Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-110/2024 04.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş (Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-83/2022№-li hökmü ilə 02 il 03 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzanın çəkilməmiş hissəsi 10 ay 06 gün təşkil edir), cəzası başa çatmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuana əldə edib saxlamış, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə saat 15:38 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabirabad şəhəri E.Qasımov küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə saat 18:15 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə 37,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin tarixdə saat 20:15 dəqiqədə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman, evin yataq otağındakı paltar rəflərinin arxa tərəfində ağ rəngli sellofan torba içərisində bir ədəd çaxmağında KE-1295№-si olan 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı olan AKM modelli yivli avtomat silahı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62x39 mm. kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların atəş üçün yararlı olan 11 ədəd döyüş sursatı hesab edilən ştat patronları aşkar olunaraq götürülmüşdür. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, uzun zamandır ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Narkotik vasitələrin istifadəçi kimi sonuncu dəfə Sabirabad rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkir və üzərində elektron nəzarət vasitəsi gəzdirir. O, 2023-cü ilin yay aylarında dəqiq olaraq xatırlamadığı vaxtda “Kür” çayının kənarına balıq tutmaq üçün gedən zaman, çay kənarında piyada hərəkət edərkən kolluğun arasında ağ rəngli sellofan görmüşdür. Həmin sellofanı tutub özünə tərəf çəkmiş, götürüb içərisinə baxdıqda bir ədəd qara rəngli avtomat, bir ədəd həmin avtomatdan ayrı halda qara rəngli sandıq və həmin sandığın içərisində patronlar olduğunu, eləcə də bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra həmin ağ rəngli sellofan torbanı götürüb özü ilə birlikdə yaşadığı evə gətirmişdir. Sonra avtomat silahını patron və sandığı ilə birlikdə yaşadığı evin yataq otağındakı paltar rəflərinin arxasında gizlətmişdir. Narkotik vasitədən isə aradabir istifadə etmişdir. 24 yanvar 2024-cü il tarixdə istifadə etmək üçün həmin sellofan torbanı açıb içərisindəki narkotik vasitə qurudulmuş marixuananı götürüb əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuş, avtomat silahını həmin yerə qoyub yenidən paltar rəfini yerinə çəkmişdir. Bundan sonra həmin gün saat 16 radələrində yaşadığı küçəyə çıxmışdır. Yaşadığı evin yerləşdiyi küçədə piyada şəkildə hərəkət edərkən iki mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq odlu silah saxlamada şübhəli olduğunu qeyd etmişlər və onu Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlmişdir. Sabirabad rayon Polis Şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmişdir. O, üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet olduğunu demiş, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə “nəşə” yəni narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda qurudulmuş marixuana olması, özünə aid olması, 2023-cü ilin yay aylarında Kür çayının kənarında yerdən tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Bakı”markalı siqaret qutusu, sağ iç cibindən bir ədəd “Bakı” markalı siqaret qutusu, sol yan cibindən bir ədəd “Kgtel” markalı mobil telefon, bir ədəd “Attenti” markalı mobil telefon aparatı və bir ədəd ev açarı olduğu müəyyən edilmişdir. Ondan üzərindən aşkar edilmiş “Attenti” markalı mobil telefon və bir ədəd ev açarının kimə məxsus olması soruşulduqda, mobil telefon aparatının özünə məxsus olduğunu, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi üçün ayağında elektron nəzarət vasitəsi olduğunu, qeyd olunan mobil telefonun da həmin nəzarət vasitəsinə aid olmasını, aşkar edilmiş bir ədəd ev açarının isə özünə məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasının açarı olduğunu bildirmişdir. Sonra üzərindən aşkar edilmiş iki ədəd “Bakı” markalı siqaret qutusu, bir ədəd ev açarı, bir ədəd “Attenti” markalı elektron nəzarət aparatı ona geri qaytarılmışdır. Aşkar edilmiş bir ədəd sellofan torbada kütlə bir ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Zərfin üzəri möhürlə möhürləndikdən sonra o və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş “Kgtel” markalı mobil telefon gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatların əldə olunması ehtimalı olduğunu bildirilərək müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra onun ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı o, müdafiəçisi və polis əməkdaşlarından başqa iki nəfər hal şahidi də iştirak etmişdir. O, cibində olan açarla evin həyətyanı sahəsinin darvazasının kilidini açmış, evin giriş qapısına gəlmiş, orada olan zaman evin qapısını açıb qonaq otağına daxil olmuş, yataq otağına daxil olduqda sağ tərəfdə divarın yanında olan paltar şkafı ilə divarın arasında kiçik yeri göstərib silahın orada bir ədəd ağ rəngli sellofan torbada olduğunu demişdir. Bundan sonra şkafı biraz kənara çəkdikdən sonra o, həmin torbanı götürüb polis əməkdaşlarına təhvil vermişdir. Orada hal şahidlərinin iştirakları ilə baxış keçirirlərkən bir ədəd qara rəngli “Kalaşnikov” markalı, avtomat tipli silah və həmin silahdan ayrı vəziyyətdə bir ədəd qara rəngli daraq olduğu müəyyən edilmişdir. O, aşkar edilmiş silah və darağı əli ilə göstərərək özünə məxsus olduğunu bildirmişdir. Sonra daraqda patronlar olduğu göründüyü üçün həmin patronlar daraqdan çıxarılaraq masanın üzərinə qoyulmuş, ümumilikdə 11 ədəd patron olduğu müəyyən edilmişdir. Bundan sonra silah və darağa yenidən baxış keçirilərkən onların üzərindəki seriya nömrələrinin silindiyi müəyyən edilmişdir. Bundan sonra daraq və 11 ədəd patron ümumilikdə bir ədəd qara rəngli sellofan torbaya qoyulduqdan sonra “Kalaşnikov” markalı avtomat tipli silahla birlikdə bir ədəd ağ rəngli sintetik kisədə qoyulmuş və müvafiq qaydada qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməllərindən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 24 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi, həmçinin yaşadığı evdə və ya evin həyətyanı sahəsində qanunsuz olaraq odlu silah saxlamaq barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə barəsində təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sonra həmin qərarın icra olunması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü o, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin İB-nin müstəntiqi X4 ilə birlikdə əldə olunmuş məlumat əsasında Sabirabad şəhəri E.Qasımov küçəsində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində üzərində narkotik vasitələri saxlaması, istifadə etməsi, həmçinin yaşadığı evdə və ya evin həyətyanı sahəsində qanunsuz olaraq odlu silah saxlamaq barədə əməliyyat məlumatının daxil olduğunu izah edib, Təqsirləndirilən şəxs Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Sabirabad rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet olduğunu deyib, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə “nəşə” yəni narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda qurudulmuş marixuana olması, özünə aid olması, bir neçə gün əvvəl Kür çayının kənarında yerdən tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd “Bakı” markalı siqaret qutusu, sağ iç cibindən bir ədəd “Bakı” markalı siqaret qutusu, sol yan cibindən bir ədəd “Kgtel” markalı mobil telefon, bir ədəd “Attenti” markalı mobil telefon aparatı və bir ədəd ev açarı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Attenti” markalı mobil telefon və bir ədəd ev açarının kimə məxsus olması soruşulduqda, mobil telefon aparatının özünə məxsus olduğunu, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi üçün üzərində elektron nəzarət vasitəsi olduğunu, qeyd olunan mobil telefonun da həmin nəzarət vasitəsinə aid olmasını, aşkar edilmiş bir ədəd ev açarının isə özünə məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasının açarı olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd “Bakı” markalı siqaret qutusu, bir ədəd ev açarı, bir ədəd “Attenti” markalı elektron nəzarət aparatı onun özünə geri qaytarılmışdır. Aşkar edilmiş bir ədəd sellofan torbada kütlə bir ədəd ağ rəngli zərfdə qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüşdür. Zərfin üzəri möhürlə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş “Kgtel” markalı mobil telefon gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatların əldə olunması ehtimalı ilə müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, aşkar edilərək götürülmüş kütlənin özünə aid olmasını, Sabirabad rayon Polis Şöbəsinə gətirilərkən, eləcə də Sabirabad rayon polis şöbəsində olarkən ona qarşı hər hansı bir zor tətbiqinin olmamasını, 2023-cü ilin yay aylarında balıq tutmaq üçün Kür çayının kənarına getdiyini, orada olarkən kənardakı kolluqda bir ədəd ağ rəngli sintetik sellofan torbada avtomat silahını tapdığını, daha sonra həmin kütlələri özü ilə birlikdə yaşadığı evə aparmasını, hazırda həmin avtomat silahı və həmin silaha məxsus bir ədəd daraq və 11 ədəd patronun ümumilikdə bir ədəd ağ rəngli sellofan torbada yaşadığı evin yataq otağındakı paltar şkafının arxa tərəfində saxladığını bildirmişdir. Sonra həmin şəxsdən qeyd etdiyi silahı təqdim edə biləcəyini soruşduqda o həmin silahı təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün 02 nəfər hal şahidi də dəvət olunmuşlar, qrup üzvləri və 02 nəfər hal şahidi Sabirabad şəhəri Rəşid Behbudov küçəsi döngə 1, ev 31 –də yaşayan Şahid3 Məqatil oğlu və Sabirabad şəhəri E.Nadirov 2 ünvanında yaşayan Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə ünvan 8 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlanılmasında şübhəli olduğu bildirildikdən sonra o fotoçəkiliş ilə yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmiş, daha sonra baxışın keçirilməsinə başlanılmışdır. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman yaşadığı evin yataq otağında paltar rəflərinin arxa hissəsində avtomat odlu silahı saxladığını qeyd etdiyini bildirib, hazırda həmin predmeti təqdim etməsi təklif olunmuş, o, üzərinə şəxsi axtarış aparılan zaman həqiqətən də yaşadığı evin özünə məxsus olan yataq otağında avtomat silahı saxladığını qeyd etdiyini təsdiqlədi və həmin əşyanı təqdim edə biləcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan açarla həmin birtaylı qapının kilidini açmış və iştirakçılar evin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs evin pilləkənlərindən yuxarı qalxaraq giriş qapısını göstərmiş və iştirakçılarla birlikdə fotoşəkil çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs giriş qapısını açmış və evə daxil olunmuşdur. Təqsirləndirilən şəxs giriş qapısı ilə üzbəüz yerləşən yataq otağının qapısını əli ilə göstərərək avtomat silahını həmin otaqda gizlətdiyini bildirmişdir. Sonra qeyd edilən yataq otağına daxil olduqda qapıdan sağda yerləşən paltar rəfini göstərib qeyd etdiyi avtomat silahının həmin rəfin arxa tərəfində rəflə divarın arasında gizlətdiyini bildirmişdir. Bundan sonra paltar rəfi divardan kənara çəkilmiş və ağ rəngli sellofan torba götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs əli ilə həmin torbanı götürüb təqdim edərək torbanın içərisində avtomat silahı olduğunu qeyd etmişdir. Torba otaqda olan masanın üzərinə qoyulmuş, açılaraq içərisinə baxış keçirildikdə bir ədəd qara rəngli “Kalaşnikov” markalı, avtomat tipli silah və həmin silahdan ayrı vəziyyətdə bir ədəd qara rəngli daraq olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş silah və darağı əli ilə göstərərək özünə məxsus olduğunu bildirmişdir. Daha sonra daraqda patronlar olduğu göründüyü üçün həmin patronlar daraqdan çıxarılaraq masanın üzərinə qoyulub baxış keçirilən zaman ümumilikdə 11 ədəd patron olduğu müəyyən edilmişdir. Bundan sonra silah və darağa yenidən baxış keçirilərkən onların üzərindəki seriya nömrələrinin silindiyi müəyyən edilmişdir. Bundan sonra daraq və 11 ədəd patron ümumilikdə bir ədəd qara rəngli sellofan torbaya qoyulduqdan sonra “Kalaşnikov” markalı avtomat tipli silahla birlikdə bir ədəd ağ rəngli sintetik kisəyə qoyulmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhər İcra Nümayəndəliyində sürücü işləyir, ünvan 9 ünvanında yaşayır. 24 yanvar 2024-cü il tarixdə saat 20 radələrində polis əməkdaşları ona zəng edərək ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və ya evin həyətyanı sahəsində qanunsuz olaraq odlu silah saxlamaq barədə əməliyyat məlumatı daxil olduğunu, bu səbəbdən həmin şəxsin yaşadığı evə baxış keçirilməsinin zəruri olduğunu və onun da həmin baxışda hal şahidi kimi iştirak etməsini təklif etmişlər. O isə buna heç bir etirazının olmadığını və hal şahidi kimi iştirak edəcəyimi bildirmişdir. Ondan başqa bir nəfər şəxsi də hal şahidi kimi dəvət etmişlər. Sonradan digər hal şahidinin də Şahid3 Məqatil oğlu olması ona məlum olmuşdur. Onlar birlikdə Təqsirləndirilən şəxs ünvan 8 ünvanındakı yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlanılmasında şübhəli olduğu bildirildikdən sonra o fotoçəkiliş ilə yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirərək bu barədə ərizə ilə müraciət etmiş, sonra baxışın keçirilməsinə başlanılmışdır. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi aparılan zaman yaşadığı evin yataq otağında paltar rəflərinin arxa hissəsində avtomat odlu silahı saxladığını qeyd etdiyini bildirib, hazırda həmin predmeti təqdim etməsi təklif olunmuş, o, üzərinə şəxsi axtarış aparılan zaman həqiqətən də yaşadığı evdə özünə məxsus olan yataq otağında avtomat silahı saxladığını qeyd etdiyini təsdiqləmiş və həmin əşyanı təqdim edə biləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan açarla həmin birtaylı qapının kilidini açmış və iştirakçılar evin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs evin pilləkənlərindən yuxarı qalxaraq giriş qapısını göstərmiş və iştirakçılarla birlikdə fotoşəkil çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs giriş qapısını açmış və evə daxil olunmuşdur. Təqsirləndirilən şəxs giriş qapısı ilə üzbəüz yerləşən yataq otağının qapısını əli ilə göstərərək avtomat silahını həmin otaqda gizlətdiyini bildirmiş, qeyd edilən yataq otağına daxil olduqda qapıdan sağda yerləşən paltar rəfini göstərib qeyd etdiyi avtomat silahının həmin rəfin arxa tərəfində rəflə divarın arasında gizlətdiyini bildirmişdir. Bundan sonra paltar rəfi polis əməkdaşı tərəfindən divardan kənara çəkilmiş və ağ rəngli sellofan torba görülmüşdür. Sonra Təqsirləndirilən şəxs əli ilə həmin torbanı götürüb təqdim edərək torbanın içərisində avtomat silahı olduğunu qeyd etmiş, həmin torba otaqda olan masanın üzərinə qoyulduqdan sonra açılaraq içərisinə baxıldıqda bir ədəd qara rəngli “Kalaşnikov” markalı avtomat tipli silah və həmin silahdan ayrı vəziyyətdə bir ədəd qara rəngli daraq olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş silah və darağı əli ilə göstərərək özünə məxsus olduğunu bildirmişdir. Daraqda patronlar olduğu göründüyü üçün həmin patronlar daraqdan çıxarılaraq masanın üzərinə qoyulmuş, ümumilikdə 11 ədəd patron olduğu müəyyən edilmişdir. Bundan sonra silah və darağa yenidən baxış keçirilərkən onların üzərindəki seriya nömrələrinin silindiyi müəyyən edilmişdir. Bundan sonra daraq və 11 ədəd patron, eləcə də “Kalaşnikov” markalı avtomat tipli silah bir ədəd qara rəngli sellofan torbaya qoyulduqdan sonra bir ədəd ağ rəngli sintetik kisəyə qoyulmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin silahı 2023-cü ilin yay aylarında “Kür” çayının kənarında yerdən tapdığını, bundan başqa silahla birlikdə həmin ağ rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etdiyini, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini istifadə etdikdən sonra yerdə qalan hissəsinin üzərinə şəxsi axtarış aparılarkən aşkar olunduğunu, yay aylarından etibarən yaşadığı evdə saxladığı avtomat tipli “Kalaşnikov” markalı silahı isə hazırda təqdim etdiyini, Sabirabad rayon Polis Şöbəsinə gətirilərkən və Sabirabad rayon Polis Şöbəsində olarkən, eləcə də şəxsi axtarış və baxış zamanı ona heç bir təsir və təzyiq olmadığını, aşkar edilənlərin hamısının özünə məxsus olduğunu qeyd etmişdir. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Cinayət işi materiallarında olan şəxsi axtarış aparılması haqqında 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarında olan baxış keçirilməsi və götürmə haqqında 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman, evin yataq otağındakı paltar rəflərinin arxa tərəfindən ağ rəngli sellofan torba içərisindən bir ədəd seriya nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silahı, bir ədəd həmin avtomat silahının darağı və avtomat silahı üçün nəzərdə tutulmuş 11 ədəd patron aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 25 yanvar 2024-cü il tarixli 18/107 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 37,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 37,41 qramdan qramdan tədqiqata 0,02 qramı istifadə edilmiş, 37,39 qramı qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/417 nömrəli rəyinin nəticə hissəsindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd çaxmağında KE-1295 №-si olan silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 11 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62x39 mm kralibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar.
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “gülləgiliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir.
5. DİN-in KTİ-də “məhkəmə fiziki kimyəvi ekspertizası” keçirilmədiyindən qərarda qeyd olunan “təqdim edilən bir ədəd üzərindəki seriya nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomatın Üzərindəki zavod nişanlarında sonradan hansı bir əlavə və dəyişiklik edilmişdirmi, əgər edilmişdirsə bu dəyişikliklər hansı üsulla icra edilmişdir, pozulmuş nişanların ilkin formasını müəyyən etmək mümkündürmü?” suala cavab verilmədi. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 mart 2024-cü il tarixli, 1373 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə - qurudulmuş marixuana əldə edib saxlama cinayətini, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini CM-nın 59-cu maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində 06 ay müddətinə və CMnın 228.1-ci maddəsinin sanksiyası həddində 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nın 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Əhədov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-83/2022№-li hökmü ilə 02 il 03 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, onun həbs olunduğu xx.xx.2024-cü il tarixə üzərində 10 ay 06 gün cəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-83/2022№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 10 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 05 ay 03 gün azadlıqdan məhrum etmənin, hazırkı hökmlə təyin ediləcək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(056)-15/2024№-li qərarı ilə həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, ona narkomaniyadan məcburi müalicə təyin edilərək, ərazı narkoloji dispanserdə qeydiyyata alınması, həmçinin iş üzrə maddi sübutların qiymətləndirilməsini və məhkəmə xərclərinin Təqsirləndirilən şəxs hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə və Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-83/2022№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş 10 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 05 ay 03 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 37,39 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - bir ədəd çaxmağında KE-1295№-si olan 7,62 mm. kalibrli “Kalaşnikov” konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli avtomat silahı, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomat silahının komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş bir ədəd daraq, 7,62x39 mm kralibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomat silahının ştat patronları olan, döyüş sursatı olmaqla atəş üçün yararlı olan zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 11 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in Təchizat İdarəsinin anbarına təhvil verilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.