Məhkəmə qərarları › İş №1(056)-110/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-110/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-110/2025 08.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1968-ci ildə Sabirabad rayonu Qalaqaym kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sabirabad şəhəri X5 küçəsi, döngə-1, ev-37 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə elan edilən ittihama görə, Təqsirləndirilən şəxs istintaqa bəlli olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkilərinin toxumlarını əldə edib yaşadığı Sabirabad şəhəri X5 küçəsi, döngə-1, 37 nömrəli evin həyətində əkərək xeyli miqdarda olmaqla, 7 ədəd çətənə kolunu yetişdirib onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, xx.xx.2025- ci il tarixdə saat 19:50 radələrində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış zamanı onun yaşadığı həmin ünvanda baxış keçirilərkən həyətyanı sahədə 7 ədəd yaş vəziyyətdə ümumi çəkisi 135 qram olan əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə bitkilərini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2025-ci ilin mart ayında yaşadığı Sabirabad şəhəri X5 küçəsi, döngə-1, ev-37 ünvanında yerləşən evinin həyətyanı sahəsində 07 ədəd çətənə bitkisinin toxumlarını əkib ştil kimi becərmişdir. Məqsədi isə həmin ştillərin gələcəkdə kol olmasına nail olmaq və həmin çətənə kollarının üzərindəki yarpaq və onun üçün lazımlı hissəslərini qopardıb qurudaraq özü istifadə etmək olmuşdur. 03 may 2025-ci il tarixdə saat 19:53 dəqiqədə yaşadığı evdə olan zaman 04 nəfər polis əməkdaşı onu yaşadığı evdən çağıraraq özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin kultivasiyasmda şübhəli olduğunu bildirərək, barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və bu barədə ərizə yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Ondan yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olubolmaması soruşulduqda o, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini demiş, daha sonra həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı həyətdə əkdiyi 07 ədəd çətənə bitkisini təqdim etmiş, həmin bitkilərdən 4-ü həyətyanı sahəsini əhatə edən mişar daşından olan hasarın içəri tərəfdən yaxınlığında taxta materialları ilə çəpərlənmiş təxminən 9-10 kvadrat metr ərazidə, 3-ü isə həmin həyətyanı sahəsindən keçən su kanalının içərisində torpaqda əkilmiş vəziyyətdə olmuşdur. Sonra aqronom tərəfindən bitkilərə baxış keçirildikdə həmin bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilən narkotik tərkibli çətənə bitkisinin ştilləri olması müəyən edilmiş və ştillər torpaqdan kökü ilə birlikdə çıxarılaraq 2-si kiçik olduğu üçün əvvəlcə kağız zərfdə, sonra isə digər 5-i ilə birlikdə polietilen kisədə qablaşdırılmışdır. O, verilən suallara cavab olaraq aşkar edilmiş çətənə bitkilərinin özünə məxsus olduğunu və özü tərəfindən qulluq edildiyini, narkotik vasitədən istifadə etdiyini, narkotik vasitə satmadığını bildirmişdir. Daha sonra o, Sabirabad RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Göstərilən bitkiləri özünün istifadəsi məqsədi ilə əkmişdi. Hazırda əməlindən peşmandır. Himayəsində yaşlı və xəstə anası vardır. Anasına da söz vermişdir ki, daha bu əməllərlə məşğul olmayacaqdır. Göstərilənlərin nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 03 may 2025-ci il tarixdə Sabirabad şəhəri, X6 küçəsi, döngə-1, ev-37 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Aganayıb oğlunun yaşadığı evdə narkotik tərkibli çətənə bitkilərini qanunsuz kultivasiya etməsi ilə məşğul olması barədə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinin o, Sabirabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis mayoru Şahid1, Sabirabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı X3 və CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət olması müəyyən olunmuşdur. 03 may 2025-ci il tarixdə saat 19:50 radələrində əməliyyat qrupunun üzvləri və aqronom-mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhəri, X5 küçəsi, döngə-1, ev-37 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, orada Təqsirləndirilən şəxs səsləyib yanlarına çağırmış və sonuncuya narkotik tərkibli bitkilərin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Sonuncudan yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyaı sahəsində 07 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin bitkilərdən 4-nün həyətyanı sahəsini əhatə edən mişar daşından olan hasarın içəri tərəfdən yaxınlığında taxta materialları ilə çəpərlənmiş təxminən 9-10 kvadrat metr ərazidə, 3-nün isə həmin həyətyanı sahəsindən keçən su kanalının içərisində torpaqda əkilmiş vəziyyətdə olduğu müəyyən edilmişdir. Sonra aqranom tərəfindən bitkilərə baxış keçirildikdə həmin bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilən narkotik tərkibli çətənə bitkisinin ştilləri olması müəyən edilmiş və ştillər torpaqdan kökü ilə birlikdə çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarından olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/361 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan sintetik torbada ümumi sayı 7 ədəd, ümumi çəkisi-135,0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 07 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkilərinin çəkisi 135,0 qram tədqiqata sərf edildi 0,14 qram(hər obyektdən-0,02 qram götürüldü) qalıq- 134,86 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 may 2025-ci il tarixli, 3199 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazlı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün, şahidlərin ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və himayəsində yaşlı anasının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, sonuncu, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 67-ci maddəsi ilə tətbiq edilməklə 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azad olunduğu gündən 6 (altı) il müddət keçmədiyinə görə həmin hökmə əsasən yaranmış məhkumluq CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Cəzaçəkmə müəssisəsinin növününü müəyyənləşdirilməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, onun narkomaniyadan məcburi müalicə olunaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli olmasını, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq tədqiqatdan sonra qalıq qalmış 7 ədəd, 134,86 qram çəkidə narkotik tərkibli çətənə bitkilərinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may – 05 may 2025-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 7 ədəd, 134,86 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar