Məhkəmə qərarları › İş №1(056)-107/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-107/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-107/2024 03.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1978-cü il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, işləməyən, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda 275,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, bir ədəd polietilen torbada idarə etdiyi “VAZ 21014” markalkı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 28 yanvar 2024-cü il tarixdə saat 09:55-də Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində saxlanılaraq, idarə etdiyi “VAZ 21014” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 10:45-də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sol oturacağının altında saxladığı 1 ədəd polietilen torbada təmiz çəkisi - 275,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhəri H.Aslanov küçəsi ev 18-də yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, 3-4 il olar ki narkotik vasitə marixuanadan istifadə edir, əvvəllər narkotik vasitə qəbul etdiyi üçün bir dəfə məhkum olunmuş, özünə məxsus “VAZ-21014” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Təxminən bu ilin yanvar ayının ortalarında günorta saat 14 radələrində Sabirabad rayonu Surra kəndində idarə etdiyi avtomobildə dayanan zaman, yol kənarında 01 ədəd sellofan bükümün olduğunu görmüş və yaxınlaşıb bükümü açıb içərisinə baxmışdır. Özü narkotik istifadəçisi olduğuna görə həmin kütlənin nəşə deyilən marixuana olduğunu dərhal bilmiş və həmin narkotikdən biraz siqaretə doldurub çəkmiş və kütlənin nəşə olduğuna əmin olmuşdur. Bundan sonra həmin kütləni istifadə etmək məqsədilə idarə etdiyi avtomobilin sürücü əyləşən oturacağının altına qoymuş və avtomobilində saxlamışdır. Həmin kütlədən hər gün biraz istifadə etmişdir. 28 yanvar 2024-cü il tarixdə səhər saat 09 radələrində Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində bazar ərazisində dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, Sabirabad RPŞ-yə dəvət etmişlər. İdarə etdiyi “VAZ-21014” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə və polislərlə birlikdə Sabirabad RPŞ-yə gələrək, müstəntiqin xidməti otağına qalxmışdır. Həmin vaxt şübhəli şəxs kimi tutulduqdan sonra vəkil təqdim edilərək, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı bildiriş təqdim edilmişdir. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsini bildirmişdir. O da, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd “Samsung” markalı, 01 ədəd “SQ” markalı mobil telefonlar, 101 manat pul vəsaiti, idarə etdiyi avtomobilin açarı və 01 ədəd “Sobranie” markalı siqaret qutusu aşkar olunmuşdur, sonra zərurət olmadığı üçün həmin pul vəsaiti və əmlaklar özünə qaytarılmışdır. Bundan sonra müstəntiq ondan narkotik vasitə saxlayıb-saxladığını soruşduqda, idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra müstəntiqin və onun iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zaman idarə etdiyi avtomobilin sürücü əyləşən oturacağının altında saxladığı 01 ədəd sellofan bükümdə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra müstəntiq ona avtomobildə olan qanunla qadağan olunmuş digər əşyaları da təqdim etməyini istədikdə avtomobildə başqa heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Müstəntiq onun təqdim etdiyi kütləni açaraq içərisinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda həmin kütləni təxminən 4-5 gün əvvəl Sabirabad rayonu Surra kəndində idarə etdiyi avtomobildə dayanan zaman, yol kənarından tapdığımı bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün idarə etdiyi avtomobildə saxladığını soruşduqda isə gələcəkdə özü istifadə etmək məqsədilə saxladığını və satış məqsədinin olmadığını demişdir. Avtomobilə baxışın sonunda avtomobildən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ailəli olaraq himayəsində 1 nəfər azyaşlı uşağının olmasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “VAZ 21014” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitə saxlaması, eyni zamanda istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi özünə həvalə olunmuş və tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyev, KMQ-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və özündən ibarət olması təsdiqlənmişdir. 28 yanvar 2024-cü il tarixdə saat 09 radələrində keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad şəhəri İ.İsgəndərov küçəsində idarə etdiyi avtomobilin yanında dayanan zaman saxlanılıb, avtomobillə birlikdə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində dəvət edilmiş vəkilin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs izah edilmişdir ki, şəxsi axtarış aparılan zaman telefon vasitəsi ilə video çəkiliş aparılacaq, eyni zamanda təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman 02 ədəd mobil telefon, 101 manat pul və 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Zərurət olmadığı üçün həmin pul vəsaiti və digər əmlaklar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi və polis şöbəsinin duracağında saxlanılan “VAZ 21014” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə müstəntiq Nurlan Mirzəyev tərəfindən baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs izah edilmişdir ki, avtomobilə baxış keçirilən zaman telefon vasitəsi ilə video çəkiliş aparılacaq, eyni zamanda təklif edilmişdir ki, avtomobildə narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə qurudulmuş marixuana olmasını və təqdim edə biləcəyini demişdir. MB.Qəfərov özünə məxsus avtomobilin qapısını açaraq avtomobilin sürücü əyləşən oturacağının altında gizlətdiyi 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Avtomobilə baxış keçirilən zaman dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torba elektron tərəzi çəkilmiş və kağız zərfə qoyularaq qablaşdırılmış, polis şöbəsinin 139 saylı möhürü ilə möhürləmiş, üzərində imza etdikdən sonra müstəntiq tərəfindən götürülmüşdür. Sonda avtomobilə baxış keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdir. Cinayət işi materiallarında olan 28 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqında protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21014” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sol oturacağının altında saxladığı 1 ədəd polietilen torbada təmiz çəkisi- 275,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 yanvar 2024-cü il tarixli 18/118 saylı rəyindən görünür k, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “... Təqsirləndirilən şəxs idarə etdiyi ..” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı 1 ədəd polietilen torba bükülüdə təmiz çəkisi-275,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanadan 0,05 qr tədqiqata sərf edilmiş, 274,95 qr. qalıq qalmışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2024cü il tarixli 923 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Qəfərov X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nın 234.1-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarında olan Sabirabad rayon İcra və Probasiya Şöbəsinin 08 aprel 2024-cü il tarixli məktubunda qeyd olunur ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının müddəti bitdiyi üçün, o, xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailəli olaraq himayəsində 1 nəfər azyaşlı uşağının olmasını və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 07 (yeddi) ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün təyin olunmuş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək onun, məhkəmə iclası zalından dərhal həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 274,95 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il tarixdən - 30 yanvar 2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş iki gün təyin olunmuş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, narkotik vasitə, tədqiqatdan sonrakı çəkisi 274,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar