Məhkəmə qərarları › İş №1(056)-111/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-111/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-111/2024 17.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Qanuni nümayəndə MMC-nin etibarnamə üzrə nümayəndəsi X4, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə Saatlı rayonu Potubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Nazim oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama görə, o, kifayət qədər toplanmış sübutlarla təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Sabirabad rayonu Surra kəndində yaşayan Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi rayonun Bulaqlı kəndi ərazisində yerləşən “Bulaqlı Market” adlanan mağazanın damından keçməklə qanunsuz daxil olaraq, mağazanın içərisindəki siqaret vitrinindən bir qutusunun qiyməti 4.50 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla ümumi dəyəri 675 manat 15 blok “Sobranie” markalı siqaretləri, bir qutusunun qiyməti 4.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla ümumi dəyəri 630 manat 15 blok “Kent” markalı siqaretləri, bir qutusunun qiyməti 4.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla ümumi dəyəri 42 manat 01 blok “Winston” markalı siqaretləri, bir qutusunun qiyməti 3.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla ümumi dəyəri 32 manat 01 blok “Winchester” markalı siqaretləri, bir qutusunun qiyməti 3.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla ümumi dəyəri 32 manat 01 blok “Pallmall” markalı siqaretləri, bir qutusunun qiyməti 2.70 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla ümumi dəyəri 27 manat 01 blok “Keno” markalı siqaretləri, bir qutusunun qiyməti 2.70 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla ümumi dəyəri 27 manat 01 blok “Magna” markalı siqaretlər olmaqla, ümumilikdə 1465 (bir min dörd yüz altmış beş) manat dəyərində siqaretləri, marketin içərisindəki şkafın üst çəkməcəsindən ümumilikdə 1232 manat 80 qəpik dəyərində “Azərlotereya”ya məxsus hər biri 0.92 manat olmaqla ümumi dəyəri 368 manat olan 400 ədəd “Qızıl” və “Tap qazan” biletləri, hər biri 1.84 manat olmaqla ümumi dəyəri 644 manat olan 350 ədəd “Uğurlu 7” və “Ani 50” biletləri, hər biri 4.60 manat olmaqla ümumi dəyəri 220,8 manat olan 48 ədəd “Göz muncuğu” biletlərini, 01 ədəd 400 manat dəyərində müşahidə kamerasının yaddaş DVR-ni, hər biri 4 manat dəyərində 2 ədəd ətri və 2 manat məbləğində dəmir pul əsginaslarını oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3107, 80 (üç min yüz yeddi manat səksən qəpik) AZN məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2024-cü il tarixində, saat 03 radələrində Sabirabad şəhəri, Heydər Əliyev prospekti 141 ünvanında yerləşən Şahid2 məxsus “Rüfət” adlı marketin yaxınlığına gəlib marketin plastik pəncərəsini sındıraraq əvvəlcə marketə, sonra isə marketdə quraşdırılmış Qanuni nümayəndə MMC-yə məxsus İD-1976 saylı “e-Manat” ödəmə terminalınının korpus hissəsini özü ilə gətirdiyi dəmir ling və dəmirkəsən alətlə kəsib sındırmaq yolu ilə açaraq saxlanc yeri hesab olunan ödəmə terminalının kassasına qanunsuz daxil olub zərərçəkmiş hüquqi şəxs Qanuni nümayəndə MMC-yə məxsus 543 manat pulu gizli yolla talamaqla oğurlamışdır. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən E.N.Abdullayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən Abdullayev X3 RPŞ-nin müvəqqəti saxlanma yerində özünə qəsdən xəsarət yetirərək, dilinin kəsilməsi nəticəsində nitqinin itirilməsi səbəbindən, məhkəmə iclası zamanı öz fikrini başa düşülən şəkildə çatdırmağı bacarmadığından məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Məhkəmə iclasında elan edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Nazim oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixində kirayə yaşadığı ünvan 3 ünvanından çıxaraq tanımadığı yol taksisi ilə anasının yaşadığı Saatlı şəhərindəki evə qonaq gəlmiş, Saatlı şəhərinə doğru yolla hərəkət edərkən, Sabirabad rayonu Bulaqlı kəndi ərazisində marketin olduğunu görmüş və geri qayıdarkən həmin marketdən oğurluq etməyi planlaşdırmış, həmin gün o, Saatlı şəhərində anası ilə birlikdə evdə qalmış və xx.xx.2023-cü il tarixində, gecə saat 01 radələrində Bakı şəhərinə geri qayıtmaq üçün evdən çıxmış, tanımadığı yol taksisi ilə gələrək Sabirabad rayonu Bulaqlı kəndinin yaxınlığında düşmüşdür. Bundan sonra o, Bulaqlı kəndində gördüyü “Bulaqlı market”ə yaxınlaşmış və marketin yanında olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin üzərinə çıxaraq marketin damında olan şiferi çıxarıb yerə atmışdır. Sonra o, həmin yerdən marketə daxil olmuş, marketin içərisində olarkən ətrafa baxmış və marketin vitrinində olan 4-5 blok siqaretləri götürmüşdür. Həmin siqaretləri marketin içərisindən tapdığı sellofan torbanın içərisinə qoymuşdur. Sonra isə o, marketin içərisində lotereya biletlərinin olduğunu görmüş və həmin topa halda olan lotereyaları da sellofan torbanın içərisinə qoymuşdur. Bundan başqa, o, marketin içərisində quraşdırılmış kameraların yaddaş bloku olan DVR-i də oğurlayaraq sellofan torbanın içinə qoymuşdur. Eyni zamanda, marketdə 02 ədəd ətirin olduğunu da görmüş və həmin ətirləri də sellofana torbaya qoyaraq marketə daxil olduğu qaydada marketdən çıxmışdır. Daha sonra o, cəld şəkildə oradan uzaqlaşarkən marketin yaxınlığında olan qaz borusunun üzərindən keçərkən ayağı ilişmiş və 02 ədəd ətir, eyni zamanda 03 blok siqaret və DVR olan sellofan torba əlindən çıxaraq su kanalına düşmüşdür. O, həmin əşyaları götürməmiş və yoluna davam etmişdir. Bundan sonra o, tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşdiyini, Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən yaşadığı evə getdiyini, oğurladığı siqaretləri çəkdiyini, lotereyaların isə bir qismini pozduğunu, qalan hissəsini isə yaşadığı evdə saxladığını bildirmişdir. Bundan başqa, o, Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Rüfət” marketin içərisində olan “e-Manat” ödəmə terminalından 543 manat pulun oğurlanması cinayətini özünün törətdiyini, 04 yanvar 2024-cü il tarixində, saat 21 radələrində Saatlı şəhərində yaşayan anasına baş çəkmək üçün kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki evdən çıxıb “20 Yanvar” dairəsində tanımadığı taksi avtomobilinə əyləşərək Saatlı şəhərinə gəldiyini, anası və anası ilə birlikdə yaşayan bacısı Mafilə Abdullayeva ilə bir qədər danışıb söhbət etdikdən sonra Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının onu axtardıqlarını dediklərini, buna görə də onu tuta bilməsinlər deyə Bakı şəhərinə geri qayıtmaq qərarına gəldidiyini, lakin pulu az olduğu üçün oğurluq etmək barədə fikirləşdiyini, pul əldə etdikdən sonra Bakı şəhərinə getməyi düşündüyünü, bu məqsədlə də fəhlə kimi işlədiyi vaxt aldığı əşyaları özü ilə götürmək qərarına gəldiyini, anasıgildə özünə məxsus dəmir ütünü, balaca laqondanı, kəlbətini, dəmir lingi, burğacı və iş paltarını da götürüb qara çantasının içərisinə qoyduğunu, iş paltarı olan göy rəngli şalvarını geyindiyini və evdən çıxdığını qeyd etmişdir. 05 yanvar 2024-cü il tarixinə keçən gecə, saat 02 radələrində anasıgildən çıxarkən, çantasını kürəyinə taxmış, yoldan keçən “Kamaz” markalı yük avtomobilinə əl edib onu Sabirabad rayonu istiqamətinə aparmasını xahiş etmiş, “Kamaz” markalı yük avtomobilinin sürücüsü onunla razılaşmış və o, Sabirabad şəhəri dairəsində “Qlobus” adlanan yerdə avtomobildən düşmüş, Sabirabad şəhər dairəsində qeydiyyat nişanını xatırlamadığı “VAZ-2106” markalı taksi avtomobilinə əyləşərək onu bir qədər irəli, Sabirabad şəhərinin içərisinə doğru aparmasını demiş, bir qədər getdikdən sonra Heydər Əliyev prospektində “Rüfət” marketin qarşısından keçəndə, həmin marketdən oğurluq etməyi fikirləşib taksi sürücüsünə avtomobili saxlamasını bildirmiş və taksi sürücüsünə iki manat verdikdən sonra həmin sürücü oradan getmişdir. Taksi uzaqlaşdıqdan sonra o, əvvəlcə “Rüfət” marketin içərisinə marketin ön qapısından daxil olmaq istəmiş, lakin bağlı olduğuna görə marketin arxa tərəfinə keçmiş, marketin arxa tərəfində nəfəslik olduğunu görmüş, çantasını yerə qoyaraq kənarda olan taxta parçasını ayağının altına qoyub marketə daxil olmağa çalışmış, başını nəfəslikdən içəri salanda nəfəsliyin marketin tualetinə açıldığını görmüş, həmin yerdən keçə bilmədiyi üçün marketin üstünə çıxmış və orta hissəsində olan taxtaları çıxarıb marketə daxil olmaq istəmiş, lakin balaca olduğu üçün yenə də keçə bilməmiş, ona görə də yenidən nəfəslik olan tərəfə qayıtmış və marketin üstündən düşən zaman ayağını nəfəsliyin üstünə qoyub düşəndə nəfəsliyin üst hissəsi qırılıb yerə düşmüş, artıq nəfəslik olan pəncərənin yeri genişləndiyi üçün o, oradan marketə daxil ola bilmişdir. Marketə daxil olduqdan sonra o, kassaya yaxınlaşmış, lakin qəpik pulların olduğunu görüb götürməmiş və marketi tərk etmək istəmişdir. Bu zaman marketin içərisində “e-Manat” ödəmə terminalını görmüş və terminaldakı pulları oğurlamaq qərarına gəlmişdir. Ona görə də o, marketə daxil olduğu nəfəslikdən geri qayıdıb marketdən çöldə qoyduğu çantasını götürmüş və yenidən marketə daxil olmuşdur. O, çantasının içərisindən dəmir lingi çıxarıb terminalın ön hissəsindən qapısını açmağa çalışmış, lakin aça bilmədiyi üçün lingi yerə atıb çantasından laqondanı çıxarmış və terminalın kilid hissədən ağzını kəsməyə başlamışdır. Laqonda ilə terminalın ağzını açdıqdan sonra içərisində olan balaca kassanı çıxarmış və burğac (atvertka) ilə kassanın ağzını açmış və kassada olan pulları götürmüşdür. Pulları saydıqda 423 manat olduğunu görmüş, sonra laqondanı və burğacı götürüb çantasının içərisinə qoyaraq marketə daxil olduğu nəfəslikdən çölə çıxmış, həm laqondanın səsi çox gəldiyi üçün kiminsə gəlməsindən ehtiyatlandığı üçün, həm də həyəcanlı olduğu üçün dəmir lingi marketin içərisindən götürmək yadından çıxmış, çölə çıxdıqdan sonra yadına düşsə də, geri qayıtmamışdır. Daha sonra isə o, oradan Sabirabad şəhər avtovağzalının yanından tanımadığı “Mercedes” markalı taksi avtomobilinə əyləşərək Bakı şəhərinə getmişdir. Bundan başqa o, ifadəsində həmin oğurluq əməlini tək törətdiyini, hadisə zamanı istifadə etdiyi əşyaların qara rəngli çantasının içərisində olduğunu, oğurluq etdiyi gün Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində kirayədə yaşadığı evə gəldikdən sonra oğurluq etdiyi zaman əynində olan göy rəngli şalvarını çıxarıb girişdən sağ tərəfdə yerləşən asılqandan asdığını, laqonda və digər əşyaları Bakı şəhəri “Razin” qəsəbəsinə gedib “talkuçka” deyilən yerin yaxınlığında, yadında qalan qədəri ilə “Kaspi” bankın yaxınlığında zibil qutusuna atdığını, qara rəngli çantasını kirayədə yaşadığı evin dəhlizinə atdığını, laqondanı zibil qutusuna atsa da, laqondanın qutusunun kirayədə yaşadığı evdə olduğunu qeyd qetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdən etibarən Sabirabad rayonu Bulaqlı kəndində yerləşən “Bulaqlı Market” adlanan mağazanı icarə əsasında işlədir. Həmin marketdə onun bacısı oğlu Şahid3 satıcı kimi işləyir. Şahid3 hər gün səhər, saat 06-da marketi açır və gecə saat 24 radələrində marketi bağlayır. xx.xx.2023-cü il tarixində Həsənağa onun istifadəsində olan mobil telefona zəng edərək marketdən oğurluq olduğunu bildirmişdir. Bundan sonra o, dərhal marketə getmiş və naməlum şəxsin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə marketin arxa dam örtüyünün şiferini çıxararaq marketə qanunsuz daxil olaraq marketin içərisindəki siqaret vitrinindən ümumi dəyəri 1465 (bir min dörd yüz altmış beş) manat olan siqaretləri, yəni bir qutusunun qiyməti 4.50 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla ümumi dəyəri 675 manat olan 15 blok “Sobranie” markalı siqaretləri, bir qutusunun qiyməti 4.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 630 manat olan 15 blok “Kent” markalı siqaretləri, bir qutusunun qiyməti 4.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 42 manat olan 01 blok “Winston” markalı siqaretləri, bir qutusunun qiyməti 3.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 32 manat olan 01 blok “Winchester” markalı siqaretləri, bir qutusunun qiyməti 3.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 32 manat olan 01 blok “Pallmall” markalı siqaretləri, bir qutusunun qiyməti 2.70 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 27 manat olan 01 blok “Keno” markalı siqaretləri, bir qutusunun qiyməti 2.70 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 27 manat olan 01 blok “Magna” markalı siqaretləri, daha sonra marketin içərisindəki şkafın üst çəkməcəsindən ümumi dəyəri 1340 manat olan, yəni hər birinin qiyməti 01 manat olmaqla 400 ədəd, hər birinin qiyməti 02 manat olmaqla 350 ədəd, hər birinin qiyməti 05 manat olmaqla 48 ədəd “Azərlotereya” adlı lotereya biletlərini, 01 ədəd 400 manat dəyərində müşahidə kamerasının yaddaş DVR-ni, ümumi dəyəri 10 manat olan 4 ədəd ətir və dəmir pulları oğurlamaqla, ona ümumilikdə 3215 (üç min iki yüz on beş) manat maddi ziyan dəyməsini bilmişdir. Zərərçəkmiş şəxs ifadəsini davam edərək əlavə olaraq göstərmişdir ki, konkret olaraq hansı növ olduqlarını unutsa da, “Qızıl” və “Tap qazan” lotereya biletləri ümumilikdə 400 ədəd oğurlanmış və onların hər biri 01 manat dəyərində olmuş, hər biri 02 manat dəyərində olmaqla 350 ədəd “Uğurlu 7” və “Ani 50” lotereya biletləri, həmçinin hər biri 05 manat dəyərində 48 ədəd “Göz muncuğu” lotereya biletləri oğurlanmışdır. Bu lotereya biletlərinin ümumi dəyəri isə 1340 manat olmuşdur. 1340 manat onun həmin biletləri satış qiyməti olmuş, alış qiyməti isə 5 faizlə hesablanmışdır. O, həmin biletlərin alışına 1273 manat pul vermiş, lakin ona dəymiş maddi ziyan 1340 manat olmuşdur. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində ona vurduğu ziyanın əvəzini ödənilmədiyi səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alınmasını qeyd edərək, ona sərt cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Qanuni nümayəndə MMCnin etibarnamə üzrə nümayəndəsi qismində dindirilmiş X7 təmsil etdiyi müəssisənin mülki iddia tələbini müdafiə edərək, ifadəsində göstərmişdir ki, o, Qanuni nümayəndə MMC-nin təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyir. 05 yanvar 2024-cü il tarixdə Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Rüfət” marketdə quraşdırılmış Qanuni nümayəndə MMC-yə məxsus "xxxx" saylı ödəmə terminalı sındırılaraq içərisində olan pul kassetindən 543 manat pul oğurlanmışdır. Bundan əlavə, oğurluq hadisəsi zamanı terminalın korpusunun üz hissəsinin, qapı kilidinin və pul kasetinin sındırılaraq yararsız hala salınması nəticəsində də MMC-yə 589 manat maddi ziyan dəymişdir. Beləliklə, Qanuni nümayəndə MMC-yə məxsus "xxxx" saylı ödəmə terminalından oğurluq olması nəticəsində MMC-yə ümumilikdə 1132 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin 500 manat hissəsi ödənilmiş, zərərin digər 632 manat hissəsi ödənilməmiş qalmışdır. Qeyd edilənləri nəzərə alaraq cinayət əməli nəticəsində dəymiş ziyanın əvəzinin Təqsirləndirilən şəxs tutulub mülki iddiaçı (zərərçəkmiş hüquqi şəxs) Qanuni nümayəndə MMC-yə ödənilməsi və təqsirləndirilən şəxs barəsində qanuna uyğun qaydada cəza verilməsi barədə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus olan “Mercedes Benz E- 200” markalı **-HU-*** qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobillə Sabirabad- Bakı arası taksi fəaliyyəti ilə məşğul olur. 05 yanvar 2024-cü il tarixində, saat 05:30 radələrində Sabirabad şəhərində yaşayan qohumu X2 və iki azyaşlı uşaqlarını Bakı şəhəri Ramana qəsəbəsinə aparmaq üçün müştəri kimi götürüb Sabirabad şəhər dairəsinə tərəf getmiş, Sabirabad şəhər avtovağzalının qarşısından keçərkən bir nəfərin ona əl etdiyini görüb avtomobili saxlamış, həmin şəxs ona Bakı şəhərinə getdiyini demiş, o da ona Bakı şəhərinə getdiyini demiş və həmin şəxs ön sərnişin oturacağında əyləşmişdir. Oradan çıxıb əlavə bir nəfər müştəri də götürmək üçün Sabirabad şəhər dairəsinə gəlib gözləmiş, avtomobili saxlayan kimi bir nəfər şəxs ona yaxınlaşaraq Bakı şəhərinə getmək istədiyini demişdir. Onun əlində yadında qalan qədəri ilə üst tərəfi iplə sıxılmış formada qara rəngli çanta olmuş və həmin şəxs çantasını avtomobilin arxa yük yerinə qoyaraq avtomobildə arxa oturacaqda əyləşmişdir. Daha sonra o, avtomobili Bakı şəhər istiqamətində hərəkət etdirmiş, Bakı şəhəri “20 Yanvar” dairəsinə çatmamış ön sərnişin oturacağında əyləşən sərnişin avtomobildən düşmüş, arxada əyləşən şəxs də ön oturacağa keçmişdir. Daha sonra o, həmin şəxsdən hara getdiyini soruşmuş, o da ona “Razin”ə getməli olduğunu bildirmiş, o da ona “Ramana” qəsəbəsinə getdiyini, onu yolüstü “Koroğlu” metro stansiyasının yanında düşürə biləcəyini demiş, həmin sərnişin də onunla razılaşmışdır. Həmin tarixdə, saat 08 radələrində o, həmin şəxsi “Koroğlu” metro stansiyasının yanında düşürmüş, oradan da Ramana qəsəbinə getmiş və avtomobildə olan digər sərnişinlər də Ramana qəsəbəsində düşmüşlər. Daha sonra isə o, oradan öz işlərinin ardınca getmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdən etibarən Sabirabad rayonu Bulaqlı kəndində yerləşən dayısı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Bulaqlı Market” mağazasında satıcı işləyir. O, hər gün, səhər saat 06-da marketi açır və gecə saat 24 radələrində marketi bağlayır. xx.xx.2023-cü il tarix səhər saat 05 radələrində həmişəki kimi marketin qapısını açıb içəri daxil olduqda, marketdəki siqaretlərin və digər əşyaların yerinin tərpədildiyini görmüş, beləliklə, o, mağazadan oğurluq olduğunu öyrənmişdir. Bundan sonra o, dayısı Zərərçəkmiş şəxs zəng edərək zəng edərək marketdən oğurluq olduğunu bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs dərhal marketə gəlmişdir. Həmin vaxt onlara məlum olmuşdur ki, naməlum şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixə keçən gecə marketin dam örtüyünün arxa hissəsindəki şiferini çıxararaq marketə qanunsuz daxil olması və marketin içərisindəki siqaret vitrinindən ümumi dəyəri 1465 (bir min dörd yüz altmış beş) manat olan siqaretləri, yəni bir qutusunun qiyməti 4.50 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 675 manat olan 15 blok “Sobranie” markalı siqaretləri, bir qutusunun qiyməti 4.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 630 manat olan 15 blok “Kent” markalı siqaretləri, bir qutusunun qiyməti 4.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 42 manat olan 01 blok “Winston” markalı siqaretləri, bir qutusunun qiyməti 3.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 32 manat olan 01 blok “Winchester” markalı siqaretləri, bir qutusunun qiyməti 3.20 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 32 manat olan 01 blok “Pallmall” markalı siqaretləri, bir qutusunun qiyməti 2.70 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 27 manat olan 01 blok “Keno” markalı siqaretləri, bir qutusunun qiyməti 2.70 manat olan və hər bir blokda 10 ədəd siqaret qutusu olmaqla, ümumi dəyəri 27 manat olan 01 blok “Magna” markalı siqaretləri, daha sonra marketin içərisindəki şkafın üst çəkməcəsindən ümumi dəyəri 1340 manat olan, yəni hər birinin qiyməti 01 manat olmaqla 400 ədəd, hər birinin qiyməti 02 manat olmaqla 350 ədəd, hər birinin qiyməti 05 manat olmaqla 48 ədəd Azərlotereyaya məxsus lotereya biletlərini, 01 ədəd 400 manat dəyərində müşahidə kamerasının yaddaş DVR-ni, ümumi dəyəri 10 manat olan 4 ədəd ətir və dəmir pulları oğurlamaqla, ümumilikdə 3215 (üç min iki yüz on beş) manat maddi ziyan dəymişdir. Cinayət işi materiallarında olan 29 dekabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sabirabad rayonu Bulaqlı kəndində yerləşən “Bulaqlı Market” adlı mağazada baş vermişdir. Cinayət işi materiallarında olan 05 yanvar 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Şahid2 məxsus Sabirabad şəhəri, Heydər Əliyev prospekti 141 ünvanında yerləşən “Rüfət market”də baş vermişdir. İş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, “Rüfət market”in yaxınlığında quraşdırılmış müşahidə kameralarının yaddaşına istintaq zamanı keçirilmiş baxış zamanı başında qara rəngli papaq, kürəyində çanta və əynində ayaq hissələrində ağ rəngli fosforlu xətləri olan göy rəngli şalvar geyinmiş bir nəfər şəxsin həyəcanlı şəkildə xx.xx.2024-cü il tarixində, saat 05:22 dəqiqədə, 05:41 dəqiqədə və 05:41 dəqiqədə Rüfət marketin yaxınlığından hərəkət edərək Sabirabad şəhəri ərazisində piyada hərəkət etməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan Sabirabad RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** və ***-***-**-** mobil nömrələr xx.xx.2024-cü il tarixində, saat 16:30 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi A.Mehbalıyev küçəsi 58/1, xx.xx.2024-cü il tarixdə saat 22:38 dəqiqədə Bakı şəhəri İpək yolu şossesi kənar dairəvi yol ilə üzbəüz, xx.xx.2024cü il tarixdə saat 22:42 dəqiqədə Qaradağ rayonu Lökbatan qəsəbəsinin şərqində, dəmir yolunun heybət stansiyasının cənubunda, Sədərək ticarət mərkəzinin ərazisi, xx.xx.2024-cü il tarixdə saat 23:30 dəqiqədə Hacıqabul rayonu Atbulaq kəndi, xx.xx.2024-cü il tarixdə saat 23:45 dəqiqədə Hacıqabul rayonu Pirsaat qəsəbəsi, xx.xx.2024-cü il tarixdə 00:21 dəqiqədə Sabirabad rayonu Zal-Qarağac kəndi, xx.xx.2024-cü il tarixdə saat 02:39 dəqiqədə Sabirabad şəhəri H.Əliyev prospekti 11, Gənclər mərkəzi ilə üzbəüz, xx.xx.2024-cü il tarixdə saat 06:06 dəqiqədə Sabirabad rayonu H.Əliyev prospekti, Qalağayın (köhnə avtovağzal), xx.xx.2024-cü il tarixdə saat 06:26 dəqiqədə Sabirabad rayonu Qaragüney kəndi, xx.xx.2024-cü il tarixdə saat 06:48 dəqiqədə Hacıqabul rayonu Navahi qəsəbəsi, xx.xx.2024-cü il tarixdə saat 07:36 dəqiqədə Qaradağ rayonu Lökbatan qəsəbəsinin şərqində, dəmir yolunun heybət stansiyasının cənubunda, Sədərək ticarət mərkəzinin ərazisi, xx.xx.2024-cü il tarixdə saat 07:43 dəqiqədə Bakı şəhəri Yasamal rayonu kənar dairəvi küçəsi, xx.xx.2024-cü il tarixdə saat 07:54 dəqiqədə Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2113-cü məhəllə ərazilərində fəaliyyət göstərən anten dairələrinin əhatəsində olmuşdur. Cinayət işi materiallarında olan Sabirabad RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab raportunda görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi xx.xx.2023-cü il tarixində saat 23:36 dəqiqədə, saat 23:53 dəqiqədə, xx.xx.2023-cü il tarixində saat 00:48 dəqiqədə, saat 02:03 dəqiqədə, saat 03:12 dəqiqədə, saat 03:47 dəqiqədə, saat 04:02 dəqiqədə, saat 04:23 dəqiqədə, həmçinin onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi xx.xx.2023-cü il tarixində saat 23:53 dəqiqədə, xx.xx.2023-cü il tarixində saat 00:55 dəqiqədə, saat 00:58 dəqiqədə, saat 02:03 dəqiqədə, saat 02:57 dəqiqədə, saat 03:53 dəqiqədə, saat 04:02 dəqiqədə, saat 04:23 dəqiqədə Sabirabad rayonu Əsədli kəndinin anten dairəsində olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus ********** mobil nömrəsi xx.xx.2023-cü il tarixində, saat 23:02 dəqiqədə Saatlı rayonu Mustafabəyli kəndi ərazisində anten dairəsində olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Sabirabad rayonu “Bulaqlı market”in yerləşdiyi yerlə rayonun Əsədli kəndinin ərazisi arasında təxminən 60-70 metr məsafə vardır və Bulaqlı kəndinin müvafiq ərazisində yaşayan əhalinin əksəriyyətinin mobil telefonunda anten dairəsi “ASADLİ” kimi qeyd olunur. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanındakı evdən ona məxsus 01 ədəd göy rəngli, ayaq hissələrində ağ rəngli fosforlu xətləri olan şalvar, üzərinə “VİKTOR” yazılmış içərisində laqonda olmayan 01 ədəd balaca laqonda qutusu və 01 ədəd qara rəngli üzərinə “TOSH” yazılmış çiyin çantası aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmin əşyalar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanması üçün Sabirabad Rayon Polis Şöbəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Sabirabad şəhəri, Heydər Əliyev prospekti 141 ünvanında yerləşən “Rüfət market”i, marketin nəfəsliyindən marketin içərisinə daxil olduğu yeri, marketin içərisində “Emanat” ödəmə terminalını sındırdığı və pulu götürdüyü yeri göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Bulaqlı market”dən oğurladığı lotoreya biletlərini kirayə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, bina 18, mənzil 14-də saxladığı yeri göstərmiş və həmin lotoreya biletlərindən 5 ədədini təqdim etmiş, lotoreya biletləri müvafiq qaydada götürülmüşdür. Həmin 5 ədəd lotereya biletləri - “00***-*******-084” nömrəli 01 ədəd lotereya bileti, “024-141276-037” nömrəli 01 ədəd lotereya bileti, “00***-*******-061” nömrəli 01 ədəd lotereya bileti, “00***-*******-159” nömrəli 01 ədəd lotereya bileti, “00***-*******-194” nömrəli 01 ədəd lotereya bileti iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınış, saxlanması üçün Sabirabad Rayon Polis Şöbəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Bulaqlı market”dən etdiyini oğurluqla əlaqədar ifadəsində göstərdiyi xüsusatları əyani olaraq təsdiq etmişdir. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon Kooperativ Cəmiyyətinin 30 mart 2023-cü il tarixli rəyindən görünür ki: 15 blok “Sobranie” markalı siqaretlər 15x10x4.50=675 15 blok “Kent” markalı siqaretlər 15x10x4.20=630 01 blok “Winston” markalı siqaretlər 1x10x4.20=42 01 blok “Winchester” markalı siqaretlər 1x10x3.20=32 01 blok “Pallmall” markalı siqaretlər 1x10x3.20=32 01 blok “Keno” markalı siqaretlər 1x10x2.70=27 01 blok “Magna” markalı siqaretlər 1x10x2.70=27 02 ədəd hər biri 2 qr olan sadə kişi ətri 2 x 4=8 01 ədəd müşahidə kamerasının yaddaş DVR-i 1 x 400=400 orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti 1873 (bir min səkkiz yüz yetmiş üç) manat müəyyən edilir. Cinayət işinin istintaq materiallarında olan “İntegral Ekspress”in Sabirabad rayonu üzrə rəsmi dilerinə verilən sorğuya cavabda xx.xx.2023-cü il tarixdə 01 ədəd “Qızıl” lotereya biletinin orta bazar qiyməti 0.92 AZN, 01 ədəd “Tap, qazan” lotereya biletinin orta bazar qiyməti 0.92 AZN, 01 ədəd “Uğurlu 7” lotereya biletinin orta bazar qiyməti 1.84 AZN, 01 ədəd “Ani 50” lotereya biletinin orta bazar qiyməti 1.84 AZN, 01 ədəd “Göz muncuğu” lotereya biletinin orta bazar qiyməti 4.60 AZN olduğu qeyd olunmuşdur. Həmin sorğuya cavaba əsasən Zərərçəkmiş şəxs lotereya biletlərinin oğurlanması nəticəsində 1232 manat 80 qəpik (bir min iki yüz otuz iki manat səksən qəpik) maddi ziyan dəyməsi göstərilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi marketdən 35 blok siqaret deyil, 4-5 siqaret blokları oğurlaması və Qanuni nümayəndə MMC-yə məxsus ödəmə terminalının kassasından 543 manat deyil, daha az, yəni 423 manat pul vəsaiti oğurlamasını göstərmişdir. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 il 9 aya endirilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə 3 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuş, hazırkı cinayət işi üzrə cinayət əməlini törətdiyi vaxt məhkumluğu ödənilmişdir. Cinayət işinin istintaq materiallarında olan Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Nazim oğlunun saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi marketdən 35 blok siqaret deyil, 4-5 siqaret blokları oğurlaması və Qanuni nümayəndə MMC-yə məxsus ödəmə terminalının kassasından 543 manat deyil, məhz 423 manat pul vəsaitinin oğurlaması barədə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xususatlar məhkəmə iclasında zərərçəkmiş və şahid ifadələri ilə yanaşı toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs belə ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətini yüngülləşdirməyə çalışır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun zərərçəkmiş hüquqi şəxs Qanuni nümayəndə MMC-yə vurduğu 1132 manat maddi ziyanın 500 manat hissəsinin ödənilməsini və himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci madd. görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Nazim oğlu xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək qətimkan tədbiri qaydasında 08 ay 02 gün ev dustaqlığında olmuş, sonra o, məhkəmə iclasına gəlməkdən yayındığı üçün Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə onun haqqında axtarış elan edilərək, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək, cinayət işi üzrə icraat dayandırılmış, daha sonra isə qeyd edilən qərarın icrası qaydasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq istintaq təcridxanasına yerləşdirilmiş və həmin vaxtdan da həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, bir günə bir gün hesabı ilə hesablanır. Ona görə də, məhkəmə CM-nın 69.3-cü maddəsinə və CPM-nın 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək qətimkan tədbiri qaydasında ev dustaqlığında olduğu 08 ay 02 gün müddətinin bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 08 ay 02 gün ona təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli isə xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, həmin maddənin tələblərinə uyğun olaraq qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar qiymətləndirilməlidir. Həmçinin zərərçəkmiş hüquqi şəxs Qanuni nümayəndə MMC-nin nümayəndəsi, cinayət əməli nəticəsində onun təmsil etdiyi müəssisəyə dəymiş ümumilikdə 1132 manat maddi ziyanın əvəzinin təqsirləndirilən Təqsirləndirilən şəxs alınıb MMC-nin xeyrinə ödənilməsi barədə mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, cinayət işi materiallarında olan istintaq zamanı Qanuni nümayəndə MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli “Ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə” AKTda qeyd olunur ki, xx.xx.2024-cü il tarixində, gecə saatlarında Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Rüfət market”də olan 1976 saylı terminal naməlum şəxs(lər) tərəfindən yararsız hala salınaraq sındırılmış və içərisində olan 543 manat pul oğurlanmışdır. Ödəmə terminalında aşağıda qeyd edilmiş pul vəsaitləri olmuşdur: Cinayət işi materiallarında olan İstintaq zamanı Qanuni nümayəndə MMC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli “Ödəmə terminalına dəymiş zərərin qiymətləndirilməsi üzrə qüsur barədə” AKTda qeyd olunur ki, xx.xx.2024-cü il tarixində, gecə saatlarında Sabirabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Rüfət market”də olan 1976 saylı terminal naməlum şəxs(lər) tərəfindən yararsız hala salınaraq sındırılmış və içərisində olan 543 manat pul oğurlanmışdır. Həmçinin hadisə nəticəsində ödəmə terminalına dəymiş zərərin qiyməti aşağıdakı kimi göstərilmişdir: 1. Korpusun üz hissəsi - 280 manat; 2. Qapı kilidi-105 manat; 3.Kasset-204 manat; cəmi: 589 manat. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Qanuni nümayəndə MMCnin etibarnamə üzrə nümayəndəsi qismində dindirilmiş X7 təmsil etdiyi müəssisənin mülki iddia tələbini müdafiə edərək, ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin 500 manat hissəsi ödənilmiş, zərərin digər 632 manat hissəsi ödənilməmiş qalmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı və cinayət nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi 632 (altı yüz otuz iki) AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub mülki iddiaçı (zərərçəkmiş hüquqi şəxs) Qanuni nümayəndə MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək qətimkan tədbiri qaydasında ev dustaqlığında olduğu 08 ay 02 gün müddətinin bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 08 ay 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işi üzrə maddi sübut “Rüfət Market”in yaxınlığında quraşdırılmış müşahidə kameralarının yaddaşını əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Sabirabad Rayon Polis Şöbəsinin məsul saxlanc yerində saxlanılan - 01 ədəd göy rəngli, ayaq hissələrində ağ rəngli fosforlu xətləri olan şalvar, üzərinə “VİKTOR” yazılmış içərisində laqonda olmayan 01 ədəd balaca laqonda qutusu və 01 ədəd qara rəngli üzərinə “TOSH” yazılmış çiyin çantası məhv edilsin, 5 ədəd lotereya biletləri - “00***-*******-084” nömrəli 01 ədəd lotereya bileti, “024-141276-037” nömrəli 01 ədəd lotereya bileti, “00***-*******-061” nömrəli 01 ədəd lotereya bileti, “00***- *******-159” nömrəli 01 ədəd lotereya bileti və “00***-*******-194” nömrəli 01 ədəd lotereya bileti zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Cinayət nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi 632 (altı yüz otuz iki) AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub mülki iddiaçı (zərərçəkmiş hüquqi şəxs) Qanuni nümayəndə MMC-yə ödənilsin. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar