Məhkəmə qərarları › İş №1(056)-11/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-11/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-11/2025 09.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Mirkazım Zülfəli oğlu Zülfüqarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi (atası) Nümayəndə, zərərçəkmiş şəxsin nümayəndəsi və müdafiəçisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, 01 avqust 1996-cı il tarixdə Sabirabad rayonu Güdəcühür kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sabirabad rayonu Güdəcühür kənd tam orta məktəbində çilingər vəzifəsində çalışan, məhkum olunmamış, Sabirabad rayonu Güdəcühür kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətiimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 29 may 2024-cü il tarixdə saat 13 radələrində Sabirabad rayonu Güdəcühür kəndində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “Mersedes-Benz” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəmnində, yəni sonuncunun onunla sevgi münasibətində olan həmkəndlisi Şahid4 narahat etməsi səbəbindən yaranmış mübahisə zamanı qisas niyyəti ilə qəsdən yumruğu ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya burun tənəffüsünün pozulması ilə müşayiət olunan, burun sümüyünün qapalı qəlpəli sınığı, ənsə nahiyəsində, sol çənə bucağı proyeksiyasında, sol böyrək proyeksiyasında, sağ baldırın orta 1/3-də bayır səthdə qançırlarla nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla həmkəndlidir. Aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. İkram Qaz idarəsində işləyir. Onunla aralarında olan narazılığın səbəbi İkramın onun sevdiyi qızın tez-tez arxasınca düşüb narahat etməsi olmuşdur. Belə ki, onun Şahid4 ilə arasında sevgi münasibətləri vardır. Niyyəti Xatirə ilə ailə qurmaqdır. Lakin Xatirənin 18 yaşı tamam olmadığı üçün onun yaşının tamam olmasını gözləyir. Xatirə ilə sosial şəbəkədə yazışması ilə bağlı mesajlar vardır. Xatirə “@777hacyef” adlı profil hesabı ilə ona mesajlar yazmışdır. Həmin mesajlar onun Zərərçəkmiş şəxs ilə mübahisəsindən bir neçə gün əvvələ aiddir. Sözügedən mesajların əks olunduğu videogörüntüləri istintaqa təqdim etmişdir. Xatirə ona yazdığı sms mətnlərdə İkramın onların evinin yaxınlığına gələrək onu narahat etməsi barədə məlumat vermişdir. Bundan sonra o, bunu bildiyi üçün 29 may 2024-cü il tarixdə saat 13 radələrində İkramın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı nömrədən zəng edərək görüşmək istədiyini bildirmişdir. İkram ona sahədə su suvardığını bildirmiş və ondan yerini soruşmuşdur. Təxminən 45-50 dəqiqə sonra İkram özünə məxsus olan “Mersedes” markalı avtomobil ilə onun yanına gəlmiş, avtomobili saxlayaraq pəncərədən avtomobilə minməsini demişdir. O, İkramın avtomobilinin qabaq oturacağında oturmuş və İkram avtomobili Axtaçı-Muğan kəndi istiqamətində sürməyə davam etmişdir. İkrama avtomobilə minən kimi həmkəndlisi və istədiyi qız olan X1 yaşadığı küçəyə dəfələrlə gedərək sonuncunu narahat etdiyini bildirmişdir. Bu zaman İkram ona yaxşı etdiyini demişdir. Daha sonra İkram qəflətən sol əli ilə onu üz nahiyəsindən yumruqla vurmuşdur. İkramdan hansı səbəblə onu vurmasını soruşan zaman İkram ona söhbətin yerinin bura olmadığını və meşəyə gedəcəklərini demişdir. O, meşəyə getməmək və özünü qorumaq məqsədilə iki-üç dəfə İkramın baş və sifət nahiyyəsinə sağ əli ilə yumruq zərbəsi vurmuşdur. Zərbələrdən biri İkramın burun nahiyyəsinə dəymiş və burnundan qan axmağa başlamışdır. O, avtomobili saxlamaq üçün sükana əlini atıb kənara çəkmiş və İkram avtomobili əyləci basaraq saxlamışdır. Həmin zaman onlar artıq qardaşına məxsus çayxananın qarşısında idilər. İkram maşını saxlayan zaman yerdən toz qalxmış və o, avtomobildən yerə enmişdir. Bu zaman həmkəndlisi Şahid2 və atası Şahid1 qaçaraq yanlarına gəlmişlər. Onlar çatan zaman İkram da maşından düşərək onun yaxasından yapışmışdır. Atası və Pənah onları ayırmışlar. Eyni zamanda əmisi oğlu X6 da idarə etdiyi “Qazel” markalı avtomobillə oraya gəlmişdir. Atası İkramdan nə baş verdiyini soruşmuş və kömək lazımdırsa edə biləcəyini demişdir. İkram isə avtomobilə minərək oradan uzaqlaşıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, İkram polisə şikayət etmişdir. Atası Mayıl hadisə vaxtı İkrama heç bir xəsarət yetirməmişdir. Aralarında olan mübahisə sevdiyi qız Şahid4 narahat etməsi səbəbindən olmuşdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Mülki iddiaya münasibətdə də müdafiəçisi ilə eyni mövqedədir və iddianı qəbul etmir. Məhkə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin sentyabr ayından etibarən X13 İstismarı İdarəsinin Sabirabad xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və atası Şahid1 ilə arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Onlarla həmkəndlidir. Münasibətləri əvvəllər normal olmuşdur. O, vəzifəsindən irəli gələrək Sabirabad rayonu Güdəcühür və Osmanlı kəndləri ərazisində aylıq olaraq abonentlərin sayğaclarını və evdə işlətdikləri qaz cihazlarını yoxlayaraq texniki müayinə aktı tərtib edir. Mayıla məxsus Sabirabad rayonu Güdəcühür kəndində yerləşən evə 2 dəfə fərqli vaxtlarda gedərək müayinə aktı tərtib etmək istəsə də, evdə heç kim olmamışdır. Bundan sonra, o, hadisədən bir neçə gün əvvəl Ziyadı Güdəcühür kəndi ərazisində yolda görmüş və ona bildirmişdir ki, evə gedən zaman xəbər etsin və onlara gəlsin. Ziyad da ona xəbər edəcəyini bildirmişdir. 29 may 2024-cü il tarixdə saat 12 radələrində Ziyad ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. O, Ziyaddan yerini soruşan zaman qardaşı Elvin Əsgərova məxsus kənd ərazisində yerləşən çayxanada olduğunu bildirmişdir. Ziyaddan hansı səbəblə görüşmək istədiyini soruşduqda texniki müayinə aktı ilə bağlı çağırdığını bildirmişdir. O, saat 12 radələrində özünə məxsus “Mersedes-Benz” markalı **-GF-*** nömrəli maşınla sözügedən çayxananın qarşısına gəlmiş, Ziyadın atasından onun harada olduğunu soruşmuşdur. Mayıl isə oğlu Ziyadın harada olduğunu bilmədiyini söyləmişdir. Bundan sonra Ziyad ona təkrar olaraq zəng etmiş və çayxananın qarşısında dayanan maşının onun olubolmadığını soruşmuşdur. Ziyada həmin maşının özünə məxsus olduğunu demişdir. Bundan sonra Ziyad ona maşını bir qədər qabağa sürməyini bildirmiş, o da maşını irəli sürmüş, Ziyad onun maşınına əyləşmiş və sürməyi tələb etmişdir. O, maşını sürərək Ziyadın yaşadığı evə doğru gedən ara yola gəlmişdir. Həmin yerdə Ziyad ondan maşını saxlamağını tələb etmiş və o, maşını saxlamışdır. Daha sonra Ziyad ona sənədlərini təqdim etməsini və aktı orada yazmağını bildirmişdir. O, Ziyada yaşadığı ünvana getmədən müayinə aktını tərtib edə bilməyəcəyini izah etmişdir. Həmin zaman o, xidməti geyim formasında olmuş və xidmət vaxtı olmuşdur. Ziyad ona “Sən kimsən camaatın həyətinə gedirsən” demişdir. O, dövlət işçisi olduğunu və işi ilə bağlı əhalinin ünvanına getdiyini bildirmişdir. Həmin zaman Ziyad ona “Dövlət də bizik, qanun da bizik” ifadəsini işlətmişdir. Bunun ardınca Ziyad onun üzünə bir neçə dəfə yumruq zərbəsi atmış və Hacımayılın da həyətinə getdiyini, bir daha oraya gedəcəyi təqdirdə onu deşik-deşik edəcəyini və öldürəcəyini bildirmişdir. Həmin zərbələrdən ikisi onun burun nahiyyəsindən dəymişdir. Nəticədə o, xəsarət almış və burnundan qan axmağa başlamışdır. Ziyad ona maşını bəndin arxasına sürməyini və orada onu qanına batıracağını demişdir. O isə maşını sürərək çayxananın yanına gəlmiş, orada maşından düşərək Ziyadın atası Mayıla oğlu Ziyadın etdiyi əməl barədə bildirmişdir. Lakin, Mayıl oğlu Ziyadın düzgün hərəkət etdiyini, onun çayxanaya basqın etdiyini bildirərək üzərinə hücum etmişdir. Ardınca Ziyad da maşından düşərək təkrar üstünə hücum edib onu yerə yıxmışdır. O, yerdə olarkən Ziyad üz nahiyəsindən, Mayıl isə ənsə və kürək nahiyəsindən yumruq və təpiklərlə vuraraq onu döymüşlər. O, həmin zaman halsız vəziyyətdə olmuşdur. Onu çayxananın həyətinə sürümək istəmişlər. Həmin zaman Ziyadın əmisi oğlu Münasib gəlmiş və kömək etmək məqsədilə qolundan tutaraq yerdən qaldırmışdır. Bu vaxt Ziyad çayxananın həyətinə gedərək onu deşik-deşik edəcəyini bildirmişdir. Mayıl onun barəsində “bunu çayçının həyətinə sürüyək burada ölsün” ifadəsini işlədən zaman Münasib dayanmış və geri çəkilmişdir. Daha sonra o, Mayılla Ziyadın əlindən qaçaraq maşına minmiş və şüşələri qaldırmışdır. Həmin zaman Mayıl maşına hücum edərək qapıları açmağa çalışmışdır. Lakin o, özündə güc toplayaraq maşını işə salmış və oradan uzaqlaşmışdır. Daha sonra aldığı xəsarətlərlə bağlı Şirvan şəhər Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Hadisə zamanı Pənah adlı şəxs orada olmuş və hadisəni görmüşdür. Münasib isə sonradan oraya gəlmişdir. Bundan başqa, zərərçəkmiş şəxs Umudlu X10 vurmadığını, əksinə sonuncunun onu yumruqla, eləcə də, Ziyadın atası Mayılın onu təpiklə vurmasını bildirərək cinayət işi üzrə əməlin düzgün tövsif olunmadığını, Ziyadın onu xidməti vəzifələrini icra etdiyinə görə dödüyündən sonuncuya daha ağır ittiham verilməsi üçün ibtidai istintaqa qaytarılmasını, Ziyadın atası Mayılında cinayət məsuliyyətinə cəlb edilməsini, Ziyada ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxsin tələbi ilə razılaşaraq cinayət işi üzrə əməlin düzgün tövsif olunmadığını, Ziyadın oğlu İkramı xidməti vəzifələrini icra etdiyinə görə dödüyündən sonuncuya daha ağır ittiham verilməsi üçün ibtidai istintaqa qaytarılmasını, Ziyadın atası Mayılında cinayət məsuliyyətinə cəlb edilməsini, Ziyada ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onunla həmkəndlidir. Aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs isə onun oğludur. İkram Qaz idarəsində işləyir. 29 may 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Güdəcühür kəndində oğlu Elvinə məxsus çayxananın həyətində Şahid2lə birlikdə olan zaman bir “Mersedes” markalı avtomobilin sürətlə gələrək çayxananın qarşısında tormoz verib saxladığını və toz qalxdığını görmüşdür. Həmin vaxt o, Pənaha “bunlar neyləyir” demişdir. Daha sonra avtomobildən İkram və oğlu Ziyad düşmüşlər. İkramın burnundan qan axdığını görmüşdür. Onlar avomobildən düşən vaxt dalaşmaq istəmişlər. Bu vaxt arxadan Şahid3 də onların yanına gəlmişdir. O, Ziyada hirslənərək əli ilə itələyib çayxananın həyətinə göndərmiş, daha sonra İkrama kömək etmək məqsədilə dəsmal gətirmiş, əl-üzünü yumağı təklif etmişdir. Pənah da onlara dalaşmamağı bildirmiş və sakitləşdirməyə çalışmışdır. Münasib dəsmalı ondan alaraq İkrama vermək istəmişdir. X12 geri itələyərək qulağında telefon avtomobilə minmiş və toza basaraq çıxıb getmişdir. Həmin vaxt o, İkramı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək Mayılın İkramı vurmadığını, ona xəsarət yetirmədiyini, əksinə oğlu Ziyada İkramla dalaşdığı üçün hirsləndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əliverdi oğlu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onunla həmkəndlidir. Həmçinin, İkram onun sinif yoldaşıdır. Aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs isə onun doğma əmisi oğludur. 29 may 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Güdəcühür kəndində əmisi Mayıla məxsus çayxanadan təxminən 200 metr məsafədə küçənin başında körpünün yanında dayanarkən İkramın idarə etdiyi “Mersedes” markalı avtomobili ilə əmisi Mayılın çayxanasının qarşısına gəldiyini və maşını saxlayan zaman tozanaq yaratdığını görmüş, avtomobilin içərisinə baxan zaman İkramla Ziyadın münaqişə etdiklərini, həmin vaxt onların bir-birini vurduqlarını görmüşdür. O, da dərhal oraya gəlmişdir. İkramla Ziyad avtomobildən aşağı düşmüşlər. Onlar avtomobildən düşən zaman Ziyadın yanağı qızararaq şişmişdir. İkramın burnundan isə qan axdığını görmüşdür. Əmisi Mayıl bunu görən zaman Ziyadı əli ilə itələyərək çayxananın həyətinə göndərmişdir. Daha sonra əmisi Mayıl, İkramın burnundan axan qanı kəsmək məqsədilə dəsmal gətirmiş, o, dəsmalı əmisindən alaraq İkrama vermək istəmişdir. Lakin, İkram onu geri itələyərək avtomobilə minmiş və toza basaraq çıxıb getmişdir. Həmin vaxt əmisi Mayıl İkramı vurmamış və ona heç bir xəsarət yetirməmiş, əksinə mübahisə edənləri sakitləşdirməyə çalışmışdır. Hadisə vaxtı kənd sakini Şahid2 də çayxananın həyətində olmuşdur. Pənah da yanlarında dayanıb hadisəni müşahidə etmişdir. O, Ziyaddan hadisənin hansı səbəblə baş verdiyini soruşduqda sonuncu İkramla qız məsələsinə görə mübahisə etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində Şahid4 qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş və ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. Ziyad onun oxuduğu məktəbdə işləyir. Bu adamların adlarını eşitmişdir, şəxsən tanımır. Onların dalaşmalarını da eşitməmişdir. O, İkramın maşınını görməmiş, nə də İkramın onların evində olan qaz sayğacını yoxlamağa gəlməsini görməmişdir. Onun telefonu və sosial hesabı olmamışdır. Lakin o, Ziyadla yazışmışdır. Yazışması yadında deyil. Yazışanda o, İkramın onu narahat etməsini Ziyada bildirməmişdir. Bir müddət sonra Ziyadın ailəsi onların evinə elçi gəlmişdir. Valideynləri və özü razılıq verməmişdir. Məktəbə gedəndə də Ziyad onun arxasınca düşür, lakin ona heç nə demir. Adından məhkəməyə təqdim edilmiş ərizələrdən sonuncu ərizədəki xətt ona məxsusdur. Xəttin ona məxsus olduğu yazıda yazılanlar yadında deyil. Atasına bildirilməsi üzərinə o, atası ilə rayon prokurorluğuna getmiş, atasını çöldə saxlamışlar və o, təxminən 2 dəqiqə içəridə qalmışdır. Orada yaşlı kişi ondan arxasınca düşmə olması barədə hadisə olubolmamasını soruşmuş, o, bildirmişdir ki, olmayıb. Həmin şəxs ona yalan danışmamasını, hər şeyi bildiyini bildirmiş, sonra ona mətnini bilmədiyi sənədə imza etdirmişdir. Evlərinə gəlmiş jurnalist isə ondan hər şeyin düzünü ona deməsini istəmiş və o da jurnalistə düzünü demişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli 296 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–burun tənəffüsünün pozulması ilə müşayiət olunan, burun sümüyünün qapalı qəlpəli sınığı, ənsə nahiyəsində, sol çənə bucağı proyeksiyasında, sol böyrək proyeksiyasında, sağ baldırın orta 1/3də bayır səthdə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli 296 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–sağ gözaltı nahiyədə, sağ çənə bucağı proyeksiyasında qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Cinayət işində olan X13 İstismarı İdarəsinin 10 sentyabr 2024-cü il tarixli 14-2-2-9/2- 956/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixindən Salyan RQİİ-nin Sabirabad XS-də X14 və Satışı Xidmətinin 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsində çalışır və xidməti ərazinin Güdəcühür kəndinə (kənd üzrə 388 abonent) və Osmanlı kəndinin bir hissəsinə (kənd üzrə 140 abonent) təhkim edilmişdir. Təqsirləndirilən şəxs qaz sayğacı atası Şahid1 adınadır və işçinin qeyd etdiyinə görə həmin ünvanda ayrı-ayrı tarixlərdə 2 dəfə olmasına baxmayaraq abonent evdə olmadığı üçün qeyd edilən ünvanda texniki müayinə keçirmək mümkün olmamışdır. Digər abonent X3 məxsus fərdi yaşayış evində isə işçi tərəfindən xx.xx.2024-cü il tarixində ******* nömrəli müayinə aktı ilə texniki müayinə keçirilmişdir. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Güdəcühür kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi flaşkarta baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atası Şahid1la danışığını səs qeydinə almış, həmin səs qeydində Zərərçəkmiş şəxs Şahid1 “əmi” deyə müraciət edərək danışır və səs yazısının sonunda oğlunun düz hərəkət etmədiyini bildirir. Zərərçəkmiş şəxs səs yazısının onunla Şahid1 arasında baş verdiyini məhkəmədə təsdiq etmişdir. Cinayət işi materiallarında olan CD diskdəki yazışmaların mətnindən görünür ki, “@777hacyef” adlı sosial şəbəkə hesabı ilə “Allah bağışlasın”, “ona men 3 defe demiwdimki”, “bele hereket eleme”, “sen mene demeseydin inmazdimki yola girib cunki ona bawa salmiwdim axi”, “Andolsun allaha hə yolumuzda idi”, “gelib donub qaydirdi”, “Gəlirdi küçəmizəcən”, “Döngüyə dönürdü maşınıda elə sürürki bundan yoxdu elə bil gic oğlu gic”, “Əsəbləşirəm onlar haqda danışanda allaha andolsun, “ay saqol onun bacisna dedin ki werefsiz bele edirdi”, “Hə hamısın demişəm”, “mən bu nece vaxda bidefe hec yoluza girmedim”, “Zəhləm getmiş”, “Başı çatmıra onun gic”, “Dəli”, “Oları süründürəcəm mən belə deyildim sakit biri ifim dəli etdilər məni”, “Gör indi neyniyəcəm Allahın köməyliyi ilə”, “heyeee”, “Yaxşı mən çıxıram durub yeməy falan bişirim evkəri silim imkan olsa yazacam gəlib görəcəylər ki xatirə bidənə iş görməyib”, “onsuzda olan olub”, “Hə” məzmunlu sms mətnləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin yazışmaların onunla Şahid4 arasında aparılmasını bildirmişdir. Məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 10000 manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qeyd edilmişdir. Aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs gətirdiyi dəlillər, yəni Təqsirləndirilən şəxs onu xidməti vəzifələrini icra edən zaman döyməsi, Şahid1 özünə məxsus çayxanada onu təpiklə vurması və digər hallar şahidlərin-Şahid2 və Şahid3 Əliverdi oğlunun ifadələri, zərərçəkmiş şəxsin təqdim etdiyi fləş-karta baxış protokolu, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası rəyi və cinayət işinin materialları ilə təkzib edilmişdir. Bundan əlavə, zərərçəkmiş şəxsin törədilmiş cinayətin onun xidməti vəzifəsinin icrası ilə bağlı olması barədə arqumentinə gəldikdə o da qeyd edilməlidir ki, həm ibtidai istintaq zamanı (Səhifə 106), həm də məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin telefonla çağırışı əsasında ilk əvvəl təqsirləndirilən şəxsin atası Şahid1 olduğu çayxanaya gəlib orada Şahid1 Ziyadın yerini soruşmuş, daha sonra Ziyad Əsgərovla telefon danışığı əsasında onun yanına getdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin iş yerindən verilmiş arayışdan da görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin abonent sayğacı onun atası Şahid1 adınadır, işçinin qeyd etdiyinə görə həmin ünvanda iki dəfə müxtəlif tarixlərdə olunmuş, lakin abonent evdə olmadığı üçün texniki müayinə aparılması mümkün olmamışdır. Buradan da aydın olur ki, zərərçəkmiş şəxs xidməti fəaliyyətinin icrası ilə əlaqədar gəlmişdirsə və müvafiq cinayət əməli onun xidməti fəaliyyətinin icrası ilə əlaqədar baş vermişdirsə, zərərçəkmiş şəxs onun xidmət sahəsində yerləşən və abonent Şahid1 məxsus ünvana baxış keçirmək niyyətində olmuşdursa, o, təqsirləndirilən şəxsdən əvvəl qarşılaşdığı abonent Şahid1 bu barədə bildirməklə təqsirləndirilən şəxsə ehtiyac olmadan abonentin özü ilə (Şahid1la) ünvanda olub müvafiq müayinəni həyata keçirmək imkanında olmuşdur ki, Zərərçəkmiş şəxs bunu etməmiş, sadəcə Şahid1 oğlu Ziyadın yerini soruşmuş, daha sonra Ziyadla telefon danışığı aparıb oradan uzaqlaşmışdır. Beləliklə məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmişin və şahidin ifadəsi, ekspertiza rəyi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Mülki iddiaya gəldikdə isə iddia ərizəsindən görünür ki, iddiaçı tələbini aldığı xəsarətlər nəticəsində 21 gün stasionar şəraitdə, 18 gün isə ambulator müalicə alması, bu müddətdə aldığı xəsarətlərə görə əzab, ağrı çəkməli olması günlərlə ağrıdan yatmaması, ancaq ağrıkəsicilərdən istifadə etməklə yuxuya getməsi, onun azadlığının, sərbəst hərəkət etmək imkanının əlindən alınmaqla ziyan vurulması, atası İlhamın onu dəfələrlə Bakı şəhərinə həm dövlət, həm də özəl tibb müəssisələrinə müalicə və müayinələrə aparması, yazılmış reseptlər əsasında 1000 manatadək dərmanlara ödəməsi, hazırda da müayinə və müalicəsinin davam etməsi, almış olduğu xəsarət nəticəsində burun çəpərində əyrilik yaranması, çətinliklə nəfəs alması, həkimlərin ona əməliyyat olunmağını bildirməsi, Sabirabad şəhərindən 6-7 dəfə Bakı şəhərinə hər dəfəsi 100 manat gediş haqqı ödəməklə taksiyə pul verilməsi, həmçinin hadisə vaxtı X13 İstismarı İdarəsinin Sabirabad Xidmət sahəsinin qaz təsərrüfatı nəzarətçisi vəzifəsində işləməklə aydan 600 manatdan çox əmək haqqı da alması, təqsirləndirilən şəxsin onun barəsində olmayan, əxlaqa uyğun olmayan sözlər deməklə onun şərəf və ləyaqətini də təhqir edərək ona mənəvi ziyan vurması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İddia tələbinin ilk öncə maddi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, zərərçəkmiş şəxsin maddi ziyana uğraması qaçılmazdır. Lakin mülki prosessual qanunvericiliyin tələblərinə görə sübutetmə yükü iddiaçının üzərində olduğundan və iddiaçı tərəfindən ona 5000 manat məbləğində maddi ziyan dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, baş vermiş cinayət əməli fonunda zərərçəkmiş şəxsin mənəvi zərər uğraması da qaçılmaz hesab edilməlidir. Mənəvi zərərin dəyərinin müəyyən edilməsində konkret qiymətləndirmə forması müəyyən edilmədiyindən və qiymətləndirmənin aparılması işin hallarından asılı olduğundan və qanunvericilik normalarının tələblərinə görə mənəvi zərər məbləği təyin edilərkən təyin ediləcək məbləğ ağlabatan və ədalətli məbləğ olmalı olduğundan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, mənəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaitinin müəyyən edilməsi ağlabatan və ədalətli hesab edilməli və həmin məbləğ təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarına əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə baxışı zamanı təqdim edilmiş maddi sübut flaşkartın cinayət işinin materiallarına əlavə edilərək iş materialında saxlanılması və iş üzrə məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə baxışı zamanı təqdim edilmiş maddi sübut flaşkartın cinayət işinin materiallarına əlavə edilərək iş materialında saxlanılması nəzərə alınsın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar