Məhkəmə qərarları › İş №1(056)-106/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-106/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-106/2023 13.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Sabirabad rayon məhkəməsinin binasında xx.xx.1946-cı ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə saat 20 radələrində etibarnamə əsasında özünə məxsus olan “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 50 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, «Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Sabirabad şəhər E.Qəmbərov küçəsində 60 km/saat sürətlə idarə etmiş, həmin vaxt qeyd olunan qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, xüsusən də görmə şəraitinə uyğun olan hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yolun hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçi ilə vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamlı, velosipedçinin yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda, bunlara riayət etməyərək, ehtiyatsızlıqdan avtomobillə yolun hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ənsə-təpə sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, alt çənə sümüyünün qapalı sınıqları, ənsə nahiyəsində yara, sağ ağız bucağında yara, təpə nahiyəsində hematoma, sol qaşın üstündə, sol diz oynağının ön, arxa və iç səthində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alması kəllənin açıq küt travmasınan baş beyin toxumasına qansızma nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sabirabad rayonu Cavad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir, yaşı ilə əlaqədar pensiya alır. Onun etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. 14 mart 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Cavad kəndindən çıxıb Sabirabad şəhəri istiqamətinə gəlmişdir. O, Cavad kəndinin körpüsündən çıxıb Sabirabad şəhəri E.Qəmbərov küçəsi istiqamətində hərəkət edən zaman, qarşıdan avtomobil gəldiyindən gözünə işıq düşmüş və yolu görməmişdir. Bu vaxt hərəkət istiqamətində gedən zaman, avtomobilinin velosipidə dəydiyini görmüşdür. Velosipedi avtomobilinin qabaq tərəfi ilə vurmuş və velosipedi sürən piyada avtomobilinin alınlıq şüşəsinin sağ tərəfinə dəymişdir. O, dərhal avtomobilini saxlamış və özünü itirmişdir. Qısa zamanda oraya ,oxlu sayda adamlar toplaşmış və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Orada olan şəxslər velosiped sürənin X3 olduğunu demiş və artıq öldüyünü bildirmişlər. Daha sonra müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır və avtomobili etibarnamə hüququ olaraq idarə etmişdir. Hadisə baş verməzdən əvvəl heç bir spirtli içki qəbul etməmiş və tam ayıq vəziyyətdə olmuşdur. Hadisə vaxtı hava qaranlıq olduğundan, idarə etdiyi avtomobil velosipedlə toqquşana qədər hərəkət istiqamətində velosipedin getdiyini görməmişdir. O, velosipedi görəndə aralarında 2-3 metr məsafə olmuş, anidən də toqquşma baş vermişdir. Hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti təxminən 60 km/saat olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını, ölmüş zərərçəkmiş Zərərçəkmiş şəxs dəfn və yas mərasimi ilə əlaqədar bütün xərcləri çəkdiyini və onun ailəsinə maddi köməklik göstərdiyini, zərərəçəkmiş şəxsin hüquqi varisinin ondan şiakyət və tələbinin olmamasını, ilk dəfə ehtiyyatsızlıqdan cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, Sabirabad rayonu Cavad kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun mərhum atasıdır. Atası 1948-ci il təvəllüdlü olmaqla 75 yaşı olmuşdur. 14 mart 2023cü il tarixdə saat 20 radələrində yaşadığı kənddə küçədə olduğu zaman, kənd sakinlərindən bir nəfər ona atasını maşın vurduğunu və xəstəxanaya apardıqlarını demişdir. Ona görə də taksiyə əyləşib dərhal hadisənin baş verdiyi Cavad körpüsü tərəfə gəlmişdir. O, hadisə yerinə gələndə orada polis əməkdaşları və çoxlu avtomobillər olmuşdur. Həmin vaxt təcili yardım avtomobilinin artıq hadisə yerindən uzaqlaşdığını görəndə, atasını xəstəxanaya apardıqlarını bilmişdir. Ona görə də o, dərhal Sabirabad rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya çatanda artıq atası Zərərçəkmiş şəxs öldüyünü bildirmişlər. O, sonradan bilmişdir ki, atası Zərərçəkmiş şəxs Cavad kənd körpüsünün yanında, Sabirabad şəhər E.Qəmbərov küçəsində velosipedlə yolun sağ hərəkət hissəsi ilə hərəkət edərkən, həmin yolda hərəkətdə olan “VAZ-2106” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. Hadisədən sonra həmin avtomobilin sürücüsünün həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Atası Zərərçəkmiş şəxs yas mərasimi bitdikdən sonra, Sabirabad rayon polis şöbəsinə gəlmiş və onu vəfat etmiş atası Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınması barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Hadisədən sonra atasının hüzr mərasimində Təqsirləndirilən şəxs və yaxınları iştirak edərək onlara maddi və mənəvi köməklik göstərmişlər. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirdi və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat 20:55 dəqiqədə Sabirabad rayon mərkəzi xəstəxanasından həkim telefonla RPŞ-nin növbətçi hissəsinə məlumat verərək, Sabirabad şəhər E.Qəmbərov küçəsində yol-nəqliyyat hadisəsi baş verdiyini və hadisə nəticəsində Sabirabad rayon Həsənli kənd sakini Zərərçəkmiş şəxs ölməsini bildirmişdir. Ona görə də Sabirabad rayon polis şöbəsinin cinayət-axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ilə birlikdə yol-nəqliyyat hadisəsi baş verən yerə getmişlər. Yol-nəqliyyat hadisəsinin Sabirabad şəhər E.Qəmbərov küçəsində baş verdiyi müəyyən edilmişdir. Hadisə yerində VAZ-2106 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfində dayanmış vəziyyətdə olmuş, avtomobilin arxa tərəfində, sağ ehtiyat hissəsinə düşmüş vəziyyətdə Zərərçəkmiş şəxs meyiti aşkar olunmuşdur. Həmin avtomobilin Sabirabad rayonu Cavad kənd sakini Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Daha sonra müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməsi üçün hadisə yeri mühafizə edilmiş, müstəntiq hadisə yerinə gəlib baxış keçirməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs adına verilmiş Sabirabad rayon MTE və PA birliyinin xx.xx.2023-cü il tarixli, 10 nömrəli rəyindən görünür ki, müayinə zamanı onda ənsə-təpə sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, alt çənə sümüyünün qapalı sınıqları, ənsə nahiyəsində yara, sağ ağız bucağında yara, təpə nahiyəsində hematoma, sol qaşın üstündə, sol diz oynağının ön, arxa və iç səthində sıyrıqlar -həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu kəllənin açıq küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. Ölüm müayinədən 4- 5 saat əvvəl baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli, 8/1521 nömrəli rəyindən görünür ki: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21060 markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimim sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Sərxoşluq vəziyyətinin təyini haqqında 14 mart 2023-cü il tarixli, 55 nömrəli rotokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs BC401863 nömrəli sürücülük vəsiqəsi vardır və o, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili X6 tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarında olan Sabirabad rayon Cavad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 oğlunun ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin dəfn və yas mərasimi ilə əlaqədar onun ailəsinə maddi yardım göstərdiyini, zərərçəkmiş şəxsin hüquqi varsi ilə barışıq əldə etməsini və sonuncunun ondan şiakyətçi olmamasını, şəxsiyyətinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 13-cü bəndinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun 1946-cı il təvəllüdlü olmaqla 77 yaşının olmasını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməli və onun təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı davranışını nəzərə alaraq barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini dəyişməyi lazım bilmir. Ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az. MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar