma, sol gicgah nahiyəsinə yumruqla vuraraq sol gicgah-alın nahiyəsində qançırlar, sol bazu nahiyəsinə yumruqla vuraraq sol bazunun yuxarı 1/3-də bayır və iç səthdə qançırlar, təpiklə sağ bud nahiyəsinə vuraraq sağ budun orta 1/3-də bayır səthdə qançırdan ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan və qəsdən yumruqla sol qulaq nahiyəsinə vuraraq sol qulağının xarici seyvanının hematomasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 105 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –sol qulağının xarici seyvanının hematoması, alt dodaqda qansızma, sol gicgah-alın nahiyəsində, sol bazunun yuxarı 1/3-də bayır və iç səthində, sağ kürərüstü nahiyədə, sağ budun orta 1/3-də bayır səthdə qançırlar, boynun sol yan səthində sol saidin orta 1/3-də iç səthdə, sağ diz oynağının ön səthində sıyrıqlar küt əşyanın/əşyalarıntəsirindən əmələ gəlməsi, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlməsi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilməsi göstərilmişdir. İşdə olan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1-105A nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol qulağın xarici seyvanının hematoması, alt dodaqda qansızma, sol gicgahalın nahiyəsində,sol bazunun yuxarı 1/3-də bayır və iç səthdə, sağ kürəküstü nahiyədə, sağ budun orta 1/3-dəbayır səthdə qançırlar, boynun sol yan səthində, sol saidin orta 1/3də iç səthdə, sağ dizoynağının ön səthində sıyrıqlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlməmüddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir,ayrı ayrılıqda dərəcəsinə görə sol qulağın xariciseyvanının hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜLzərər vurmaya aid edilir. Digər xəsarətlər-alt dodaqda qansızma, sol gicgah-alın nahiyəsində, solbazunun yuxarı 1/3-də bayır və iç səthdə, sağ kürəküstü nahiyədə, sağ budun orta 1/3-də bayırsəthdə qançırlar, boynun sol yan səthində, sol saidin orta 1/3-də iç səthdə, sağ diz oynağının önsəthində sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyinedilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməldiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimakan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimakan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar