Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-113/2025 23.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə, 13 avqust 1997-ci il tarixdə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş,məhkumluğu ödənilmiş, Sabirabad rayonu Axtaçı-Muğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 31 iyul 2025-ci il tarixdə gecə saat 23 radələrində Sabirabad rayonu Axtaçı-Muğan kəndində İ Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə masada oturub yeyib içərkən, sonuncunun telefonla danışmaq üçün masadan uzaqlaşmasından sonra, o spirtli içki təsiri altında olmaqla Zərərçəkmiş şəxs məxsus Hyundai Accent markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobili icazəsiz açarım masanın üzərindən götürüb idarə edərək yaşadığı evin küçəsinə doğru hərəkət etmiş, həmin yerdə avtomobili daş çəpərə vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş, bununla da talama məqsədi olmadan özgəsinin avtomobilini qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Sabirabad rayonu Axtaçı- Muğan kəndində yerləşən avlotəmir sexində avtomobillərin aparıcı hissəsini təmir edərək çörək pulu qazanır. Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla ədavəti olmamışdır. Əflan idarə etdiyi Hyundai markalı avtomobil idarə edərək Bakı şəhərində taksi fəaliyyəti ilə məşğuldur. 31 iyul 2025- ci il tarixdə Əflan idarə eldiyi həmin maşını ilə Axtaçı Muğan kəndinə evlərinə gəlmişdir. Gündüz vaxtı Əflanla görüşərkən ondan xahiş etmişdir ki maşının oturacaqlarını açsın, yuduzdurmaq istəyir. O etiraz elməmiş və saat 16 radələrində üzü axşama doğru öz sexində Əflanın maşınının oluracaqlarını söküb yerə qoymuş, maşım yuduzdurub saxlamışlar. Gecə saai 22 radələrində Ədanla bir yerdə olurub yeyib içmək qərarına gəlmişlər. Onlar yol kənarında yerləşən kafedə oturub çörək yeyərək 1 şüşə araq içmişlər. Saat 23 radələrində Ədana zəng gəlmiş, telefonla danışmaq üçün masadan aralanmışdır. Bu zaman o, yolun kənarında üzdən tanıdığı adını bilmədiyi tanış bir oğlanın maşını xarab olduğunu görüb kömək üçün getmiş, maşının təmiri üçün 22 ölçülü açar lazım olmuşdur. Həmin açardan evlərində olmuşdur. O masaya gəlib Ədanın maşınının açarını icazəsiz ona demədən masanın üzərindən götürüb Hyundai Accent markalı, 77-SE- 879 qeydiyyat nişanlı avtomobilini işə salıb idarə edərək evlərinə tərəf getmişdir. Küçələrinə tərəf dönən zaman maşının oturacağı olmadığı üçün salonda arxaya sürüşmüş və tormoz edə bilməmişdir. Bu zaman maşının qabağı daş çəpərə dəyib əzilmişdir. Hadisə nəticəsində özü heç bir xəsarət almamışdır. Sonra maşından düşüb həmkəndlisi Eynullaya zəng edib hadisə törətdiyini demişdir. Təxminən 4-5 dəqiqədən sonra Əflanla Eynulla hadisə yerinə gəlmişlər. Onlara hadisənin necə baş verdiyini izah etmişdir. Əflan orada əsəbləşib narazılıq elməyə başlamış, və ziyanını ödəməsini tələb etmişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışaraq ziyanı ödəmişdir. Zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. O, bu halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinə uyğun məzmunda ifadə verərək, həmin xususatları təsdiq etmiş, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Kamran barəsindəki cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikasının CM-nın 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən (vəsatətindən) görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə, yəni barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək iş üzrə cinayət işinin icraatına xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərcləri, dəymiş zərər və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-113/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-113/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver