Məhkəmə qərarları › İş №1(056)-114/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-114/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-114/2024 04.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Sabirabad şəhəri, Qalağayın kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2023-cı il tarixdə saat 21 radələrində Sabirabad rayonu Qalağayın kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus "X5" adlanan çayxanada sonuncunun ondan bir manat çay pulu borcunu istəməsini bəhanə edib, insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mədəniyyət normalarına qarşı saymazlıqda ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlə etməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, yerdən götürdüyü taxta parçasını silah qismində istifadə etməklə, təpə nahiyəsinə bir dəfə vuraraq sonuncuya təpə nahiyəsində öndə, köndələn istiqamətdə yerləşən, ölçüsü 2,3x0,2 sm olan yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vurmuş, daha sonra qərəzli hərəkətlərini davam etdirərək yerdən götürdüyü daş parçasını silah qismində istifadə etməklə çay evinin qarşısında saxlanılan Zərərçəkmiş şəxs məxsus “Ford” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə atmaqla arxa sol şüşəni zədələyərək Zərərçəkmiş şəxs 200 manat məbləğində əmlak ziyanı vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır və Şahin onun həmkəndlisidir. Aralarında düşmənçilik və ədavət yoxdur. Sabirabad rayonu Qalağayın dairəsi adlanan yerin yaxınlığında Şahinə məxsus “X6” adlı çayxana var. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində həmkəndliləri Şahid1 və Şahid2 ilə birlikdə Şahinə məxsus çay evinə gələrək çay sifariş vermişdir. O, ümumilikdə üç çaynik çay içmiş və həmin üç çaynik çayın pulunun iki manatını həmkəndliləri vermişdir. Qalan bir çaynik çay pulunu da o verməli imiş. Həmin vaxt çayxananın işçisi X1 ona yaxınlaşaraq qalan bir manat pulu da istəmişdir. O, həmin vaxt Məhəmmədə üstündə pulunun olmadığını bildirmişdir. Bundan sonra o, ehtiyatsızlıqdan çayı stolun üstünə dağıtmış və stolu silmək üçün dəsmal götürmək məqsədilə çay evinin mətbəxinə getmişdir. Həmin vaxt mətbəxdə Şahinlə qarşılaşmış və Şahin ondan bir manat çay pulunu istəmişdir. O, cavabında Şahinə pulunun olmadığını, pulu olanda borcunu verəcəyini bildirmişdir. Bu zaman Şahin onunla mübahisə etmiş, o, söhbəti aydınlaşdırmaq üçün Şahini çay evinin həyətinə çağırmışdır. Çay evinin həyətinə düşdükdən sonra Şahinlə mübahisə etmiş və həmin vaxt Şahinin oğlu Şahid3 kəllə ilə onun baş nahiyəsindən vurmuş, o, yerə yıxılmış və həmin vaxt Allahverdi yumruq və təpik zərbələri ilə onun bədəninin müxtəlif yerlərindən vurmuşdur. Bu zaman çayxanada olan müştərilər onların dava-dalaşından narahat olmuş və çayxanadan çıxaraq hadisə yerinə toplaşmışlar. Ətrafda təxminən 5-10 nəfər tanımadığı şəxs olmuşdur. Ətrafdakı insanlar onları biri-birilərindən aralaşdırmışlar. Həmin vaxt onun əsəbləri soyumamış və yaxınlıqda olan təxminən 1.5 metr uzunluğunda taxta parçasını götürərək, Şahinin üzərinə getmiş və həmin taxta parçası ilə Şahinin baş nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Bu zaman orada olan əmisi oğlu Sakit həmin taxta parçasını onun əlindən almış və onu kənara çəkərək sakitləşdirmişdir. O, yenə də əsəblərini cilovlaya bilməmiş və yerdən daş götürüb Şahinə məxsus “Ford” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə daş atmış, həmin daş parçası Şahinin idarə etdiyi avtomobilin arxa sol pəncərəsinə dəyərək pəncərəni sındırmışdır. Sonra Sakit onu oradan uzaqlaşdırmışdır. Həmin vaxt ətrafda 5-10 nəfər şəxs olmuş, lakin gecə qaranlıq olduğu üçün o, həmin şəxslərin şəxsiyyətini müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ilk dəfə cinayət əməli törədərək, əməllərindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələblərinin olmadığını, ailəli olaraq himayəsində üç azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək, bu halların ona cəza təyin edərkən yüngülləşdirən hallar kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Sabirabad rayonu Qalağayın dairəsi adlanan yerin yaxınlığında onun özünə məxsus “X6” adlı çayxanası var. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs öz dostları ilə ona məxsus çay evinə gələrək çay sifariş vermişdir. Bir neçə çaynik çay içdikdən sonra Sərdarın ona 1 manat çay pulu borcu qalmışdır. Sərdarın əvvəllər də ona çay pulu borcu qalmışdır. O, Sərdara pulu yoxdusa, çayxanaya gəlməməsini bildirmişdir. Buna baxmayaraq Sərdar çayxanaya gəlmiş və yenə də ona borclu qalmışdır. Sərdar çayxananın mətbəxinə yaxınlaşdıqda, o, 1 manat çay pulunu almaq üçün Sərdara yaxınlaşmış və pulu istəmişdir. Sərdar isə həmin vaxt ona kobud cavab vermiş və təhqir etmişdir. Bundan sonra Sərdar pulu verməyəcəyini bildirmiş və söhbəti aydınlaşdırmaq üçün onu çayxananın həyətinə çağırmışdır. Müştərilər narahat olmasın deyə o, aşağı düşmüş və Sərdar da onun arxasınca getmişdir. Həyətdə Sərdar onu söyüb-təhqir edərək, pulu verməyəcəyini bildirmişdir. O da Sərdara çayxanadan uzaqlaşıb getməsini bildirmişdir. Həmin vaxt oğlu Şahid3 onun yanına gəlmişdir. O, Allahverdiyə bildirmişdir ki, Sərdarı onun yanından uzaqlaşdırsın. Həmin vaxt Allahverdi Sərdarın qolundan tutub onu itələmiş və getməsini bildirmişdir. Sərdar əvvəlcə uzaqlaşmış, lakin sonradan o, çay evinə geri dönüb əlində təxminən 1.5 metr uzunluğunda taxta parçası ilə onun üzərinə gələrək, həmin taxta parçası ilə baş nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Həmin vaxt o, özünü itirməmiş, lakin başı qanamağa başlamışdır. Buna baxmayaraq o, Sərdarı vurmamış, oğlu Allahverdi Sərdarı ondan aralaşdırmış və o, özünə məxsus “Ford” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək, oradan uzaqlaşmaq istəyən zaman Sərdar yerdən daş parçası götürərək, ona tərəf atmış və həmin daş parçası avtomobilinin arxa sol pəncərəsinə dəyərək pəncərəni sındırmışdır. Hadiə vaxtı ətrafda 5-10 nəfər şəxs olmuş, həmin şəxslər də Sərdarın ona etdiyi hərəkətləri görmüşdür. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını qeyd edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdiklərinə uyğun məzmunda ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 198 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər təpə nahiyəsində yara küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yerə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Həmin hadisə yeri Sabirabad rayonu Qalağayın kəndində yerləşən sonuncuya məxsus “X5”nin qarşısındakı küçədir. Hadisə yerində heç bir qan izi aşkar olunmamışdır. Hadisə yerində cinayətin törədilməsində alət kimi istifadə olunmuş taxta parçası aşkar olunmamışdır. Bundan başqa, hadisə yerində Təqsirləndirilən şəxs daşla vuraraq zədələdiyi Zərərçəkmiş şəxs məxsus “Ford” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olundu. Avtomobilin arxa sol şüşəsi qırılmış vəziyyətdədir. Hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, “Ford” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində 200 manat maddi ziyan dəymişdir. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sabirabad Rayon İHB-nin Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməllərindən peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələblərinin olmadıqlarını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Məhkəmə Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, həmin maddənin tələblərinə uyğun olaraq qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin icrası qaydasında xx.xx.2024-cü il tarixdən həsdə saxlanılır. Ona görə də, məhkəmə CPM-nın 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar