Məhkəmə qərarları › İş №1(056)-112/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-112/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-112/2025 11.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmmamış, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməklə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, yəni bir ədəd sellofan bükümün içərisində 41,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, yaşadığı Sabirabad rayonu Suqovuşan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki toyuq damının tavan hissəsində saxlamış, 02 may 2025-ci il tarixdə, saat 15:46-da Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman toyuq damının tavan hissəsində gizlətdiyi bir ədəd sellofan bükümdə təmiz çəkisi 41,19 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Suqovuşan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, himayəsində iki azyaşlı qız övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, aradabir narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. 2024-cü ilin mart - aprel aylarında yaşadığı Sabirabad rayonu, Suqovuşan kəndinin çöl torpaq sahəsində piyada şəkildə hərəkət edərkən yerdən bir ədəd kağız salfet bükümün içərisində narkotik tərkibli çətənə bitkisinin toxumları tapmış, bundan 10 gün sonra həmin 3-4 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində torpaqda əkmişdir. Bir müddət sonra həmin bitki yetişib təxminən 1 metr hündürlüyündə olduqdan sonra onun yarpaqlarını yığıb qurutmaqla narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, qeyd olunan kütləni bir ədəd sellofan bükümə qoyub yaşadığı evin həyətyanı sahəsində yerləşən toyuq damının tavan hissəsində gizlətmişdir. xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin küçə darvazasına çıxıb orada siqaret çəkən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Polis əməkdaşları yaşadığı evə baxış keçirmək istədiklərini bildirdikə o, polis əməkdaşlarının yaşadığı evə baxış keçirməsinə etirazının olmamasını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Baxış zamanı ondan yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, evin həyətyanı sahəsində narkotik vasitə saxladığını bildirmiş və evin həyətyanı sahəsindəki toyuq damma daxil olaraq damın tavan hissəsindəki bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, polis əməkdaşları həmin narkotiki bir ədəd kağız zərfdə qablaşdırmış, o və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Şifahi soruğu sual zamanı o, narkotik vasitəni 1 il əvvəl yaşadığı evin həyətyanı sahəsində yetişdirdiyi çətənə bitkisindən əldə etdiyini bildirib həmin yeri polis əməkdaşlarına göstərmiş, həmçinin yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin baxış zamanı hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinin o, RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və RPŞ-nin ƏRQ-nın kiçik inspektoru, polis baş serjantı Şahid3 ibarət olması təsdiq edilmişdir. Onlar xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Sabirabad rayonu Suqovuşan kəndinə getmiş, saat 16 radələrində Sabirabad rayonu Suqovuşan kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinin qarşısına çatdıqda sonuncunu küçədə siqaret çəkən zaman görmüş, dərhal videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını qeyd edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşulduqda sonuncu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə narkotik vasitə olduğunu bildirmiş və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə hər hansı etirazının olmaması barədə ərizə yazıb ona təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda gizlətdiyi narkotik vasitəni təqdim etməsi bildirildikdə sonuncu yaşadığı evin həyətyanı sahəsində yerləşən toyuq damma daxil olmuş və damın tavanın açıq olan hissəsindən bir ədəd qara rəngli sellofan büküm çıxarıb ona təqdim etmişdir. Həmin sellofan bükümə tərəfindən baxış keçirildikdə içərisində yaşıl rəngli, spesifik qoxuya malik, bitki mənşəli kütlə olması müəyyən edilmiş, həmin kütlə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqda əynində olan şalvarın ciblərindən bir ədəd “Honor" markalı mobil telefon, bir ədəd “Sobranie” markalı siqaret qutusu və bir ədəd alışqan aşkar edilmiş, həmin əşyalardan bir ədəd siqaret qutusu və bir ədəd alışqan sonuncunun özünə geri qaytarılsa da, bir ədəd mobil telefon tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq 2024-cü ilin mart-aprel aylarında yaşadığı evin həyətyanı sahəsində bir ədəd narkotik tərkibli çətənə bitkisini əkibbecərdiyini, daha sonra həmin bitkinin yarpaqlarını qurutmaqla aşkar edilmiş narkotik vasitəni əldə etdiyini, özünün narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, heç kəsdən narkotik almadığını və heç kəsə narkotik satmadığını qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisini əkib becərdiyi yerə baxış keçirilmiş, lakin oradan çətənə bitkisinə dair hər hansı qalıq aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməsinə davam etdirilsə də, oradan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya premdet aşkar edilməmiş, daha sonra baxış başa çatdırılmış və Təqsirləndirilən şəxs aşkar edərək götürdükləri əşyalarla birlikdə Sabirabad RPŞ-yə gətirib raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərə yenidən müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış predmetlər yenidən açılmış, sonuncu müstəntiqin verdiyi suallara cavab olaraq daha əvvəl videoçəkiliş zamanı bildirdiyi fikirləri yenidən təkrarlamış və aşkar edilmiş kütlələr yenidən qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüşdür. Sonda keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilməsi haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:46-da keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad rayonu Suqovuşan kəndində yerləşən fərdi yaşayış evinə onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evin həyətyanı sahəsindəki toyuq damının tavanının üst hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür ( i.v.10-11). “Əşyaya baxış keçirilməsi və götürmə haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evdən aşkar olunaraq götürülmüş, bir ədəd kağız zərfdə qablaşdırılmış predmetə yenidən baxış keçirilərkən, həmin zərfin içərisində bir ədəd qara rəngli sellofan bükümdə qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Baxış zamanı müstəntiq tərəfindən qeyd olunan predmet yenidən qablaşdırılaraq götürülmüşdür ( i.v.13- 14). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 03 may 2025-ci il tarixli, 18/359 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 41,19 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v.37-39). “Maddi sübut kimi tanıma haqqında” 15 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki damın tavanından aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd kağız zərfdə qablaşdırılmış 41,19 qram narkotik vasitə qurudulmuş marixuananın 0,10 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla 41,09 qramının 15 may 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (i.v.76-77). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 4326 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür ( i.v.96-97). “Sübutların qiymətləndirilməs haqqında” 08 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Honor" markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etmədiyi üçün 30 may 2025-ci il tarixli qəbzlə onun özünə geri qaytarılmasının iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki damın tavanından aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd kağız zərfdə qablaşdırılmış 41,19 qram narkotik vasitə qurudulmuş marixuananın 0,10 qramının tədqiqata sərf olunmasının nəzərə alınmaqla 41.09 qramının 15 may 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsinin iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, baxış keçirilməsi və götürülmə haqqında protokol və cinayət işinin digər istintaq hərəkətinin protokolları cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.99-105). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi xeyli miqdar, 500 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 02 may 2025-ci il tarixdə tutulmuş hesab edilmişdir (i.v. 15). “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.58-59). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.75). “Elektron məhkəmə sistemindən” görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2011-ci il təvəllüdlü (X2) və 26 mart 2014-cü il təvəllüdlü (X3) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşaqlarının olmasını (AR CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sabirabad rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2025-ci il tarixdən 04 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Sabirabad Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə olan 41,09 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar