Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-10/2024 06.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı şəhər Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3- 2, 221.3 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 221.3 və 234.2-ci maddələri ilə elan edilmiş ittihama görə, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin mart ayının ortalarında qonşusu ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 məxsus evin həyətyanı sahəsinə hasardan keçib, həyətdəki saxlanc yeri hesab olunan tövləyə pəncərəni açma yolu ilə qanunsuz daxil olub, orada saxlanılan motosikletin ümumilikdə 745 manat dəyərində ehtiyyat hissələrini – hər biri 40 manat olmaqla, 03 ədəd ümumi dəyəri 120 manat olan motosiklet diski; hər biri 35 manat olmaqla, 03 ədəd ümumi dəyəri 105 manat olan motosiklet təkəri; 01 ədəd 60 manat dəyərində “dinamo”, 01 ədəd 80 manat dəyərində difer, hər biri 60 manat olmaqla, 02 ədəd ümumi dəyəri 120 manat olan giliz; hər biri 80 manat olmaqla, 02 ədəd ümumi dəyəri 160 manat olan qalovka; hər biri 3 manat olmaqla, 02 ədəd ümumi dəyəri 6 manat olan krişka; hər biri 3 manat olmaqla, 02 ədəd ümumi dəyəri 6 manat olan palets; hər biri 2 manat olmaqla, 02 ədəd ümumi dəyəri 4 manat olan koltsa bronza; hər biri 25 manat olmaqla, 02 ədəd ümumi dəyəri 50 manat olan karbirator; hər biri 3 manat olmaqla, 02 ədəd ümumi dəyəri 6 manat olan qaz trosu; 01 ədəd 2 manat dəyərində proklatka; 01 ədəd 20 manat dəyərində salnik və hər biri 3 manat olmaqla, 02 ədəd ümumi dəyəri 6 manat olan karbiratorun trosunu söküb oğurlamaqla zərərçəkmiş şəxs Anatoliy Semyonoviçə ümumilikdə 745 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək "xxxx" QSC-nin İnfrastruktur Departamentinə məxsus Saatlı-Becar mənzilinin 106-cı km, piket 2-də yerləşən dövlət əhəmiyyətli rabitə xəttini – 30 metr uzunluğunda "МКПАБ" 7x4 tipli rabitə kabelini əvvəlcədən özü ilə gətirdiyi balta ilə kəsib aparmaqla, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSCyə 756,90 (yeddi yüz əlli altı manat, doxsan qəpik) manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 may 2022-ci il tarixdə saat 23 radələrində tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, "xxxx" QSC-nin İnfrastruktur Departamentinə məxsus Saatlı-Becar mənzilinin 106-cı km, piket 2-də yerləşən dövlət əhəmiyyətli rabitə xəttini – 45 metr uzunluğunda "МКПАБ" 7x4 tipli rabitə kabelini əvvəlcədən özü ilə gətirdiyi balta ilə kəsib aparmaqla, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSCyə 1135.35 (bir min yüz otuz beş manat, otuz beş qəpik) manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, 17 iyun 2022-ci il tarixdə saat 19:30 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən "Şuşa” çayxanasının həyətyanı sahəsinə gələrək, orada qohumları ilə oturub söhbət edən zaman, həmin çayxanada ofisiant işləyən Zərərçəkmiş şəxs2 ona “stol arxasında əyləşən 5-ci şəxs artıqdır” deməsini bəhanə edib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mədəniyyət normalarına qarşı saymazlıqda ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan yaxınlıqda olan bərbərxanada stolun üstünə qoyulmuş qayçını götürüb çayxanaya qayıtmış və həmin qayçıdan silah qismində istifadə edərək, Zərərçəkmiş şəxs2 kürəyindən qəsdən vuraraq, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol kürək sümüyü proyeksiyasında, qarnın ön divarında sağ yan səthində, sağ qoltuqaltı xətt üzrə göbək səviyyəsində, döş və qarın boşluqlarına keçməyən dəşilmiş-kəsilmiş yara xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 iyun 2022-ci il tarixdə gecə saatlarında tanışı Şahid3 ilə qabaqcadar əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Saatlı şəhəri, Dədə Qorqud küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs4 məxsus Saatlı rayonu Mollavaizli kəndində yerləşən çayxanadan 1 ədǝd 670 manat dayərində samovarı götürüb aparmaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 670 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Saatlı şəhəri M.Ağayev küçəsi 2 nömrəli evdə yaşayan X3 məxsus hər birinin dəyəri 300 manat olmaqla, ümumi dəyəri 600 manat olan 2 baş xırdabuynuzlu heyvanı Cavid Əliyevin yaşadığı evin yaxınlığındaki küçədən götürüb aparmaqla, zərərçəkmiş şəxs Cavid Əliyevə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qonşusu ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 Müseyib qızının yaşadığı evin həyətyanı sahəsinə giriş qapısından keçməklə, qanunsuz daxil olub evin həyətində saxlanc yeri hesab olunan qǝhəldən 300 dəyərində 1 baş dişi qoyunu və 200 dəyərində 1 baş erkək quzunu oğurlamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 450 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, üzərində daşıyaraq saxlamış, 16 may 2023-cü il tarixdə saat 14.00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Saatlı şəhəri, M.Ağayev küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada, həmin tarixdə saat 15.30-da üzərində şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı ağ rəngli sellofan torbada təmiz çəkisi 450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs5 tanıyır. Anatoliy onunla qonşuluqda yaşayır, aralarında düşmənçilik və ədavət olmamışdır. Anatoliy qonşuluqda Tolik kimi tanınır. Anatoliy təxminən 2020-ci ildə yaşadığı evdən köçmüş, Rusiya Federasiyasına gedərək orada yaşamışdır. Anatoliyin yaşadığı evin həyətindəki qarajda özünə məxsus "M" markalı motosikleti var. Maddi cəhətdən imkanı olmadığından və heç bir yerdə işləmədiyindən Anatoliyə məxsus motosikletin bəzi hissələrəni oğurluyıb sataraq pul qazanmaq istəmiş, buna görə də 2021-ci ilin mart ayının ortalarında o, Anatoliyə məxsus həyatyanı sahənin darvazasına yaxınlaşaraq darvazanın üzərindən tullanıb həyətə daxil olmuşdur. Həyətdəki qarajın qapısının asma qıfılla bağlı olduğunu görüb pəncərəsinə yaxınlaşaraq əli ilə içəriyə tərəf itələmiş və açılmadığı üçün sol şüşəsini sındırmış və pəncərəni açmışdır. Pəncərə açıldıqdan sonra qaraja daxil olmuşdur. Motosikletin ehtiyyat hisslərini sökmək üçün açarları oradan tapıb motosikletin hissələrini sökməyə başlamışdır. Motosikletdən 1 ədəd "dinamo", 1 ədəd "difir", 2 ədəd "giliz", 2 ədəd "qalofka", 2 ǝdǝd "karbirator", 3 ədəd təkərini, eyni zamanda sökərkən əldə etdiyi hissələri və 4 ədəd açarla birlikdə oğurlamışdır. Həmin əşyaları darvazanın yanına gətirərək hissə-hissə üstündən bayıra çıxarmışdır. Oğurladığı əşyaları yaşadığı evin həyətinə gətirmiş və 3-4 gün sonra səhər saatlarında Saatlı rayon mərkəzi bazarına apararaq tanımadığı şəxslərə ümumilikdə 380 manata satmışdır. Bundan başqa, o, maddi imkanı zəif olduğu üçün və borclarının yarandığı səbəbindən oğurluq etmək qərarına gəlmiş və bu barədə dostu Saatlı şəhər sakini Şahid3 demişdir. Tərlan onunla razılaşmış və Saatlı rayonu Musalı kəndinin ərazisində yerləşən dəmir yolu xəttinin kənarında yerləşən mis tərkibli kabelləri oğurlamaq barədə qərara gəlmişlər. 06 aprel 2022ci il tarixdə saat 19 radələrində o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qohumu Şahid5 mobil telefon nömrəsinə zəng edərək, onu Saatlı rayonu Musalı kəndinin yaxınlığındakı məcburi köçkün şəhərciyinə aparmasını, orada işi olduğunu, daha sonra isə işini bitirdikdən sonra gəlib onu oradan götürməyini xahiş etmiş, Xəlil taksi fəaliyyəti ilə məşğul olduğundan onunla razılaşmış və onu həmin yerə aparıb-gətirməyə görə 4 manat zəhmət haqqı verməli olduğunu demişdir. O, Xəlilə heç bir problem olmadığını bildirmişdir. O, yaşadığı evin yaxınlığında Tərlanla görüşüb birlikdə Xəlili gözləməyə başlamışlar. Həmin vaxt Tərlanla o, mis tərkibli kabelləri kəsmək üçün balta, bıçaq və atvyorka (burğac) götürmüşdür. Xəlil bir qədər sonra idarə etdiyi avtomobillə yaşadığı evin qarşısındakı küçəyə çatmış, o, qabaq oturacaqda əyləşmiş, Tərlan da avtomobildə arxa tərəfdə əyləşərkən əlindəki ağ parçaya balta, bıçaq və atvyorkanı (burğac) bükmüşdür. O, avtomobilə əyləşərkən Xəlilə zəhmət haqqı kimi 2 manat pul vermiş, Xəlil avtomobilini Saatlı rayonu Musalı kəndinin yaxınlığında yerləşən məcburi köçkün şəhərciyinə sürmüşdür. Şəhərciyə çatdıqdan sonra dəmir yolunun aşağı tərəfində Xəlildən avtomobilini saxlamağını istəmiş, Xəlil avtomobilini orada saxladıqdan sonra o və Tərlan avtomobildən düşmüşlər. O, Xəlilə işini bitirdikdən sonra zəng edəcəyini bildirmişdir. Xəlil getdikdən sonra Tərlanla birlikdə dəmir yolunun kənarı ilə gəlib oradan keçən mis tərkibli kabelin yanına çatıb, həmin mis tərkibli kabeldən təxminən 30 metr balta ilə kəsib bir qədər kənarda yulğun ağaclarının yanına gətirmişlər. Tərlanla birlikdə kabeli hissələrə bölmüşlər ki, kabellər avtomobilin baqajına yerləşsin. O, saat 20:30 radələrində Xəlilə yenidən zəng edərək gəlib onu götürməyini demişdir. Xəlil avtomobillə onu və Tərlanı düşürdüyü yerə gələrkən onların yanına çatmağa az qalmış yolda avtomobilin yanacağı qurtarmış, avtomobilin yanacağı qurtararkən o və Tərlan mis tərkibli kabelləri, balta və digər əşyaları yulğun ağacının yanında qoyaraq Xəlilə tərəf getmişlər. Bir qədər sonra polis əməkdaşı yaxşınlaşaraq oradan kabel oğurlandığını, bununla əlaqədar avtomobilə baxış keçirmək istədiyini bildirmişdir. Xəlil etiraz etməmiş və polis əməkdaşı avtomobilə baxış keçirərkən heç nə aşkar etməmişlər. Xəlil avtomobilinin baqajında saxladığı butulkadakı benzini töküb məcburi köçkün şəhərciyinə gəlib onu və Tərlanı götürüb Saatlı şəhəri istiqamətində qayıdarkən polis əməkdaşları yenidən avtomobilə yaxınlaşıb avtomobili saxlatdırmışlar. Avtomobildə baxış keçirəcəklərini demişlər. Onlar etiraz etməyərək, avtomobildən aşağı düşmüşlər. Baxış keçirilərkən heç bir şey aşkar olunmadığından polis əməkdaşları çıxıb getmişlər. Onlar da avtomobilə əyləşərək Saatlı şəhərinə qayıtmışlar. O və Tərlan yaşadığı küçədə avtomobildən düşüb getmişlər. Bundan başqa o, 2023-cü ilin may ayının sonlarında qonşusu Tərlanla birlikdə maddi imkanı zəif olduğu üçün dəmir yolu xətti boyunca reyslərin yerləşdiyi yerdən 4 metr kənarda torpağın altı ilə gedən içərisində mis olan kabelləri torpaqdan çıxarıb, əldə etdiyi metalı əridib satmaqla pul qazanmaq qərarına gələrək bu barədə razılaşmışlar. 31 may 2022-ci il tarixdə saat 23 radələrində qonşusu Tərlanla birlikdə işlədiyi sexdən kabel kəsmək üçün alət götürüb Saatlı rayonu Kamallı kəndindən keçən dəmir yolu xətlərinin yaxınlığına getmiş, reyslərdən təxminən 4 metr kənarda yerdən quraşdırılmış iki şkaf arası kabeli yerdən çıxarmış, hər biri 60-80 sm uzunluğunda doğrayıb birlikdə Tərlanın yaşadığı evin həyətinə aparmış, orada birlikdə həmin kabellərin üzlüyünü soymuş, daha sonra içərisində olan misi daha rahat satmaq üçün həyətdə əridib birləşdirərək 03 iyun 2022-ci il tarixdə tək olaraq Saatlı rayon ərazisində metal qəbul edən Süleyman adlı şəxsə 70 manata satmış və əldə etdiyi pulu da Tərlan ilə bərabər bölmüşdür. Bundan başqa, 17 iyun 2022-ci il tarixdə 19:30 radələrində əmisi Məmmədin oğlu İntiqam onun istifadəsində olan mobil nömrəyə zəng edib onu Saatlı şəhəri, mərkəzi bazarın yaxınlığında yerləşən "Şuşa” çayxanasına çay içmək üçün dəvət etmiş, o, həmin çayxanaya getmişdir. Orada əmisi Məmməd, dayısı Qardaşəli və əmisi oğlu İntiqam çayxanadan bayırda stolda əyləşmişlər. O, həmin şəxslərlə hal-əhval tutmuş və yanlarında əyləşmişdir. Həmin çayxanada çayçı işləyən əvvəllər tanımadığı, lakin sonradan şəxsiyyəti ona məlum olan Saatlı şəhər sakini Zərərçəkmiş şəxs2 ona bir stəkan verməyini demiş, Samir ona sağ əlində "padnos" tutmuş vəziyyətdə, sol əlini onun sağ çiyninə qoyub, burda "5-ci şəxs artıqdır" deyə bildirmişdir. O, Samirə 5-ci yox, 4-cü şəxs olduğunu demiş, “ağıllı ol get stəkan gətir” deyə bildirmişdir. Samir əlini onun çiynindən çəkib çıxıb getmişdir. O, təxminən 2-3 dəqiqə gözləmiş, Samirin gəlmədiyini görüb ayağa qalxmış və çayxananin içərisinə getmiş, mətbəxin girişində Samirdən stəkan istədikdə Samir qəfildən heç bir söz demədən sağ əli onun ağız nahiyəsindən bir dəfə vurmuş, o, Samirə gözləməyini, gələcəyini demişdir. Çayxanadan bayıra çıxıb çayxananın sağ tərəfində olan bərbərxanaya girmiş, içəridən stolun üstündən qayçını götürmüş va həmin anda çayxananın içərisində olan mətbəxə daxil olmuş, Samir arxası ona tərəf çay dəmləyən zaman Samirə "kimə yumruq atırdın" deyərək, sağ əlindəki qayçı ilə Samir ona tərəf çevrilən anda sol çiynindən bir dəfə vurmuş, qayçı Samirin çiynində qalmışdır. Bundan başqa o, 2022-ci ilin iyun ayında Saatlı rayonu Mollavaizli kənd ərazisində, mərkəzi avtomobil yolunun kənarında yerləşən kafenin həyətində saxlanılan böyük ölçülü samovarı da qonşusu Şahid3la birlikdə oğurlamışdır. 2022-ci ilin iyun ayının ortalarında o, gecə radələrində həmin çayxananın qarşısından keçən zaman çayxananın həyətində böyük ölçülü samovarın olduğunu görmüş və həmin samovar onun marağına səbəb olduğundan, bir neçə gün sonra Tərlan ilə söhbət zamanı həmin samovarı oğurlamaq barədə Tərlanla razılaşmışlar. 23 iyun 2022-ci il tarixdə qonşusu Tərlan ilə birlikdə piyada Saatlı rayonu Mollavaizli kənd körpüsündən keçmiş, su kanalının kənarı ilə gedib həmin çayxananın arxa hissəsinə çatmışdır. Çayxana ilə yolun arasında su kanalı var. Həmin vaxt Tərlan kanalın aşağı hissəsində gizli yerdə oturub gözləmiş, o kanala düşüb çayxanaya tərəf getmiş və çayxananın qarşısında saxlanılan həmin samovarı götürüb yenidən suya atılıb Tərlanın onu gözlədiyi yerə aparmışdır. Daha sonra birlikdə həmin samovarı sudan çıxarıb mərkəzi avtomobil yoluna tərəf getmişlər. Yolda dayanıb təsadüfi avtomobillərə əl etmiş, həmin vaxt tanımadığı sürücünün idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 2106 markalı avtomobil onun yaxınlığında saxlamışdır. O, sürücüyə yas mərasiminin olduğunu və ora samovar aparmaq lazım olduğunu bildirmişdir. Sürücü onunla razılaşmış və onu Raqilin yaşadığı Saatlı rayonu Qırağlı kəndinə gətirmişdir. Daha sonra o, avtomobildən düşmüş və Raqili küçədən səsləmişdir. Raqil çölə çıxmış, o, Raqili aldadaraq özünə məxsus 01 ədəd metal samovarın olduğunu və satmaq istədiyini bildirmişdir. Raqil əvvəllər də ondan bəzi əşyalar aldığı üçün ona inanmış və həmin samovar üçün 350 manata razılaşaraq, samovarı həmin qiymətə satmışdır. Daha sonra gəldikləri avtomobillə geri qayıdıb Qırağlı kəndində mərkəzi yolda düşmüş və həmin sürücüyə 20 manat pul vermişdir. Qalan pulu Tərlanla aralarında bərabər bölmüşlər. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə də qonşusu Tərlanla birlikdə oğurluq etmişdir. Belə ki, 12 iyul 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı küçədə o, Tərlan, Sədulla və hazırda xatırlamadığı digər qonşularla söhbət edən zaman Tərlan ona yemək yeməyə getdiyini bildirmiş, bir qədər sonra saat Tərlan geri qayıdıb ona küçələrində 3 baş quzunun sahibsiz olaraq yolda qaldığını və quzuları tutub aparıb satmaq istədiyini bildirmişdir. O, Tərlanla razılaşıb birlikdə sahibsiz qoyunların gəzdiyi yerə getmişdir. Tərlanla birlikdə həmin qoyunlardan hərəsi bir başın tutub saxlamış, üçüncü qoyun isə qaçmışdır. Saat təxminən 23:50 radələrində o, dərhal istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla taksi sürücüsü Sədullanın istifadəsində olan ***-***-**-** mobil telefonuna zəng edib dərhal Tərlanın yaşadığı küçəyə çağırıb orada Tərlanın əmisinə məxsus quzuların olduğunu və həmin quzuları satmağa apardıqlarını bildirmişdir. Bir neçə dəqiqə sonra Sədulla istifadəsində olan VAZ 2106 markalı 90-481 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun dediyi yerə gəlmiş, həmin vaxt o, Tərlanla birlikdə tutduqları quzuları həmin avtomobilin yük yerinə qoymuş və avtomobili Saatlı rayonu Qıraqlı kəndinə sürməyi sürücüyə bildirmişdir. Onun qonşusu Raqil qoyun-quzu alveri ilə məşğul olduğundan və Raqillə münasibəti olduğundan qoyunları gecə vaxtı Raqilə rahat sata biləcəyini düşünüb, istifadəsində olan ***-***-**-** mobil nömrəsilə Raqilin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, satılıq qoyun olduğunu demişdir. Raqil onunla razılaşmış və o, Raqilin yaşadığı evə tərəf getmişdir. O, Raqillə tək görüşmüş, oğurladığı qoyunları Raqilǝ 400 manata satmışdır. Əldə etdiyi puldan sürücüyə 20 manat pul vermiş, daha sonra avtomobildən düşmüş, 30 manatı Tərlanla birlikdə xərcləyib yemək yemiş, qalan pulu da Tərlanla aralarında bərabər bölmüşdür. Bundan başqa o, 16 iyul 2022-ci il tarixdə saat təxminən 21 radələrində qonşusu Tərlanla və Lələ kimi tanınan tanışı Saatlı rayonu, Ağarəhimli kənd sakini Şahid4la birlikdə söhbət zamanı Qüdrətin qonşusu Əmanətgilin həyətində olan qoyunları oğurlamaq qərarına gəlmişdir. Əmanətin yaşadığı ev ilə onun yaşadığı küçəni dəmir yolu ayırır. Həmin dəmir yolunu keçib aşağı düşən zaman Əmanətin evinin qarşısına çatmaq olur. Saat təxminən 23:30 radələrində o, Qüdrətlə birlikdə Əmanətin yaşadığı evin yaxınlığına gəlib həyətlərindəki qəhəldə saxladıqları qoyunları necə oğurlayacağını müzakirə etmiş, Qüdrət Əmanətin qonşusu olduğunu və əgər həyətlərində Qüdrəti görərlərsə, tanıyacaqlarını bildirmişdir. Bu səbəbdən də qərar gəlmişlər ki, həyətə o, girsin və iki baş qoyunu çölə çıxarıb, daha sonra hərəsi bir baş qoyunu götürüb aparsınlar. O, Əmanətgilin həyətlərində olduğu üçün qoyunların saxlanıldığı qəhəlin həyət darvazasından daxil olan kimi solda yerləşdiyini və yaşayış evindən təxminən 15 metr aralıda olduğunu bilmişdir. O, taksi sürücüsü, adı Sədulla olan tanışının istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib Qüdrətin satılıq qoyunu olduğunu, həmin qoyunları satmaq üçün avtomobili ilə aparılmasında köməklik etməsini istəmiş və Sədulla da tanışlıqlarını nəzərə alıb onunla razılaşmışdır. Daha sonra o, Əmanətgilin yaşadığı evin həyətinə darvazadan daxil olmuş, darvazanın sol hissəsində bir tərəfi hasar olan mal-qara saxlamaq üçün nəzərdə tutulmuş tövlə və həmin tövlənin qarşısında isə dəmir setkadan ibarət üstü açıq formada qəhəlin olduğu yerə daxil olmuş, orada olan sayını bilmədiyi qoyunlardan ikisini tutub qǝhəldən, daha sonra darvazadan çölə çıxarmışdır. Həmin vaxt onu çöldə Qüdrət gözləmişdir. Hərəsi bir baş qoyun götürmüş, dəmiryoluna qalxıb oradan mərkəzi yola düşmüş, o, həmin vaxt taksi sürücüsü Sədullaya zəng edib gəlməsini bildirmiş və bir neçə dəqiqə sonra taksi gəlmiş, o, oğurladığı qoyunları Sədullanın idarə etdiyi VAZ 2106 markalı avtomobilinin yük yerinə qoymuş, o, avtomobildə qabaq oturacaqda, Qüdrət isə arxa oturacaqda əyləşmiş və avtomobili Saatlı rayonu, Qıraqlı kəndi istiqamətində hərəkət etdirməsini sürücüyə demişdir. Avtomobildə olan zaman tanışı Raqilin istifadəsində olan mobil telefonuna zəng etmiş, satılıq 2 baş qoyun olduğunu ona demiş, Raqil də cavabında ona gec olduğunu bildirən zaman o, təcili pula ehtiyacının olduğunu və almasını Raqildən xahiş etmiş, Raqil də onunla razılaşmışdır. O, Saatlı rayon Qırağlı kəndində Raqilin yaşadığı evin qarşısına gedib tək olaraq avtomobildən düşüb, hər iki qoyunu Raqilǝ 350 manata satmış və geri qayıdıb əldə etdiyi puldan 20 manatını yol haqqı kimi Sədullaya vermiş, Saatlı rayon mərkəzində Qüdrət ilə avtomobildən düşüb pulun 10 manatını özü xərcləmiş, qalan pulu öz isə aralarında bərabər bölmüşlər. Bundan başqa, qeyd edir ki, o, uzun müddət narkotik vasitə istifadə etmiş, 16 may 2023-cü il tarixdə Saatlı rayonu Molday kəndindəki kanaldan balıq tutmağa gedən zaman yol kənarında 01 ədəd sellofan torbanın olduğunu görmüş, həmin sellofan torbaya yaxınlaşmış və torbanı açaraq içinə baxmışdır. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin torbanı açıb içərisinə baxdıqda, içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu bilmişdir. O, həmin kütlədən bir az siqaretə doldurmuş və çəkmişdir. Bundan sonra tam əmin olmuşdur ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin torbadakı narkotiki özü istifadə etmək məqsədilə yaşadığı evə aparmaq qərarına gəlmişdir. 16 may 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. O, razılaşmış və birlikdə Sabirabad rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoymasını bildirmiş, o, sağ əlində saxladığı 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Təhqiqatçı onun təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan torbanı açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni Saatlı rayonu Molday kəndindəki kanaldan balıq tutmağa gedən zaman yol kənarından tapdığını demişdir. Təhqiqatçı həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə o, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Hazırda vurulmuş ziyanın böyük əksəriyyəti ödənilmiş, sağlamlığına xəsarət yetirdiyi Samir adlı şəxslə də barışıq əldə etmişdir. Etdiyi əməllərə görə peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Özü və qardaşı Vətən müharibəsi iştirakçısıdır və bir neçə medallarla təltif olunmuşlar. Himayəsində onkoloji xəstə olan anası vardır. Göstərdiyi xüsusatlara əsasən məhkəmədən barəsində ən aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Saatlı şəhəri, 28 May küçəsi ev 5-də ailə üzvləri ilə birlikdə yaşayır və təsərrüfatla məşğul olur, həmçinin həyətyanı sahəsində qoyun-quzu saxlayır. Həyətyanı sahəsində 9 baş qoyun saxlamış, həmin qoyunları qış aylarında həyətə girişdə sol hissədəki tövlədə, yay aylarında isə tövlənin qarşısında setkadan düzəldilmiş üstü açıq qəhəldə saxlamışdır. Qoyunları saxladığı yer ilə yaşadığı evin arasında təxminən 20-30 metr məsafə olmuş, qoyunlar demək olar ki, həyətdə qalmış, bəzən də otlamaları üçün küçəyə çıxarıb saat 18 radələrində yenidən qəhələ salmışdır. 16 iyul 2023-cü il tarixdə qoyunlar həyətyanı sahədə otlayıb gəzişdikdən sonra özləri yerlərinə girmiş, ağzını bağladıqdan sonra evə getmişdir. 17 iyul 2023-cü il tarixdə saat 04:30 radələrində həyətə düşüb qoyunlara ot və su vermək istəyərkən qoyunlar gözünə az dəymiş və sayarkən iki baş qoyunun yerində olmadığını görmüş və tez ailə üzvlərini çağırıb həyətdə axtarmağa başlamışdır. Tapa bilmədikləri üçün bu barədə DİN-in 102-xidmətinə məlumat vermiş, daha sonra bu barədə ərizə ilə müraciət etmişdir. Onun həyətindən əvvəllər oğurluq olmamış, oğurlanmış heyvanların biri bir qarın doğmuş ana qoyun olduğu üçün 300 manat dəyərində, o biri isə quzu olduğu üçün 200 manat dəyərində olmuş, ümumilikdə ona 500 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, qayınatası X9 şəhərində mərkəzi bazarın yaxınlığında yerləşən "Şuşa" adlı çayxanasında çayçı kimi işləyir. Qaynatasının işi olduğundan, iyun ayının 15-dən Canəlinin işlətdiyi çayxanaya xidmətçi (çayçı) kimi 3-4 günlük getmiş, orada işləmişdir. 17 iyun 2022-ci il tarixdə o, həmin çayxanada işləyərkən təxminən saat 19:30 radələrində üzdən tanıdığı, lakin adlarını bilmədiyi 3 nəfər şəxsin gəlib çayxanadan bayırdakı stolda əyləşdiyini görmüş, çay sifariş etdikləri üçün onlara bir çaynik çay aparmışdır. Təxminən 10 dəqiqə sonra ora ilk dəfə gördüyü, lakin adını sonradan bildiyi Saatlı şəhər sakini Təqsirləndirilən şəxs gəlib həmin şəxslərlə birlikdə əyləşmişdir. Həmin şəxslərdən birini yəni, Saatlı şəhər sakini İntiqam adlı şəxsi təxminən bir ay idi ki, tanıyırdı. Onunla münasibəti və zarafatı olmuşdur. O, orada əyləşən şəxslərə çay apararkən İntiqamla zarafat etmiş, İntiqam da onunla zarafat etmişdir. Amid gülə-gülə onunla İntiqamın zarafatına qoşulmuş, lakin ona atmacalı sözlər demişdir. O, hiss etmişdir ki, onun İntiqamla olan zarafatı Amidə xoş getməmişdir. O, Amidə fikir verməyib çayxananın içərisinə mətbəxə girmiş, Amid də mətbəxə daxil olmuşdur. O, Amidə kənar şəxslərin mətbəxə daxil olmasının qadağan olduğunu demişdir. Amid ona yaxınlaşıb, ona mobil nömrəsini demiş, sonra "axşam işdən sonra mənim nömrəmə zəng edərsən"- deyərək onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, bundan bərk əsəbləşmiş, sağ əli ilə Amidin ona söydüyü söyüşə görə çənəsindən bir dəfə vurmuş, sinəsindən itələmişdir. Amid arxa-arxaya gedib yerə yıxılmışdır. O, çayxanadan bayıra, üzü Muğan parkı tərəfə çıxmışdır. Amidin yanına onunla birlikdə oturan şəxslər gəlmişdir. Arxaya çevrilib baxanda Amidin onun üstünə cummaq istədiyini, lakin onunla birlikdə əyləşən şəxslər onu tutub saxladığını görmüşdür. O, həmin yerdə stulda əyləşmək istəyərkən arxadan kiminsə onu itələdiyini hiss etmiş, arxaya çevrilərkən kürəyinin sol tərəfində qayçının olduğunu görmüşdür. Həmin an orada olan şəxslərdən birindən eşitmişdir ki, "soxdu". Sonra gözü qaralmış, yerində piyada qabağa arxaya getmişdir. Həmin an orada ondan başqa işləyən qaynı X6 onun qoluna girib onu Saatlı RMX-ya aparmışdır. Orada həkimlər ona tibbi yardım göstərib kürəyindəki qayçını çıxarmışlar. Hazırda o, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyil. İş üzrə zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi qismində tanınmış X4 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildən "xxxx" QSC-nin İnfrastruktur Departamenti 7 nömrəli İmişli İşarəvermə və Rabitə Sahəsinin işçisi vəzifəsində işləyir. 06 aprel 2022-ci il tarixdə saat 19:15-də Saatlı-Becar mənzilində rabitə kabelində xətlərin kəsildiyi barədə idarəyə avtomatik olaraq məlumat daxil olmuşdur. Həmin tarixdə rabitə işçiləri tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, Saatlı-Becar mənzilinin 102-ci km-də 30 metr uzunluğunda 7x4 “МКПАБ” markalı rabitə kabeli kəsilərək oğurlanmışdır. Rabitə kabelinin kəsilərək oğurlanması faktı öz təsdiqini tapdığından "xxxx" QSC-nin İmişli İşarəvermə və Rabitə sahəsinin rəisi Siracəddin Həsənova bu barədə məlumat vermişlər. Bundan sonra Siracəddin Həsənov "xxxx" QSC-nin rəisi Mehman Əhmədova və İmişli stansiyasında X11 RPŞ-nə müraciət edərək 30 metr uzunluğunda 7x4 “МКПАБ” markalı rabitə kabelinin oğurlanması barədə məlumat vermişdir. 30 metr uzunluğunda 7x4 “МКПАБ” markalı, polietilenlə örtülü 28 ədəd mis keçiricidən ibarət kabelin 1 metrinin bazar qiyməti 25,23 manat olmaqla, "xxxx" QSC-nə ümumilikdə 756,90 manat dəyərində maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Qeyd edilən rabitə kabeli dövlət əhəmiyətli rabitə xəttidir və onun talanması dəmir yolu xəttində olan qatarların gedişinə böyük təsir edir. Lakin onlar bunu tez aşkar edib aradan qaldırdığı üçün Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenti 7 nömrəli İmişli İşarəvermə və Rabitə Sahəsinin fəaliyyətində ciddi problemlər yaranmamışdır. Bundan başqa, 31 may 2022-ci il tarixdə saat 23 radələrində Saatlı-Becar mənzilində rabitə kabelində xətlər kəsilmiş və bununla əlaqədar avtomatik olaraq işlədiyi idarəyə məlumat daxil olmuşdur. Həmin tarixdə rabitə işçiləri tərəfindən qeyd edilən əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, Saatlı-Becar mənzilinin 106-ci km-də 45 metr uzunluğunda 7x4 “МКПАБ” markalı rabitə kabeli kəsilərək oğurlanmışdır. Bu barədə "xxxx" QSC-nin İmişli İşarəvermə və Rabitə sahəsinin rəisi Siracəddin Həsənova məlumat vermişlər. Bundan sonra Siracəddin Həsənov "xxxx" QSC-nin rəisi Mehman Əhmədova və İmişli stansiyasında X11 RPŞ-nə müraciət edərək 45 metr uzunluğunda 7x4 “МКПАБ” markalı rabitə kabelinin oğurlanması barədə məlumat vermişdir. 7x4 “МКПАБ” markalı, polietilenlə örtülü 28 ədəd mis keçiricidən ibarət kabelin 1 metrinin bazar qiyməti 25,23 manat olduğundan 45 metr həmin tip kabelin oğurlanması nəticəsində "xxxx" QSC-nə ümumilikdə 1135,35 manat dəyərində maddi ziyan dəymişdir. Qeyd edilən rabitə kabeli dövlət əhəmiyətli rabitə xəttidir və onun talanması dəmir yolu xəttində olan qatarların gedişinə böyük təsir edir. Lakin onlar bunu tez aşkar edib aradan qaldırdıqları üçün Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenti 7 nömrəli İmişli İşarəvermə və Rabitə Sahəsinin fəaliyyətində ciddi problemlər yaranmamışdır. Dəymiş ziyan tam şəkildə ödənilib. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasının əmisi oğludur, Şahid3 isə onun bacısı Təranənin əri Fəqanın ögey qardaşıdır, onlarla münasibəti normal olmuş, düşmənçilik və ədavəti yoxdur. O, etibarnamə əsasında idarə etdiyi “VAZ 21011” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olub pul qazanır. 06 aprel 2022-ci il tarixdə saat 19 radələrində qohumusu Amid ***-***-**-** mobil nömrəsi ilə onun mobil telefonuna zəng edərək Saatlı rayonu Musalı kəndinin yaxınlığındakı məcburi köçkün şəhərciyinə aparmasını, orada işi olduğunu, daha sonra isə işini bitirib gəlib oradan götürməyini demişdir. O, taksi fəaliyyəti ilə məşğul olduğundan Amidlə razılaşmış və aparıb gətirməyə görə 4 manat zəhmət haqqı verməli olduğunu demişdir. Amid də ona heç bir problem olmadığını demişdir. O, avtomobilini idarə edərək Amidin yaşadığı evin qarşısındakı küçəyə çatmışdır. Oraya çatarkən Amidin yanında Tərlanı da görmüşdür. Amid qabaq oturacaqda əyləşmiş və əlində heç bir şey görməmişdir. Tərlan da avtomobildə arxa tərəfdə əyləşərkən əlində ağ parçaya bükülmüş balta, bıçaq və atvyorka (burğac) olduğunu görmüşdür. Amid avtomobilinə əyləşərkən ona zəhmət haqqı kimi 2 manat pul vermişdir. O, avtomobilini idarə edib Saatlı rayonu Musalı kəndinin yaxınlığında yerləşən məcburi köçkün şəhərciyinə getmişlər. Şəhərciyə çatdıqdan sonra dəmir yolunun aşağısında Amid avtomobilini saxlamağını istəmişdir. O, avtomobilini orada saxladıqdan sonra Amid və Tərlan avtomobilindən düşmüşlər. O, Saatlı şəhərində olarkən saat 20:30 radələrində Amid yenidən zəng edərək gəlib onları götürməyini demişdir. O da özünə məxsus avtomobillə yenidən Amid və Tərlanı düşürdüyü yerə gedərkən yolda avtomobilinin yanacağı qurtarmışdır. Avtomobilin yanacağı qurtararkən tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq oğurluq olduğunu, avtomobilə baxış keçirəcəyini demişdir. O, etiraz etməmiş və polis əməkdaşı avtomobilinə baxış keçirərkən heç nə aşkar etməmişdir. O, avtomobilinin baqajında saxladığı 2 litr yanacağı töküb məcburi köçkün şəhərciyinə gəlib Amid və Tərlanı götürmüşdür. Amid və Tərlan avtomobilinə əyləşərkən onların əlində balta, bıçaq və atvyorkanı (buğrac) görməmişdir. Həmin yerdən çıxaraq onlarla birlikdə geri qayıdarkən məcburi köçkün düşərgəsindən çıxarkən polis əməkdaşları yenidən yaxınlaşıb avtomobilini saxlatmışlar. Onlar avtomobilinə baxış keçirəcəklərini deyərkən onlara etiraz etməmişdir. Amid, Tərlan və o, avtomobildən aşağı düşmüşlər. Baxış keçirilərkən heç bir şey aşkar olunmadığından polis əməkdaşları çıxıb getmişlər. Onlar da avtomobilə əyləşərək Saatlı şəhərinə qayıtmışlar. Amid və Tərlanı onların yaşadıqları küçədə düşürüb öz yaşadığı evə getmişdir. Onlar da ona yerdə qalan 2 manatı sonra verəcəklərini demişlər. 07 aprel 2022-ci il tarixdə Şirvan şəhərinə müştəri apararkən ona polis əməkdaşları zəng edərək oğurluq olduğunu, bununla əlaqədar İmişli stansiya X11 dəvət etmişlər. O, polis şöbəsinə gedərkən məlum olmuşdur ki, Amid və Tərlan dəmiryolunun kənarından kabelləri kəsərək oğurlamışdır. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 bir rayonda yaşadıqları üçün uzun müddətdir tanıyır, həmçinin Təqsirləndirilən şəxs və Şahid3la əvvəllər Saatlı şəhəri, M.Ağayev küçəsində qonşu olmuş, münasibətləri normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olur və həmçinin düşəndə qoyunquzu və metal alqı-satqısı ilə məşğul olur. Amid 3 dəfə yaşadığı həyətə gələrək ona iyul ayında iki dəfə olmaqla hərəsində 2 qoyun və bir dəfə də metal kimi dəmir samovar satmışdır. 12 iyul 2022-ci il tarixdən 13 iyul 2023-cü il tarixinə keçən gecə saat təxminən 00 radələrində yaşadığı evdə olarkən Amid onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng edərək 2 baş xırdabuynuzlu heyvanının olduğunu və satmaq istədiyini demiş, gec olduğundan Amiddən heyvanların oğurluq-olub olmadığını, heyvanlarda problem olub-olmadığını soruşmuş, Amid də ona heç bir problem olmadığını, pula ehtiyacı olduğundan heyvanı ona satmaq istədiyini demiş, çox təkid etdikdən sonra o, münasibətlərini nəzərə alıb Amidlə razılaşmışdır. Bir qədər sonra Amid “VAZ 2106” markalı albalı rəngli avtomobillə onun yaşadığı küçəyə gəlmiş, Amid avtomobildən düşdükdən sonra xırdabuynuzlu heyvanları gətirmək üçün darvazanı açmasını istəmiş, daha sonra avtomobil həyətə daxil olmuş və avtomobilin yük yerində olan 2 baş qoyunu yerə düşürən zaman heyvanlara baxıb zəif heyvanlar olduğu üçün Amiddən həmin heyvanları 500 manata almağa razı olmuşdur. Amid onunla razılaşmış və 500 manatı Amidə verdikdən sonra çıxıb getmiş, o da qoyunları həyətindəki tövləyə salaraq orada saxlamışdır. Həmin qoyunların hər ikisi balaca olmaqla hər birinin diri çəkiləri təxminən 30 kq, qırmızı rəngli, hər ikisi qulaqsız dişi quzular olmuş, hər bir quzuya 250 manat pul vermiş, Amid onun həyətinə albalı rəngli “VAZ 2106” markalı 481 nömrəli sonradan taksi sürücüsü Sədullanın idarə etdiyini bildiyi taksi sürücüsü ilə gəlmiş, özü avtomobildə qabaq oturacaqda əyləşdiyindən və arxa şüşələr qara olduğu üçün avtomobildə başqa kimlərin olduğunu bilməmişdir. Bundan başqa, 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixinə keçən gecə saat 00 radələrində yaşadığı evdə olarkən Amid onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng edərək yenə də 2 baş xırdabuynuzlu heyvanının olduğunu və satmaq istədiyini demiş, o da gec olduğundan və heyvanları almamaq üçün Amidə bəhanə ilə pulunun olmadığını dedikdə, Amid ona heç bir problem olmadığını, İmişli rayonunda olan heyvan bazarının bağlandığını, ona görə də heyvanı ona satmaq istədiyini demiş, daha sonra heyvanları onun həyətinə gətirməsini demiş, bir qədər sonra Amid “VAZ 2106” markalı 481 nömrəli avtomobillə onun yaşadığı küçəyə gəlmiş, həmin vaxt qabaq sağ oturacaqda oturan Amid avtomobildən düşüb ona yaxınlaşmış və o, yenə də Amiddən heyvanların oğurluq olub-olmadığını soruşmuş, Amid də on aheç bir problem olmadığını demiş, Amidlə həmin heyvanları 400 manata almağa razı olmuş, 400 manatı Amidə verdikdən sonra çıxıb getmiş, o da qoyunları həyətindəki tövləyə salaraq orada saxlamışdır. Həmin qoyunların biri 2 illik dişi ana qoyun olduğundan 250 manat, digəri isə diri çəkisi 20 kq dişi, qırmızı rəngli quzu olmuş, həmin heyvana da 250 manat pul vermiş, Amid onun həyətinə albalı rəngli VAZ 2106 markalı 481 nömrəli taksi sürücüsü Sədullanın idarə etdiyi avtomobil ilə gəlmiş, özü avtomobildə qabaq oturacaqda əyləşdiyindən və arxa şüşələr qara olduğu üçün avtomobildə başqa kimlərin olduğunu bilməmişdir. Qeyd etdiklərindən əvvəl bir dəfə də 23 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci il tarixinə keçən gecə saat təxminən 00- 01 radələrində evdə olan zaman küçədə kiminsə onu səslədiyini eşidib çölə çıxan zaman gələnin Amid olduğunu bilmiş, onun yanına getmiş və ona həyətlərində olan istifadəyə yararsız böyük ölçülü tökmə mis materialdan olmaqla 40 litrlik samovar olduğunu, pula ehtiyacı olduğu üçün həmin samovarı satdığını bildirmiş, o, həmçinin metal alveri ilə məşğul olduğu üçün Amid ilə razılaşıb həmin samovarı ondan lom metal kimi 350 manata almış, pulu Amidə verdikdən sonra o, çıxıb getmişdir. Amid ilə qonşu yaşadığından və onunla münasibəti olduğundan onun avtomobil ustası olduğunu bilmiş və onun 2-ci Qarabağ döyüşləri iştirakçısı olması səbəbindən də oğurluq edib gətirib ona satmasına inanmamış, o, Saatlı RPŞ-yə çağırılan zaman Amidin ona satdığı qoyunların və bir ədəd samovarın oğurluq olduğunu bilmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, lom metal qəbul edib sataraq əldə etdiyi pulla dolanır. O, Təqsirləndirilən şəxs avtomobil ustası kimi tanımışdır. Amidin oğru olmasını bilməmiş, nə də ki eşitməmişdir. 03 iyun 2022-ci il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs onu rayon mərkəzində görüb yaxınlaşaraq onda satılıq metal olduğunu demiş, həmin vaxt başqa işi olduğunu bildirib metalı axşam gətirməsini istəmiş, bu vaxt Amid pula ehtiyacı olduğunu deyib xahiş etmişdir ki, metalı həmin vaxt qəbul etsin. O, Amidin həqiqətən ehtyyacı olduğunu bilib onunla razılaşmış, Amid əlində olan kisəni ona verib çəkisi 7 kiloqramdan artıq olduğunu demiş, amma 7 kiloqramın pulunu istəmişdir. Həmin vaxt metala baxıb mis olduğunu, təxmini olaraq metalı qaldırıb çəkisinin 7 kiloqramdan artıq olduğunu bilmiş və hər kiloqramına görə Amidə 9 manatdan olmaqla və çəkisinin bir qədər artıq olmasını da nəzərə alıb ümumilikdə 70 manat vermiş, Amid misi ona verib çıxıb getmişdir. O, misi yığıb bəlli bir çəkiyə çatan vaxt Bakı şəhərinə aparıb metal əritmə zavoduna vermiş, Amiddən aldığı misi də iyun ayının sonlarında Bakı şəhərində metal qəbul zavoduna vermişdir. Daha sonra 22 iyul 2022-ci il tarixdə polis əməkdaşları rayon ərazisində ona yaxınlaşıb, Təqsirləndirilən şəxs metal mis qəbul edib etmədiyini sual etmiş, o da olduğu kimi polis əməkdaşlarına 03 iyun 2022-ci il tarixdə Amidin ona 7 kiloqramdan artıq ərinmiş halda mis satdığını demiş və onu Saatlı RPŞ-yə dəvət etmişlər. RPŞ-də olan zaman bilmişdir ki, Amidin ona satdığı metal dəmiryolu xəttinin kənarından oğurladıqları rabitə kabelinin içərisindəki misdir. O,, misin haradan olduğunu Amiddən soruşan zaman Amid ona misi avtomobil təmiri sexində xarab olmuş “dinamo” və digər ehtiyyat hissələrindən yığdığını demiş, sim halında çox yer tutduğundan əridib satdığını bildirmiş, o da ona inanıb ondan misi almışdır. Təqsirləndirilən şəxs misi ona tək satmış, yanında başqa şəxslər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 may 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq o, raportla Baş İdarə rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı Nəcəf Aburov, BNMİ-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Saatlı şəhərində yaşadığı evin yaxınlığında müşahidə edib Amidə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs könüllü şəkildə sağ əlində saxladığı ağ rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmişdir. Həmin sellofan torba təhqiqatçı tərəfindən açılmış və baxış keçirilən zaman içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu və istifadə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılıb götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Saatlı Rayon İHB-nın Saatlı şəhəri, İƏD nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayət və ərizə daxil olmamışdır. Cinayət işi materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 213 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol kürək sümüyü proyeksiyasında, qarnın ön sağ yan səthində, sağ qoltuqaltı xətt üzrə göbək səviyyəsində, döş və qarın boşluqlarına keçməyən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, əmələ əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunmuş xəsarətlər təqdim edilmiş qayçının enli ülgüc hissəsinin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs2 bədən səthindəki xəsarətlərin lokalizasiyası təqdim olunmuş köynək üzərində zədənin lokalizasiyasına uyğundur. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/837 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qayçı formalı predmet – zavod üsulu ilə hazırlanmış, kəsici və ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı alətdir – qayçıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/710 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs.....Təqsirləndirilən şəxs” yazılar və imzalar olan polietilen torbada 01 ədəd sellofan torbada təmiz çəkisi – 450,0 qram bitki bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5775 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3461 nömrəli ekspert rəyindən görünür ki, hər biri 40 manat olmaqla, 03 ədəd ümumi dəyəri 120 manat olan motosiklet diski, hər biri 35 manat olmaqla, 03 ədəd ümumi dəyəri 105 manat olan motosiklet təkəri, 01 ədəd 60 manat dəyərində “dinamo”, 01 ədəd 80 manat dəyərində difer, hər biri 60 manat olmaqla, 02 ədəd ümumi dəyəri 120 manat olan giliz; hər biri 80 manat olmaqla, 02 ədəd ümumi dəyəri 160 manat olan qalovka; hər biri 3 manat olmaqla, 02 ədəd ümumi dəyəri 6 manat olan krişka; hər biri 3 manat olmaqla, 02 ədəd ümumi dəyəri 6 manat olan palets; hər biri 2 manat olmaqla, 02 ədəd ümumi dəyəri 4 manat olan koltsa bronza; hər biri 25 manat olmaqla, 02 ədəd ümumi dəyəri 50 manat olan karbirator; hər biri 3 manat olmaqla, 02 ədəd ümumi dəyəri 6 manat olan qazovı tros; 01 ədəd 2 manat dəyərində proklatka; 01 ədəd 20 manat dəyərində salnik və hər biri 3 manat olmaqla, 02 ədəd ümumi dəyəri 6 manat olan karbiratorun trosunun orta bazar qiyməti ilə ümumi dəyəri 2022-ci ilin noyabr ayına olan dəyəri nəzəri hesablama yolu ilə təxminən 745 manat müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərini və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi, eyni zamanda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıma cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 221.3 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikasının CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmasını, bir sıra medallarla təltif edilməsini, qardaşının da Vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslərdən bəzilərinin zərəri ödənilməklə şikayətçi olmamasını, ilk dəfə cinayət əməli törətməsini, anasının onkoloji xəstə olmasını, həmçinin əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sabirabad rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Sabirabad rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay uzadılmışdır. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Sabirabad RPŞ-də saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 449,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Digər maddi sübutlar olan Zərərçəkmiş şəxs1 məxsus olan 2 baş qoyun, Zərərçəkmiş şəxs3 Müseyib qızına məxsus 2 baş qoyun və Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd samovarın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə aınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 179,40 (yüz yetmiş doqquz manat qırx qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-10/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-10/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver