Məhkəmə qərarları › İş №1(056)-102/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-102/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-102/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) - Nümayəndə, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə zor tətbiq etmədən cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 01 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Hacıqabul rayon sakini Zərərçəkmiş şəxs sonuncunun razılığı əsasında evlənmək məqsədilə Hacıqabul şəhərindən Gəncə şəhərinə gətirmiş, 03 aprel 2025-ci il tarixdə, gecə saatlarında cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “İmamzadə” məscidinin qarşısındakı ağaclıq sahədə yerə uzadıb gərilmiş vəziyyətdə olan cinsi orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə, bədənini öpməklə, əlləri ilə ovxalamaqla, 18 avqust 2010-cu ildə anadan olmaqla on dörd yaşına çatmış, lakin on alt yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən 08 aprel 2025-ci il tarixdə saat 04 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə yaşadığı Sabirabad rayonu, Şəhriyar kəndindəki evlərində gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə, bədənini öpməklə, əlləri ilə ovxalamaqla, 18 avqust 2010-cu ildə anadan olmaqla on dörd yaşma çatmış, lakin on altı yaşma çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Sabirabad rayonu, Şəhriyar kəndində anadan olmuşdur, subaydır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs anası Nümayəndə ilə “Tik-Tok” adlı sosial şəbəkədə tanış olmuşdur. Nümayəndə ilə “WhatsApp” vasitəsilə görüntülü danışmış, sonra onun iş yerinə, daha sonra isə onun yaşadığı evə getmişdir. Lalənin evində Zərərçəkmiş şəxs görmüş və Badamla münasibət yaratmışdır. Bu münasibətdən sonra onlar biri-birini sevmişlər. Bir müddət sevgi münasibətləri qurduqdan sonra Badamla Gəncəyə gəzməyə getmişlər. Gəncəyə gəzməyə gedən zaman Badamla parkda yerə çəmənliyin üstünə gödəkçələrini sərib üzərinə uzanaraq gecələmişlər. Gəncədə iki gün qalmışlar. Həmin vaxt telefon əlaqəsi yaradaraq Badamın anası Laləyə demişdir ki, Gəncədə kirayə ev tutmuşdur Badamla orada qalırlar. 03 aprel 2025-ci il tarixində Badamın razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Lalənin bu hadisədən xəbəri olmamışdır. Həmin ərəfələrdə Lalə DİN-nin “102” xidmət mərkəzinə zəng edərək məlumat vermişdir ki, guya mən Badamı zorla qaçırtmışam Gəncəyə. Hacıqabul Rayon Polis Şöbəsindən ona zəng olunandan sonra o və Badam Gəncədən qayıtmışlar onun evinə. Evə qızı aparmışdır öz otağına. Valideynlərinin bundan xəbəri olmamışdır. Səhər getmişdir Hacıqabul Rayon Polis Şöbəsinə. Badamla cinsi əlaqədə olan zaman onun 16 yaşı olduğunu bilmiş, onu sevdiyindən onunla cinsi münasibətə girmişdir. Valideynləri Badamın “Həri”sini almışlar və belə razılaşmışlar ki, Badamın 18 yaşı tamam olduqdan sonra onunla evlənəcəkdir. Əlavə olaraq bildirir ki, o, Badamı Gəncəyə zorla aparmamış, Badamla razılıq əsasında Gəncəyə getmişlər. Belə ki, Badamla valideynlərinin yaşadığı evə gəldikdən sonra Lalə onlara gəlmiş və Lalə onlara xeyir-dua verdikdən sonra Gəncəyə getmişlər. Zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. 18 avqust 2010-cu ildə anadan olmuşdur. Anası Nümayəndə X4 ilə “Tik-Tok” adlı sosial şəbəkədə tanış olmuşdur. Daha sonra anası ilə Gülağa onların evinə gəlmişlər və o Gülağa ilə tanış olmuşdur. Daha sonra o Gülağa ilə “WhatsApp”la danışmışdır. Sonra isə Gülağanın qohumları onlara elçi gəlmişlər və onun tərəf Gülağanın qohumlarına “hə” cavabı vermişlər. Həmin vaxt Gülağanın onunla evlənmək firkri olmuşdur. 01 aprel 2025-ci il tarixdə o Gülağaya qoşulub Gəncəyə qaçmışdır. Hacıqabul Rayon Polis Şöbəsinə anası Lalə şikayət etdikdən sonra o Gülağa ilə birlikdə qayıtmışlar Gülağanın evinə. Səhər Hacıqabul Rayon Polis Şöbəsinə getmişlər. Hazırda onların biri-birinə olan sevgi münasibətləri yoxdur. Əlavə olaraq bildirir ki, Gülağa onunla münasibətdə olan zaman 14 yaşı olduğunu bilmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, lakin 18 yaşı tamam olduqdan sonra onunla rəsmi nikaha daxil olmaq istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Nümayəndə ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. X4 ilə “Tik-Tok” adlı sosial şəbəkədə tanış olmuşdur. Gülağa Əsgərov “Tik-Tok”-da canlı yayım açmış o da həmin canlı yayıma qoşulmuşdur. Sonra isə Gülağa ona yazmış və onların münasibəti yaranmışdır. Daha sonra isə Gülağa ona zəng edib onlara gəlmək istədiyini bildirmiş və o etiraz etməmişdir. Gülağa birinci onun iş yerinə gəlmiş, sonra isə gəlmişlər yaşadığı evə və evdə yeyib-içmişlər. Yeyib-içdikdən sonra Gülağa evlərinə çıxıb getmişdir. Məhz həmin vaxt Gülağa onun qızı Badamı bəyənmişdir. Gülağa ilə Badamın biri-birini sevdiklərindən və Gülağanın onun qızını qaçırtmağından onun xəbəri olmamışdır. Birinci dəfə Gülağa onun qızını qaçırtdıqdan sonra Gülağanın atası elçiliyə gəlmiş və o demişdir ki, Badamın 14 yaşı var, uşaqdır, qanun evlənməsinə icazə vermir. Sonra isə gedib qızı qaytarmışdır evinə. Bu hadisənin üstündən bir müddət keçdikdən sonra Gülağanın anası ona zəng edib demişdir ki, “oğlum qızını qaçırtmağa gəlir, tez özünü çatdır evə”. O, taksi tutub tez evə gəlmiş, lakin görmüşdür ki Gülağa artıq Laləni qaçırtmışdır. Bu zaman o, məktəbə getmiş və məktəbdə ona demişlər ki, Badam orada yoxdur. Zəng etmişdir Badama, Badam demişdir ki, Gülağanın yanındadır və Gülağa onun üzünün səpkilərini müalicə etdirməkdən ötrü onu həkimə gətirmiş və onlar diaqnostik mərkəzdədirlər. Bu zaman o qızına demişdir ki, orada qalsınlar diaqnostik mərkəzin həyətinə gəlir. Qızı isə ona cavab vermişdir ki, o, Gülağa ilə səhər gəzməyə gedəcəkdir, gəlməyə ehtiyac yoxdur. Daha sonra o, Gülağaya, Gülağanın atasına və anasına zəng edib uşağının yaşı az olduğunu və uşağını ona qaytarmaqları barədə demişdir. Lakin Gülağanın anası ona demişdir ki, “get hara deyirsən de mən heç kəsdən qorxmuram”. Sonradan ona məlum olmuşdur Gülağa qızı qaçırdıb Gəncəyə. Bunu biləndən sonra o, DİN-nin “102” xidmət mərkəzinə zəng edib şikayət etmişdir. Şikayət etdikdən sonra Gülağa və Badam axşam Sabirabad rayonu, Şəhriyar kəndində Gülağanın evinə gəlmişlər. Səhər Gülağanın anası ona zəng edib gəlib qızını aparmasını bildirmişdir. Taksi tutmuş, iş yoldaşı ilə birlikdə getmişdir Gülağanın evinə. Həmin vaxt görmüşlər ki, Gülağa ilə Badam Gəncədən gəlmişlər. Ona evə girməyə icazə verməmişlər. Bu səbdən də o, durmuşdur qapının arxasında və ona icazə verəndən sonra qapını açıb içəri girmişdir. Həmin vaxt Gülağanın anası demişdir ki, oğluna yaxın durmasınlar, oğlunun cibində bıçaq var ya özünü, ya atasını vuracaqdır. O, qorxmuş və Gülağa ilə Badam əl-ələ tutaraq evin dalına qaçmışlar. Sonra Gülağanın atası Gülağanı döymüş və dava-dalaş düşdüyünü görüb o taksi ilə qayıtmışdır evinə. Daha sonra isə Hacıqabul Rayon Polis Şöbəsinə çağırılmışdır. Əlavə olaraq bildirir ki, Badam Gəncədə olanda onun telefonunu Gülağa satmışdır. X2 zaman Gülağa onu aldatmış və telefonla ona bildirmişdir ki Sumqayıtda qardaşının evində qalırlar. Hacıqabul Rayon Polis Şöbəsində bilmişdir ki, Gülağa qızı Badamla cinsi əlaqədə olmuşdur. Hal-hazırda Gülağadan heç bir şikayət və tələbi yoxdur, lakin Badama məxsus olan satılmış telefonun pulunu Gülağadan tələb edir. Qızının 18 yaşı tamam olandan sonra el adəti ilə elçi gələndən sonra onların evlənmələrinə razı olar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Şəhriyar kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. O, nəvələrini Nümayəndə işlədiyi “Fədək” deyilən yerə aparmışdır. Birinci dəfə o, Laləni orada görmüşdür. Nəvələrini orada gəzdirdikdən sonra evə qayıtmaq istəmiş və oğlu Gülağaya demişdir ki, birlikdə evə qayıtsınlar. Gülağa isə ona demişdir ki, evə qayıtmayacaq və Lalənin icazəsi ilə Badamı gəzdirməyə aparacaqdır. Həmin vaxt o nəvələri ilə evə qayıtmışdır, Gülağa isə orada qalmışdır. Gülağa gecə evə gəlməmiş, səhər tezdən Badamla birlikdə evə gəlmişlər. Arvadı Badamın anası Laləyə zəng edib Badamın bizdə olduğu barədə məlumat vermişdir. Sonra isə o Badamı öz avtomobili ilə aparıb valideyninə təhvil vermişdir. 02 aprel 2025-ci il tarixdə Badamı anası Lalə bu hadisəyə görə döymüş və Badam evdən qaçıb onlara gəlmişdir. Sonra isə o və arvadı, Laləyə zəng edib gəlib qızını aparmasını bildirmişlər. Lalə gəlib qızını aparmadığına görə bu hadisə baş vermişdir. Daha sonra Hacıqabul Rayon Polis Şöbəsinə izahat vermək üçün çağırılmışlar. O, Gülağanın Badam ilə yüngül cinsi əlaqəqə olmasını sonradan məhkəmə-tibbi ekspertizası keçirilən vaxt bilmişdir. X12 ilə yüngül cinsi əlaqəqə olmasını bildikdən sonra oğlunu danlamış və Gülağa etiraf etmişdir ki, Badamla yüngül cinsi əlaqədə olmuşdur. Gülağa ilə Badamın Gəncəyə getmələrindən onun xəbəri olmamışdır. O, onlara zəng edəndə onların telefonuna zəng çatmamışdır. Gülağa ilə Badam Gəncədən onların evinə gələndə arvadının və onun xəbəri olmamışıdr. Səhər tezdən arvadı həyətə düşəndə görmüşdür ki, həyətdə yad adamın ayaqqabıları vardır. Arvadı Gülağanın otağına girmiş və görmüşdür ki, Gülağa ilə Badam evdədirlər. Daha sonra isə onları aparıb polisə təhvil vermişdir. Lalə və onun qızı ilə söz-söhbəti yoxdur, lakin onlarla münasibət saxlamırlar. Badamın 18 yaşı tamam olandan sonra oğlu Gülağa ilə onun evlənməsinə razıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Götürmə haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd alt paltarı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında götürülmüşdür (i.v. 56-57). “Baxış aparılması haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Zərərçəkmiş şəxs qarşı 03 aprel 2025-ci il tarixdə gecə radələrində Gəncə şəhəri, Atabəylər küçəsində «İmamzadə» məscidinin 100 metr yaxmlığnda yerləşən ağaclıq hissədə seksual xarakterli hərəkətlər etdiyi yeri göstərmişdir (i.v. 61-65). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, o, Zərərçəkmiş şəxs ilə Gəncə şəhəri «İmamzadə» məscidinin yaxınlığında yerləşən ağaclıq sahədə bir dəfə cinsi əlaqədə olduğunu bildirib ona qarşı seksual xarakterli hərəkət etdiyi yeri təqdim edib göstərmişdir (i.v. 66-68). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, o, Zərərçəkmiş şəxs ilə Sabirabad rayonu Şəhriyar kəndində yaşadığı evin otağında xx.xx.2025-ci il tarixdə saat 04 radələrində ona qarşı seksual xarakterli hərəkət etdiyi yeri təqdim edib göstərmişdir (i.v. 74-76). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X13 28 aprel 2025-ci il tarixli, 159 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi (i.v. 92-95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X13 22 aprel 2025-ci il tarixli, 156 saylı rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pədəsinin tamlığı pozulmamışdır, anatomik qurluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəçək nahiyəsində qeyritəbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəçək dəliyi nahiysində xəsarət və ya xəsarət izi olmadıqda, cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi (i.v. 96-99). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X13 30 aprel 2025-ci il tarixli, 192/2025-TBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A /İİ/-dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu B /İİİ/dir. Ekspertizaya təqdim edilmiş tuman üzərində sperma qarışmış insan qanı ləkələri antigenləri alındı. A antigeni zərərçəkmiş Zərərçəkmiş şəxs qrup göstəricisini xarakterizə etdiyi üçün ləkələrdə onun alınması qanın hesabma izah olunur. B antigeni ona məxsus olmadığı üçün, onun ləkələrdə alınması sperma hesabına izah oluna bilər. Belə olan halda, qan A /İİ/ qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs qızma, sperma isə B /İİİ/ qruplu şəxsə, o, cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş tuman üzərində olan qan ləkələri uşaqlıq yolundan axan qan hesabına yaranmışdır və bakirəliyin pozulması zamanı əmələ gəlməsi inkar olunmur (i.v. 100-106). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1151 saylı rəyindən görünür ki, məhkəmə psixatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəsiəliyin əlamətləri aşkar olunmur. Məhkəmə psixoloji ekspertizası üzrə: aparılmış eksperkmental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli intelektua! imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional iradi sferasında, fərdi psixi xüsusiyyətlərində, hərəkət və davranışım iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə psixatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmk və onları idarə etmk iqtidarında olmuşdur. Buna görə də G.N.Əskərov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında öz hərəkətlərim faktiki xarakterini dərk etmək, özünü idarə etmək, hadisəni faktiki xarakterini qavramaq iqtidarmda olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə:Təqsirləndirilən şəxs öz maraqlarına yuğun davranmaq, nümayişkəranəlik, eqosentizm kimi fərdi-psixioloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional vəziyyətdən asılı olaraq etdiyi hərəkətləri tam dərk etmək qabiliyətinə malik olmuşdur (i.v.178-180). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1152 saylı rəyindən görünür ki, məhkəmə psixoloji ekspertizası üzrə: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəsiəliyin əlamətləri aşkar olunmur. Məhkəmə psixoloji ekspertizası üzrə: aparılmış eksperkmental psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs oğlunun əqli psixi inkşafi, yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Ekstravetə daha yaxındır. Fərdi psixi xüsusiyytlərində nümayişkəranəlik, ətrafdakılann diqqətini öz üzərinə çəkmək, öz vəziyyətini qabarmağa meyillilik, həmçinin yetkinlik yaşma məxsus müstəqilliyə və sərbəstliyə can atmaq müəyyən edilir. Məlikəmə psixatrik ekspertizası üzrə: Zərərçəkmiş şəxs qızmda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmək, özünü idarə etmək, ifadisəni faktiki qavramaq iqtidannda olmuşdur. Zərərçəkmiş şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsnə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə: Zərərçəkmiş şəxs əqli-psixi inkişafi yaş xüsusiyyətlərinə uyğundur. Fərdi-psixi xüsusiyyətlərində nümayişkəranəlik, ətrafmdalaların diqqətini öz üzərinə çəkmək, öz vəziyyətinə qabartmağa meyillilik, həmçinin yetkinlik yaşma məxsus müstəqilliyə can atmaq müəyyən edir. Zərərçəkmiş şəxs ona qarşı seksual xarakterli hərəkətlər olunan zaman psixi-emosional vəziytində iş üçün əhəmiyyət kəsb edəçək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs emosional vəziyyətindən asılı olaraq ona qarşı olan hərəkətləri tam dərk etmək qabiliyyətinə malik olmuşdur (i.v.181-184). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1 -ci maddəsi ilə elan olunmuş yenidən ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Rekspublikası CM-nin 144 və 149-cu maddələrin “Adam oğurluğu” və “Zorlama” maddələrinin tərkibi olmadığına görə qeyd edilən xüsusatlarla bağlı barəsində cinayət təqibi başlanmasının rədd edilməsi, Nümayəndə əməlində Azərbaycan Respublikasının CM-nin 176-1.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatda bağlı barəsində cinayət təqibi başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs arxa keçəçək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlərin olması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə onun təqsirliliyi sübuta yetirilmədiyindən barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, göstərilən halın yoxlanılması qeyd olunan əlamətlərin həqiqiliyini təkrar ekspertiza keçirilməklə müəyyən edilməsi və bu fakta hüquqi qiymət verilməsi üçün cinayət işinin materiallarından ayrıcı icraata material ayrılması, Zərərçəkmiş şəxs məxsus tuman iş üçün əhəmiyyət kəsb etdiyindən maddi subut qismində tanınması və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlancı otağına təhvil verilməsi, cinayət işində olan, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin dindirmələri, digər istintaq hərəkəti protokolları və sair sənədlər sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.243-256). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin müvafiq olaraq məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrinin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 05 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə, saat 23:20-də tutulmuşdur (i.v 120). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmuşdur (i.v.133-134). “Həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” 07 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün rayon məhkəməsinə təqdimatla müraciət edilməsinə dair vəsatət təmin edilməmişdir (i.v.159-160). “Tutulmuş şəxsin azad edilməsinə dair” 07 may 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Əskərov X1 Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir (i.v.161- 162). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 07 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.164-165). “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Sabirabad Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilmişdir (i.v.187-188). “İbtidai istintaq müddətinin uzadılması barədə” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin 21 iyun 2025-ci il tarixli qərarı ilə 01 (bir) ay olmaqla 04(dörd) ayadək, yəni 10 iyul 2025-ci il tarixdən 10 avqust 2025-ci il tarixədək uzadılmışdır (i.v.191-192). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.237-238). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 176). Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında olan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ polisin nəzarəti altma vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs hadisə günü əynində olmuş tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ibtidai istintaq zamanı saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ polisin nəzarəti altma vermə ” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut – Zərərçəkmiş şəxs hadisə günü əynində olmuş tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar