Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-107/2023 24.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Sabirabad şəhərində anadan olmuş, ali təhsilli, evli, mühasib işləyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri H.Həmidov küçəsi dalan 03 ev 10-da qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, 04 iyun 2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus olan “VAZ-21064” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili, Hacıqabul-Sabirabad-Bəhrəmtəpə avtomobil yolunun Qalaqayın kəndi ərazisindən keçən hissəsində 40 km/saat sürətlə idarə edərkən, hərəkət hissəsində yol kənarında yerləşən tikinti materialları mağazasına dönməli olduğundan, qarşı hərəkət zolağından Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21064” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşmasını görüb, daxil olmaq istədiyi hərəkət zolağının dönmə əməliyyatını maneəsiz başa çatdıra biləcək qədər boş olmasına, bu manevr ilə yaxınlaşan “VAZ 21064” markalı avtomobilin hərəkətinə maneçilik yaratmayacağına, onun hərəkət etdiyi zolağı vaxtında boşalda biləcəyinə, hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olduqdan sonra avtomobili sola döndərib qarşı hərəkət zolağına çıxarmalı olduğu halda, bunlara riayət etmədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozmaqla, dönmə əməliyyatı aparmış, buna görə də, Zərərçəkmiş şəxs təhlükədən yayınmaq üçün idarə etdiyi “VAZ 21064” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili öz hərəkət hissəsinin soluna istiqamətləndirərək məcburi manevr etməklə qarşı hərəkət zolağına çıxardığından, sonuncunun avtomobilinin qabaq ön hissəsi ilə əks istiqamətdə öz hərəkət zolağı ilə 30 km/saat sürətlə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi “MAN 19-464 YÜK” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə o, ehtiyyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs sol təpə-gicgah sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, sağ qamış və incik sümüklərinin açıq yerdəyişmiş sınıqları, sol gicgah nahiyəsində, alın nahiyəsində, sol dirsək büküşündə, sağ iç topuq proyeksiyasında yaralar, alın nahiyəsində, sifətin sol yarısında, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıqlarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmağa aid bədən xəsarətlərindən ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, belə bir şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, xəsarət alan Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onun özünə məxsus qırmızı rəngli “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 04 iyun 2022-ci il tarixdə saat təxminən 10 radələrində idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yaşadığı evdən çıxaraq asfalt yolun kənarında yerləşən tikinti materialları satılan obyektdən dəmir hissələri almaq üçün Sabirabad rayonu Qalaqayın kəndi istiqamətində yola düşmüşdür. O, avtomobil ilə Qalaqayın kəndi ərazisində, Hacıqabul-Sabirabad-Bəhrəmtəpə avtomobil yolu ilə təxminən 30- 40 km/saat sürətlə hərəkət etmişd, asfalt yolun sol kənarında yerləşən tikinti materialları satılan obyektə çatmağa bir qədər qalmış sola dönmə işıq siqnalını yandırmış və güzgüdən arxaya baxan zaman arxasınca böyük yük avtomobilinin gəldiyini görmüşdür. Həmin vaxt isə qarşıdan əks istiqamətdən adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Jiquli” markalı avtomobilin təxminən 70 km/saat sürətlə gəldiyini görmüşdür. Həmin zaman “Jiquli” markalı avtomobil sürətlə hərəkətdə olmuşdur. “Jiquli” markalı avtomobil ilə aralarında təxminən 50-55 metr məsafə qalmış o, avtomobilini sola döndərmiş və tikinti materialları satılan obyektin darvazasından içəri daxil olmuşdur. Həmin vaxt asfalt yoldan möhkəm toqquşma səsi eşitmişdir. O, asfalt yola baxan zaman sola döndüyü vaxt qarşıdan gələn “Jiquli” markalı avtomobil ilə onun arxasınca hərəkətdə olan iri yük maşınının toqquşmasını görmüşdür. Belə ki, o, sola dönmə əməliyyatı aparan zaman onunla əks istiqamətdə hərəkətdə olan Mejdun adlı şəxsin idarə etdiyi avtomobil sola istiqamətlənərək yük avtomobilinin yoluna çıxmış və toqquşma baş vermişdir. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən qaçmamış, hərəkət yolunun sol tərəfində olan tikinti materialları satılan mağazaya idarə etdiyi avtomobillə dönərək həmin mağazanın həyətində avtomobilini saxlamışdır. Hesab edir ki, yol-nəqliyyat hadisəsinin baş verməsi ilə onun hərəkətlərinin heç bir əlaqəsi yoxdur. O, özünü həmin yol-nəqliyyat hadisəsinin iştirakçısı kimi qəbul etmir. O, dönmə əməliyyatını tam şəkildə başa çatdırdığına görə avtomobillər arasında toqquşma baş verməmişdir. Mərhumun özü gəldiyi istiqamətdə sağa dönmək üçün heç bir maneə yox idi. Lakin onun özünün sağ təfərəfində maneə vardı. Göstərdiyi xüsusatlara əsasən o, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəməyə yazılı çıxışını təqdim edərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Mejdun Saatlı rayonunda idarə etdiyi “VAZ-2106” markalı **- GH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 04 iyun 2022-ci il tarixdə o, evdə olan zaman evə müəyyən ərzaq mallarının alınması üçün Mejdunu yuxudan oyatmış və mağazaya getməsini xahiş etmişdir. Mejdun saat 10 radələrində yuxudan oyanmış və əl-üzünü yuduqdan sonra avtomobilə əyləşərək evdən uzaqlaşmışdır. O da həmişəki kimi ev işləri ilə məşğul olmuşdur. Mejdunun evdən çıxdığı vaxtdan təxminən 15 dəqiqə sonra qaynı oğlu X2 ona məxsus mobil nömrəyə zəng edərək Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirmişdir. O, Elvindən Mejdunun harada olmasını soruşmuş, Elvin cavabında ona Mejdunun Sabirabad RMX-da olduğunu bildirmişdir. O, cəld evdən çıxmış və taksiyə əyləşərək Sabirabad RMX-na getmişdir. O, xəstəxanaya çatdıqda öyrənmişdir ki, oğlu yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Bundan sonra Mejdunun halı pisləşmiş və onu təcili tibbi yardım avtomobili ilə Sabirabad RMX-dan Şirvan ŞMX-na aparan zaman yolda vəfat etmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxtdan sonra nə yas mərasimlərində iştirak etmiş, nə də üzrxahlıq etmək üçün onun qapısına gəlmişdir. Hadisənin baş verməsində təqsirli olmasına baxmayaraq, Ədalət oğluna köməklik etməmiş, əksinə hadisə yerindən qaçıb uzaqlaşmışdır və hesab etmişdir ki, bu yolla məsuliyyətdən yaxa qurtara bilər. Ədalətin ağlına gəlməyib ki, orada kamera ola bilər və hadisənin görüntüsü mövcud ola bilər. Ona görə də o, hadisə yerindən qaçmışdır. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla müəyyən edilmiş ən ağır həddə ağır cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Sabirabad rayonu Qalaqayın kəndində yol kənarında yerləşən tikinti materialları mağazasında satıcı kimi işləyir. O, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində həmin mağazada işləyən zaman yaxınlıqda bərk toqquşma səsi eşitmiş, həmin vaxt cəld şəkildə işini yarımçıq qoyub mağazanın qarşısında olan asfalt yola tərəf getmiş və yük avtomobili ilə “Vaz-2106” markalı avtomobilin toqquşduğunu görmüşdür. “Vaz-2106” markalı avtomobilin sürücüsü avtomobilin içərisində huşu itmiş vəziyyətdə qalmışdır. Həmin vaxt o, cəld 103 xidmətilə əlaqə saxlamış və yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Eyni zamanda hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinin fotoşəkillərini çəkmişlər. Bundan sonra o, mağazaya geri qayıtmışdır. Həmin zaman mağazanın Təqsirləndirilən şəxs görmüşdür. O, Təqsirləndirilən şəxs daimi mütəri kimi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq onun işlədiyi tikinti materialları mağazasına gəlir və mağazadan müxtəlif tikinti materialları alır. Hadisənin necə baş verməsini o, görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, rəsmi olaraq X4 məxsus “MAN 19-464 YÜK” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı və qoşqusu “Özüboşaldan” **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında pul qarşılığında idarə edir. O, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən qum kariyerindən yük avtomobilinə qum yükləyərək, Aqil Səfərovun göstərişinə əsasən Bakı istiqamətində müxtəlif beton zavodlara qum daşıyır. O, yük avtomobili ilə hər bir gediş-gəlişə görə Aqil Səfərovdan 40 manat məbləğində pul vəsaiti alır. O, 04 iyun 2022-ci il tarixdə səhər saat 10 radələrində Sabirabad rayonu Qalaqayın kəndi ərazisindən keçən Hacıqabul-Sabirabad- Bəhrəmtəpə magistral yolu ilə İmişli rayonu istiqamətində 30 km/saat sürətlə hərəkətda olan zaman qarşısında dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli “VAZ-2106” markalı avtomobil hərəkət edirdi. Onun hərəkət istiqamətinin sol tərəfində tikinti materialları mağazası yerləşir. Həmin qırmızı rəngli “VAZ-2106” markalı avtomobil sola dönmə işığını yandıraraq sola dönmə əməliyyatını aparmış, bu zaman əks hərəkət istiqamətində “VAZ-2106” markalı **-GH- *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobilin sürücüsü digər qırmızı rəngli “VAZ-2106” markalı avtomobil ilə toqquşmamaq üçün avtomobilin rolunu sol tərəfə burmuş və nəticədə onun hərəkət istiqamətinə doğru gələrək yoluna çıxmışdır. Həmin zaman o, toqquşmanın qarşısını almaq üçün idarə etdiyi avtomobilin rolunu sağ tərəfə burmuş və tormoz pedalına basmışdır. Lakin hadisə qaçılmaz olmuş və onun idarə etdiyi “MAN 19-464 YÜK” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə qarşı tərəfdən gələn “VAZ-2106” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi toqquşmuş, nəticədə “VAZ-2106” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü baş nahiyəsindən xəsarət almışdır. O isə xəsarət almamışdır. Bundan sonra kənd camaatı avtomobilə yaxınlaşaraq həmin şəxsi maşından çıxarmış və təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım avtomobili gəldikdə həmin şəxsi maşına əyləşdirərək Sabirabad RMX-na aparmışdır. Cinayət işində olan Sabirabad RPŞ-nin DYPB-nin polis kapitanı Cəlal Rəfiyev tərəfindən verilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin aktiv olub-olunmamaı barədə DİN-nin Mərkəzi məlumat sistemində yoxlanıldı və AE 503017 seriyalı sürücülük vəsiqəsinin xx.xx.2013-cü il tarixdən aktiv olduğu müəyyən olundu. Cinayət işində olan AA No 037132 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 13 saylı rəyindən görünür ki Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir:
1. Kəllənin açıq küt travması, sol tapa-gicgah sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, baş beyin maddəsinin və ağciyərin ödemi, daxili orqanların doluqanlılığı, sağ qamış və incik sümüklərinin açıq yerdəyişmiş sınıqları, sol gicgah nahiyəsində, alın nahiyəsində, sol dirsək büküşündə, sağ iç topuq proyeksiyasında yaralar, alın nahiyəsində, sifətin sol yarısında, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində, sol baldırın yuxan 1/3-də bayır səthdə sıyrıqlar.
2. Aşkar edilmiş xəsarətlər – sol təpə-gicgah sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, sağ qamış və incik sümüklərinin açıq yerdəyişmiş sınıqları, sol gicgah nahiyəsində, alın nahiyəsində, sol dirsək büküşündə, sağ iç topuq proyeksiyasında yaralar, alın nahiyəsində, sifətin sol yarısında, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gəlməsi inkar edilmir.
3. Zərərçəkmiş şəxs ölümündən az əvvəl spirti içki qəbul etməmişdir.
4. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu çoxsaylı küt travma nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. Cinayət işində olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 31 avqust 2022-ci il tarixli 8/2098 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: İstintaq tərəfindən göstərilmişdir ki, sürücü Zərərçəkmiş şəxs VAZ-21064 markalı avtomobili Hacıqabul-Sabirabad-Bəhrəmtəpə yolu ilə Sabirabad rayonu Qalaqayın kəndi ərazisində 70 km/saatsürətlə idarə edərkən qarşıdan əks istiqamətdə 40 km/saat sürətlə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə sola dönmə əməliyyatı edərək qarşı əks hərəkət zolağına çıxmış, həmin vaxt sürücü Zərərçəkmiş şəxs toqquşmanın qarşısını almaq üçün avtomobilin sükanını sola döndərərək idarəetməni itirib qarşı əks hərəkət zolağına çıxmış və qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 30 km/saat sürətlə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi MAN 19-464 markalı avtomobil ilə toqquşmuşdur. Toqquşma MAN 19-464 markalı avtomobilin hərəkət istiqamətində hərəkət hissəsinin 1.5 metr məsafədə həmin avtomobilin sol qabaq hissəsi ilə VAZ-21064 markalı avtomobilin sol qabaq hissəsi arasında baş vermişdir. VAZ 2106 maraklı avtomobil ilə VAZ 21- 64 maraklı avtomobil arasında toqquşma olmamışdır. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı avtomobili sola döndərib qarşı sol hərəkət zolağına çıxmazdan əvvəl qarşıdan əks istiqamətdə hərəkətdə olan VAZ 21064 markalı avtomobilə yol verməli, hərəkət üçün təhlükə yaratmamalı və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola döndərib qarşı əks hərəkət zolağına çıxarmalı idi. Mövcud vəziyyətdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşıdan əks istiqamətdə VAZ 21064 markalı avtomobilin yaxınlaşdığı vəziyyətdə avtomobili sola döndərib qarşı əks hərəkət zolağına çıxartdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yolayırıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Lakin hadisə zamanı nəqliyyat vasitələri arasında toqquşma baş vermədiyindan VAZ 2106 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi üçün yolnəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından yolnəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal təhqiqat orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Müdafiə tərəfinin vəsatəti əsasında ibtidai istintaq zamanı keçirilmiş əlavə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 05 may 2023-cü il tarixli 8/977 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir.
1. Təhlükə yaranan andan, yəni VAZ-21064 markalı avtomobil **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönməyə başladığı andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsi şəraitində təhlükə yaranan anda 70 km/saat sürətlə hərəkətdə olan VAZ-21064 markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə 58,3 metrə uyğundur.
2. Təhlükə yaranan andan, yəni VAZ-2106 markalı avtomobil avtomobil sola dönməyə başladığı andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsi və təhlükə yaranan anda VAZ-2106 markalı avtomobil ilə VAZ-21064 markalı avtomobil arasında 56,2 metr məsafənin olması şəraitində sürücü Zərərçəkmiş şəxs Zabidağa oğlunun təhlükə yaranan andan tormozlama əməliyyatı aparmaqla, 70 km/saat sürətlə hərəkətdə olan VAZ-21064 markalı avtomobili toqquşma yerinə və VAZ-21064 markalı avtomobilin sola dönməyə başladığı yerə çatmadan dayandırmağa texniki imkanı olmuşdur.
3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21064 markalı, **- GH-*** dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
4. Sürücü Zərərçəkmiş şəxs VAZ-21064 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
5. Sürücü Zərərçəkmiş şəxs VAZ-21064 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 70 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması yol nişanının») tələblərinə uyğunsuzluq olmuşdur.
6. Mövcud metodikanın tələblərinə əsasən sürücünün nəqliyyat vasitəsini hadisə baş verən yolda icazə veriləndən artıq sürətlə hərəkət etdirməsi şəraitində nəqliyyat vasitəsinin faktiki hərəkət sürətində sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmadığı halda, tədqiqat hadisə baş verən yolda icazə verilən sürətə uyğun aparılır. Mövcud şəraitdə sürücü Zərərçəkmiş şəxs VAZ-21064 markalı avtomobilin faktiki 70 km/saat hərəkət sürətində hadisənin qarşısını almağa texniki imkanı olduğundan hadisə baş verən yolda icazə verilən 50 km/saat sürətə uyğun tədqiqat aparılmır.
7. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21064 markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı VAZ-2106 markalı avtomobil ilə VAZ- 21064 markalı avtomobil arasında toqquşma baş vermədiyindən sürücü Təqsirləndirilən şəxs hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından, yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2 və 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, hadisənin Zərərçəkmiş şəxs diqqətsizliyi və ya digər səbəblərdən baş verməsini, bu səbəbdən günahın Zərərçəkmiş şəxs olmasını göstərməsi şahid ifadələri, məkəmə yol nəqliyyat hadisələri üzrə ekspertizasının rəyləri və işin digər halları ilə təkzib edildiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2 və 264-cü maddəsi ilə tövsif edilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarına əsasən, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qeyd edilən Plenum qərarının özündə hazırki kateqoriyadan olan işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün əksini tapmış tələblər hazırki cinayət işi üzrə tətbiq edilərkən müəyyən edilir ki, göstərilən tələblərə ibtidai istintaq orqanı tərəfindən əməl edilmiş, həmçinin hadisənin baş verdiyi ərazinin videomüşahidə vasitələrinin nəzarəti altında olması müəyyən edilmiş, hadisənin videogörüntüsü əldə edilərək ciayət işinə əlavə edilmişdir. Bundan başqa, Plenum Qərarı hazırki cinayət işinə tətbiq edilərkən müəyyən edilir ki, təqsirləndirilən şəxsin hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yolayırıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Qeyd edilən normanın pozuntusunun mövcudluğu ondan ifadə olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə sola donma hərəkəti apararkən qarşı əks zolaqda hərəkətdə olan relssiz nəqliyyat vasitəsinə yol verməmiş, həmin nəqliyyat vasitəsinin onun idarə etdiyi avtomobilə çatacağı zamanadək dönmə əməliyyatını təhlükəsiz həyata keçirib başa çatdıracağını güman edərək dönmə əməliyyatını həyata keçirmiş, nəticədə cinayətkarcasına özünəgüvənmə formasında ehtiyyatsızlıqdan hazırki cinayət əməlini törətmişdir. Bu hal iş materiallarına əlavə edilmiş videogörüntü ilə də tam təsdiqini tapır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü ki, təqsirləndirilən şəxsin hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 42ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmaqla baş vermiş hadisə arasında səbəbli əlaqə olmuş, təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanı olduğu halda o, cinayətkarcasına özünəgüvənməklə davrandığından hazırki cinayət hadisəsi baş vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş olması və onun təqsiri “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarının tələbləri kontekstində tam təsdqini tapmış olur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş olması məsələsinin həllinə gəldikdə isə yenə də adıçəkilən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarına istinad edilməli və qeyd edilməlidir ki, həmin qərarda göstərilmişdir ki, “Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yolnəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz.” Fransa Kassasiya Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinə görə yolnəqliyyat hadisəsi yerindən qaçma qəsdən törədilən cinayət olmaqla onu törətmiş şəxsin mülki və ya cinayət məsuliyyətindən yayınmaq məqsədilə şəxsiyyətini məlum etməyə imkan vermədən hadisə yerini bilə-bilə tərk etmək iradəsini nəzərdə tutur. Müvafiq olaraq, hadisəni törətmiş şəxs şəxsiyyətinin məlum olmasına imkan vermək üçün hadisə yerində qalmaq öhdəliyi daşıyır (17 mart 2010-cu il və 14 fevral 2012-ci il tarixli qərarlar). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Hazırki cinayət işinin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxsə bəlli etməmiş, şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyini yerinə yetirməmiş, dönmüş olduğu tikinti mağazasından çıxdıqdan sonra zərərçəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerini tərk etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən CM-nin 59.2-ci maddəsinə əsasən yaşını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar aşkar edilməmişdir. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin hüquqi varisinin hazırda şikayətçi olmasını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halı və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi və əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən İş üzrə məhkəmə məsrəfi, aparılmış 31 avqust 2022-ci il tarixli 8/2098 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat, 05 may 2023-cü il tarixli 8/977 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində, cəmi 256 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Bundan əlavə, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış 31 avqust 2022-ci il tarixli 8/2098 nömrəli Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat, 05 may 2023-cü il tarixli 8/977 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində, cəmi 256 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci-256 manat pulun tutulması hissəsinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.