Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-102/2023 12.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən hazırki günədək həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində 05 mart 2023-cü il tarixdə saat 11 radələrində, yaşadığı Ağdaş şəhərindən Sabirabad rayonuna gələrək, şəhərin İ.İsgəndərov küçəsində, mərkəzi poçtun qarşısında dilənçiliklə məşğul olan Zərərçəkmiş şəxs yaxınlaşıb, sonuncunu əmlakını ələ keçirmək məqsədi ilə nəzir və paltar verəcəyi vədi ilə aldadaraq özü üçün münasib hesab etdiyi Sabirabad şəhərinin kənarındakı boş sahəyə aparmış, orada Zərərçəkmiş şəxs üzərində hansı məbləğdə pul olmasını soruşmuş, həmin vaxt onun aqressiv davranış və hərəkətlərindən qorxan Zərərçəkmiş şəxs şalvarının cibində saxladığı 30 manat məbləğində pulu çıxarıb müəyyən məbləğini ona vermək istədikdə o, sonuncunun əlində tutduğu pulun hamısını anidən götürüb qaçaraq ərazidən uzaqlaşmaqla zərər çəkmiş Zərərçəkmiş şəxs 30 manat məbləğində pulunu açıq talamaqla soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olmaqla çörək pulu qazanır. 05 mart 2023cü il tarixdə saat 08 radələrində yumurta ilə 250 qram araq içmişdir. Həmin gün saat 11 radələrində vaxtını keçirmək üçün Sabirabad rayon mərkəzi poçtun qarşısında dayanmışdır. Həmin vaxt bir nəfərin maşın və mağazalardan pul yığdığını görmüşdür. O, həmin adamın dilənçi olduğunu və cibində pulu olduğunu bilmişdir. Ona görə də cibindəki pulları ələ keçirməyi qərara almışdır. Bu məqsədlə sonradan adının Tapdıq olduğunu bildiyi şəxsə yaxınlaşmış və Tapdığa onunla gəlməsini, gəldiyi təqdirdə ona nəzir və paltar verəcəyini demişdir. Tapdıqla birlikdə Sabirabad rayon icra hakimiyyətinin arxasına gedən yolla getmişlər və zibilliyin yanından çöllük sahəyə gəlmişlər. O, ətrafda heç kim olmasın deyə çöllük sahəyə gəlmişdir. Orada Tapdıqdan nə qədər pulunun olduğunu soruşmuş, Tapdıq da ona əvvəlcə pulunun olmadığını, sonra isə 5-6 manat pulunun olduğunu demişdir. Sonra Tapdıq cibindəki pulları çıxarıb ona vermək istəyəndə, o, Tapdığın əlindən pullarını alıb qaçmışdır. Yolda pulları sayanda 30 manat pul olduğunu görmüşdür. O, sonradan Tapdıq adlı şəxsin polis şöbəsinə gəlib onun barəsində şikayət etdiyini bilmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzrə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadəsi, həmçinin cinayət işinin digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, ünvan 3 ünvanında yaşayır. O, rəsmi olaraq heç yerdə işləmədiyini, Ağadaş, Göyçay, Kürdəmir və Sabirabad rayonlarında dilənçilik etməklə çörək pulu qazandığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında dilənmək üçün Sabirabad rayonuna gəlmişdir. Həmin gün saat 11 radələrində Sabirabad şəhərində Mərkəzi Poçtun qarşısında dilənçilik etməyə davam etmiş, cibində də 30 manat bir manatlıq, 4-5 manatlıq da qəpik pullar olmuşdur. Belə ki, səhər Sabirabad rayonuna gələndə özündə 20 manat pul olmuş, qalanını isə Sabirabada gəldikdən sonra dilənmişdir. Saat 11 radələrində bir nəfər tanımadığı şəxs, sonradan adını bildiyi Rauf adlı şəxs ona yaxınlaşmış, ona nəzir verəcəyini, eləcə də geyinməyə paltar verəcəyini deyib onunla gəlməsini demişdir. O da Raufa inanmış və birlikdə getməyə başlamışdır. Həmin şəxs onu zibilliklə aparıb yaşayış olmayan çöllüyə gətirmiş və ondan nə qədər pul yığmasını soruşmuşdur. O da qorxmuş və cibində 5-6 manat pul olduğunu demişdir. Rauf ondan pullarını verməsini demiş, o da Raufa 5-6 manat pul verib canını qurtarmaq üçün cibindəki pulları çıxarmışdır. Həmin vaxt Rauf əlindən pulları alıb qaçmışdır. O, həmin vaxt qışqırmaq istəmiş, lakin qorxduğu üçün oradan uzaqlaşmış, oradan da çıxıb Sabirabad rayon polis şöbəsinə gələrək, bu barədə ərizə ilə müraciət etmişdir. Polis şöbəsinə gəldikdən sonra, həmin şəxsin Sabirabad rayon sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. Hadisə zamanı həmin şəxs ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanının ödənilməsini, onun zərərçəkmiş şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qisimində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ünvan 5 ünvanında qardaşı Təqsirləndirilən şəxsla birlikdə yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir, gözəllik salonunda işləməklə çörək pulu qazanır. Qardaşı, Təqsirləndirilən şəxs Ağdaş rayon sakini Zərərçəkmiş şəxs 30 manat pulunu ələ keçirməsindən sonradan məlumatı olmuşdur. Belə ki, 05 mart 2023-cü il tarixdə günorta saatlarında eşitmişdir ki, Sabirabad rayon polis şöbəsinin əməkdaşları Raufu polis şöbəsinə aparmışlar. O, şöbəyə gələndə öyrənmişdir ki, Rauf Ağdaş rayon sakini, Sabirabad rayonunda dilənçilik edən Zərərçəkmiş şəxs 30 manat pulunu ələ keçirmişdir. Polis şöbəsində Raufu görüb bu barədə soruşduqda, Rauf ona Zərərçəkmiş şəxs əlindən 30 manat pulunu alıb qaçdığını demişdir. Odur ki, o, zərərçəkmişi tapıb onunla görüşmüş və Raufun ondan aldığı pulu tam olaraq ona ödəmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Sabirabad rayon, Sabirabad şəhər İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama cinayət əməlini törətməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respbulikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, həmçinin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə hazırki cinayət əməllərinə görə yalnız azadlıqdan məhrumetmə cəzası təyin edilməsi məqsədəmüvafiqdir və onun islah olunmasına nail olunması üçün labüddür. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazıradək həbsdədir. Odur ki, ona təyin olunmuş cəzanın çəkilməsi müddətinin əvvəli həmin gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, təqsirləndirilən şəxs təyin olunmuş həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təyin edilmiş cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-102/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-102/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver