Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-113/2024 19.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Zəngənə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193,00 manat sabit pul məbləğində alimentin tutularaq Nağıyeva (Şirinova) Fəxri Amin qızına verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(056)-736/2022 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(056)-1030/2022 nömrəli qərarı ilə səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək, cəmi 3088.00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Nağıyeva (Şirinova) Fəxri Amin qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətlərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fəxri Nağıyeva (Şirinova) ilə qeyri rəsmi ailə qurmuş, el-adəti ilə toy məclisi təşkil etmiş, lakin rəsmi nikahları olmamışdır. Münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X3 adında bir övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə münasibətləri normal olmuş, ailə daxili yüngül söz söhbətlər xaricində ciddi narahatçılıqları olmasa da, Fəxri Nağıyeva (Şirinova) ayrılmaq qərarına gəlmiş, uşaq anası Fəxri Nağıyevada (Şirinova) qalmışdır. Ayrılandan bir neçə il sonra Fəxri uşağın saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərilmədiyini və uşağı tək başına saxlaya bilmədiyini əsas gətirərək məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2022-ci il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193,00 manat sabit pul məbləğində alimentin tutularaq Nağıyeva (Şirinova) Fəxri Amin qızına verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qeydiyyatda olduğu yer üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə səkkiz gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq maddi imkanı kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti vaxtıvaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 3088.00 manat aliment borcu yaranmışdır. Qətnamə ilə razıdır, övladına baxmalı olduğunu dərk edir, sadəcə aliment məbləği çoxdur. Lakin, nə qeyd edilən qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etməmiş, nə alimentin azaldılması ilə bağlı, nədə yaranmış aliment borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məşğulluq Mərkəzində 2021-ci il tarixdən qeydiyyata düşmüş, ona iş təklif ediləcəyi bildirilmişdir. Sonra işlə bağlı mərkəzə müraciət etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırda rəsmi olaraq ailə qurmuş, evliliyindən iki övladı var. Yaşadığı kənddə günəmuzd fəhlə işləyir, aylıq 200,00-250,00 manat qazancı olur. Oda ancaq ikinci evliliyindən olan ailəsinin tələbatlarına çatır. İfadəsinin sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam həcmdə ödəməsini və bununla da onunla barışıq əldə etdiyini, zərərçəkmişin ona qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ailə qurmuş, el-adəti ilə toy eləsələr də lakin rəsmi nikahları olmamışdır. Münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X3 adında bir övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə münasibətləri yaxşı olmamış, ailəsinə baxmamışdır. Sonradan ayrılmaq qərarına gəlmiş, övladı onunla qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağınn saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərməmiş, uşağı tək başına saxlaya bilmədiyindən məcbur qalıb ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Sabirabad Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, onada tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə səkkiz gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də işləməsinə və yetərli qədər gəlir əldə etməsinə baxmayaraq ödəməli olduğu aylıq alimenti vaxtı-vaxtında ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək qətnamə üzrə cəmi 3088.00 manat aliment borcu yaranmışdır. Yaranmış borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda cəzalandırılması üçün tədbir görülməsini xahiş edir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs rəsmi olaraq ailə qurmuş, hazırda iki övladı var. Əgər maddi imkanı yoxdursa necə ailə qurub, sonradan olan övladlarını necə saxlayır. Həmçinin oda ikinci dəfə rəsmi ailə qurmuş, yoldaşının soyadını götürmüşdür. Hazırda ayrılmış, ancaq şəxsiyyət vəsiqəsini dəyişməmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsini qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CMnın 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxs CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı maddi tələbi olmadığı üçün və onlar arasında barışıq olduğu səbəbindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-113/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-113/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver