Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-100/2025 28.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X14 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 və onun nümayəndəsi - vəkil X2 iştirakı ilə, X7 Azərbaycan Respublikası CM-nın 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətə, məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X17 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsulyyətinə cəlb edərək, həmin maddələrlə onu təqsirli bilib ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X15 xüsusi ittiham qaydasında şikayətini belə əsaslandırmışdır ki, X15 uzun müddət Azərbaycan Respublikasınım Daxili İşlər Nazirliyində və Fövqəladə Hallar Nazirliyində zabit rütbəsində şərəflə xidmət etmişəm. X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm, istefada olan polkovnikam, X13 veteranıyam. Bildirirəm ki, Sabirabad rayon Qaragüney Bələdiyyəsinin mülkiyyəundə olan 2 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarınım istehsalı məqsədilə hələdiyyənin 10 sentyabr 2004- cü il tarixli 12 saylı qərarı əsasında hayat yoldaşın X1 icarəsinə verilmiş, onunla 50 il müddətinə 23 sentyabr 2004-cü il tarixli 21-3 saylı torpaq icarəsi müqaviləsi bağlanmış və həmin torpaq sahəsi üzərində icarədarın sahibkarlıq hüquqlarını tanıyan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təmin edilmişdir. Artıq 6 ilə yaxın müddətdir ki, X17 heç bir əsas olmadan yuxarıda qeyd etdiyim 2 hektar torpaq sahəsinin mənim ailəmdən alınaraq ona verilməsi iddiası ilə çıxışlar edir, müxtəlif sosial şəbəkələrdə və internet resuarlarında (Tiktok və Youtube) özünün iştirakı ilə çəkilmiş videolar paylaşaraq mənim şərəf və ləyaqətimi ləkələyən, heç bir asası olmayan böhtan xarakterli məlumatlar yayır. Belə ki -R.Y.Rzayev özünün iştirakı ilə Sabirabad rayonu. Qaragliney kəndində çəkdiyi və 03 sentyabr 2023-cü il tarixdə "Tiktok sosial platformasında özünə massus olan sahifada yerləşdirdiyi 06 dəqiqə 10 saniyəlik videoda kand sakinlərinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən hayat yoldaşı A.S.Oləkbərovanın icarəsində olan 2 hektar torpaq sahəsinin ümumi istifadədə olan torpaq olduğunu, həmin torpaq sahəsini 40000 (qırx min) manat müqabilində guya R.Y.Rzayevə satacağım barədə fikirlər səsləndirarak mana böhtan atmışdır. -R.Y.Rzayev özünün iştirakı ilə Sabirabad rayonu. Qaragüney kəndində evində çəkdiyi va 27 iyul 2024-cü il tarixdə "Tiktok" sosial platformasında özünə mavsus elan sahifada yerləşdirdiyi 09 dəqiqə 29 saniyəlik videorolikdə kənd sakinlərinə müraciət edərək "Kür çayında daşqınlar zamanı Şirvan şəhərindən 20 qəpiyə aldığın çörəyi kand camaatına 1 manat 20 qəpiyə satdığın üçün bu məsələni araşdıran fövqəladə hallar naziri Kamalladin Heydarov sani yanına çağırıb və sənə bir şillə vurub", "Kür daşqınlarında sən camaata kömək etmək əvəzinə qayınla birlikdə bələdiyyənin mülkiyyətində olan 250 ton dəmiri, daş plitələri satmusan", "sanda, bələdiyyə sədri X21 protiv gedən adamlarsa", "sanin oğlun Fövqəladə Hallar Nazirliyində işləyə bilməz, bu müvəqqətidir, sənin mafiyan nə qədər güclü olsa da man lazımı adamlara lazımı məlumatları çatdıracam", "san kənddə nəşə satdımlığına görə 2014-cü ildə işdən qovulmusan" kimi ifadələr işlədərək məni və ailə üzvlərimi təhqir etmiş, məni ağı cinayət törətməkdə ittiham etmiş və mənə böhtan atmışdır. -R.Y Rzayev özünün iştirakı ilə Sabirabad rayonu, Qaragüney kəndində evində çəkdiyi va 24 oktyabr 2024-cü il tarixdə "Tiktok" sosial platformasında özünə məxsus olan səhifəda yerləşdirdiyi 06 dəqiqə 50 saniyəlik videorolikdə müraciət edərək "Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sənin xəbərin var FHN-nin Salyan regional yanğınsöndürmə idarəsinin rəisi Vüsal Həmzəyevin atası Heydər Əliyev parkının tikilməməsi üçün 6 ildir mənimlə mübarizə aparır", "Əlirza 2014-cü ildə cinayət əməllərinə görə Kəmallədin Heydarov tərəfindən işdən qovulub", "Əlirza Hamzayev jurnalistlərə pul verib mənim əleyhimə təbliğat apartdırır". "Almaniyada yaşayan Qalıbə (əslində Qabilə) Əlirza pul göndərib ki, manim əleyhimə danışıqlar etsin", "Əlirza qohumlarını yığıb başına Heydər Əliyevə protiv gedir", "Əlirza sən kimsən Axtaçıdan gəlib burda ağalıq edirsan", "Əlirza sən bələdiyyənin daşını, dəmirini, plitələrini satmısan" kımı ifadələr işlədərək yenədə məni və ailə üzvlərimi təhqir etmiş, məni ağır cinayat törətməkdə ittiham etmiş və mənə böhtan atmışdır. -R.Y.Rzayev özünün iştirakı ilə Sabirabad şəhəri ərazisində parkda çəkdiyı və 24 noyabr 2024-cü il tarixdə Tiktok sosial platformasında özünə məxsus olan səhifədə yerləşdirdiyı 05 dəqiqə 02 saniyəlik videorolikdə "Əlirza sən kimsən, sən özünü nə hesab edirsən, son moşennik, sən nəşə alveri eliyən, qadını qoymuşdun burda fahişəxana açmışdın, camaatı şərləyirdin". "Əlirza sən öləsəndə, cırılsanda, partlayasanda bütün qohum əqrəbania bir yerda man orda Heydər bağını İ həftəyə salacam", "Əlirza sənin bələdiyyəyə 250 min manat borcun vardır", "Əlirza sənin canını alacam", "yazılmışam Kəmaləddin Heydərovun qəbuluna, man görəcəm ki, san Heydər Əliyevin düşməni ola-ola başına şayka yığaraq xaricə çıxaraq məni və polis rəisini söydürmüsən", "Çağıracaqlar sizə tut pazı vuracaqlar", "sənin oğlunun işdən çıxarmasalar mən Yaqub kişinin oğlu deyiləm". "Hamı sizə tüpürür", "Əlirza sən Heydər Əliyevin, Prezidentin düşmənisən, sənin oğlun Salyanda oturub torpaq verir pul qatlayır", "Qaragüney kəndinin camaatı sənə nifrət edir" kimi ifadələr işlədərək məni və ailə üzvlərimi hədələmiş, şəxsiyyəti alçaldan ifadələr işlətmiş, məni ağır cinayət törətməkdə ittiham etmiş və mənə böhtan atmışdır Yuxarıda qeyd olunmuş videoroliklər hazırda "Tiktok" sosial platformasında Ramazan Rzayevin səhifəsindədir. Şikayətimə əlavə etdiyim USB yaddaş kartında R.Y.Rzayevin cinayət əməlinin bütün sübutları öz əksini tapmışdır. Əlavə edirəm ki, hazırda "Tiktok" sosial platformasında Ramazan Rzayevin səhifəsində bundan əlavə də, məni və digər şəxsləri təhqir etdiyi, böhtan atdığı çoxsaylı videoroliklər mövcuddur. Bildirirəm ki. "şərəf və ləyaqətin müdafiəsi" tələbi ilə etdiyim müraciət əsasında iddia ərizəm Sabirabad rayon məhkəməsinin 2(056)-141/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsı ilə iddia qismən təmin edilmiş, cavabdeh X7 işlətdiyi "bu böyük zibildi" ifadəsi şərəf və ləyaqəti alçaldan məlumat hesab edilməklə həmin ifadə Sabirabad rayon İcra və Probasiya şöbəsində yazılı formada "iddiaçı X5 barəsində qətnamədə göstərilmiş və tərəfimdən işlədilmiş "bu böyük zibildi ifadəsini yanlışlığa yol verildiyi üçün təkzib edirəm" şəklində yazılıb təkzib edilməsi öhdəliyi cavabdeh X7 üzərinə qoyulmuş, cavabdeh X6 mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğındıə pul vəsaiti tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. "Şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə vətəndaş X9 iddia ərizəsi əsasında Sabirabad rayon məhkəməsinin 2(056)-235/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş. X7 "Tik- Tok" sosial şəbəkəsi vasitəsilə iddiaçı X10 barəsində yaydığı "Bizım cinayətkar Qaragüney kand bələdiyyəsi sədri: o, torpağı şəhid ailəsinin əlindən zorla alıb, yalandan aformit eləmisiniz, Şəmsi kimi saxtakarlar dövlətə saxtalıq eləyənlərdir: Şəmsi öz zapravkasını bələdiyyənin torpaqlarının satdığı puluynan remont elədi: bunun pulu çoxdu, aparacaq indi Sabirabadda kimə verəcək, nətər eləyəcəksə bu yenə bələdiyyə seçiləcək. Şəmsi həmin torpağı mənə 40 minə təklif etmişdi. Mən yalan deyirəmsə mənim atama lənət, əyər Şəmsi yalan deyirsə onun atasına lənət. Bu həqiqətdir. Qanunsuz. 94-cü ildə verilmis şəhid ailəsinə icraya 2 hektar torpağı 2 ildən sonra hal-hazırda Qaragüney kənd bələdiyyəsinin sədri Hüseynov Şəmsi yalandan dokument düzəldib mənimsəyb, zəbt edib, düz 26 ildir bunu istifadə edir. Bu bələdiyyə sədri seçki səs yolu ilə seçilməyib, sadəcə təyin olunub ora, vəssalam. Özü də sahibkardı, dörd mağazası və zapravkası var, Qaragüney bələdiyyəsi Hüseynov Şamsi seçilməyib, sadəcə olaraq təyin olunub və bunun bu beş illik ərzində bu bir qəpiyin özü olsun kənd üçün heç bir iş görməyib. Çünki bu adam pul verib bələdiyyə təyin olunmuşdur, bunun qulağına deyil. Bununki ancaq odu ki, imkan qədər torpaq satsın, pul qoysun cibinə. Ey millət bu adam ən cinayətkar insandır. Şəmsi 20 il cinayət eləmiş məzmunlu ifadələr X11 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatlar hesab edilsin və həmin məlumatların hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra 10 gün müddət ərzində "Tik Tok" sosial şəbəkəsi vasitəsilə "X11 barəsində "Tik-Tok" sosial şəbəkəsində tərəfimdən işlədilmiş nalayiq ifadələri yanlışlığa yol verdiyim üçün təkzib edərək üzr istəyirəm" məzmunda təkzib edilməsi vəzifəsi cavabdeh X7 üzərinə qoyulmuş, vurulmuş mənəvi zərərin əvəzi 1000 manat və ödənilmiş dövlət rüsumunun 12 manat hissəsi, ümumilikdə isə 1012 (bir min on iki) manat məbləğində pul vəsaiti X6 tutulub X12 verilməsi qət edilmişdir. R.Y.Rzayev qəbul edilmiş məhkəmə qətnamələrindən nəticə çıxarmamış, mənə qarşı böhtan, şərəf və ləyaqətin təhqir edilməsi kimi cinayət əməllərini davam etdirir. Məhkəmə qətnamələrinin surətləri 12 vərəqdə şikayətə əlavə olunur. Məhkəmə iclasında iştirak etmiş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Ə.H.Həmzəyev şikayətinə uyğun məzmunda izahat verərək X7 Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilib, onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib hesab edir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nın 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası CPM-nın 302.1 və 302.1.3-cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nın 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək digər qərarlarla bərabər həmçinin bu Məcəllənin 302.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda (şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda) xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 298, 299, 300, 302 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası CM-nın 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-100/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-100/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver