Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-117/2024 12.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 147,0 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, 24 yanvar 2024-cü il tarixdə saat 21:05 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri V.Əhmədov küçəsində saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 22:30 dəqiqədə üzərinə şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli qış gödəkçənin sol iç hissəsində bir ədəd polietilen torbada təmiz çəkisi -147,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun zamandır ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. xx.xx.2024-cü il tarixdə Şirvan kanal adlanan yerin kənarına balıq tutmaq məqsədilə gedən zaman yerdə bir ədəd sellofan torba görmüşdür. Həmin sellofan torbanı götürüb içərisinə baxarkən “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Sonra həmin kütləni götürüb əynində olan qış gödəkçəsinin iç tərəfində saxlamışdır. xx.xx.2024-cü il tarixdə 21 radələrində Sabirabad şəhəri ərazisində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd edərək onu Sabirabad rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb Sabirabad ayon Polis Şöbəsinə getmişdir. Sabirabad rayon Polis Şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə müdafiəçi Qədir Qədirlinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, o da əynində olan qara rəngli qış gödəkçəsinin sol iç hissəsindən bir ədəd sellofan bükümdə “nəşə” yəni narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda qurudulmuş marixuana olması, özünə aid olması, bir neçə gün əvvəl Şirvan kanal adlı yerin kənarında yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış aparılan zaman bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd “Magna” markalı siqaret qutusu, bir ədəd kibrit qutusu və iki manat məbləğində pul aşkar olunmuşdur. Bundan sonra bir ədəd “Magna” markalı siqaret qutusu, bir ədəd kibrit qutusu və 02 (iki) manat məbləğində pul ona geri qaytarılmışdır. Təqdim etdiyi “Redmi” markalı mobil telefon gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatların əldə olunması ehtimalı ilə müstəntiq tərəfindən götürülmüşdür. Eləcə də təqdim etdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana kütləsi də götürülərək qablaşdırılmış və üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, ailəli olaraq, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Əlimövsüm oğlu ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 19 dekabr 2023-cü il tarixdə Sabirabad rayonu Yenikənd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də üzərində, idarə etdiyi avotomobilində və yaşadığı ünvanda narkotik vasitələri saxlaması barədə Sabirabad RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı CABın rəisi Amid Sefyalıyev raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Amid Sefyalıyevə həvalə olunmuş və təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Elvin Həmidov, Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, Amid Sefyalıyevdən və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 13:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabirabad rayonu Kovlar kəndi ərazisində hərəkətdə olan zaman saxlanılaraq ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək idarə etdiyi avtomobili ilə onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilini saxlayaraq qapılarını açarla bağlamışdır. Sonra Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olmadığını bildirərək özü könüllü şəkildə şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ arxa cibindən avtomobil açarını və şalvarının sol yan cibindən pul əskinaslarını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqdim edilmiş əşyalara müstəntiq tərəfindən baxış keçirilən zaman, Təqsirləndirilən şəxs təqdim etdiyi açarın idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarı olduğunu bildirmişdir. Müstəntiq tərəfindən təqdim edilmiş pul vəsaiti sayılmış və 28 manat olması müəyyən edilmişdir. Həmin 28 manat pul və avtomobil açarı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. 01 ədəd “Samsung” markalı mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, idarə etdiyi “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış yekunlaşdıqdan sonra protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs avtomobilin açarı ilə avtomobilin qapısını açmış və arxa oturacağın üzərində sellofan torbada saxladığı qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Bundan başqa avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola o da imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Yenikənd kəndində yerləşən evində və həyətyanı sahəsində narkotik vasitə saxlaması ehtimalı olduğu üçün yaşadığı ünvana baxış keçiriləcəyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs da buna etirazının olmaması barədə ərizə yazıb müstəntiqə təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarının, hal şahidlərinin, müdafiəçinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman oradan qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokola o da digər iştirakçılar kimi imza etmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, digər Şahid2 Əlimövsüm oğlunun göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 25 yanvar 2024-cü il tarixli 18/108nömrəli rəyində qeyd olunur ki “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan polietilen torbada olan 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 147,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 147,0 qramdan tədqiqata 0,10 qramı istifadə edilmiş, 146,90 qramı qalıq qalmışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2024-cü il tarixli, 2318 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını və onun məhkumluğunun olmamasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəza müddətinin iki günü hesabı ilə müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş dörd gün, ona təyin olunacaq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə, onun narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 146.90 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31.95 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 146.90 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-117/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-117/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver