Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-103/2023 26.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1996-üı bklz Sabirabad rayonu Türkədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Türkədi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxx 1992-ci ildə Sabirabad rayonu Türkədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sabirabad rayonu Türkədi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 16 yanvar 2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Narlıq kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gəlmiş, avtomobili yol kənarında saxladıqdan sonra avtomobildən düşərək, piyada gəlib xırda buynuzlu heyvanların saxlanıldığı tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq, hər birinin qiyməti 200 manat olan ümumilikdə səkkiz baş xırda buynuzlu heyvanları tövlədən çıxarıb aparmaqla, ümumilikdə 1600 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 29 yanvar 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Qaralı kəndinə gəlmiş, avtomobili Kür çayının kənarındakı torpaq bəndin üzərində saxladıqdan sonra avtomobildən düşərək Kür çayının kənarındakı örüş sahəsində otlayan kənd sakini Zərərçəkmiş şəxs3 məxsus hər birininin qiyməti 300 manat iki baş qoçu tutub avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə 600 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaaq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 29 yanvar 2023-cü il tarixdə günorta saatlarında idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Cavad kəndinə gəlmiş, avtomobili Kür çayının kənarındakı torpaq bəndin üzərində saxladıqdan sonra avtomobildən düşərək Kür çayının kənarındakı örüş sahəsində otlayan kənd sakini Zərərçəkmiş şəxs4 məxsus hər birininin qiyməti 200 manat dörd baş qoyunları tutub avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə 800 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 30 yanvar 2023-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Əlicanlı kənd sakini Zərərçəkmiş şəxs5 yaşadığı evin yaxınlığına gəlmiş, avtomobili yol kənarında saxladıqdan sonra avtomobildən düşərək, piyada gəlib xırda buynuzlu heyvanların saxlanıldığı tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq, qiyməti 250 manat olan beş baş qoyunu, qiyməti 400 manat olan boğaz qoyunu və qiyməti 100 manat quzunu tövlədən çıxarıb aparmaqla, ümumilikdə 1750 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 19 mart 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gəlmiş, avtomobili torpaq bəndin üzərində saxladıqdan sonra avtomobildən düşərək, piyada gəlib xırda buynuzlu heyvanların saxlanıldığı tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq, qiyməti 300 manat olan bir baş qoyunu, hər birinin qiyməti 330 manat olan iki baş boğaz qoyunları, qiyməti 400 manat olan bir baş erkək qoçu başlarına ip dolayıb tövlədən çıxarıb aparmaqla, ümumilikdə 1360 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 16 yanvar 2023-cü il tarixdə saat 22 radələrində sonuncunun idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Narlıq kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gəlmiş, avtomobili yol kənarında saxladıqdan sonra avtomobildən düşərək, piyada gəlib xırda buynuzlu heyvanların saxlanıldığı tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq, hər birinin qiyməti 200 manat olan ümumilikdə səkkiz baş xırda buynuzlu heyvanları tövlədən çıxarıb aparmaqla, ümumilikdə 1600 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 29 yanvar 2023-cü il tarixdə saat 15 radələrində sonuncunun idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Qaralı kəndinə gəlmiş, avtomobili Kür çayının kənarındakı torpaq bəndin üzərində saxladıqdan sonra avtomobildən düşərək Kür çayının kənarındakı örüş sahəsində otlayan kənd sakini Zərərçəkmiş şəxs3 məxsus hər birininin qiyməti 300 manat iki baş qoçu tutub avtomobilin yük yerinə yükləyib aparmaqla, sonuncuya ümumilikdə 600 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 29 yanvar 2023-cü il tarixdə günorta saatlarında sonuncunun idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Cavad kəndinə gəlmiş, avtomobili Kür çayının kənarındakı torpaq bəndin üzərində saxladıqdan sonra avtomobildən düşərək Kür çayının kənarında örüş sahəsində otlayan kənd sakini Zərərçəkmiş şəxs4 məxsus hər birininin qiyməti 200 manat dörd baş qoyunları tutub avtomobilin yük yerinə yükləyib aparmaqla, ümumilikdə 800 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 30 yanvar 2023-cü il tarixdə saat 23 radələrində sonuncunun idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu Əlicanlı kənd sakini Zərərçəkmiş şəxs5 yaşadığı evin yaxınlığına gəlmiş, avtomobili yol kənarında saxladıqdan sonra avtomobildən düşərək, piyada gəlib xırda buynuzlu heyvanların saxlanıldığı tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq, qiyməti 250 manat olan beş baş qoyunu, qiyməti 400 manat olan boğaz qoyunu və qiyməti 100 manat quzunu tövlədən çıxarıb aparmaqla, ümumilikdə 1750 manat məbləğdə ziyan vuraraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə özgə əmlakını gizli talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 19 mart 2023-cü il tarixdə saat 22 radələrində sonuncunun idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** dövlət nömrə nişanlı avtomobillə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gəlmiş, avtomobili torpaq bəndin üzərində saxladıqdan sonra avtomobildən düşərək, piyada gəlib xırda buynuzlu heyvanların saxlanıldığı tövləyə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq, qiyməti 300 manat olan bir baş qoyunu, hər birinin qiyməti 330 manat olan iki baş boğaz qoyunları, qiyməti 400 manat olan bir baş erkək qoçu başlarına ip dolayıb tövlədən çıxarıb aparmaqla, ümumilikdə 1360 manat məbləğdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Türkədi kəndində yaşayır. Özünə məxsus “VAZ 2106” markal ** CZ *** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə rayon ərazisində taksi kimi fəaliyyət göstərir. Sabirabad rayonu Narlıq kənd sakini Zərərçəkmiş şəxs2 məxsus quzuları həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Belə ki, 16 yanvar 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2la birlikdə özünə məxsus olan VAZ-2106 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Narlıq kəndində yerləşən şor su kanalında balıq tutmağa getmiş, həmin vaxt maddi sıxıntıları olmuşdur. Ona görə də Eminağa ona quzu oğurlamağı və həmin quzuları bazarda satdıqdan sonra pulu yarı bölməyi təklif etmiş, o, razılaşmışdır. Həmin gün saat 23 radələrində Narlıq kəndində avtomobili ilə ara küçələrlə hərəkət edən zaman bir evin tövləsində quzuların olduğunu görmüş, avtomobilini həmin evin yanında olan kanalın digər tərəfində saxlamış və Eminağa ilə birlikdə həmin evin qarşısına gəlmişdir. Eminağa ilə birlikdə qaz turbasının üstündən evin daş hasarından aşmaqla ot tayasının üstünə çıxmışlar. Ot tayasının üstündən tövləyə daxil olmaq üçün yer olmuşdur. Eminağa həmin yerdən tövləyə daxil olmuş, o da ot tayasının üstündə gözləmişdir. Eminağa tövlədə olan quzuları bir-bir ona vermiş, o da ot tayalarının yanında olan pres ipləri ilə Eminağanın verdiyi quzuların ayaqlarını bir-birinə bağlamışdır. Eminağa 8 baş quzunu ona verdikdən sonra, özü də ot tayasının üstünə, oradan da küçəyə çıxmış, o da ot tayasının üstündən quzuları Eminağaya vermişdir. Sonra o da həmin yerdən küçəyə çıxmış və birlikdə quzuları aparmaq istəyən zaman quzulardan birinin ayaqlarını yaxşı bağlamadıqları üçün həmin quzu qaçaraq kanala düşmüşdür. Həmin quzunu çıxara bilməyəcəklərini bilib 7 baş quzunu qucaqlarında götürüb avtomobilə tərəf gəlmiş və həmin quzları avtomobilin arxa yük yerinə qoymuşlar. Bundan sonra avtomobildə olan Eminağanın balıq tutmaq üçün alətlərini evlərinə qoyması üçün evlərinə gəlmişlər. Evə gəldikdən sonra Eminağa ona ev işlərinin olduğunu deyib, oğurladıqları quzuları tək bazarda satmağı təklif etmiş, o, razılaşmış və quzuları avtomobili ilə İmişli bazarında satmağa aparmışdır. O, həmin quzuları İmişli bazarında hər birini 100 manat olmaqla, 700 manata tanımadığı şəxsə satmış və səhəri günü saat 11 radələrində Eminağanın yaşadığı evə gəlmişdir. O, Eminağaya quzuların hər birini 100 manata satdığını demiş və 350 manat pulu Eminağaya vermişdir. Sonradan öyrənmişdir ki, quzuları oğurladıqları evin sahibi Narlıq kənd sakini Zərərçəkmiş şəxs2dur. Bundan başqa, 29 yanvar 2023-cü il tarixdə idarə etdiyi VAZ-2106 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilllə Təqsirləndirilən şəxs2la Kür çayının kənarındakı torpaq bəndin üzəri ilə hərəkətdə olarkən Kür çayının kənarındakı örüş sahələrində, rayonun Qaralı kəndi ərazisində olarkən torpaq bəndin kənarında təxminən 10-15 ədəd xırda buynuzlu heyvanların otladığı görmüş, Eminağa ilə qərara gəlmişdir ki, həmin heyvanlardan bir neçəsini oğurlasınlar. Avtomobili bəndin üzərində saxladıqdan sonra Eminağa ilə birlikdə avtomobildən düşmüşlər. Heyvanları yulğun kollarının sıx olduğu yerə saldıqdan sonra iki baş erkək qoçu Eminağa ilə birlikdə tutub ayağını bağlayaraq avtomobilin yük yerinə qoymuşlar. Digər qoyunlar isə qaçıb getdiyi üçün arxasınca getməmişlər. Sonra da avtomobili idarə edib torpaq bəndin üzəri ilə Cavad kəndi ərazisinə gəlmişlər. Bəndin üzərində hərəkətdə olarkən yenə də 20-25 baş xırda buynuzlu heyvanların Kür çayının kənarındakı sahədə otladığını görüb Eminağa ilə birlikdə avtomobildən düşüb qoyunları kolların sıx olduğu yerə gətirmiş, orada 4 baş qoyunları tutub ayaqlarını iplə bağlayaraq avtomobilin salonuna yükləmişlər. Həmin günü oğurladıqları ümumilikdə 2 baş erkək qoçu və 4 baş qoyunları İmişli rayonunda yerləşən mal bazarına aparıb ümumilikdə 1200 manata tanımadığı şəxsə satmışlar. Əldə etdikləri pulu isə aralarında yarıya bölmüşlər. Həmin günün səhəri, yəni 30 yanvar 2023-cü il tarixdə saat 23 radələrində yenə torpaq bəndin üzəri ilə avtomobillə hərəkət edib rayonun Əlicanlı kəndinə gəlmişlər. Bəndin kənarındakı torpaq yoldan kəndarası yola dönüb torpaq yolla hərəkət etdikdən sonra yolun sağ kənarında ot tayasının və tövlənin olmasını görmüşlər. Avtomobili kənarda saxlayıb piyada tövlənin yaxınlığına gəlmişlər. Tövlənin küçə qapısı içəridən bağlı olduğundan daş hasardan tullanıb tövlənin qapısı açmışlar. Sonra tövlədə olan 25-30 baş xırda buynuzlu heyvanlardan 6 baş qoyunu və 1 baş balaca quzunu tövlədən çıxardıb avtomobilin yanına gəlmişlər. Heyvanları avtomobilin yük yerinə və salonuna yüklədikdən sonra Sabirabad rayonu Şəhiryar kəndində yerləşən mal bazarına aparıb tanımadığı şəxsə qoyunları 150 manatdan, quzunu isə 100 manata satmaqla ümumilikdə 1000 manat gəlir əldə etmişlər. Əldə etdikləri həmin pulu aralarında bölmüşlər. Bir müddət polislərin onlardan şübhələnməməsi üçün oğurluq etməmək qərarına gəlmişlər. Sonuncu dəfə isə, yəni 18 mart 2023-cü il tarixdə saat 15 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** qeydiyyat nişanlı avtomobili ilə Kür çayının kənarındakı bəndin üzərində hərəkətdə olarkən bəndin kənarındakı birinci evin həyətində tövlə olmasını, həyətdə isə 4 baş xırda buynuzlu heyvanların olduğunu görmüşlər. Eminağa ona təklif etmişdir ki, həmin heyvanları oğurlamaq olar. O da Eminağanın təklifi ilə razılaşmış və belə qərara gəlmişlər ki, səhərisi gün həmin tövlədən oğurluq etsinlər. Bu məqsədlə 19 mart 2023-cü il tarixdə saat 22 radələrində Eminağa ilə qabaqcadan razılaşdıqları kimi yaşadığı Türkədi kəndində görüşmüş, Eminağa onun avtomobilinə minmiş və birlikdə Cavad körpüsünü keçdikdən sonra bəndin üzəri ilə hərəkət edib oğurluq etmək istədikləri evə təxminən 300 metr qalmış, bəndin üzərində avtomobili saxlayıb birlikdə avtomobildən düşərək bəndin kənarındakı birinci evə yaxınlaşmışlar. O, tövlənin çölə açılan dəmir qapısının yanında dayanmış, Eminağa isə taxta hasardan tullanıb həyətə daxil olmuşdur. Eminağa həyətdəki tövləyə daxil olub tövlənin küçə qapısnı açdıqdan sonra o da tövləyə daxil olmuşdur. Sonra birlikdə tövlədəki 4 baş qoyunların başlarını tövlədəki iplə bağlayıb dartaraq tövlədən çıxardıb bəndin üzərinə gəlmişlər. Sonra qoyunları qabaqlarına salaraq avtomobilin dayandığı yerə gəlmişlər. Oğurladıqları 4 baş qoyundan 2 başını avtomobilin salonuna, digər 1 baş qoyunu isə avtomobilin yük yerinə qoymuşlar. Sonuncu 4-cü baş qoyunu avtomobilin yük yerinə qoymaq istəyərkən polis avtomobilinin yanlarına gəlməsini görmüşlər. Eminağa isə polislərin gəlməni görüb dərhal bəndən aşağı düşüb oradan qaçmışdır. Lakin o heç yerə qaça bilməmişdir. Polislər ona yaxınlaşıb nə etdiyini soruşduqda demişdir ki, heyvanlar sahibsizdir, avtomobilə mindirib evə aparacaqdır. Sonra da sahibini tapıb verəcəkdir. Bir baş qoyun isə qaçaraq uzaqlaşmışdır. Polislər onu polis şöbəsinə gətirdikdən sonra səmimi olaraq oğurluq etdiyini etiraf etmişdir. Rayon ərazisində ümumilikdə 5 dəfə oğurluq etmişdir. Belə ki, sonuncu hadisə ilə birlikdə 3 dəfə tövlədən qoyun oğurlamış, 2 dəfə isə Kür çayının kənarında boş sahədən qoyun oğurlamışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır və onlara dəymiş ziyanı ödəmişdir. Ailəlidir və himayəsində bir azyaşlı uşağı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinə əsasən o, məhkəmədən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu Türkədi kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər iki dəfə oğurluq etdiyi üçün tutulmuşdur. Belə ki, ilk dəfə 2014-cü ildə oğurluq etdiyi üçün 2500 manat cərimə cəzasına məhkum olunmuşdur. İkinci dəfə isə 2016-ci il tarixdə oğurluq etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2021-ci ildə azad olunmuşdur. Sabirabad rayonu Narlıq kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 8 baş quzuların oğurluğunu həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişdir. Belə ki, 16 yanvar 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1lə birlikdə Aqilin idarə etdiyi VAZ-2106 markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad rayonu Narlıq kəndində yerləşən şor su kanalında balıq tutmağa getmiş, həmin vaxt ikisi də pulun olmadığından danışmışlar. Ona görə də o, Təqsirləndirilən şəxs1 oğurluq etməyi və oğurluqdan sonra əldə etdikləri gəliri yarı bölməyi təklif etmiş, Aqilin də pula ehtiyacı olduğundan onunla razılaşmışdır. Həmin gün saat 23 radələrində Narlıq kəndində Aqilin idarə etdiyi avtomobillə ara küçələrlə gedən zaman bir evin tövləsində quzuların olduğunu görüb avtomobili həmin evin yanında olan kanalın digər tərəfindən saxlamış və Aqillə birlikdə həmin evin qarşısına gəlmişlər. O və Aqil birlikdə qaz turbasının üstündən evin daş hasarından aşmaqla ot tayasının üstünə çıxmış, ot tayasının üstündən tövləyə daxil olmaq üçün yer olmuş, həmin yerdən tövləyə daxil olmuş, Aqil də ot tayasının üstündə gözləmişdir. O, tövlədə olan quzuları bir-bir Aqilə vermiş, Aqil də ot tayalarının yanında olan pres ipləri ilə quzuların ayaqlarını bir-birinə bağlamışdır. O, 8 baş quzunu Aqilə verdikdən sonra özü də ot tayasının üstünə, oradan da küçəyə çıxmış və ot tayasının üstündə olan Aqilə quzuları ona verməsini demişdir. Aqil də 8 baş quzuları ona verdikcə həmin quzuları küçədə yerə qoymuş, sonra Aqil də həmin yerdən küçəyə çıxmış və birlikdə quzuları aparmaq istəyən zaman quzulardan birinin ayaqlarını yaxşı bağlamadıqları üçün həmin quzu qaçaraq kanala düşmüşdür. Həmin quzunu çıxara bilməyəcəklərini bilib, 7 baş quzunu qucaqlarına götürüb avtomobilə tərəf gəlmiş və həmin quzları avtomobilin arxa yük yerinə qoymuşlar. Bundan sonra avtomobildə balıq tutmaq üçün alətləri olduğundan yaşadığı evin həyətinə gəlmiş və alətləri evinə qoymuşdur. Evə gəldikdən sonra Aqilə ev işlərinin olduğunu deyib oğurladıqları quzuları tək bazarda satmağı təklif etmiş, Aqil də razılaşmış və quzuları avtomobili ilə İmişli bazarında satmağa getmişdir. Səhəri günü saat 11 radələrində Aqil yaşadığı evə gəlmiş və ona 350 manat pul vermişdir. Sonradan bilmişdir ki, quzuları oğurladıqları evin sahibi Narlıq kənd sakini Zərərçəkmiş şəxs2dur. Bundan başqa, 29 yanvar 2023-cü il tarixdə Aqilin idarə etdiyi VAZ-2106 markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilllə Kür çayının kənarındakı torpaq bəndin üzəri ilə hərəkətdə olarkən Kür çayının kənarındakı örüş sahələrində müxtəlif şəxslərə məxsus qoyunları görmüşlər. Rayonun Qaralı kəndi ərazisində olarkən torpaq bəndin kənarında təxminən 10-15 ədəd xırda buynuzlu heyvanların otladığı görüb Aqil ilə qərara gəlmişlər ki, həmin heyvanlardan bir neçəsini oğurlasınlar. Aqil avtomobili bəndin üzərində saxladıqdan sonra birlikdə avtomobildən dümüş, heyvanları yulğun kollarının sıx olduğu yerə saldıqdan sonra iki baş erkək qoçu Aqil ilə birlikdə tutub ayağını bağlayaraq avtomobilin yük yerinə qoymuşlar. Digər qoyunlar isə qaçıb getdiyi üçün arxasınca getməmişlər. Sonra da avtomobili idarə edib torpaq bəndin üzəri ilə Cavad kəndi ərazisinə gəlmişlər. Bəndin üzərində hərəkətdə olarkən yenə də 20-25 baş xırda buynuzlu heyvanların Kür çayının kənarındakı sahədə otladığını görüb Aqil ilə birlikdə avtomobildən düşüb qoyunları kolların sıx olduğu yerə gətirmiş, orada 4 baş qoyunları tutub ayaqlarını iplə bağlayaraq avtomobilin salonuna yükləmişlər. Həmin günü oğurladıqları ümumilikdə 2 baş erkək qoçu və 4 baş qoyunları İmişli rayonunda yerləşən mal bazarına aparıb ümumilikdə 1200 manata tanımadığı şəxsə satmışlar. Əldə etdikləri pulu isə aralarında yarıya bölmüşlər. Həmin günün səhəri, yəni 30 yanvar 2023-cü il tarixdə saat 23 radələrində yenə, torpaq bəndin üzəri ilə Aqilin idarə etdiyi avtomobillə hərəkət edib rayonun Əlicanlı kəndinə gəlmişlər. Bəndin kənarındakı torpaq yoldan kəndarası yola dönüb torpaq yolla hərəkət etdikdən sonra yolun sağ kənarında ot tayasının və tövlənin olmasını görərək avtomobili kənarda saxlayıb piyada tövlənin yaxınlığına gəlmişlər. Tövlənin küçə qapısı içəridən bağlı olduğundan daş hasardan tullanıb tövlənin qapısı açıb orada olan 25-30 baş xırda buynuzlu heyvanlardan 6 baş qoyunu və 1 baş balaca quzunu tövlədən çıxardıb avtomobilin yanına gəlmişlər. Heyvanları avtomobilin yük yerinə və salonuna yüklədikdən sonra Sabirabad rayonu Şəhiryar kəndində yerləşən mal bazarına aparıb tanımadığı şəxsə qoyunları 150 manatdan, quzunu isə 100 manata satmaqla ümumilikdə 1000 manat gəlir əldə etmişlər. Əldə etdikləri həmin pulu isə aralarında bölmüşlər. Bir müddət polislərin onlardan şübhələnməməsi üçün oğurluq etməmək qərarına gəlmişlər. Sonuncu dəfə yəni, 18 mart 2023-cü il tarixdə saat 15 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ 21063” markalı, ** CZ *** qeydiyyat nişanlı avtomobil ilə Kür çayının kənarındakı bəndin üzərində hərəkətdə olarkən bəndin kənarındakı birinci evin həyətində tövlə olmasını, həyətdə isə 4 baş xırda buynuzlu heyvanların olduğunu görüb Təqsirləndirilən şəxs1 təklif etmişdir ki, həmin heyvanları oğurlamaq olar. Aqil də onun təklifi ilə razılaşmışdır. Belə qərara gəlmişlər ki, səhərisi gün həmin tövlədən oğurluq etsinlər. Bu məqsədlə 19 mart 2023-cü il tarixdə saat 22 radələrində Aqillə qabaqcadan razılaşdıqları kimi yaşadığı Türkədi kəndində görüşüb Aqilin avtomobilinə minərək birlikdə Cavad körpüsünü keçdikdən sonra bəndin üzəri ilə hərəkət edib avtomobili oğurluq etmək istədikləri evə təxminən 300 metr qalmış bəndin üzərində saxlamışlar. Sonra birlikdə avtomobildən düşmüş, piyada bəndin kənarındakı birinci evə yaxınlaşmışlar. Aqil tövlənin çölə açılan dəmir qapısının yanında dayanmış, o isə taxta hasardan tullanıb həyətə daxil olmuşdur. Sonra həyətdə mişar daşından tikilmiş dəmir qapısı olan tövləyə yaxınlaşıb qapının üzərindəki qalın məftili çıxardıb tövləyə daxil olmuşdur. Sonra tövlənin çöl qapısını açmış Aqil isə tövləyə daxil olmuşdur. Aqillə birlikdə tövlədəki 4 baş qoyunların başlarını tövlədəki iplə bağlayıb dartaraq tövlədən çıxardıb bəndin üzərinə gəlmişlər. Sonra qoyunları qabaqlarına salaraq avtomobilin dayandığı yerə gəlmişlər. Oğurladıqları 4 baş qoyunlardan 2 başını avtomobilin salonuna, digər 1 baş qoyunu isə avtomobilin yük yerinə qoymuşlar. Sonuncu 4-cü baş qoyunu avtomobilin yük yerinə qoymaq istəyərkən polis avtomobilinin yanlarına gəlməsini görmüşlər. O, dərhal bənddən aşağı düşüb oradan qaçmışdır. Lakin Aqilin polislər tərəfindən saxlanılması görmüşdür. Sonra piyada yaşadığı Türkədi kəndindəki evlərinə gəlmiş, bir neçə saat sonra polislər yaşadıqları evə gəlib onu polis şöbəsinə dəvət etmişlər. O, səmimi olaraq Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etdiyini polis əməkdaşlarına etiraf etmişdir. Ümumilikdə rayon ərazisində 5 dəfə oğurluq etmişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır və onlara dəymiş ziyanı ödəmişdir. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinə əsasən o, məhkəmədən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Narlıq kəndində həyat yoldaşı, iki azyaşlı uşaqları və anası ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Onun fərdi təsərrüfatında 58 baş xırdabuynuzlu heyvanı olmuşdur. Həmin heyvanları yaşadığı evin həyətindəki tövlədə saxlamışdır. Həmin heyvanlardan 35 baş qoyun, 23 baş isə quzu olmuşdur. O, hər gün qoyunları saat 11 radələrində yaşadığı kəndin örüş sahəsinə aparır, saat 17 radələrində isə həyətinə gətirir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qoyunları örüş sahəsindən həyətə gətirmiş və tövləyə quzuların yanına salmışdır. Həmin gün saat 23 radələrində qoyun və quzuların saxlanıldığı tövlənin qapısını örtmüş və evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində həyətindəki tövləyə gəlib tövlənin qapısını açarkən quzuların az olduğunu görmüş, quzuların oğurlanmasını düşünərək dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. 102 xidmətinə məlumat verdikdən sonra heyvanlarını dəqiq saymağa başlamış və 8 baş quzunun yerində olmadığını görmüşdür. Ona görə də həyəti və küçəni axtarmağa başlamışdır. Küçəyə baxanda ona məxsus bir baş quzunun həyətin qarşısında olan kollektorda olduğunu və itlərin yediklərini görmüşdür. Quzuya yaxınlaşanda ayaqlarının bağlandığını görmüşdür. O, polislər gələndə görsünlər deyə, həmin quzunu götürüb həyət qapısının qarşısına gətirmişdir. Bir qədər sonra Sabirabad rayon polis şöbəsinin əməkdaşları gəlmiş, ərizəsi alındıqdan sonra heyvanların oğurlandığı tövləyə baxış keçirib fotoşəkillər çəkmişlər. Daha sonra onu polis şöbəsinə dəvət edib bu barədə izahatı alınmışdır. Ona məxsus oğurlanmış quzular boz rəngli olmaqla erkək quzulardır, hər birinin diri çəkisi təxminən 20 kq olmaqla 4 aylıq quzular olmuşdur. Quzunun oğurlanması nəticəsində hər biri 200 manat olmaqla, cəmi 1600 manat maddi ziyan dəymişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərin ailə vəziyyətini nəzərə alaraq onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna görə də o, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, o, Sabirabad rayonu Qaralı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də şəxsi təsərrüfatı ilə məşğul olur. Şəxsi təsərrüfatında 11 baş xırda buynuzlu heyvanı vardır. 29 yanvar 2023-cü il tarixdə saat təxminən 15 radələrində heyvanlarını otlaması üçün evinin yaxınlığından keçən Kür çayının kənarındakı sahəyə buraxmış, özü isə həyətinə qayıtmışdır. Bir neçə dəqiqə sonra heyvanları hürküb baxçaya girmiş, o da yoldaşına heyvanları həyətdən çıxardıb yenidən Kür çayınının kənarına ötürməsini demişdir. Arvadı heyvanları həmin yerə ötürmüşdür. Təxminən 15 dəqiqə sonra heyvanlara baxmaq üçün ötürdüyü yerə getmiş, lakin heyvanların orada olmadığını görmüşdür. Biraz aralıda qırmız rəngli “VAZ 21011” markalı avtomobilin dayandığını və baqaj hissəsini açdığını görmüşdür. O digər istiqamətə baxdıqda uzaqda ağımtıl heyvan gördüyü üçün qoyunların orada ola biləcəyini düşünüb həmin istiqamətdə getmişdir. Təxminən 60 metr getdikdən sonra həmin heyvanın inək olduğunu görmüş və geri qayıtmışdır. O geri qayıdanda artıq avtomobil orada olmamışdır. Avtomobilin dayandığı yerə tərəf irəliləməyə başlamış, həmin yerə az qalmış qoyunlarının orada olan çökəklikdən çıxdığını görmüşdür. O, qoyunların yanına gedib saydıqda 2 baş qoçun orada olmadığını görmüşdür. Qoçların qonşunun qoyunlarına qoşulduğunu düşünərək həmin yerə getmiş və qoçların onların qoyunlarının içərisində olub-olmadığını soruşmuş, qonşunun oğlu qoçların orada olmadığını demişdir. O, geri qayıdaraq bir az irəlidə qoyun otaran şəxsin yanına getmiş və qoçların orada olub-olmadığını soruşmuş, həmin şəxs də qoçları görmədiyini bildirmişdir. O, az əvvəl avtomobildə olan şəxslərin qoçlarını oğurladığını düşünərək, qonşunun avtomobili ilə həmin istiqamətdə getmiş, lakin avtomobili tapa bilməmiş, sonda məcbur olub hadisə barədə polis orqanlarına məlumat vermişdir. Bir müddət sonra polis şöbəsindən ona məlumat vermişlər ki, həmin xırda buynuzlu heyvanlar itməmiş, Sabirabad rayonu Türkədi kənd sakinləri tərəfindən oğurlanmışdır. Oğurlanmış xırda buynuzlu heyvanların ikisi də erkək cinsli olmuşdur. Həmin qoçların hər ikisi buynuzsuz olmuşdur. Heyvanlarından biri boz rəngli, digəri isə qırmızı rəngli olmaqla olmaqla bel və ayaqlarında ağ ləkələri olmuşdur. Bir qədər böyük olan erkək qoçun diri halda çəkisi 55-60 kq, digərinin isə diri halda çəkisi 45-50 kq olmuşdur. Heyvanların oğurlanması nəticəsində hər birinin qiyməti 300 manat olmaqla, ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Maddi zərər oğurluq etmiş şəxslərin valideynləri tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən həmin şəxslər barəsində şikayəti və tələbi yoxdur. O, ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərin ailə vəziyyətini nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, o, Sabirabad rayonu Əlicanlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, təsərrüfatla məşğul olub ailəsini dolandırır. Şəxsi təsərrüfatında bir yanı balaaı iri buynuzlu heyvanla bərabər, 48 baş qoyun-quzu saxlamışdır. Həyətində inəklər ayrı tövləyə salınır, qoyunlar isə digər tövləyə salınır. Qoyunların və inəyin həyətdən küçəyə çıxması üçün qoyunların saxlanıldığı tövlənin arxasında küçəyə tərəf açılan dəmirdən düzəldilmiş qapı olmuşdur. Heyvanlar tövləyə salındıqdan sonra qoyunların tövləsinin qapısı iki bağlayıcı cəftəylə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində 30 baş qoyun və 18 baş quzunu tövlədən çıxarmış, Kür çayı sahilindəki sahəyə otarmağa aparmışdır. Həmin günü saat 17:20 radələrində 48 baş qoyun-quzunu gətirib tövlənin arxa qapısından sayaraq tövləyə salmış və qapının iki cəftəsini bağlamışdır. Hər zaman olduğu kimi saat 23 radələrində yatmamışdan əvvəl gəlib qoyunlara və qapının bağlı olmasına bir daha baxmış və onların yerində olmasına əmin olduqdan sonra gedib yatmışdır. 31 yanvar 2023-cü il tarixdə saat 03:30 radələrində atası Fəxrəddin onu yuxudan oyadıb tövlənin arxa qapısının açıq, qoyunların isə yerində olmadığını bildirmiş, o, atasına bunun necə bilməsini soruşmuş, atası ona, saat 23:30 radələrində həyətdə olan zaman qonşusu Taqət adlı qadının oğlu İlqarın küçədən keçən zaman tövlənin qapısının açıq olmasını görməsini və gəlib onun atası Fəxrəddinə dedikdən sonra qoyunların yerində olmamasını gördüyünü izah etmişdir. Atası Fəxrəddin ona demədən İlqarın avtomobili ilə qoyunları axtarmağa getmiş, lakin tapa bilmədiyi üçün evə qayıtmışdır. Bunu bildikdən sonra o, İlqarla yenidən gedib qoyunları kənd küçələrində axtarmağa başlamışdır. Evdən çıxdıqdan təxminən 20-30 dəqiqə sonra Taqət İlqara zəng edərək demişdir ki, qızının həyat yoldaşı xəbər etmişdir ki, qoyunlar Mirfəttah adlı şəxsin küçəsində olduğundan itməməsi üçün Mirfəttah həyətinə salmışdır. O, gec olduğundan qoyunların arxasınca getməmiş, hamısının Mirfəttahın həyətində olduğunu fikirləşmişdir. 31 yanvar 2023-cü il tarixdə saat 08 radələrində təxminən onlardan 1-2 km aralıda yaşayan Mirfəttahın həyətinə getmiş, qoyunları sayarkən 48 başdan 6 baş qoyun və 1 baş quzunun olmadığını görmüşdür. Qoyunları öz həyətinə saldıqdan sonra əskik olanları yenidən kənddə axtarıb tapmadığı üçün hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Sabirabad RPŞ-nə məlumat vermişdir. Bir müddət heyvanlarını tapa bilmədiyi üçün heyvanların tövlənin küçə qapısının açıq olmasına görə küçəyə çıxmasını, sonra da 7 başı naməlum istiqamətə gedərək itdiyini düşünmüşdür. 13 fevral 2023-cü il tarixdə Sabirabad RPŞ-nə ərizə ilə müraciət edərək, ona məxsus heyvanların itməsi barədə təkrarən müraciət etmişdir. Onun oğurlanmış heyvanlarını əlamətləri xırda buynuzlu heyvanlardan 4 başı dişi, iki başı erkək, bir baş quzu isə yeni doğulduğundan cinsini dəqiq olaraq bilməmiş, altı baş qoyunlar hamısı 1-2 yaş arasında olmuşdur. Dörd baş qoyunlar sarımtıl rəngdə, ikisi isə qara rəngdə olmuşdur. Quzu isə sarı rəngli olmuşdur. Qoyunların hamısının diri çəkiləri 15-18 kq olmuşdur. Qoyunları oğurlanmaqla ümumilikdə ona 1750 manat maddi ziyan dəymişdir. Heyvanlardan beş başının hər birini 250 manat, bir baş boğaz qoyunu isə 400 manata almış, bir baş əmlik quzunun isə qiyməti təxminən 100 manat olmuşdur. Hal-hazırda ona dəymiş maddi ziyan oğurluq etmiş şəxlərin valideynləri tərəfindən ödənilmişdir. Buna görə də onlar barəsində şikayət və tələbi yoxdur. O, ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərin ailə vəziyyətini nəzərə alaraq onlar barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, o, Sabirabad rayonu Cavad kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləməsə də, kənd ərazisində şəxsi təsərrüfatla məşğul olur. Şəxsi təsərrüfatıda 27 baş xırda buynuzlu heyvanları olmuşdur. Heyvanları hər gün otarmaq üçün evinin yaxınlığından keçən Kür çayının kənarına buraxır. 29 yanvar 2023-cü il tarixdə adi qaydada olduğu kimi heyvanları otarmaq üçün Kür çayının kənarına buraxmış, günorta saatlarında heyvanları sahibsiz buraxıb əkin sahəsinə baxmağa getmişdir. Təxminən axşam saat 18 radələrində heyvanları evə aparmaq üçün gəldikdə heyvanların onun buraxdığı yerdən bir qədər aralıda olduğunu, dörd baş xırda buynuzlu heyvanların isə əskik olmasını görmuşdür. Bir qədər yaxın ətraf sahəyə baxsa da, heyvanları tapa bilməmişdir. Buna görə də, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Sabirabad RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus heyvanların naməlum şəraitdə itməsi barədə məlumat vermişdir. Bir müddət sonra polis şöbəsindən ona məlumat vermişlər ki, həmin xırda buynuzlu heyvanlar itməmiş, Sabirabad rayonu Türkədi kənd sakinləri tərəfindən oğurlanmışdır. Zərərçəkmiş şəxs4 istintaqa verdiyi izahata əlavə olaraq ona məxsus oğurlanmış qoyunların hamısı dişi qoyunların olmuşdur. Həmin qoyunlardan biri qulaqsız, digəri üçü qulaqlı olmuşdur. Bundan əlavə qoyunların hamısı ağ yunlu olmaqla boğaz olmuşlar. Diri halda çəkiləri isə 45-50 kq olmaqla əlamətlərini bildirmişdir. Ona məxsus heyvanların oğurlanması nəticəsində hər birinin qiyməti 200 manat olmaqla, ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Maddi zərər isə oğurluq etmiş şəxslərin valideynləri tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən də həmin şəxslər barəsində şikayətinin və tələbinin olmamasını bildirmişdir. O, yaşadığı ev Sabirabad rayonu Cavad kəndində yerləşdiyi üçün heyvanlarıda Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsinin kənarında sahəyə otarmağa aparırmış, heyvanlar da həmin sahədə otlamağını bildirmişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. O, ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərin ailə vəziyyətini nəzərə alaraq onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna görə də o, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, ünvan 2 ünvanında yaşayır. Onun özünə məxsus 4 baş xırda buynuzlu heyvanları vardır. Həmin heyvanları ancaq həyətində saxlamış, otarmaq üçün çöl sahəyə aparmamışdır. 19 mart 2023-cü il tarixdə saat 19 radələrində heyvanları tövləyə salmış, dəmir qapını məftillə bağlayıb evə getmişdir. Təxminən saat 22 radələrində həyətə düşərkən tövlənin qapısının açıq olmasını görmüş, tövləyə daxil olduqda tövlənin küçə qapısının açıq olmasını, heyvanların tövlədə olmadığını görmüş, 04 baş qoyunların naməlum şəxs(lər) tərəfindən oğurlanmasını anlamışdır. Oğurlanmış qoyunlarından birinin başı və ayaqları qara rəngli, bədəni isə sarımtıl yunlu olmuş, təmiz çəkisi 18 kq olardı. Digər iki baş qoyunlar isə sarı-qırmızımtıl rəngdə olmuşdur və hər birinin təmiz çəkisi 20 kq olardı. Hər iki qoyunlar boğaz olmaqla, qarınlarında balası olmuş, digər erkək qoç isə ağ yunlu olmaqla, xırda buynuzları olmuş, təmiz çəkisi 35 kq olardı. İki baş boğaz qoyunların hər birinin qiyməti 330 manat, digər dişi qoyunun qiyməti 300 manat, erkək qoçun qiyməti isə 400 manat olmaqla, ümumilikdə ona 1360 manat maddi ziyan dəymişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. O, ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxslərin ailə vəziyyətini nəzərə alaraq onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Buna görə də o, təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 19 mart 2023-cü il tarixdə saat 22 radələrində Şahid2lə xidmətdə olarkən Sabirabad rayonu Kür çayının kənarındakı torpaq bəndin üzərində qırmızı rəngli VAZ 2106 markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında, 1 nəfər şəxsin isə avtomobilin yanında dayanmasını görmüş, onlar həmin şəxsə yaxınlaşdıqda avtomobilin salonunda 1 ədəd qoyunun olmasını, digər 3 ədəd qoyunların isə avtomobilin yanında dayandığını görmüşlər. Həmin şəxsə özünü təqdim etdikdən sonra özünü təqdim etməsini bildirib qoyunların kimə məxsus olmasını soruşmuşlar. Həmin şəxs danışığı və hərəkəti ilə özünü şübhəli apararaq təsadüfən bəndin üzəri ilə hərəkətdə olarkən qoyunları görməsini, sahibini tapa bilmədiyi üçün avtomobilə yükləyib aparmaq istədiyini demişdir. Həmin şəxsin dedikləri inandırıcı olmadığı üçün onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt qoyunlardan biri hürküb qaçaraq uzaqlaşmışdır. Digər 2 baş qoyunları isə avtomobilin yük yerinə yükləyib polis şöbəsinə gəlmişlər. Polis şöbəsində onlara məlum olmuşdur ki, həmin şəxs rayonun Türkədi kənd sakini Təqsirləndirilən şəxs1dur, qoyunları isə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışdır. Sabirabad RİH Yolçubəyli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-də dəyişikliklə edilməsi haqqında xx.xx.2017ci il tarixli AR qanuna əsasən cəzası 4 il 6 altı ay müddətinə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutulmuş və barələrində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla, təkrarən oğurluq etmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar- CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir nəfər azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi və ailəsinə yeganə qazanc gətirən şəxs olması olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar - 59.1.4-cü maddəsinə əsasən himayəsində iki nəfər azyaşlı uşağının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi olmuşdur. CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi törədiyi cinayət əməlini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsi və ailəsinə yeganə qazanc gətirən şəxs olması olmuşdur. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 məhkumluğu ilə bağlı qeyd edir ki, hazırkı cinayət törədilən zaman Cəfərov X1 rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan xx.xx.2021-ci il tarixdə azad olunduğu gündən 2 (iki) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nın xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutuluş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi cəzanın məqsədinə daha uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu və hazırki vaxtadək həbsdə qaldığı 04 ay 06 gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzasını yüngülləşdirən və cinayətin residivi ilə bağlı cəzasını ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan 3 ədəd xırda buynuzlu heyvanların Zərərçəkmiş şəxs1 saxlanılması, həmçinin iş üzrə maddi subut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə qaldığı 04 ay 06 gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay 12 (on iki) gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 3 ədəd xırda buynuzlu heyvanların Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-103/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-103/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver